Məhkəmə qərarları › İş №2(025)-1299/2023

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1299/2023

26.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1299/2023 26.10.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövət Xitməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “hüquq əhəmiyyətli faktının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: hüquq əhəmiyyətli faktının müəyyən edilməsi) Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Rəhimli Arzu İsmət oğlunun katibliyi, ərizəçilər Ərizəçi1 və Ərizəçi2 iştirakları ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 hüquq əhəmiyyətli faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin halları Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 məhkəməyə ərizə ilə müraciət edərək, Qəbələ rayon AİK-in 22 noyabr 1997-ci il tarixli 25 nömrəli qərarına əsasən X6, X3, X8, X9, X17 və X20 adına verilmiş JN - 728 nömrəli (kod:********) «Torpağa mülkiyyət hüququna dair» Dövlət Aktının onlara aid hissəsədə onlara - Ərizəçi1 və Ərizəçi2 məxsus olması hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Qəbələ rayon AİK-in 22 noyabr 1997-ci il tarixli 25 nömrəli qərarına əsasən, onlara, yəni X10, X4, X13, X14, X21 və X24 Qəbələ rayonu Mıxlıqovaq kəndində JN - 728 nömrəli (kod:********) «Torpağa mülkiyyət hüququna dair» Dövlət Aktı ilə 0,79 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. X32 o - Ərizəçi1 adı səhvən "X7" kimi, o-Ərizəçi2 adı səhvən "X22" kimi göstərilmişdir. Lakin onlara məxsus şəxsiyyət vəsiqələrində, doğum haqqında şəhadətnamələrdə və nikah haqqında şəhadətnamələrdə ad, soyad və ata adları Ərizəçi1 və Ərizəçi2 kimi göstərilmişdir. Hazırda ailə üzvlərinin mülkiyyətinə verilmiş torpaq sahələrinə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən Çıxarış almaq istəyirlər. Dövlət atkında səhvlər olduğundan bu mümkün deyildir. Torpağa mülkiyyət hüququna dair dövlət aktını verən orqan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi isə ləğv edildiyindən, şəhadətnamədəki və dövlət aktıdakı yanlışlığı aradan qaldıra bilmirlər. Həmçinin Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin səlahiyyətləri Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə keçdiyindən aidiyyəti üzrə xidmətin 9 saylı Qəbələ Ərazi İdarəsinə ərizə ilə torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə yanlışlıqların aradan qaldırılması xahiş edilmiş, müvafiq məktub ilə yanlışlıqlara düzəlişlərin həyata keçirilməsi onların səlahiyyətlərinə aid olmadığından məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Onlar uzun illər buna əhəmiyyət verməmişlər. Lakin torpağın sənədlərini hazırlayıb daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almaq istəyərkən bu anlaşılmazlıqla rastlaşmışdılar. Yol verilmiş yalnışlığı onlar başqa cür aradan qaldırmaq iqtidarında deyillər, ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdılar. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizəyə uyğun izahat verərək ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdilər. Maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövət Xitməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına nümayəndəsini göndərməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmələr şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, soyadı və ya adı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nın 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Birinci instansiya baxışının hədləri Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Birinci instansiya məhkəməsinin mövqeyi Məhkəmə iş materiallarını araşdırıb, ərizəçini dinləyib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işdə olan JN-728 (Kod: ********) nömrəli «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktından görünür ki, Qəbələ rayon AİK-in 22 noyabr 1997-ci il tarixli 25 nömrəli qərarına əsasən, X6, X3, X8, X9, X17 və X20 mülkiyyətinə 0.79 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan Mıxlıqovaq kənd Soveti tərəfindən verilmiş 24 iyun 1964-cü il tarixli АЗ 656935 №-li doğum haqqında şəhadatnamənin sürətindən görünür ki, ərizəçi X15 xx xxxx 1964-cü ildə Qutqaşen rayonu, Mıxlıqovaq kəndində anadan olmuşdur. Burada Ərizəçi1 tam adı “X11” olaraq qeyd olunmuşdur. İşdə olan Qutqaşen rayonu, Mıxlıqovaq kənd Soveti tərəfindən verilmiş 24 iyun 1986-cı il tarixli Xİ-ЖГ 449801 №-li doğum haqqında şəhadatnamənin sürətindən görünür ki, Ərizəçi2 xx xxxx 1986-cı ildə Qutqaşen rayonu, Mıxlıqovaq kəndində anadan olmuşdur. Burada Ərizəçi2 tam adı “Ərizəçi2” olaraq qeyd olunmuşdur. İşdə olan Qəbələ rayonu Mıxlıqovaq kənd İnzibati Ərazi Dairəsi tərəfindən verilmiş 09 oktyabr 2014-cü il tarixli AZ-İ № 984408 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi2 09 oktyabr 2014-cü il tarixdə X18 ilə nikah bağlanmış, nikah bağlandıqdan sonra ərə Şirinov, arvada Şirinova soyadı verilmişdir. Burada Ərizəçi2 tam adı “Ərizəçi2” olaraq qeyd olunmuşdur. İşdə olan Qutqaşen rayonu Mıxlıqovaq kənd Soveti tərəfindən verilmiş 12 dekabr 1983-cü il tarixli İİİ-ЖГ № 819454 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X19 12 dekabr 1983-cü il tarixdə X11 ilə nikah bağlanmış, nikah bağlandıqdan sonra ərə Şirinov, arvada Şirinova soyadı verilmişdir. Burada Ərizəçi1 tam adı “Ərizəçi1” olaraq qeyd olunmuşdur. İşdə olan Qəbələ rayonu Mıxlıqovaq kənd İ.Ə.N-yi tərəfindən verilmiş 20 iyul 2023-cü il tarixli 353 №-li arayıdan görünür ki, Qəbələ rayon Aqrar İslahat Komissiyasının 22 noyabr 1997-ci il tarixli 25 saylı qərarı ilə verilmiş JN: 728 nömrəli kod: 40614018 olan, 0.79 hektar Torpağın Mülkiyyət Hüququna Dair Dövlət aktlarında texniki səhv olaraq Ərizəçi1 adı səhvən X2, Ərizəçi2 adı səhvən X5 yzılmışdır. Odur ki, JN: 728 nömrəli kod: 40614018 olan, 0.79 hektar Torpağın Mülkiyyət Hüququna Dair Dövlət aktlarındakı vətəndaşların həqiqi adı, soyadı və ata adı şəxsiyyət vəsiqəsində göstərildiyi kimidir. Qeyd: JN: 728 nömrəli kod: 40614018 olan, 0.79 hektar Torpağın Mülkiyyət Hüququna Dair Dövlət aktlarında adı qeyd olunan X7 və X1 İƏN-nin təsərrüfatbaşına kitablarında qeydiyyatda yoxdur və kənddə yaşamır. İşdə olan Qəbələ rayon Mıxlıqovaq kənd İ.Ə.N-yi tərəfindən verilmiş 20 iyul 2023-cü il tarixli 354 №-li arayışdan görünür ki, Ərizəçi1 Qəbələ rayon Mıxlıqovaq kəndində qeydiyyatdadır və halhazırda Mıxlıqovaq kəndində yaşayır. İşdə olan Qəbələ rayon Mıxlıqovaq kənd İ.Ə.N-yi tərəfindən verilmiş 20 iyul 2023-cü il tarixli 355 №-li arayışdan görünür ki, Ərizəçi2 Qəbələ rayon Mıxlıqovaq kəndində qeydiyyatdadır və halhazırda Mıxlıqovaq kəndində yaşayır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, ölkədə aparılan torpaq islahatı zamanı ərizəçilərin tam mülkiyyətinə 0.79 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin verilməsini təsdiq edən JN-728 (Kod: ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktında “Ərizəçi1” əvəzinə “X7 ” kimi və “Ərizəçi2” əvəzinə “X22” kimi səhv olaraq göstərilmişdir. Həmin yanlışlığın başqa qaydada aradan qaldırılması mümkün deyildir. Ona görə də məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 360 və 362ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. JN-728 (Kod: ********) nömrəli «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktının ərizəçilər Ərizəçi1 və Ərizəçi2 aid olan hissədə məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar