Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-125/2021 12.01.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquq əhəmiyyətli faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi Ərizəçi Sükür qızı məhkəməyə ərizə ilə müraciət edərək, Qəbələ rayon AİK-nın xx.xx.1998-ci il tarixli 10 saylı qərarı ilə X10, X11, X14, X1, X12 və X13 birgə mülkiyyətinə verilmiş JN-0050 saylı, kodu 40603038 olan “Torpağın mülkiyyət hüququna dair’’ Dövlət aktının Ərizəçi aid hissədə Ərizəçi, Qəbələ rayon AİK-nın xx.xx.1998-ci il tarixli 10 saylı qərarına əsasən X10, X15, X14, X4, X12 və X13 birgə mülkiyyətinə verilmiş JN-050F saylı, kodu 40603038 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin Ərizəçi aid hissədə Ərizəçi məxsus olması faktının müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi Sükür qızı ərizəni müdafiə edib göstərdi ki, Qəbələ rayon AİK-nın xx.xx.1998-ci il tarixli 10 saylı qərarı ilə X7, X11, X14, X2, X12 və X13 adına verilmiş JN-№ 0050 saylı kodu 40603038 olan dövlət aktında hüquq sahiblərinin adları siyahısında 3-cü sırada texniki səhv olaraq Ərizəçi X5 qeyd edilmişdir. Bundan əlavə Qəbələ rayon AİK-nın xx.xx.1998-ci il tarixli Qəbələ rayon AİK-nın xx.xx.1998-ci il tarixli 10 saylı qərarı ilə verilmiş JN-050 F kodu 40603038 olan “Torpağın mülkiyyətə .erilməsinə dair” şəhadətnamədə isə hüquq sahiblərinin adları siyahısında 3-cü sırada texniki səhv olaraq X8 adı X6 qeyd edilmişdir. Həm JN-0050 saylı Dövlət aktında və həm də JN-050F saylı şəhadətnamədə göstərilən texniki səhvlərə görə əməliyyat aparmaq mümkün olmamışdır. Ərizəçi adına verilmiş AZE№ 0******* saylı şəxsiyyət vəsiqəsində adı və ata adı düzgün olaraq X5 yox Ərizəçi kimi oeyd edilmişdir. İE № 580736 saylı doğum haqqında şəhadətnamədə adı və ata adı düzgün olaraq X3 yox Qocayeva (Şükürova) Neymət Şükür qızı kimi qeyd edilmişdir. A3 №157263 saylı evlənmə haqqında şəhadətnamədə də soyad, ad və ata adı düzgün olaraq Qocayev (Şükürova) Nemət Şükür oğlu kimi yox Ərizəçi kimi qeyd edilmişdir. Qeyd edilənlərə əsasən JN-0050 saylı Dövlət aktında və JN-050F saylı şəhadətnamədə buraxılmış texniki səhvlərə düzəliş məhkəmə qaydasında edilməlidir. Odur ki, ərizəçi ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçini dinləyib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işdə olan JN-0050 (Kod: 40603038) nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktından görünür ki, Qəbələ rayon AİK-in xx xxx 1998-ci il tarixli 10 nömrəli qərarına əsasən, X10, X11, X14, X1, X12 və X13 ümumi birgə mülkiyyətinə 3,75 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan JN-050F (Kod: 40603038) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-in xx xxx 1998-ci il tarixli 10 nömrəli qərarına əsasən, X10, X15, X14, X4, X12 və X13 ümumi birgə mülkiyyətinə 0,67 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan Seyidqışlaq kənd soveti tərəfindən verilmiş xx xxxxxx 1951-ci il tarixli İE № 580736 saylı Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X16 xx xxxxxx 1951-ci ildə doğulmuş və bu barədə doğum haqqında akt qeydləri kitabında 29 nömrə ilə qeyd edilmişdir. X9, anası X20r. İşdə olan Qutqaşen rayon Vəndam kənd soveti tərəfindən verilmiş xx xxxx 1970-ci il tarixli AZ № 157263 saylı Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X17 ilə X21 arasında xx xxxx 1970-ci il tarixdə nikah bağlanmış və bu barədə nikah haqqında akt qeydləri kitabında 22 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Qocayev, arvada Qocayeva soyadı verilmişdir. İşdə olan Qəbələ RPŞ tərəfindən xx.xx.2005-ci il tarixdə verilmiş AZE № 0******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi Sükür qızı xx xxxxxx 1951-ci il tarixdə Qəbələ rayonu Vəndam qəsəbəsində anadan olmuş və Qəbələ rayonu, Seyidqışlaq kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmələr şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, soyadı və ya adı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nın 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, ölkədə aparılan torpaq islahatı zamanı ərizəçinin və ailə üzvlərinin mülkiyyətinə 3,75 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin verilməsini təsdiq edən JN-0050 (Kod: 40603038) nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktında yalnışlığa yol verilərək, “Ərizəçi Sükür qızı” əvəzinə X24”, həmçinin ərizəçinin və ailə üzvlərinin mülkiyyətinə 0,67 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsinin verilməsini təsdiq edən JN-050F (Kod: 40603038) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə yalnışlığa yol verilərək, “Ərizəçi Sükür qızı” əvəzinə “Qocayev Ne’mət Sükür oğlu” kimi səhv olaraq göstərilmişdir. Həmin yanlışlığın başqa qaydada aradan qaldırılması mümkün deyildir. Ona görə də məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 360 və 362ci maddələrini rəhbər tutaraq, məhkəmə qət e t d i: Ərizə təmin edilsin. JN-050F (Kod: 40603038) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamənin və JN-0050 (Kod:40603038) nömrəli «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktının Ərizəçi aid olan hissədə məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elman İsayev
Məhkəmə qərarları › İş №2(025)-125/2021
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-125/2021
12.01.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver