Məhkəmə qərarları › İş №2(025)-123/2021

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-123/2021

22.01.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-123/2021 22.01.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 iştirakları ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Aristaqesi (Martirosova) Marina Aramovna və Ərizəçi3 hüquq əhəmiyyətli faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Aristaqesi (Martirosova) Marina Aramovna və Ərizəçi3 məhkəməyə ərizə ilə müraciət edərək, Qəbələ rayon AİK-nin xx.xx.1999-cu il tarixli 04 saylı qərarı ilə X23, Ərizəçi1 Qurqenovanın, Tamrazyan Nayruhi Vaçikanovanın, X11, Dallari Dimitrii, Rafikoviçin və X2 adına verilmiş JN-308 saylı kodu 40600068 olan Torpağa mülkiyyət hüququna dair Dövlət aktının Ərizəçi1 Qurgeni, Ərizəçi2, X16 və Aristaqesi (Martirosova) Marina Aramovnaya aid hissədə, Ərizəçi1, Ərizəçi2, X12 və X5, Qəbələ rayon AİK-nin xx.xx.1999-cu il tarixli 04 saylı qərarı ilə X27 Ərizəçi1 Qurqenova, X13, X20, X17 və X6 adına verilmiş JN-308 A, JN-308 F və JN- 308 Y saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrin Ərizəçi1, Ərizəçi2, X16 və Aristaqesi (Martirosova) Marina Aramovnaya aid hissəsində Ərizəçi1, X21, X12 və X5 məxsus olması faktının müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi1 ərizəni müdafiə edib göstərdi ki, Qəbələ rayon AİK-nin xx.xx.1999-cu il tarixli 04 saylı qərarı ilə verilmiş JN-308 saylı kodu 40600068 olan Torpağa müikiyyət hüququna dair Dövlət aktında hüquq sahiblərinin adları siyahısında 2-ci sırada Ərizəçi1 ata adı texniki səhv olaraq Qurqeni əvəzinə “Qurgenovna”, 4-cu sırada Ərizəçi2 ata adı texniki adı səhv olaraq Qurqeni əvəzinə “Qurgenovna”, 5-ci sırada X14 adı texniki səhv olaraq Dimitry əvəzinə Dmitrii kimiqeyd edilmişdir. 6-cı sırada isə X3 soyadı texniki səhv olaraq Marturosova əvəzinə marturoçova kimi qeyd edilmişdir. Bundan əiavə Qəbələ rayon AİK-nin xx.xx.1999-cu il tarixli 04 saylı qərarı ilə verilmiş JN-308kodu 40600068 olan, JN-308 F saylı kodu 40600068 olan və JN-308 Y saylı kodu 40600068 olan Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrin hər üçündə hüquq sahiblərinin adları siyahısında 2-ci, 4-cü, 5-ci və 6-cı sırada hüquq sahiblərinin soyadlarında, adlarında və ata adlarında texniki səhvlərə yol verilmişdir. Belə ki, hər üç torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrdə hüquq sahiblərininadları siyahısında 2-ci sırada Ərizəçi1 ata adı texniki səhv olaraq Qurqeni əvəzinə "Qurgenovna”, 4-ci sırada Ərizəçi2 adı texniki səhv olaraq Regina əvəzinə “Regima” ata adı isə Qurgeni əvəzinə Qurqenovna, 5-ci sırada X18 adı texniki səhv olaraq Dimtriy əvəzinə “Dmitrii”, 6-ci sırada X7 soyadı texniki səhv olaraq Martirosova əvəzinə “Martiroçova” kimi qeyd edilmişdir. JN-308 saylı Dövlət aktında, JN 308A, JN-308 F və JN-308G saylı şəhadətnamələrdə göstərilən texniki səhvləri aradan qaldırmadan mülkiyyət hüququ həyata keçirmək mümkün deyildir. Odur ki, ərizəçi ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Ərizəçi2 ərizəyə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Ərizəçi3 ərizəyə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Ərizəçi Aristaqesi (Martirosova) Marina Aramovna və maraqlı şəxs Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlar. Odur ki, məhkəmə işə ərizəçi Aristaqesi (Martirosova) Marina Aramovnanın və maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçini dinləyib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işdə olan JN-308 (Kod: 40600068) nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktından görünür ki, Qəbələ rayon AİK-in xx xxxxxx 1999-cu il tarixli 04 nömrəli qərarına əsasən, X22, Ərizəçi1 Qurqenovnanın, X4, X8, X9 və X1 ümumi birgə mülkiyyətinə 1.72 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan JN- 308A (Kod: 40600068) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-in xx xxxxxx 1999-cu il tarixli 04 nömrəli qərarına əsasən X22, Ərizəçi1 Qurqenovnanın, X4, X8, X9 və X1 ümumi birgə mülkiyyətinə 0,05 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan JN- 308F (Kod: 40600068) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-in xx xxxxxx 1999-cu il tarixli 04 nömrəli qərarına əsasən X22, Ərizəçi1 Qurqenovnanın, X4, X8, X9 və X1 ümumi birgə mülkiyyətinə 1.46 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan JN- 308G (Kod: 40600068) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-in xx xxxxxx 1999-cu il tarixli 04 nömrəli qərarına əsasən X22, Ərizəçi1 Qurqenovnanın, X4, X8, X9 və X1 ümumi birgə mülkiyyətinə 0.34 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan Qəbələ rayon Nic kənd soveti tərəfindən verilmiş xx xxxxxx 1991-ci il tarixli XVİ-ЖГ № 268140 saylı Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi3 xx xxxxxx 1991-ci ildə Qəbələ rayonu Nic qəsəbəsində doğulmuşdur və bu barədə doğum haqqında akt qeydləri kitabında 120 nömrə ilə qeyd edilmişdir. İşdə olan Səyyar ASAN10 tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş AZE № ******** saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi3 xx xxxxxx 1991-ci il tarixdə Qəbələ rayonu Nic qəsəbəsində anadan olmuş və həmin kənddə qeydiyyatdadır. İşdə olan Qəbələ rayon Nic qəsəbə İ.Ə.N tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli AZ-T № 123359 saylı Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi1 xx xxxxx 1963cü ildə Qəbələ rayonu, Nic qəsəbəsində doğulmuşdur və bu barədə doğum haqqında akt qeydləri kitabında 82 nömrə ilə qeyd edilmişdir. X28 Arşak, anası X24. İşdə olan ASAN-Qəbələ tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş AZE № ******** saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi1 xx xxxxx 1963-cü il tarixdə Qəbələ rayonu, Nic qəsəbəsində anadan olmuş və həmin qəsəbədə qeydiyyatdadır. İşdə olan Qəbələ rayon Nic qəsəbə İ.Ə.N tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli AZ-T № 123360 saylı Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X26 xx xxx 1967-ci ildə Qəbələ rayonu, Nic qəsəbəsində doğulmuşdur və bu barədə doğum haqqında akt qeydləri kitabında 102 nömrə ilə qeyd edilmişdir. X28 Arşak, anası X24. İşdə olan AA № ******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi2 xx xxx 1967-ci il tarixdə anadan olmuşdur. İşdə olan Qəbələ rayon Nic kənd soveti tərəfindən verilmiş xx xxxxxxx 1990-cı il tarixli XV-ЖГ № 395733 saylı Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X15 xx xxxxxxx 1990-cı ildə Qəbələ rayonu Nic qəsəbəsində doğulmuşdur və bu barədə doğum haqqında akt qeydləri kitabında 136 nömrə ilə qeyd edilmişdir. İşdə olan Qəbələ rayon Nic qəsəbə İ.Ə.N tərəfindən verilmiş xx xxxxxx 2013-cü il tarixli AZ-İ № 902176 saylı Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X15 və X25 arasında xx xxxxxx 2013-cü ildə nikah bağlanmış və bu barədə nikah haqqında akt qeydləri kitabında 45 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sobra ərə Aristaqesi, arvada Aristaqesi soyadı verilmişdir. İşdə olan ASAN-Qəbələ tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş AZE № ******** saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi4 xx xxxxxxx 1990-cı il tarixdə Qəbələ rayonu Nic qəsəbəsində anadan olmuş və həmin kənddə qeydiyyatdadır. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmələr şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, soyadı və ya adı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nın 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, ölkədə aparılan torpaq islahatı zamanı ərizəçilərin və ailə üzvlərinin mülkiyyətinə 1.72 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin verilməsini təsdiq edən JN-308 (Kod: 40600068) nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktında, həmçinin ərizəçilərin və ailə üzvlərinin mülkiyyətinə müvafiq olaraq 0,05 ha, 1.46 ha və 0.34 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahələrinin verilməsini təsdiq edən JN-308A (Kod: 40600068) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə, JN- 308F (Kod: 40600068) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə və JN- 308G (Kod: 40600068) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə yalnışlığa yol verilərək, “Ərizəçi1” əvəzinə “Ərizəçi1 Qurqenovna” kimi, “Ərizəçi2” əvəzinə “X20” kimi , “Ərizəçi3” əvəzinə “X19” kimi və “X15” əvəzinə “X10” kimi səhv olaraq göstərilmişdir. Həmin yanlışlığın başqa qaydada aradan qaldırılması mümkün deyildir. Ona görə də məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 360 və 362ci maddələrini rəhbər tutaraq, məhkəmə qət e t d i: Ərizə təmin edilsin. JN-308A (Kod: 40600068) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamənin, JN-308F (Kod: 40600068) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamənin, JN-308G (Kod: 40600068) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamənin və JN-308 (Kod: 40600068) nömrəli «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktının ərizəçilər Ərizəçi1, Ərizəçi2, Aristaqesi (Martirosova) Marina Aramovna və Ərizəçi3 aid olan hissədə məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar