Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1308/2023 17.10.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Ərizəçi etibarnamə üzrə nümayəndəsi (atası) Nümayəndə iştirakı ilə Ərizəçi “sənədin məxsus olması faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, Qəbələ rayon Aqrar İslahat Komissiyasının 25 iyun 1998-ci il tarixli, 11 qərarına əsasən, X15, X6, Nümayəndə, X16, X17, X7 adına verilmiş JN-226 (KOD ********) nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının və Qəbələ rayon Aqrar İslahat Komissiyasının 11 noyabr 2001-ci il tarixli, 15 saylı qərarına əsasən, X15, X6, Nümayəndə, X16, X17, X18, X3 adına verilmiş JN- 039A, KOD 40607048 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin ona aid hissədə ona, Ərizəçi məxsus olması hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, Qəbələ rayon Aqrar İslahat Komissiyasının 25 iyun 1998-ci il tarixli, 11 saylı qərarı ilə X15, X6, Nümayəndə, X16, X17, X13 Qəbələ rayonu, Yenikənd kəndi ərazisindən 3,32 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə JN-226, KOD 40607048 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı verilmişdir. Həmçinin Qəbələ rayon Aqrar İslahat Komissiyasının 11 noyabr 2001-ci il tarixli, 15 saylı qərarı ilə X15, X6, Nümayəndə, X16, X17, X18, X8 Qəbələ rayonu, Yenikənd kəndi ərazisindən 0,71 ha həyətyanı torpaq sahəsinə JN-039A, KOD 40607048 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə verilmişdir. Dövlət Aktında və Şəhadətnamədə sonradan ona məlum olmuşdur ki, adı "Mikayılova (Rəhimova) Şahbaz Niyazı qızı" əvəzinə səhvən "X2 qeyd edilmişdir. Lakin şəxsiyyət vəsiqəsində, doğum haqqında şəhadətnamədə, Nikah haqqında Şəhadətnamədə və digər sənədlərdə Ərizəçi kimi qeyd edilmişdir. Hazırda sözügedən torpaq sahəsinə dair ailə üzvləri ilə birlikdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən Çıxarış almaq istəyirlər. Şəhadətnamədə və Dövlət Aktında adı düzgün yazılmadığından bu mümkün deyildir. Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməni və Torpağa mülkiyyət hüququna dair Dövlət Aktını verən orqan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi isə ləğv edildiyindən, şəhadətnamədəki yanlışlığı aradan qaldıra bilmirlər. Həmçinin Azərbaycan Respublikası X14 Komitəsinin səlahiyyətləri Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə keçdiyindən o, aidiyyatı üzrə xidmətin 9 saylı Qəbələ Ərazi İdarəsinə ərizə ilə torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə yanlışlıqların aradan qaldırılmasını xahiş etmiş, müvafiq 17 aprel 2023-cü il tarixli məktubu ilə yanlışlıqlara düzəlişlərin həyata keçirilməsi onların səlahiyyətlərinə aid olmadığından məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göründüyü kimi düzəlişi başqa formada edə bilmir. Ona görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında Ərizəçi etibarnamə üzrə nümayəndəsi (atası) Nümayəndə ərizədə göstərilənlərə uyğun izahat verib, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ona görə də məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçinin nümayəndəsini dinləyib hesab edir ki, ərizə təmin olunmalıdır. Mülki işdə olan sənədlər: Belə ki, işdə olan JN – 039A nömrəli (kod: ********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-in 11 noyabr 2001-ci il tarixli 15 nömrəli qərarına əsasən X4, X1, Nümayəndə, X9, X10, X11 və X5 ümumi birgə mülkiyyətinə Qəbələ rayonu Yenikənd kəndində 0,71 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan JN - 226 nömrəli (kod: ********) «Torpağa mülkiyyət hüququna dair» dövlət aktından görünür ki, Qəbələ rayon AİK-in 25 iyun 1998-ci il tarixli 11 nömrəli qərarına əsasən X4, X1, Nümayəndə, X9, X10 və X7 ümumi birgə mülkiyyətinə Qəbələ rayonu Yenikənd kəndində 3,32 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan 21 iyul 2023-cü il tarixli, AZ-T seriyalı, 228770 nömrəli “Doğum haqqında şəhadətnamə”nin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi ad, soyad və ata adı “Ərizəçi” kimi qeyd edilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli, AZ-T seriyalı, 047260 №-li «Nikah haqqında» şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X12 ilə Ərizəçi 22 iyul 2021-ci ildə nikahları bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 348 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Mikayılov, arvada Mikayılova soyadı verilmişdir. X4, X1, Nümayəndə, X9, X10 və X7İşdə olan ərizəçiyə aid şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, ərizəçinin ad, soyad və ata adı “Ərizəçi” kimi qeyd edilmişdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin 07 iyul 2023-cü il tarixli məktubundan görünür ki, JN – 039A nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə və JN-226 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nda mülkiyyətçinin ad və soyadında hər hansı dəyişiklik edilməsi həmin orqanın səlahiyyətinə aid deyil və həmin məsələ ilə bağlı məhkəməyə müaciət olunması tövsiyyə olunmuşdur. İş materiallarında olan Qəbələ rayon İHB-nın Yenikənd kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 18 iyul 2023-cü il tarixli, 5-59-29/2-214 nömrəli arayışda göstərilmişdir ki, Ərizəçi Qəbələ rayonu Yenikənd kəndində qeydiyyatda olmaqla Bakı şəhərində yaşayır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmələr şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, soyadı və ya adı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nın 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5- ci maddəsində nəzərdə tutulan faktın-yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir:birincisi-şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir);ikincisi-həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü-məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir,yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, Qəbələ rayon AİKin 11 noyabr 2001-ci il tarixli 15 nömrəli qərarına əsasən X4, X1, Nümayəndə, X9, X10, X11 və X5 adına verilmiş JN – 039A nömrəli (kod: ********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə, eyni zamanda Qəbələ rayon AİK-in 25 iyun 1998-ci il tarixli 11 nömrəli qərarına əsasən X4, X1, Nümayəndə, X9, X10 və X7 adına verilmiş JN - 226 nömrəli (kod: ********) «Torpağa mülkiyyət hüququna dair» dövlət aktında Ərizəçi səhvən soyadı “Rəhimov” kimi, cinsiyyəti isə səhvən “oğlu” kimi qeyd edilmişdir. Lakin ərizəçiyə aid şəxsiyyət vəsiqəsində, doğum və nikah haqqında şəhadətnamələrdə düzgün olaraq ad, soyad və ata adı Ərizəçi kimi göstərilmişdir. Qeyd olunan şəhadətnamədə və dövlət aktında yalnışlıqlar aradan qaldırılmadan ərizəçi həmin şəhadətnam və dövlət aktı üzrə vərəsəlik, mülkiyyət və s. hüquqlarını həyata keçirə bilməz. Həmin yanlışlıqların başqa qaydada aradan qaldırılması isə mümkün deyildir. Ona görə də məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. Qəbələ rayon AİK-in 11 noyabr 2001-ci il tarixli 15 nömrəli qərarına əsasən X4, X1, Nümayəndə, X9, X10, X11 və X5 adına verilmiş JN – 039A nömrəli (kod: ********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin; Qəbələ rayon AİK-in 25 iyun 1998-ci il tarixli 11 nömrəli qərarına əsasən X4, X1, Nümayəndə, X9, X10 və X7 adına verilmiş JN - 226 nömrəli (kod: ********) «Torpağa mülkiyyət hüququna dair» dövlət aktının Ərizəçi aid hissədə Ərizəçi məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev
Məhkəmə qərarları › İş №2(025)-1308/2023
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1308/2023
17.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver