Məhkəmə qərarları › İş №2(025)-1219/2020

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1219/2020

08.12.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1219/2020 08.12.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, ərizəçi və digər ərizəçinin nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçilər Ərizəçi2 və Nümayəndə hüquq əhəmiyyətli faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi Ərizəçilər Ərizəçi2 və Nümayəndə məhkəməyə ərizə ilə müraciət edərək, JN-392A, JN- 392B, JN-392F KOD 40608018 Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamələrin onlara yəni - Nümayəndə və Ərizəçi2 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında ərizəçi və digər ərizəçinin nümayəndəsi Nümayəndə ərizəni müdafiə edib göstərdi ki, onlar, yəni- Nümayəndə xx.xx.1995-ci ildə, Ərizəçi2 xx.xx.1962-ci ildə Qəbələ rayonu, Zarağan kəndində anadan olmuşlar. Qəbələ rayonu X3 xx xxxxxx 1997-ci il tarixli, 26 saylı qərarı ilə bizə və digər ailə üzvləri X4, Mürsəlova Şövkət Rəmzi qızı və X2 0,51 ha, 0,31 ha, 0,04 ha həyətyanı torpaq sahəsi verilmiş və bu baradə onlara JN-392A, JN-392B, JN-392F KOD 40608018 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamələr verilmişdir. Şəhadətnamələrdə sonradan onlara məlum olmuşdur ki, Nümayəndə soyadı səhvən “Mürsəlov” kimi və Ərizəçi2 ata adı səhvən “Ömər” kimi yazılmışdır. Lakin şəxsiyyət vəsiqələrində, doğum və nikah haqqında şəhadətnamələrdə və digər sənədlərdə Nümayəndə və Ərizəçi2 kimi qeyd edilmişdir. Şəhadətnamələrdə adları düzgün yazılmadığından həmin sənədlərlə müəyən əməliyyatlar aparmaq mümkün deyildir. Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamələri verən orqan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi isə ləğv edildiyindən, şəhadətnamələrdəki yanlışlığı aradan qaldıra bilmirlər. Həmçinin, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin səlahiyyətləri Azərbaycan Respublikası Əmlak Məsələləri Üzrə Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə keçdiyindən o, aidiyyatı üzrə xidmətin 9 saylı X9 ərizə ilə müraciət edərək Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamələrdəki yanlışlıqların aradan qaldırılmasını xahiş etmişlər, müvafiq xx xxxxxxxx 2020-ci il tarixli, **********82 saylı məktubu ilə yanlışlıqlara düzəlişlərin həyata keçirilməsi onların səlahiyyətlərinə aid olmadığından məhkəməyə müraciət elmək tövsiyyə olunmuşdur. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Odur ki, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına nümayəndəsini göndərməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçini dinləyib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işdə olan JN-392A (Kod: 40608018) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-in xx.xx.1997-ci il tarixli, 26 nömrəli qərarına əsasən, X4, Mürsəlova Şövkət Rəmzi qızı, Ərizəçi2 Ömər qızı, X5 və X1 ümumi birgə mülkiyyətinə 0,04 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan JN-392B (Kod: 40608018) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-in xx.xx.1997-ci il tarixli, 26 nömrəli qərarına əsasən, X4, Mürsəlova Şövkət Rəmzi qızı, Ərizəçi2 Ömər qızı, X5 və X1 ümumi birgə mülkiyyətinə 0,31 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan JN-392F (Kod: 40608018) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-in xx.xx.1997-ci il tarixli, 26 nömrəli qərarına əsasən, X4, Mürsəlova Şövkət Rəmzi qızı, Ərizəçi2 Ömər qızı, X5 və X1 ümumi birgə mülkiyyətinə 0,51 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan Qəbələ rayon, Zarağan kənd icra nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxxxx 1995-ci il tarixli XİX-JQ № 351366 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Nümayəndə xx xxxx 1995-ci il tarixdə Qəbələ rayonu, Zarağan kəndində anadan olmuş, ata qrafasında X6, ana qrafasında Ərizəçi2 göstərilmiş və bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1995-ci il tarixdə 77 nömrə ilə qeyd edilmişdir. İşdə olan AA № ******* saylı Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Nümayəndə xx xxxx 1995-ci il anadan olmuşdur. İşdə olan Qəbələ rayon, Zarağan kənd icra nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxxxx 1995-ci il tarixli Vİİ-JQ № 259867 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X6 ilə X7 arasında xx xxxxxxxx 1995-ci il tarixdə nikah bağlanmış, nikah bağlandıqdan sonra ərə Mürsəlov, arvada Mürsəlova familyası verilmişdir və bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1995-ci il tarixdə 31 nömrə ilə qeyd edilmişdir. İşdə olan Qəbələ RPŞ tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş AZE № ******** saylı Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi2 xx xxxxxx 1962ci il tarixdə Qəbələ rayon, Zarağan kəndində anadan olmuş və hal-hazırda həmin kənddə qeydiyyatdadır. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmələr şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, soyadı və ya adı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nın 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, ölkədə aparılan torpaq islahatı zamanı ərizəçilərin və digər şəxslərin ümumi birgə mülkiyyətinə 0,04 ha, 0,31 ha və 0,51 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahələrinin verilməsini təsdiq edən JN-392A (Kod:40608018) nömrəli, JN- 392B (Kod:40608018) nömrəli və JN-392F (Kod:40608018) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamələrdə yalnışlığa yol verilərək, “Nümayəndə” əvəzinə “X5”, “Ərizəçi2” əvəzinə “Ərizəçi2 Ömər qızı” kimi səhv olaraq göstərilmişdir. Həmin yanlışlığın başqa qaydada aradan qaldırılması mümkün deyildir. Ona görə də məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət e t d i: Ərizə təmin edilsin. JN-392A (Kod:40608018) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamənin, JN-392B (Kod:40608018) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamənin və JN- 392F (Kod:40608018) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamənin ərizəçilər Ərizəçi2 və Nümayəndə aid olan hissədə məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar