Məhkəmə qərarları › İş №2(025)-1253/2020

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1253/2020

24.12.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1253/2020 24.12.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquq əhəmiyyətli faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, Qəbələ rayon AİK-nın 10..06.1998-Cİ il tarixli 11 saylı qərarı ilə X3, Ərizəçi Cavanşir qızı, X6 və X1 birgə mülkiyyətinə verilmiş İN-0245 saylı, kodu 40602038 olan Torpağa mülkiyyət hüququna dair Dövlət aktının Ərizəçi Cavanşir qızına aid hissədə Ərizəçi məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edib göstərdi ki, Qəbələ rayon AİK-nın xx.xx.1998-ci il tarixli 11 saylı qərarı ilə verilmiş JN-0245 saylı kodu 40602038 olan Torpağa mülkiyyət hüququna dair Dövlət aktında hüquq sahiblərinin adları siyahısında 2-ci sırada Ərizəçi ata adı texniki səhv olaraq Seyid qızı əvəzinə “Cavanşir qızı” kimi qeyd edilmişdir. Qeyd edilən JN- 0245 saylı Dövlət aktı üzrə mülkiyyətlərinə verilmiş 1,44 ha torpaq sahəsini özgəninkiləşdirmək məqsədilə DƏDRX-nin 9 saylı Qəbələ ərazi idarəsinə müraciət edərkən məlum olmuşdur ki, göstərilən JN-0245 saylı kodu 40602038 olan dövlət aktında hüquq subyektləri siyahısında 2-ci sırada ata adını Seyid qızı əvəzinə texniki səhv olaraq “Cavanşir” qızı kimi qeyd edilmişdir. JN- 0245 saylı kodu 40602038 olan Torpağa mülkiyyət hüququna dair Dövlət aktında qeyd olunan texniki səhvə görə əməliyyat aparılması mümkün olmamışdır. xx.xx.1963-cü il tarixdə adına verilmiş AZE № 364632 saylı Doğum haqqında şəhadətnamədə ata adı düzgün olaraq Seyid kimi qeyd edilmişdir. xx.xx.2013-cü il tarixdə adına verilmiş AZE № ******** saylı şəxsiyyət vəsiqəsində də ata adı düzgün olaraq Seyid kimi qeyd edilmişdir. Hazırki işə əlavə edilmiş yaşayış yeri barədə Soltan Nuxa kənd lƏN-yi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 172 saylı arayışda da ata adı düzgün olaraq Seyid qızı kimi qeyd edilmişdir. Hesab edir ki, JN-0245 saylı Dövlət aktında ata adında olan texniki səhv məhkəmə qaydasında düzəliş edilməlidir. Odur ki, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçini dinləyib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işdə olan JN-0245 (Kod: 40602038) nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktından görünür ki, Qəbələ rayon AİK-in 10..06.1998-Cİ il tarixli 11 nömrəli qərarına əsasən, X8, X7, X6 və X1 ümumi birgə mülkiyyətinə 1.44 ha fərdi kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan Qutqaşen qəsəbə soveti tərəfindən verilmiş xx xxxx 1963-cü il tarixli AZ № 364632 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx xxxxxx 1963-cü il tarixdə Ağdaş rayonu, Qutqaşen qəsəbəsində anadan olmuş, ata qrafasında X9, ana qrafasında X2 göstərilmiş və bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1963-cü il tarixdə 55 nömrə ilə qeyd edilmişdir. İşdə olan Qutqaşen rayon VVAQ şöbəsi tərəfindən verilmiş xx xxxxxxx 1986-cı il tarixli İV-JQ № 307640 saylı Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X5 ilə X10 arasında xx xxxxxxx 1986-cı ildə nikah bağlanmış və bu barədə nikah haqqında akt qeydləri kitabında həmin tarixdə 74 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Miranov, arvada Miranova soyadı verilmişdir. İş materiallarına əlavə olunmuş Qəbələ RPŞ tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş seriya AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxxxxx 1963-cü il tarixdə Qəbələ şəhərində anadan olmuş, hal-hazırda Qəbələ rayon Soltannuxa kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmələr şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, soyadı və ya adı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nın 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, ölkədə aparılan torpaq islahatı zamanı ərizəçinin və digər şəxslərin birgə mülkiyyətinə 1.44 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin verilməsini təsdiq edən JN- 0245 (Kod: 40602038) nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktında yalnışlığa yol verilərək, “Ərizəçi” əvəzinə “X12” kimi səhv olaraq göstərilmişdir. Həmin yanlışlığın başqa qaydada aradan qaldırılması mümkün deyildir. Ona görə də məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 360 və 362ci maddələrini rəhbər tutaraq, məhkəmə qət e t d i: Ərizə təmin edilsin. JN-0245 (Kod: 40602038) nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktının Ərizəçi aid olan hissədə məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar