Məhkəmə qərarları › İş №2(025)-130/2023

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-130/2023

18.04.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-130/2023 18.04.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında) Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi ilə, Ərizəçi və maraqlı şəxs Qəbələ rayon İcra Hakimiyyəti Başçısı Aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X11 iştirakları ilə, Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İşin halları Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 27 fevral 1975-ci il tarixində Qutqaşen(indiki Qəbələ) şəhərində anadan olmuş, Qəbələ şəhəri, Fizuli küçəsi, ev 37-də qeydiyyatda olan və yaşayan X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx xxxxxx 1978-ci il tarixində Qutqaşen(indiki Qəbələ) rayonunda anadan olmuşdur. X8 xx.xx.2011-cı il tarixində koronar çatmamazlıqdan və atası X16 xx.xx.2020-ci il tarixində qida borusunun boyun hissəsinin bədxassəli yenitörəməsindən vəfat etmişlər. Atası və anası xx.xx.1968-ci il tarixində nikaha daxil olaraq evlənmiş və birgə nikahlarından 5 övladları, 2 qız və 3 oğlan uşaqları olmuşdur. X1 27 fevral 1975-ci il tarixində Qutqaşen (indiki Qəbələ) şəhərində anadan olmuş, ailəli olmamış, hərbi xidmətdə olduğu zaman onda fiziki qüsur və əqli gerilik kimi xəstəlik yaranmışdır. Müayinə zamanı Tibbi-Sosial Ekspert Komissiayasınm diaqnozu ilə onda şizofreniya, paranoid forma, fasiləsiz gedişli olmaqla, əmək qabiliyyətini itirdiyinə görə müddətsiz, İİ dərəcəli əlillik təyin olunmuşdur. Hal hazırda onda psixofıziki gerilik, yaddaş və davranış pozğunluqları yaranmışdır ki, xəstəliyinə görə özünü sərbəst idarə edə bilmir, qardaşına o və həyat yoldaşı baxaraq qulluq göstərir. X10 xəstəlikləri ilə əlaqədar öz hərəkətlərini tənzimləyə bilmədiyindən başqa şəxsin köməyinə və qayğısına daim ehtiyacı vardır. Bəzi hallarda onun tərəfindən hüquqmüəyyənedici sənədlərin imzalanması zərurəti yarandığından bir sıra çətinliklərlə üzləşirlər. Odur ki, qardaşı X6 xəstəliyi ilə əlaqədar öz hərəkətlərinin mənasını başa düşməməsinə görə onun fəaliyyət qabiliyyəti olmaması barədə qərar verilməsi üçün məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında ərizəçi X9 ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında maraqlı şəxs Qəbələ rayon İcra Hakimiyyəti Başçısı Aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X17 ərizənin təmin edilməsinə etiraz etmədiyini bildirdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafıq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfındən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Mülki Prosessual Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Birinci instansiya baxışının hədləri Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Birinci instansiya məhkəməsinin mövqeyi Məhkəmə tərəflərin izahatını, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizənin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işdə olan Asan-Qəbələ tərəfindən xx.xx.2017-cü il tarixdə verilmiş AZE № 16950427 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X12 xx.xx.1975-ci ildə Qəbələ şəhəində anadan olmuş, hazırda Qəbələ şəhəri, Füzuli küçəsi, ev 37 ünavında qeydiyyatdadır. İşdə olan ƏƏMN Qəbələ rayon şöbəsi tərəfindən 16 aprel 2015-ci il tarixdə verilmiş 083736 saylı vəsiqənin surətindən görünür ki, X12 2-ci qrup əlildir. İşdə olan Qutqaşen rayon VVAQ şöbəsi tərəfindən 20 mart 1975-ci il tarixdə verilmiş Vİİİ- ЖГ № 313241 saylı Doğum haqqında Şəhadətnamədən görünür ki, X12 xx.xx.1975-ci ildə Qutqaşen rayonunda anadan olmuşdur. X3, anası X13r. İşdə olan Qutqaşen rayon VVAQ şöbəsi tərəfindən 07 dekabr 1978-ci il tarixdə verilmiş Vİİİ- ЖГ № 323578 saylı Doğum haqqında Şəhadətnamədən görünür ki, Ərizəçi xx.xx.1978-ci ildə Qutqaşen rayonunda anadan olmuşdur. X3, anası X13r. İşdə olan Qutqaşen rayon VVAQ şöbəsi tərəfindən 25 yanvar 1968-ci il tarixdə verilmiş AЗ № 081179 saylı Nikah haqqında Şəhadətnamənin surətindən görünür ki, X14 25 yanvar 1968-ci ildə X19 ilə nikah bağlamış, nikah bağlandıqdan sonra ərə Yahyazadə, arvada Yahyazadə soyadı verilmişdir. İşdə olan Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən 04 noyabr 2011-ci il tarixdə verilmiş AZ-İ № 488219 saylı Ölüm haqqında Şəhadətnamənin surətindən görünür ki, X1914 oktyabr 2011-ci il tarixdə Qəbələ rayonunda vəfat etmişdir. İşdə olan Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən 07 iyul 2020-ci il tarixdə verilmiş AZ-İİ № 101060 saylı Ölüm haqqında Şəhadətnamənin surətindən görünür ki, X16 06 iyul 2020-ci il tarixdə Qəbələ rayonunda vəfat etmişdir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X26in 1 saylı X5 tərəfində verilmiş xx.xx.2022-ci il tarixli **********8 saylı arayışında görünür ki, X6 aylıq pensiya məbləği 268.62 manat olmaqla DSMF 1 saylı X2 hərbi hidmət dövrü ilə əlaqədar orqanizminin funksiyalarının 31-60 faiz pozuntusuna örə əliliyi müəyyən edilmiş şəxs kimi əmək pensiyası alır: pensiyanın müddətimüddətsiz, peniya işinin nömrəsi-011383. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X26 xx.xx.2023-cü il tarixli, 340 saylı ambulator məhkəmə psixiatrik ekspertizasının rəyindən görünür ki, X12 onda qeyd olunan “şizofreniya paranoid forma” xriniki psixi xəstəliyi nəticəsində öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X6 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsas vardır. Beləliklə, məhkəmə iclasında təqdim olunmuş sübutları, ekspert rəyini nəzərə almaqla məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X26 xx.xx.2023-cü il tarixli, 340 saylı rəyinin nəticə hissəsində göstərilənlər ərizənin təmin edilməsi üçün əsas verir. Belə ki, X12 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik olmadığı sübut olunur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1975-ci il təvəllüdlü X12 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsiin 216-220, 227, 233, 307-310-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. xx.xx.1975-ci il təvəllüdlü X12 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar