Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-122/2022 18.01.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə qarşı “sənədin məxsus olması faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, Qəbələ rayon AİK-in 15 dekabr 1997-ci il tarixli, 27 saylı və 10 iyun 1998-ci il tarixli, 11 saylı qərarına əsasən X10, X8, X13 və X4 adına verilmiş JN-1556G nömrəli 40601038 kodlu “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin və JN-155 nömrəli 40602038 kodlu dövlət aktının ona aid hissədə ona, yəni Ərizəçi məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, Qəbələ rayon Soltannuxa kəndində Aqrar İslahatları aparılarkən Qəbələ rayonu Aqrar İslahat Komissiyasının 15 dekabr 1997-ci il tarixli, 27 saylı və 10 iyun 1998-ci il tarixli, 11 saylı qərarı ilə ona və ailə üzvlərinə, JN-155G nömrəli 40602038 kodlu şəhadətnamə əsasında 0,39 ha həyətyanı torpaq sahəsi və JN-155 nömrəli 40602038 kodlu dövlət aktı əsasında 0,78 ha çöl torpaq sahəsi verilmişdir. Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə və dövlət aktında səhv olaraq soyadı Salamova adı Rəvanə Zakir qızı yazılmışdır. Soyadının Salamov əvəzinə Salamova, adının Rəvan Zakir oğlu əvəzinə Rəvanə Zakir qızı yazılmasının səbəbi ona aydın deyil, bunun sadəcə olaraq texniki səhv olduğunu düşünür. Şəhadətnamədə və dövlət aktında soyadının və adının səhv yazıldığına diqqət etməmiş və bu yaxın vaxta qədər də heç maraqlanmamışdır. Lakin sənədləri hazırlayıb çıxarış almaq üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə müraciət edərkən torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə və dövlət aktında soyadı və adı səhv yazıldığından müvafiq sənədləşdirməni aparması mümkün olmamışdır. Həmçinin ona məxsus doğum haqqında şəhadətnamədə, şəxsiyyət vəsiqəsində soyadı Salamov, adı Rəvan Zakir oğlu kimi yazılmışdır. Bu səhv məhkəmə qaydasında düzəliş edilərək sənədin ona, yəni Ərizəçi məxsus olması müəyyən edilməlidir. Məhkəmə iclasında Ərizəçi ərizədə göstərilənlərə uyğun izahat verib, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş maraqlı şəxs Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ona görə də məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçini dinləyib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işdə olan JN-155G nömrəli (kod:********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Qəbələ rayon AİK-nın 15 dekabr 1997-ci il tarixli, 27 saylı qərarına əsasən X6, X5, X11 və X4 ümumi birgə mülkiyyətinə Qəbələ rayonu Soltannuxa kəndində 0,39 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan JN-0155 nömrəli (kod:********) «Torpağa mülkiyyət hüququna dair» dövlət aktının təsdiq olunmuş surətindən görünür ki, Qəbələ rayon AİK-nın 10 iyun 1998-ci il tarixli, 11 saylı qərarına əsasən X6, X5, X11 və X4 ümumi birgə mülkiyyətinə Qəbələ rayonu Soltannuxa kəndində 0,78 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan 22.05.1986-ci il tarixli, Xİ-ЖГ seriyalı, 450025 №-li “Doğum haqqında şəhadətnamə”nin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi xx xxx 1986ci ildə doğulmuş, bu barədə 1986-ci ilin may ayının 22-də 42 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. X3, anası X7r. İşdə olan 04.10.2013-cü il tarixli, AZ-İ seriyalı, 868870 №-li «Nikah haqqında» şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi ilə X2 04 oktyabr 2013-cü ildə nikahları bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 21 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Salamov, arvada Salamova soyadı verilmişdir. İşdə olan Qəbələ Rayon İcra Hakimiyyəti SoltanNuxa kənd İnzibati Ərazi Dairəsi tərəfindən verilmiş 30.11.2021-ci il tarixli, 514 nömrəli arayışdan görünür ki, Qəbələ rayon AİKin 15 dekabr 1997-ci il tarixli, 27 saylı və 10 iyun 1998-ci il tarixli, 11 saylı qərarına əsasəb ailə üzvlərinə verilmiş JN-155G nömrəli 40602038 kodlu şəhadətnamədə və JN-155 nömrəli 40602038 kodlu dövlət aktında texniki səhv olaraq Ərizəçi əvəzinə X1 qeyd olunmuşdur. İşdə olan Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin 18 oktyabr 2021-ci il tarixli **********24 nömrəli məktubundan görünür ki, JN-1155G nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə və JN-155 nömrəli «Torpağa mülkiyyət hüququna dair» dövlət aktında mülkiyyətçilərin ad və soyadında hər hansı dəyişiklik edilməsi həmin orqanın səlahiyyətinə aid deyil və həmin məsələ ilə bağlı məhkəməyə müaciət olunması tövsiyyə olunmuşdur. İşdə olan ərizəçiyə aid AO seriyalı, ******* nömrəli “Hərbi Bilet”in notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ərizəçinin ad, soyad və ata adı “Ərizəçi” kimi qeyd edilmişdir. İşdə olan ərizəçiyə aid AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, ərizəçinin ad, soyad və ata adı “Ərizəçi” kimi qeyd edilmişdir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmələr şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, soyadı və ya adı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nın 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, Qəbələ rayon AİKnın 15 dekabr 1997-ci il tarixli, 27 saylı qərarına əsasən X6, X5, X11 və X4 birgə mülkiyyətlərinə verilmiş JN-155G nömrəli (kod:********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə və Qəbələ rayon AİK-nın 10 iyun 1998-ci il tarixli, 11 saylı qərarına əsasən X6, X5, X11 və X4 birgə mülkiyyətlərinə verilmiş JN-0155 nömrəli (kod:********) «Torpağa mülkiyyət hüququna dair» dövlət aktında Ərizəçi soyadı səhvən «Salamova», adı səhvən «Rəvanə», cinsiyyəti isə səhvən «qızı» kimi qeyd olunmuşdur. Qeyd olunan şəhadətnamədə və dövlət aktında yalnışlıqlar aradan qaldırılmadan ərizəçi həmin şəhadətnamə üzrə mülkiyyət, vərəsəlik və s. hüquqlarını həyata keçirə bilməz. Həmin yanlışlıqların başqa qaydada aradan qaldırılması isə mümkün deyildir. Ona görə də məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: Ərizə təmin edilsin. Qəbələ rayon AİK-nın 15 dekabr 1997-ci il tarixli, 27 saylı qərarına əsasən X6, X5, X11 və X4 birgə mülkiyyətlərinə verilmiş JN-155G nömrəli (kod:********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin və Qəbələ rayon AİK-nın 10 iyun 1998-ci il tarixli, 11 saylı qərarına əsasən X6, X5, X11 və X4 birgə mülkiyyətlərinə verilmiş JN-0155 nömrəli (kod:********) «Torpağa mülkiyyət hüququna dair» dövlət aktının Ərizəçi aid hissədə Ərizəçi məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev
Məhkəmə qərarları › İş №2(025)-122/2022
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-122/2022
18.01.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver