Məhkəmə qərarları › İş №2(025)-1274/2023

Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №2(025)-1274/2023

28.07.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 2(025)-1274/2023 28.07.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Mən, Qəbələ Rayon Məhkəməsinin hakimi İsayev Elman Bəhruz oğlu, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və üçüncü şəxs Qəbələ rayon İcra və Probasiya şöbəsinə qarşı “mərhum, borclu X5 Qəbələ rayonu, Hacalı kəndində yerləşən, faktiki mülkünü 0.34 ha kənd həyətyani torpaq sahəsini qəbul edib, əmlakının idarə edən həyat yoldaşı Cavabdeh1, oğlu Cavabdeh3 və oğlu Cavabdeh2 miras əmlaka varisləri kimi, borclunun ölümündən sonra faktiki onun mülkünün qəbul edib, əmlakının idarə olunmasında onların tanınması” tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, müəyyənetdim: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və üçüncü şəxs Qəbələ rayon İcra və Probasiya şöbəsinə qarşı “mərhum, borclu X5 Qəbələ rayonu, Hacalı kəndində yerləşən, faktiki mülkünü 0.34 ha kənd həyətyani torpaq sahəsini qəbul edib, əmlakının idarə edən həyat yoldaşı Cavabdeh1, oğlu Cavabdeh3 və oğlu Cavabdeh2 miras əmlaka varisləri kimi, borclunun ölümündən sonra faktiki onun mülkünün qəbul edib, əmlakının idarə olunmasında onların tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərisəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daxil olmuş iddia ərizəsindən və ona əlavə olunmuş sənədlərdən müəyyən olunur ki, İddiaçı cavabdehlər X7 və X6 qarşı “vurulmuş maddi ziyanın, əldən çıxmış faydanın və mənəvi ziyanın ödənilməsi” tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Qəbələ Rаyоn Məhkəməsinin 19 sentyabr 2018-ci il tarixli, 2(025)87/2018 nömrəli qətnaməsi ilə (hakim Fehruz Abbasov) iddia qismən təmin edilmiş, cavabdehlər X3 və X2 müştərək qaydada 72558,00 (yetmiş iki min beş yüz əlli səkkiz) manat məbləğində pul və həmçinin hazırkı iddianın qaldırılması ilə əlaqədar dövlət rüsumu kimi dövlət büdcəsinə ödənilmiş 20 (iyirmi) manat olmaqla, cəmi 72578,00 (yetmiş iki min beş yüz yetmiş səkkiz) manat məbləğində pulun alınaraq İddiaçı ödənilməsi, iddia tələblərinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən cavabdehlər apellyasiya şikayəti vermişlər. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(107)-622/2019 saylı qətnaməsi ilə Qəbələ Rayon Məhkəməsinin qətnaməsi qismən-X6 münasibətdə ləğv edilmiş, qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Qətnamə ilə cavabdehlər X9 və X8 tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Qəbələ Rаyоn Məhkəməsinin 19 sentyabr 2018-ci il tarixli, 2(025)-87/2018 nömrəli qətnaməsinin qismən-X6 münasibətdə ləğv edilməsi, iş üzrə həmin hissədə yeni qətnamə qəbul edilməsi, İddiaçı cavabdehlər X7 və X6 qarşı “vurulmuş maddi ziyanın, əldən çıxmış faydanın və mənəvi ziyanın ödənilməsi” tələbinə dаir iddiasının cavabdeh X6 mübasibətdə rədd edilməsi və qətnamənin qalan hissəsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(107)- 622/2019 saylı qətnaməsindən cavadbeh X1 şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 09 avqust 2019-cu il tarixli, 2(102)-4946 saylı qərarı ilə kassaiya şikayəti təmin edilməmiş və Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(107)-622/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(107)-622/2019 saylı qətnaməsi icraya yönəldilmiş və Qəbələ rayon İcra və Probasiya şöbəsi tərəfindən icraata qəbul edilərək icraata başlanması haqqında qərar qəbul edilmişdir. İcra prosesində mərhum X5 Qəbələ rayonu Hacallı kəndində mülkiyyətində olan 0.08 ha torpaq sahəsi üzərində yerləşən qeyriyaşayıb binasına və ailə üzvləri ilə birlikdə mülkiyyətində olan 0.34 ha həyətyanı torpaq sahəsindən payına düşən hissəsinə həbs qoyularaq açıq hərrac yolu ilə satışa çıxarılmış, icra həmin mərhələdə olan zaman torpaq sahəsi icra məmurları tərəfindən iddiaçıya təklif edildikdə onun tərəfindən qəbul edilmişdir. Cavabdeh X9 2021-ci ildə vəfat etmişdir. Buna görə də icra sənədinin tam olaraq icrasının təmin edilməsi mümkün olmamış və icra sənədinin icrası dayandırılmışdır. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, hesab edir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 31-ci maddəsinin tələbləri nəzərə alınmaqla, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən iddianın yol verilməzliyinə görə ərizənin qəbulundan imtina edilməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 31-ci maddəsinə əsasən icraat zamanı tərəflərdən biri sıradan çıxdıqda (fiziki şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə) icra məmuru qərar qəbul edərək, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada həmin tərəfi onun vərəsəsi və ya hüquq varisi ilə əvəz edir. Vərəsə və hüquq varisi icraata daxil olanadək həyata keçirilmiş bütün hərəkətlər, onun əvəz etdiyi şəxs üçün məcburi olduğu kimi, vərəsə və ya hüquq varisi üçün də eyni dərəcədə məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmçinin, X11 Azərbaycan Respublikasının qanununun 5.1.2-ci maddəsinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Qeyd olananlara əsasən, məhkəmə hesab edir ki, İddiaçı tərəfindən Qəbələ Rayon Məhkəməsinə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ona geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 153.2.2, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və üçüncü şəxs Qəbələ rayon İcra və Probasiya şöbəsinə qarşı “mərhum, borclu X5 Qəbələ rayonu, Hacalı kəndində yerləşən, faktiki mülkünü 0.34 ha kənd həyətyani torpaq sahəsini qəbul edib, əmlakının idarə edən həyat yoldaşı Cavabdeh1, oğlu Cavabdeh3 və oğlu Cavabdeh2 miras əmlaka varisləri kimi, borclunun ölümündən sonra faktiki onun mülkünün qəbul edib, əmlakının idarə olunmasında onların tanınması” tələbinə dair iddia ərizəsinin qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilsin. İddiaçı tərəfindən Qəbələ Rayon Məhkəməsində iddia qaldırmaq üçün X4 hesabına ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu İddiaçı geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətinə Qəbələ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar