Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1298/2023 26.10.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövət Xitməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “hüquq əhəmiyyətli faktının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: hüquq əhəmiyyətli faktının müəyyən edilməsi) Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Rəhimli Arzu İsmət oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquq əhəmiyyətli faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin halları Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, Torpağın mülkiyyətə verilməsinə dair» JN- 1083F kod 40601004 saylı şəhadətnamənin X5, X17 və Cabbarova (Mustafayeva) Solmaz Şamil qızına məxsus olması hüquq faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Qəbələ şəhəri ərazisində aparılan yerli aqrar islahatları vaxtı təşkil olunmuş X20 26 fevral 2001-cl il tarixli 03 saylı qərarı ilə Qəbələ şəhəri ərazisində mərhum atasının və anasının xüsusi mülkiyyətinə 0,07 hektar həyətyanı torpaq sahəsi verilmişdir. Bu torpaq sahəsinin mülkiyyətə verilməsi «Torpağın mülkiyyətə verilməsinə dair» JN-1083F - kod 40601004 saylı şəhadətnamə ilə rəsmiləşdirilməklə mülkiyyətçi kimi onlara sənəd təqdim edilmişdir. Hazırda həmin torpaq sahəsi xüsusi mülkiyyətlərindədir. X11 31 dekabr 2021-ci il tarixdə “durğunluq ürək çatışmamazlığ” xəstəliyindən, anası X18 isə 26 oktyabr 2020-ci il tarixdə “qanaxma və ya infarkt olduğu dəqiqləşdirilməyən insult” xəstəliyindən vəfat etmişlər. Onların nikahları 13 sentyabr 1995-ci ii tarixdə Qəbələ rayon Qeydiyyat şöbəsində 65 nömrəli akt qeydi kitabında qeydə alınmışdır. «Torpağın mülkiyyətə verilməsinə dair» JN-1083F-kod 40601004 saylı şəhadətnamdə mərhum valideynlərimin adları səhv olaraq göstərilmişdir. Buna görə də mülkiyyət sənədləri ilə şəxsiyyətini təsdiq edən səndlərdə uyğunsuzluq əmələ gəlmişdir. «Torpağın mülkiyyətə verilməsinə dair» JN-1083F-kod 40601004 saylı şəhadətnamdə X3 əvəzinə X9, X23 əvəzinə X24 qeyd olunmuşdur. Yaşadıqları ərazi üzrə İƏ nümayəndəlik tərəfindən verilmiş arayışlarda da mülkiyyət sənədlərində aparılan qeydlərin səhv olduğu bildirilməklə soyad, ad və ata adlan düzgün olaraq göstərilmişdir. Göstərilən bu cürə uyğunsuzluğun aradan qaldırılması və düzgün qeydlə hüquqların dövlət qeydiyyatına alınmasına dair çıxarışın verilməsi üçün aidiyyəti üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi idarəsinə müraciət edəndə sənədlərdə olan uyğunsuzluğu bilmişdir. Bundan sonra aidiyyəti üzrə maraqlı şəxsə müraciət etmişdir. Maraqlı şəxs yaranmış problemin hüquq müstəvisində həllinə nail olmaqla hüquqlarımın müdafiəsi məqsədilə məhkəməyə müraciət etməkləri tövsiyə edilmişdir. Buna görə də şəhadətnamənin məxsus olması hüquq faktının müəyyən edilməsi məqsədilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Bu həm də qanunla qorunan hüquqlarıdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəyə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövət Xitməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına nümayəndəsini göndərməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmələr şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, soyadı və ya adı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nın 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Birinci instansiya baxışının hədləri Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər Birinci instansiya məhkəməsinin mövqeyi Məhkəmə iş materiallarını araşdırıb, ərizəçini dinləyib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işdə olan JN-1083F (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-in 26 fevral 2001-ci il tarixli 03 saylı qərarına əsasən X4, X14 və X7 mülkiyyətinə 0.07 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 31 mart 2021-cı il tarixli 114 №-li arayışdan görünür ki, X23 xx.xx.1960-cı ildə Qəbələ rayonunda anadan olmuşdur. Bu barədə 1960-cı ilin yanvar ayında Qəbələ rayon Qeydiyyat şöbəsində 21 №-li doğum haqqında akt qeydi tərtib olunmuşdur. Atası: X15, anası: X8r. Burada mərhumun soyadı, adı və ata adı “X23” olaraq qeyd olunmuşdur. İşdə olan Qəbələ şəhər İ.Ə.N-yi tərəfindən verilmiş 30 mart 2021-ci il tarixli 626 №-li arayışdan görünür ki, Qəbələ rayonu X13 26 fevral 2001-ci il tarixli, 03 saylı qərarı ilə JN 1083 F, kod 40601004 nömrəli verilmiş olan torpaq şəhadatnaməsində qeyd olunan adlar səhv yazılmışdır: X10 əvəzinə səhvən X9 və X23 əvəzinə X24 yazılmışdır. İşdə olan Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 30 mart 2021-ci il tarixli 106 №-li arayışın surətindən görünür ki, X23 ilə X12 nikah haqqında 13 senrtyabr 1995-ci il tarixində 65 №-li akt qeydi tərtib olunmuşdur. Nikahın qeydə alındığı yer: Qəbələ rayon Qeydiyyat şöbəsi. Nikah bağlandıqdan sonra ərə Cabbarov arvada Cabbarova doyadları verilmişdir. X18 xx.xx.2020-ci il tarixində Qəbələ rayonunda vəfat etmişdir. Burada mərhumun soyadı, adı və ata adı “X23” olaraq qeyd olunmuşdur. İşdə olan Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 22 yanvar 2010-cu il tarixli AZ-İ № 408267 saylı ölüm haqqında şəhadatnamənin surətindən görünür ki, X10 06 yanvar 2010-cu ildə vəfat etmiş, ölümü 08 yanvar 2010-cu il tarixdə akt qeydi ilə Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən dövlət qeydiyyatına alınmışdır. Burada mərhumun soyadı, adı və ata adı tam olaraq “X10” olaraq qeyd olunmuşdur. İşdə olan Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 03 sentyabr 2022-ci il tarixli AZ- İİ № 272936 saylı ölüm haqqında şəhadatnamədən görünür ki, X18 26 oktyabr 2020-ci ildə vəfat etmiş, ölümü 29 oktyabr 2020-ci il tarixdə akt qeydi ilə Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən dövlət qeydiyyatına alınmışdır. Burada mərhumun soyadı, adı və ata adı tam olaraq “X18” olaraq qeyd olunmuşdur. İşdə olan Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 12 yanvar 2022-ci il tarixli AZ-İİ № 227380 saylı ölüm haqqında şəhadatnamədən görünür ki, X23 31 dekabr 2021-ci ildə vəfat etmiş, ölümü 12 yanvar 2022-ci il tarixdə akt qeydi ilə Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən dövlət qeydiyyatına alınmışdır. Burada mərhumun soyadı, adı və ata adı tam olaraq “X23” olaraq qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi soyadı, adı, ata adı şəxsiyyəti təsdiq edən sənəddə “Ərizəçi” qızı olaraq qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş AZE № 08260246 nömrəli Qəbələ RPŞ tərəfindən xx.xx.2010-cu il tarixdə verilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X2, adı və ata adı şəxsiyyəti təsdiq edən sənəddə “X23” olaraq qeyd olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, ölkədə aparılan torpaq islahatı zamanı ərizəçilərin və ailə üzvilərinin mülkiyyətinə 0.07 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahələrinin verilməsini təsdiq edən JN-1083F (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədə “X24” əvəzinə “X24” kimi, “X10” əvəzinə “X9” kimi səhv olaraq göstərilmişdir. Həmin yanlışlığın başqa qaydada aradan qaldırılması mümkün deyildir. Ona görə də məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 360 və 362ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. JN-1083F (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» X1, X17 və Cabbarova (Mustafayeva) Solmaz Şamil qızına aid olan hissədə məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elman İsayev
Məhkəmə qərarları › İş №2(025)-1298/2023
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1298/2023
26.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver