Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1220/2020 08.12.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, Ərizəçi2 iştirakı ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 hüquq əhəmiyyətli faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 məhkəməyə ərizə ilə müraciət edərək, JN-0020, KOD 40604018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının mərhum valideynləri X4, X5 və onlara yəni-Ərizəçi1 və Ərizəçi2 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi2 ərizəni müdafiə edib göstərdi ki, onlar - Ərizəçi1 və Ərizəçi2 xx.xx.1994-cü və xx.xx.1995-ci ildə Qəbələ rayonu, Hacallı kəndində anadan olmuşlar. Valideynləri - atası X10 xx.xx.1999-cu il tarixində ağ ciyər vərəmi və anası X11 xx.xx.2004-cü il tarixində kəskin ağ ciyər ürək çatmamazlığı xəstəliyindən vəfat etmişlər. Qəbələ rayon X7 xx xxxxxx 1998-ci il tarixli 13 nömrəli qərarı ilə mərhum valideynləri X4, X5 və onlara kənd təsərrüfatı məhsulları istehsalı üçün 2.11 ha torpaq sahəsi verilmiş və bu barədə JN-0020, KOD 40604018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı verilmişdir. Dövlət Aktında sonradan onlara məlum olmuşdur ki, mərhum valideynlərinin soyadları səhvən “Quluyev”, “Quluyeva”, onların adı isə səhvən babanın adı olan “Zirəddin” və “Güllər” kimi yazılmışdır. Lakin ölüm haqqında şəhadətnamədə, doğum və nikah haqqında şəhadətnamələrdə və digər sənədlərdə X10, X11, Ərizəçi1 və Ərizəçi2 kimi yazılır. Hazırda valideynlərinin vərəsəsi kimi onlara məxsus torpaq sahəsinə notariat ofisində vərəsəlik işi açaraq Daşınmaz Əmlakm Dövlət Reyestri Xidmətindən çıxarış almaq istəyirlər. Lakin Dövlət Aktında valideynlərinin soyadları və onların adı düzgün yazılmadığından bu mümkün deyildir. Dövlət Aktını verən orqan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi isə ləğv edildiyindən, aktdakı yanlışlıqları aradan qaldıra bilmirlər. Həmçinin Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin səlahiyyətləri Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakm Dövlət Reyestri Xidmətinə keçdiyindən aidiyyatı üzrə Xidmətin 9 saylı X22 ərizə ilə Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında yanlışlıqların aradan qaldırılması barədə müraciət olunmuş, müvafiq xx xxxxxxxx 2020-ci il tarixli **********91 saylı məktubu ilə yanlışlıqlara düzəlişlərin həyata keçirilməsi onların səlahiyyətlərinə aid olmadığından məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Odur ki, ərizəçi ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Ərizəçi1 və maraqlı şəxs Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə işə Ərizəçi1 və maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçini dinləyib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işdə olan JN-0020 (Kod: 40604018) nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktından görünür ki, Qəbələ rayon AİK-in xx xxxxxx 1998-ci il tarixli 13 nömrəli qərarına əsasən, X12, X13, X14 və X8 ümumi birgə mülkiyyətinə 2.11 ha fərdi kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan Qəbələ rayonu Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli 68/69 saylı Doğum haqqında arayışdan görünür ki, X10 xx.xx.1969-cu ildə Qəbələ rayonu Hacallı kəndində doğulmuşdur və bu barədə doğum haqqında akt qeydləri kitabında xx xxx 1969-cu il tarixdə 34 nömrə ilə qeyd edilmişdir. X1, anası X9r. İşdə olan Qəbələ rayonu Hacallı kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxxxx 1991-ci il tarixli V-JQ № 488079 saylı Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X16 ilə X3 arasında xx xxxxxxxx 1991-ci ildə nikah bağlanmış və bu barədə nikah haqqında akt qeydləri kitabında həmin tarixdə 40 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Quliyev, arvada Quliyeva soyadı verilmişdir. İşdə olan Qəbələ rayonu Hacallı kənd İ.Ə.N tərəfindən verilmiş xx xxxxxx 2000-ci il tarixli AZ № 008942 saylı Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx xxxxxx 1999-cu ildə Qəbələ rayonu Hacallı kəndində ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx xxxxxx 2000-ci il tarixdə 1 nömrə ilə qeyd edilmişdir. İşdə olan Qəbələ rayonu Hacallı kənd İ.Ə.N tərəfindən verilmiş xx xxxxxx 2004-cü il tarixli AZ-İ № 059297 saylı Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx xxxxxx 2004cü ildə Qəbələ rayonu Hacallı kəndində ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx xxxxxx 2004-cü il tarixdə 03 nömrə ilə qeyd edilmişdir. İşdə olan Qəbələ rayonu Hacallı kənd İ.Ə.N tərəfindən verilmiş xx xxxx 1994-cü il tarixli XVİİİ- JQ № 425206 saylı Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi1 xx xxxx 1994-cü ildə Qəbələ rayonu Hacallı kəndində doğulmuşdur və bu barədə doğum haqqında akt qeydləri kitabında xx xxxx 1994-cü il tarixdə 79 nömrə ilə qeyd edilmişdir. X2, anası X6r. İş materiallarına əlavə olunmuş AA № ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi1 xx xxxx 1994-cü il tarixdə anadan olmuşdur. İşdə olan Qəbələ rayonu Hacallı kənd İ.Ə.N tərəfindən verilmiş xx xxxxxxxx 1995-ci il tarixli XİX-JQ № 351334 saylı Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi2 xx xxxxxx 1995-ci ildə Qəbələ rayonu Hacallı kəndində doğulmuşdur və bu barədə doğum haqqında akt qeydləri kitabında xx xxxxxxxx 1995-ci il tarixdə 77 nömrə ilə qeyd edilmişdir. X2, anası X6r. İş materiallarına əlavə olunmuş AA № ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi2 xx xxxxxx 1995-ci il tarixdə anadan olmuşdur. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmələr şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, soyadı və ya adı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nın 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, ölkədə aparılan torpaq islahatı zamanı ərizəçilərin və digər şəxslərin birgə mülkiyyətinə 2.11 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin verilməsini təsdiq edən JN-0020 (Kod: 40604018) nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktında yalnışlığa yol verilərək, “Ərizəçi1” əvəzinə “X14”, “Ərizəçi2” əvəzinə “X19”, “X10” əvəzinə “X12” və “X11” əvəzinə “X13” kimi səhv olaraq göstərilmişdir. Həmin yanlışlığın başqa qaydada aradan qaldırılması mümkün deyildir. Ona görə də məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 360 və 362ci maddələrini rəhbər tutaraq, məhkəmə qət e t d i: Ərizə təmin edilsin. JN-0020 (Kod: 40604018) nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktının ərizəçilər Ərizəçi1, Ərizəçi2, mərhum X4 və X5 məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Elman İsayev
Məhkəmə qərarları › İş №2(025)-1220/2020
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1220/2020
08.12.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver