Məhkəmə qərarları › İş №2(025)-1220/2023

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1220/2023

11.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1220/2023 11.10.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövət Xitməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “hüquq əhəmiyyətli faktının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: hüquq əhəmiyyətli faktının müəyyən edilməsi) Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquq əhəmiyyətli faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin halları Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, Qəbələ rayon AİK-in 07 noyabr 1997-ci il tarixli 19 nömrəli qərarına əsasən X18, X6, X19 və X9 adına verilmiş JN-202F nömrəli (kod:********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin ona aid hissədə ona - Ərizəçi və mərhum əmisi X7 məxsus olması hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Ərizə onunla əsaslandırılmışdır ki, Qəbələ rayon AİK-in 07 noyabr 1997-ci il tarixli 19 nömrəli qərarına əsasən, onlara, yəni X18, X6, X19 və X14 Qəbələ rayonu, Böyük Əmili kəndində JN-202F nömrəli kod: ********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamə ilə 0,34 ha həyətyanı torpaq sahəsi verilmişdir. Lakin şəhadətnamədə o Ərizəçi soyadı səhvən "Dursunov”, mərhum əmisi X1 səhvən “Dursunov”, adı səhvən “Rahil” kimi göstərilmişdir. Lakin ona və mərhum əmisinə məxsus digər sənədlərdə, yəni şəxsiyyət vəsiqələrində, Doğum haqqında Şəhadətnamələrdə, Nikah Şəhadətnaməsində və Ölüm haqqında şəhadətnamədə və digər sənədlərdə onun ad, soyad və ata adı düzgün olaraq "Ərizəçi” mərhum əmisinin ad, soyad və ata adı düzgün olaraq “ X15” kimi qeyd edilmişdir. Qeyd etmək istəyir ki, mərhum əmisi heç vaxt evli olmamışdır. Hazırda ailə üzvlərinin mülkiyyətinə verilmiş torpaq sahəsinə dair Daşımnaz Əmlakın Dövlət Reyestri Xidmətindən Çıxarış almaq istəyirlər. Şəhadətnamədə səhvlər olduğundan bu mümkün deyildir. Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməni verən orqan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi isə ləğv edildiyindən, şəhadətnamədəki yanlışlığı aradan qaldıra bilmirlər. Həmçinin Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin səlahiyyətləri Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə keçdiyindən o aidiyyatı üzrə xidmətin 9 saylı Qəbələ Ərazi İdarəsinə ərizə ilə torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrdə yanlışlıqların aradan qaldırılmasını xahiş etmişdir, müvafiq 17 mart 2023- cü il tarixli, 3-21-3-42/2-H-0006-3 5/2023 saylı məktubu ilə yanlışlıqlara düzəlişlərin həyata keçirilməsi onların səlahiyyətlərinə aid olmadığından məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Onlar uzun illər buna əhəmiyyət verməmişlər, lakin torpağın sənədlərini hazırlayıb daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almaq istəyərkən bu anlaşılmazlıqla rastlaşmışdılar. Yol verilmiş yalnışlığı onlar başqa cür aradan qaldırmaq iqtidarında deyillər, ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdılar. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəyə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövət Xitməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına nümayəndəsini göndərməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə maraqlı şəxsin nümayəndəsinin məhkəməyə gəlməsini məcburi hesab etmir və işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmələr şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, soyadı və ya adı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nın 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Birinci instansiya baxışının hədləri Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər Birinci instansiya məhkəməsinin mövqeyi Məhkəmə iş materiallarını araşdırıb, ərizəçini dinləyib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işdə olan JN-202F (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-nın 07 noyabr 1997-ci il tarixli 19 saylı qərarına əsasən X11, X2, X12 və X9 ümumi birgə mülkiyyətinə 0.34 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 02 dekabr 2020-ci il tarixli AZ-İİ 091875 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X15 22 oktyabr 2020-ci ildə Qəbələ rayonu, Böyük Əmilli kəndində vəfat etmiş ölümü 17 noyabr 2020-ci il tarixdə 408 №-ilə qeyd edilmişdir. Burada mərhumun soyadı, adı və ata adı tam olaraq “X15” olaraq qeyd olunmuşdur. İşdə olan Böyük Əmili kənd İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən verilmiş 30 iyul 2023-cü il tarixli 5-59-18/2-156-2023 №-li arayışdan görünür ki, Böyük Əmili kənd sakini Ərizəçi əmisinin soyadı, adı ölüm haqqında şəhadatnaməsində X8r, lakin onlara verilmiş JN-202F nömrəli kod 40604028 torpağın mülkiyyətə verilməsinə dair şəhadatnaməsində texniki səhv olaraq əmisinin soyadı, adı X3 qeyd edilmişdir. İşdə olan Böyük Əmili kənd İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən verilmiş 10 iyul 2023-cü il tarixli 5-59-18/02-155-2023 №-li arayışdan görünür ki, Ərizəçi Qəbələ rayon Böyük Əmili kəndində qeydiyyatdadır, hazırda həmin kənddə yaşayır. İşdə olan Qəbələ regional “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş 15 oktyabr 2020-ci il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi 15 oktyabr 2020-ci il tarixdə X16 ilə nikah bağlanmış, nikah bağlandıqdan sonra ərə Həsənli, arvada Həsənli soyadı verilmişdir. Burada Ərizəçi tam adı “Ərizəçi” olaraq qeyd olunmuşdur. İşdə olan Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 31 mart 2023-cü il tarixli 3-16- 5/7-126 №-li arayışdan görünür ki, X15 27 avqust 1969-cu ildə Qəbələ rayonunun Böyük Əmili kəndində anadan olmuşdur. Bu barədə 01 sentyabr 1969-cu il tarixdə Qəbələ rayon Hacallı kənd icra nümayəndəliyi tərəfindən 64 №-li doğum haqqında akt qeydi tərtib olunmuşdur. Atası: X21 – milliyəti azərbaycanlı, anası: X17 – milliyəti azərbaycanlı. 22 oktyabr 2020-ci ildə vəfat etmiş X4 ölümü 17 noyabr 2020-ci il tarixdə 408 №-li akt qeydi ilə Qəbələ rayon qeydiyyat şöbəsi tərəfindən dövlət qeydiyyatına alınmışdır. İşdə olan Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 31 mart 2023-cü il tarixli 3-16- 5/7-125 №-li arayışdan görünür ki, X18 28 mart 1971-ci ildə Qəbələ rayonunun Böyük Əmili kəndində anadan olmuşdur. Bu barədə 05 aprel 1971-ci il tarixdə Qəbələ rayon Hacallı kənd icra nümayəndəliyi tərəfindən 25 №-li doğum haqqında akt qeydi tərtib olunmuşdur. Atası: X21 – milliyəti azərbaycanlı, anası: X13r. 24 sentyabr 2022-ci ildə vəfat etmiş X5 ölümü 28 sentyabr 2022-ci il tarixdə 1044 №-li akt qeydi ilə Bakı şəhər Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən dövlət qeydiyyatına alınmışdır. İşdə olan Qəbələ rayonu Hacallı kənd İ.Ə.N-yi tərəfindən verilmiş 14 yanvar 2014-ci il tarixli АZ-İİİ 229942 №-li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi 05 avqust 1999-cu ildə Qəbələ rayonu, Böyük Əmili kəndində anadan olmuşdur. Burada Ərizəçi tam adı “Ərizəçi” olaraq qeyd olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, ölkədə aparılan torpaq islahatı zamanı ərizəçinin və ailə üzvilərinin mülkiyyətinə 0.34 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahələrinin verilməsini təsdiq edən JN-202F (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədə ərizəçi “Ərizəçi” əvəzinə “X19” kimi, mərhum əmisi “X15” əvəzinə “X20” kimi səhv olaraq göstərilmişdir. Həmin yanlışlığın başqa qaydada aradan qaldırılması mümkün deyildir. Ona görə də məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 360 və 362ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. JN-202F (Kod:********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamənin Ərizəçi və mərhum əmisi X7 aid olan hissədə məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar