Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1243/2022 30.09.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Ərizəçilər Ərizəçi4, Ərizəçi5 (eyni zamanda ərizəçi X2 etibarnamə üzrə nümayəndəsi), Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 iştirakları ilə Ərizəçilər Ərizəçi4, Ərizəçi5, Ərizəçi6, Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə “sənədin məxsus olması faktının müəyyən edilməsi” barədə ərizələri üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçilər Ərizəçi4, Ərizəçi5, Ərizəçi6, Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 məhkəməyə ərizə ilə müraciət edərək, “Torpağın mülkiyyətə verilməsinə dair” JN-040 A saylı kod 40600068 saylı şəhadətnamənin X6, X10, X7, Ərizəçi1, Ərizəçi2 və X3 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. 30 sentyabr 2022-ci il tarixdə keçirilən məhkəmə iclasında ərizəçilər Ərizəçi4, Ərizəçi5 (eyni zamanda ərizəçi X2 etibarnamə üzrə nümayəndəsi), Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Qəbələ rayon AİK-in 05 fevral 1999-cu il tarixli 03 nömrəli qərarına əsasən X11, X15, X12, X16, X4 və X1 birgə mülkiyyətlərinə verilmiş JN–040A nömrəli (kod:********) və JN–040F nömrəli (kod:********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamələrin Ərizəçi4, Ərizəçi5, Ərizəçi6, Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 məxsus olması hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşin faktiki halları: Ərizəçilər ərizəni onunla əsaslandırmışlar ki, Qəbələ rayonu Nic qəsəbəsi ərazisində aparılan yerli aqrar islahatları vaxtı təşkil olunmuş X8 05 fevral 1999-cu il tarixli 03 saylı qərarı ilə Qəbələ rayonu Nic kəndi ərazisində xüsusi mülkiyyətlərinə 0,44 hektar həyətyanı torpaq sahəsi verilmişdir. Bu torpaq sahəsinin mülkiyyətlərinə verilməsi “Torpağın mülkiyyətə verilməsinə dair” JN-040 A-kod 40600068 saylı şəhadətnamə ilə rəsmiləşdirilməklə onlara mülkiyyətçi kimi sənəd təqdim edilmişdir. Hazırda həmin torpaq sahəsi xüsusi mülkiyyətlərindədir. Torpağın mülkiyyətlərinə verilməsinə dair sənəddə soyadları və adlarında müəyyən səhv qeydlər aparılmışdır. Buna görə də mülkiyyət sənədləri ilə şəxsiyyətlərini təsdiq edən sənədlərdə uyğunsuzluq əmələ gəlmişdir. Belə ki, şəhadətnamə X13 əvəzinə X11, X17 əvəzinə X15, X14 əvəzinə X12, Ərizəçi1 Yuriyena əvəzinə X16, Ərizəçi2 əvəzinə X4 və X9 əvəzinə X5 göstərilmişdir. Yaşadıqları ərazi üzrə İƏ nümayəndəlik tərəfindən verilmiş arayışlarda da mülkiyyət sənədlərində aparılan qeydlərin səhv olduğu bildirilməklə soyad, ad və ata adları düzgün olaraq göstərilmişdir. Göstərilən bu cürə uyğunsuzluğun aradan qaldırılması və düzgün qeydlə hüquqların dövlət qeydiyyatına alınmasına dair çıxarışın verilməsi üçün aidiyyəti üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət edəndə sənədlərdə olan uyğunsuzluğu bilmişlər. Bundan sonra aidiyyəti üzrə maraqlı şəxsə müraciət etmişlər. Maraqlı şəxs yaranmış problemin hüquq müstəvisində həllinə nail olmaqla hüquqlarının müdafiəsi məqsədilə məhkəməyə müraciət etməkləri tövsiyə olunmuşdur. Buna görə də, şəhadətnamənin ona məxsus olması faktının müəyyən edilməsi məqsədiylə məhkəməyə müraciət etmək qərarına gəlmişlər. Bu həm də onların qanunla qorunan hüquqlarıdır. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında ərizəçilər Ərizəçi4, Ərizəçi5 (eyni zamanda ərizəçi X2 etibarnamə üzrə nümayəndəsi), Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 ərizədə göstərilənlərə uyğun izahat verib, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ona görə də məhkəmə işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçiləri dinləyib hesab edir ki, ərizə təmin olunmalıdır. Mülki işdə olan sənədlər: Belə ki, iş materiallarında olan JN–040A nömrəli (kod:********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-in 05 fevral 1999-cu il tarixli 03 nömrəli qərarına əsasən X11, X15, X12, X16, X4 və X1 birgə mülkiyyətinə JN–040A nömrəli (kod:********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamə ilə 0,44 ha torpaq sahəsi verilmişdir. İşdə olan «Doğum haqqında» şəhadətnamələrin təsdiq olunmuş surətlərindən görünür ki, ərizəçilərin soyad, ad və ata adları aşağıdakı kimi qeyd olunmuşdur: Ərizəçi4, Ərizəçi5, Ərizəçi6, Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3. İşdə olan Qəbələ rayon Nic kənd İnzibati Ərazi Nümayəndəliyi tərəfindən verilmiş 25 iyul 2005-ci il tarixli, AZ-İ seriyalı, 164071 nömrəli “Nikah haqqında şəhadətnamə”nin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi5 ad, soyad və ata adı “Ərizəçi5” kimi qeyd edilmişdir. Ərizəçilərin işdə olan şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, onların soyad, ad və ata adları aşağıdakı kimi qeyd olunmuşdur: Ərizəçi4, Ərizəçi5, Ərizəçi6, Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3. İşdə olan Azərbaycan Respublikası Qəbələ rayon İcra Hakimiyyəti Başçısının Nic qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 15 iyul 2022-ci il tarixli, 866 nömrəli arayışda göstərilmişdir ki, xx.xx.1954-cü il təvəllüdlü Nic qəsəbə sakini Ərizəçi4 1996-2000-ci illərdə aşağıda qeyd olunan ailə tərkibi ilə birlikdə torpaq islahatına getmişdir. Ərizəçi5, Ərizəçi6, Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin 17 iyun 2022-ci il tarixli **********10 nömrəli məktubundan görünür ki, JN–040A nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə mülkiyyətçilərin ad və soyadında hər hansı dəyişiklik edilməsi həmin orqanın səlahiyyətinə aid deyil və həmin məsələ ilə bağlı məhkəməyə müaciət olunması tövsiyyə olunmuşdur. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişdirilməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmələr şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, soyadı və ya adı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nın 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, Qəbələ rayon AİKin 05 fevral 1999-cu il tarixli 03 nömrəli qərarlarına əsasən X11, X15, X12, X16, X4 və X1 birgə mülkiyyətlərinə verilmiş JN–040A nömrəli (kod:********) və JN–040F nömrəli (kod:********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamələrdə Ərizəçi4 səhvən soyadı “Vəzirqoy”, Ərizəçi5 səhvən soyadı “Vəzirqoy”, Ərizəçi6 səhvən soyadı “Vəzirqoy”, Ərizəçi1 səhvən soyadı “Vəzirqoy”, Ərizəçi2 səhvən soyadı “Vəzirqoy”, adı “Albert” ata adı “Genadiyeviç”, Ərizəçi3 səhvən soyadı “Vəzirqoy”, adı “Alfred” ata adı “Genadiyeviç” kimi qeyd edilmişdir. Lakin ərizəçilər Ərizəçi4, Ərizəçi5, Ərizəçi6, Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 aid şəxsiyyət vəsiqələrində, doğum və nikah haqqında şəhadətnamələrdə düzgün olaraq ad, soyad və ata adları Ərizəçi4, Ərizəçi5, Ərizəçi6, Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 kimi göstərilmişdir. Qeyd olunan şəhadətnamələrdə yalnışlıqlar aradan qaldırılmadan ərizəçilər həmin şəhadətnamələr üzrə mülkiyyət hüquqlarını həyata keçirə bilməzlər. Göstərilən səhvlərin düzəldilməsi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə müraciət edilmiş, hüquqmüəyyənedici sənədlərdə ad və soyadların dəyişdirilərək qeydiyyata alınmasının Ərazi İdarəsinin səlahiyyətlərinə aid olmadığı bildirilmiş və məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Həmin yanlışlıqların başqa qaydada aradan qaldırılması isə mümkün deyildir. Ona görə də məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. Qəbələ rayon AİK-in 05 fevral 1999-cu il tarixli 03 nömrəli qərarına əsasən X11, X15, X12, X16, X4 və X1 birgə mülkiyyətlərinə verilmiş JN–040A nömrəli (kod:********) və JN–040F nömrəli (kod:********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamələrin Ərizəçi4, Ərizəçi5, Ərizəçi6, Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev
Məhkəmə qərarları › İş №2(025)-1243/2022
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1243/2022
30.09.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver