Məhkəmə qərarları › İş №2(025)-123/2022

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-123/2022

03.02.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-123/2022 03.02.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Ərizəçi etibarnamə üzrə nümayəndəsi (oğlu) Nümayəndə iştirakı ilə Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə qarşı “sənədin məxsus olması faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, Qəbələ rayon AİK-in 25 iyun 1998-ci il tarixli 11 nömrəli qərarlarına əsasən, X9, X2, Nümayəndə və X5 adına verilmiş JN – 052F nömrəli (kod:********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin və JN – 0062 nömrəli (kod:********) «Torpağa mülkiyyət hüququna dair» dövlət aktının ona aid hissədə ona, yəni Ərizəçi məxsus olması hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, Qəbələ rayon AİK-in 25 iyun 1998-ci il tarixli 11 nömrəli qərarına əsasən, ona və ailə üzvləri X10, Nümayəndə və X6 Qəbələ rayonu Topbağ kəndində JN – 052F nömrəli (kod:********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamə ilə 0,28 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmçinin Qəbələ rayon AİK-in 25 iyun 1998-ci il tarixli 11 nömrəli qərarına əsasən, ona və ailə üzvləri X10, Nümayəndə və X6 Qəbələ rayonu Topbağ kəndində JN – 0062 nömrəli (kod:********) «Torpağa mülkiyyət hüququna dair» dövlət aktı ilə 2,57 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi verilmişdir. Lakin şəhadətnamədə və dövlət aktında o, yəni Ərizəçi soyadı səhvən “Səfərəliyeva”, ata adı isə səhvən “Arifşah” kimi göstərilmişdir. O, 1989-cu ildə X11 ilə nikaha daxil olmuş və Babayeva soyadını qəbul etmişdir. Lakin ona məxsus digər sənədlərdə soyadı “Babayeva”, ata adı “Hərifşah” kimi göstərilmişdir. Beləliklə, şəxsiyyət vəsiqələrində, doğum və nikah şəhadətnamələrdə və digər sənədlərdə ad, soyad və ata adı Ərizəçi kimi qeyd edilmişdir. Hazırda ailə üzvlərinin mülkiyyətinə verilmiş torpaq sahələrinə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən Çıxarış almaq istəyirlər. Şəhadətnamədə və dövlət aktında səhvlər olduğundan bu mümkün deyildir. Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməni və dövlət aktını verən orqan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi isə ləğv edildiyindən, şəhadətnamədəki yanlışlığı aradan qaldıra bilmir. Həmçinin Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin səlahiyyətləri Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə keçdiyindən aidiyyatı üzrə xidmətin 9 saylı Qəbələ Ərazi İdarəsinə ərizə ilə torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə yanlışlıqların aradan qaldırılmasını xahiş etmiş, müvafiq 19 noyabr 2021-ci il tarixli, **********38 saylı məktubu ilə yanlışlıqlara düzəlişlərin həyata keçirilməsi onların səlahiyyətlərinə aid olmadığından məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. O, uzun illər buna əhəmiyyət verməmiş, lakin torpağın sənədlərini hazırlayıb daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almaq istəyərkən bu anlaşılmazlıqla rastlaşmışdır. Yol verilmiş yalnışlığı başqa cür aradan qaldırmaq iqtidarında deyil, ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi etibarnamə üzrə nümayəndəsi (oğlu) Nümayəndə ərizədə göstərilənlərə uyğun izahat verib, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş maraqlı şəxs Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ona görə də məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçinin etibarnamə üzrə nümayəndəsini dinləyib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işdə olan JN – 052F nömrəli (kod:********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-in 25 iyun 1998-ci il tarixli 11 nömrəli qərarına əsasən X9, X2, Nümayəndə və X5 ümumi birgə mülkiyyətinə Qəbələ rayonu Topbağ kəndində 0,28 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan JN – 0062 nömrəli (kod:********) «Torpağa mülkiyyət hüququna dair» dövlət aktından görünür ki, Qəbələ rayon AİK-in 25 iyun 1998-ci il tarixli 11 nömrəli qərarına əsasən X9, X2, Nümayəndə və X5 ümumi birgə mülkiyyətinə Qəbələ rayonu Topbağ kəndində 2,57 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan xx xxxx 1969-cu il tarixli, AЗ seriyalı, ******* nömrəli “Doğum haqqında şəhadətnamə”nin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi ad, soyad və ata adı “X3” kimi qeyd edilmişdir. İşdə olan 06 noyabr 1989-cu il tarixli, V-ЖГ seriyalı, 286939 nömrəli “Nikah haqqında şəhadətnamə”nin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ərizəçinin nikaha daxil olandan sonra ad, soyad və ata adı “Ərizəçi” kimi qeyd edilmişdir. İşdə olan Qəbələ Rayon İcra Hakimiyyəti Topbağ kənd İnzibati Ərazi Dairəsi tərəfindən verilmiş 22.11.2021-ci il tarixli, 140 nömrəli arayışda göstərilmişdir ki, Qəbələ rayonu Aqrar İslahat Komissiyasının 1998-ci il 25 iyun tarixli 11 nömrəli qərarı ilə verilmiş “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında (JN – 0062 nömrəli (kod:********)) və “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə (JN – 052F nömrəli (kod:********)) X1 yazılmış vətəndaş həqiqətən Babayeva (Səfərəliyeva) Zeynəb Hərifşah qızıdır. İşdə olan Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin 19 noyabr 2021-ci il tarixli **********38 nömrəli məktubundan görünür ki, JN-052F nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə və JN-0062 nömrəli «Torpağa mülkiyyət hüququna dair» dövlət aktında mülkiyyətçilərin ad və soyadında hər hansı dəyişiklik edilməsi həmin orqanın səlahiyyətinə aid deyil və həmin məsələ ilə bağlı məhkəməyə müaciət olunması tövsiyyə olunmuşdur. İşdə olan ərizəçiyə aid AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, ərizəçinin ad, soyad və ata adı “Ərizəçi” kimi qeyd edilmişdir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmələr şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, soyadı və ya adı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nın 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, Qəbələ rayon AİK-in 25 iyun 1998-ci il tarixli 11 nömrəli qərarlarına əsasən X9, X2, Nümayəndə və X5 birgə mülkiyyətlərinə verilmiş JN – 052F nömrəli (kod:********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə və JN – 0062 nömrəli (kod:********) «Torpağa mülkiyyət hüququna dair» dövlət aktında Ərizəçi soyadı səhvən «Səfərəliyeva» kimi, ata adı isə səhvən «Arifşah» kimi qeyd olunmuşdur. Ərizəçiyə məxsus digər sənədlərdə ad, soyad və ata adı düzgün olaraq “Ərizəçi” kimi qeyd edilmişdir. Qeyd olunan şəhadətnamədə və dövlət aktında yalnışlıqlar aradan qaldırılmadan ərizəçi həmin şəhadətnamə üzrə mülkiyyət, vərəsəlik və s. hüquqlarını həyata keçirə bilməz. Həmin yanlışlıqların başqa qaydada aradan qaldırılması isə mümkün deyildir. Ona görə də məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: Ərizə təmin edilsin. Qəbələ rayon AİK-in 25 iyun 1998-ci il tarixli 11 nömrəli qərarlarına əsasən X9, X2, Nümayəndə və X5 birgə mülkiyyətlərinə verilmiş JN – 052F nömrəli (kod:********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin və JN – 0062 nömrəli (kod:********) «Torpağa mülkiyyət hüququna dair» dövlət aktının Ərizəçi aid hissədə Ərizəçi məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar