Məhkəmə qərarları › İş №2(025)-1221/2020

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1221/2020

08.12.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1221/2020 08.12.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquq əhəmiyyətli faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, Qəbələ rayonu X5 xx xxxxxx 1999-cu il tarixli 03 saylı qərarına əsasən, X4, Ərizəçi və X2 adına verilmiş JN-0078 nömrəli 40600048 kodlu «Torpağın mülkiyyətə hüququna dair» Dövlət Aktının anasına aid hissədə, yəni X1 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edib göstərdi ki, Qəbələ rayonu, Nic kəndində Aqrar İslahatları aparılarkən Qəbələ rayonu X5 xx xxxxxx 1999-cu il tarixli 03 saylı qərarı ilə, ona və ailə üzvülərinin mülkiyyətinə JN-0078 saylı 40600068 kodlu Dövlət Aktı əsasında 0.74 ha torpaq sahəsi verilmişdir. Torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktında səhv olaraq anasının ata adı Məmməd yazılmışdır, anasının ata adı Məhəmməd əvəzinə Məmməd yazılmasının səbəbi ona aydın deyil bunun sadəcə olaraq texniki səhv olduğunu düşünür. Dövlət Aktında səhv yazıldığına diqqət etməmiş və bu yaxın vaxta qədər də heç maraqlanmamışdır. Lakin o, vərəsəlik işini hazırlayıb Çıxarış almaq üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə müraciət edərkən Toıpağm mülkiyyətə verilməsinə dair Dövlət Aktında anasının ata adı səhv yazıldığından müvafiq sənədləşdirməni aparmağı mümkün olmamışdır. Onun anasına məxsus bütün sənədlərdə ata adı Məhəmməd yazılmışdır. Hesab edir ki bu səhv məhkəmə qaydasında düzəliş edilərək sənədin onlara məxsus olması müəyyən edilməlidir. Bütün bunları nəzərə alaraq məhkəməyə müraciət etmək məcburiyyətində qaldı. Odur ki, ərizəçi ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçini dinləyib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işdə olan JN-0078 (Kod: 40600068) nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktından görünür ki, Qəbələ rayon AİK-in xx xxxxxx 1999-cu il tarixli 03 nömrəli qərarına əsasən, X4, Ərizəçi və X2 ümumi birgə mülkiyyətinə 0,74 ha fərdi kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan Qəbələ rayonu Nic qəsəbə İ.Ə.D tərəfindən verilmiş xx xxxxxx 2012-ci il tarixli AZ-l 526804 nömrəli “Ölüm haqqında” şəhadətnamədən görünür ki, X3 xx.xx.2012-ci il tarixdə Qəbələ rayonu Nic qəsəbəsində vəfat etmişdir və bu barədə Qəbələ rayonu Nic qəsəbə İ.Ə.D-də 06 nömrəli akt qeydi tərtib olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmələr şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, soyadı və ya adı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nın 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, ölkədə aparılan torpaq islahatı zamanı ərizəçinin və ailə üzvlərinin mülkiyyətinə 0, 74 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin verilməsini təsdiq edən JN-0078 (Kod: 40600068) nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktında yalnışlığa yol verilərək, “X3” əvəzinə “X4” kimi səhv olaraq göstərilmişdir. Həmin yanlışlığın başqa qaydada aradan qaldırılması mümkün deyildir. Ona görə də məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 360 və 362ci maddələrini rəhbər tutaraq, məhkəmə qət e t d i: Ərizə təmin edilsin. JN-0078 (Kod: 40600068) nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktının mərhum X1 aid olan hissədə məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar