Məhkəmə qərarları › İş №2(025)-1226/2020

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1226/2020

15.12.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1226/2020 15.12.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə qarşı “sənədin məxsus olması faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, JN-1846A, KOD 40600048 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ona dair hissəsində ona, yəni Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edib göstərdi ki, o, xx.xx.1994-cü ildə Qəbələ rayonu, Vəndam qəsəbəsində anadan olmuşdur. Qəbələ rayonu X7 xx xxxxxxx 1998ci il tarixli, 19 saylı qərarı ilə ailələrinə Qəbələ rayonu, Vəndam kəndi ərazisindən anası X4 və qardaşı X8 JN-1846A, KOD 40600048 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Sonradan ona məlum olmuşdur ki, şəhadətnamədə adı səhvən “Feyruz” kimi yazılmışdır. Lakin onun doğum haqqında şəhadətnaməsində, şəxsiyyət vəsiqəsində, ali təhsil haqqında diplomunda, hərbi biletində və s. digər sənədlərdə “Ərizəçi” kimi qeyd olunmuşdur. Hazırda ona və digər ailə üzvlərinə məxsus torpaq sahəsinə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarış almaq istəyirlər. Lakin şəhadətnamədə adı düzgün yazılmadığından bu mümkün deyildir. Şəhadətnaməni verən orqan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi isə ləğv edildiyindən, şəhadətnamədəki yanlışlığı aradan qaldıra bilmir. Həmçinin, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin səlahiyyətləri Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə keçdiyindən o, aidiyyatı üzrə xidmətin 9 saylı X14 ərizə ilə Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə yanlışlıqların aradan qaldırılması barədə müraciət etmişdir, müvafiq xx xxxxxxx 2020-ci il tarixli **********16 saylı məktubu ilə yanlışlıqlara düzəlişlərin həyata keçirilməsi onların səlahiyyətlərinə aid olmadığından məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçi ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ona görə də məhkəmə işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçini dinləyib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işdə olan JN – 1846A nömrəli (kod:40600048) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin surətindən görünür ki, Qəbələ rayon AİK-in xx xxxxxxx 1998-ci il tarixli 19 nömrəli qərarına əsasən, X2, X10 və X6 birgə mülkiyyətinə mülkiyyətinə Qəbələ rayonu, Vəndam qəsəbəsində 0,25 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan Qəbələ rayonu Vəndam kənd icra hakimiyyəti tərəfindən verilmiş xx xxxx 1994-cü il tarixli, XVİİİ-ЖГ seriyalı, 381992 nömrəli «Doğum haqqında şəhadətnamə»nin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi xx.xx.1994-cü ildə Qəbələ rayonu Vəndam kəndində doğulmuşdur. X3, anası X1r. İşdə olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin xx xxxxxxx 2020-ci il tarixli **********16 nömrəli məktubundan görünür ki, JN-1846A nömrəli “«Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə mülkiyyətçinin ad və soyadında hər hansı dəyişiklik edilməsi həmin orqanın səlahiyyətinə aid deyil və həmin məsələ ilə bağlı məhkəməyə müaciət olunması tövsiyyə olunmuşdur. İş materiallarında olan Qəbələ rayon İHB-nın Vəndam qəsəbə X15 tərəfindən verilmiş xx xxxxxxx 2020-ci il tarixli, 1505 nömrəli arayışdan görünür ki, Ərizəçi Qəbələ rayonu Vəndam qəsəbəsində qeydiyyatdadır və hal-hazırda Qəbələ rayon Vəndam qəsəbəsində yaşayır. İş materiallarında olan Qəbələ rayon İHB-nın Vəndam qəsəbə X15 tərəfindən verilmiş xx xxxxxxx 2020-ci il tarixli, 1510 nömrəli arayışdan görünür ki, Ərizəçi ailə tərkibi X3, X4 və X5 ibarətdir. İşdə olan ərizəçiyə aid olan xx xxxxxxx 2016-cı il tarixli, 406 nörməli “Bakalavr Diplomu”nun təsdiq olunmuş surətindən görünür ki, həmin sənəddə ərizəçin ad, soyadı və ata adı düzgün olaraq “Ərizəçi” oğlu kimi yazılmışdır. İşdə olan ərizəçiyə aid olan xx xxxxxx 2016-cı il tarixli, SX ******* nörməli “Hərbi Biletin”in təsdiq olunmuş surətindən görünür ki, həmin sənəddə ərizəçin ad, soyadı və ata adı düzgün olaraq “Ərizəçi” oğlu kimi yazılmışdır. İşdə olan ərizəçiyə aid AA******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, ərizəçinin ad, soyadı və ata adı düzgün olaraq “Ərizəçi” oğlu kimi yazılmışdır. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmələr şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, soyadı və ya adı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nın 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, Qəbələ rayon AİKin xx xxxxxxx 1998-ci il tarixli 19 nömrəli qərarına əsasən X2, X10 və X6 birgə mülkiyyətinə 0,25 ha həyətyanı torpaq sahəsini verilməsini təsdiq edən JN – 1846A nömrəli (kod:40600048) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə Ərizəçi adı səhvən «Feyruz» kimi qeyd olunmuşdur. Qeyd olunan şəhadətnamədə yalnışlıq aradan qaldırılmadan ərizəçi həmin şəhadətnamə üzrə mülkiyyət hüquqlarını həyata keçirə bilməz. Həmin yanlışlıqların başqa qaydada aradan qaldırılması mümkün olmamışdır. Ona görə də məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: Ərizə təmin edilsin. Qəbələ rayon AİK-in xx xxxxxxx 1998-ci il tarixli 19 nömrəli qərarına əsasən X2, X10 və X6 birgə mülkiyyətinə 0,25 ha həyətyanı torpaq sahəsini verilməsini təsdiq edən JN – 1846A nömrəli (kod:40600048) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin Ərizəçi aid hissədə Ərizəçi məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar