Məhkəmə qərarları › İş №2(025)-1247/2020

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1247/2020

17.12.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1247/2020 17.12.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qədirzadə Çinarə Çingiz qızının katibliyi, Ərizəçi etibarnamə üzrə nümayəndəsi (qardaşı) Nümayəndə iştirakı ilə Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə qarşı “sənədin məxsus olması faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, ünvan 1 ünvanında ailələrinə məxsus olan 1,04 hektar kənd təsərrüfatı istehsalı üçün torpaq sahəsiylə bağlı dövlət qeydiyyatlı daşınmaz əmlakın dövlət reyestrindən Torpağın mülkiyyətə verilməsinə dair xx xxxx 1998-cı il tarixində JN-221, KOD40615048 saylı şəhadətnamənin ona məxsus olması üçün hüquqi faktın müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. xx xxxxxx 2020-ci il tarixdə Ərizəçi etibarnamə üzrə nümayəndəsi (qardaşı) Nümayəndə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, JN-221, KOD40615048 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət X1 məxsus hissədə Ərizəçi məxsus olması hüquqi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Ərizə onunla əsaslandırılmışdır ki, xx xxxx 1998-cı il tarixində Qəbələ rayon X6 11 saylı qərarı ilə 1,04 hektar torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsalı üçün torpağa mülkiyyət hüququna dair JN – 221, KOD40615048 saylı dövlət aktı Qəbələ rayon sakinləri X5, Yaradova Gülçöhrə Qəhrəman qızı, Nümayəndə, Ərizəçi, X7 və X3 mülkiyyətinə verilmişdir. Torpağın mülkiyyətə verilməsinə dair JN – 221, KOD40615048 saylı şəhadətnamədə səhv buraxılaraq Ərizəçi əvəzinə X8 yazılmışdır. Hesab edir ki, maraqlı orqanın qanunsuz səhvi nəticəsində onun mülkiyyətçi hüquqları kobudcasına pozulub. Qanunsuzluq nəticəsində ona maddi və mənəvi ziyan dəyib. Baş vermiş səhvin nəticəsində xeyli əsəb və gərginlik keçirmişdir. Məhkəmə iclasında Ərizəçi etibarnamə üzrə nümayəndəsi (qardaşı) Nümayəndə ərizədə göstərilənlərə uyğun izahat verib, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ona görə də məhkəmə işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçinin etibarnamə üzrə nümayəndəsini dinləyib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işdə olan JN – 221 nömrəli (kod:40615048) « «Torpağa mülkiyyət hüququna dair» dövlət aktının surətindən görünür ki, Qəbələ rayon AİK-in xx xxxx 1998-ci il tarixli 11 nömrəli qərarına əsasən, X5, Yaradova Gülçöhrə Qəhrəman qızı, Nümayəndə, X8, X7 və X3 birgə mülkiyyətinə mülkiyyətinə Qəbələ rayonu, Yemişanlı kəndində 1,04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan Qutqaşen rayonu Tikanlı kənd soveti tərəfindən verilmiş xx xxxx 1985-ci il tarixli, X-ЖГ seriyalı, 417027 nömrəli «Doğum haqqında şəhadətnamə»nin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi xx.xx.1985-ci ildə Qəbələ rayonu Tikanlı kəndində doğulmuşdur. İş materiallarında olan Qəbələ rayon Yemişanlı kənd X13 tərəfindən verilmiş xx xxxxxx 2016-cı il tarixli, AZ-İİ seriyalı, 070463 nömrəli «nikah haqqında şəhadətnamə»nin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi ilə X2 xx xxxxxx 2016-ci ildə nikahları bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 01 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Yaradov, arvada Yaradova soyadı verilmişdir. İşdə olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin xx xxxxxxx 2020-ci il tarixli **********61 nömrəli məktubundan görünür ki, JN-221 nömrəli «Torpağa mülkiyyət hüququna dair» dövlət aktında mülkiyyətçinin ad və soyadında hər hansı dəyişiklik edilməsi həmin orqanın səlahiyyətinə aid deyil və həmin məsələ ilə bağlı məhkəməyə müaciət olunması tövsiyyə olunmuşdur. İş materiallarında olan Qəbələ rayon İHB-nın Yemişanlı kənd X13 üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxxx 2020-ci il tarixli, 250 nömrəli arayışdan görünür ki, Ərizəçi Qəbələ rayonu Yemişanlı kənd sakinidir və hal-hazırda həmin kənddə yaşayır. İşdə olan ərizəçiyə aid AA******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, ərizəçinin ad, soyadı və ata adı düzgün olaraq “Ərizəçi” oğlu kimi yazılmışdır. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmələr şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, soyadı və ya adı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nın 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, Qəbələ rayon AİKin xx xxxx 1998-ci il tarixli 11 nömrəli qərarına əsasən X5, Yaradova Gülçöhrə Qəhrəman qızı, Nümayəndə, X8, X7 və X3 birgə mülkiyyətinə 1,04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini verilməsini təsdiq edən JN – 221 nömrəli (kod:40615048) «Torpağa mülkiyyət hüququna dair» dövlət aktında Ərizəçi adı səhvən «Rəşid» kimi qeyd olunmuşdur. Qeyd olunan dövlət aktında yalnışlıq aradan qaldırılmadan ərizəçi həmin dövlət aktı üzrə mülkiyyət hüquqlarını həyata keçirə bilməz. Həmin yanlışlıqların başqa qaydada aradan qaldırılması mümkün olmamışdır. Ona görə də məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: Ərizə təmin edilsin. Qəbələ rayon AİK-in xx xxxx 1998-ci il tarixli 11 nömrəli qərarına əsasən X5, Yaradova Gülçöhrə Qəhrəman qızı, Nümayəndə, X8, X7 və X3 birgə mülkiyyətinə 1,04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini verilməsini təsdiq edən JN – 221 nömrəli (kod:40615048) «Torpağa mülkiyyət hüququna dair» dövlət aktının Ərizəçi aid hissədə Ərizəçi məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar