Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1318/2023 16.11.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3nə və Qəbələ Regional "Asan Xidmət" Mərkəzinin Notariat Ofisinə qarşı "daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab olunması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab olunması) Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi (qızı) Nümayəndə2, Cavabdeh2 və Cavabdeh3 nümayəndəsi Nümayəndə1 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3nə və Qəbələ Regional "Asan Xidmət" Mərkəzinin Notariat Ofisinə qarşı "daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab olunması” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3nə və Qəbələ Regional "Asan Xidmət" Mərkəzinin Notariat Ofisinə qarşı "daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, üçüncü şəxs X20 Xidmət Mərkəzində Notariat Ofisində Cavabdeh3 ilə Cavabdeh2 arasında bağlanmış və reystrdə qeydə alınmış daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və dövlət rüsumu hesabına ödədiyi 100 manat pulun cavabdehlərdən tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İşin faktiki halları: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh2 onun qardaşı X4 oğludur. "Miras əmlakda payların müəyyən edilməsinə dair" iddia ərizəsi əsasında Qəbələ Rayon Məhkəməsinin 30 iyun 2016-cı il tarixli qətnaməsi ilə mərhum anası X2 ölümündən sonra ünvan 1 ünvanda ondan miras qalmış 0.07 hektar həyətyanı sahəsinin 1/3 hissəsinin, yəni 0.02333 hissəsinin tərəfindən qəbul edilməsi müəyyən edilmişdir. Məhkəmə qətnaməsindən sonra həmin torpaq sahəsi naturada ayrılaraq ona verilmişdir. Həmin torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında DƏDRX-də adına qeydə alınaraq adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. (çıxarış iddia ərizəsinə əlavə olunur) Digər qanun üzrə birinci növbə vərəsə olmuş mərhum qardaşı X5 oğlu da mərhum anasından miras qalmış həmin torpaq sahəsindən onun atasına çatası 1/3 hissəsini qəbul etmişdir. Digər qardaşı X8 miras əmlakla maraqlanmamış, qanunla müəyyən edilmiş müddətdə ona çatası həmin payını qəbul etməmiş və ya payını notaiat və ya məhkəmə qaydasında mübahisələndirməmişdir. Ona görə də hesab edir ki, qardaşı oğlu olan Cavabdeh2 olunun qanuvericiliyin tələbinə görə hazırki vəziyyətdə miras əmlaka bitişik olan və mərhum anasının istifadəsində olan və satılmaq məqsədi ilə müraciətindən sonra cavabdeh bələdiyyənin adına qeydə alınmış 0.0426 hektar torpaq sahəsi üzərində hüquqlarına dövlət tərəfindən təminat verilmir. Bunun əksi olaraq onun çıxarışa əsasən xüsusi mülkiyyətində olan torpaq sahəsini vərəsəlik yolu ilə qəbul etdiyindən mübahisə predmeti olan 0.0426 hektar bələdiyyə balansında olan torpaq sahəsini satın almaqda üstünlük hüququ yaranmışdır. Ona ayrılmış torpaq sahəsi ilə qardaşı X4 mülkiyyətində olan həyətyanı torpaq sahəsinin arasında mərhum valideynlərinin istifadəsində olmuş 0.0426 hektar bələdiyyə balansında olan torpaq sahəsi mövcuddur. Həmin 0.0426 hektar torpaq sahəsi bələdiyyənin balansında olsa da, uzun müddət mərhum valideynlərinin istifadəsində olmuşdur və onların qanuni istifadəsində olmuş 0.07 hektar həyətyanı torpaq ilə sərhəddə olmaqla hər tərəfdən hasarlanmış həyətyanı torpaq sahəsinin daxilində olmuşdur. Ona görə də qanun üzrə birinci növbə vərəsə kimi, mərhum valideynlərindən miras qalmış əmlakın 1/3 hissəsinə onun hüququ məhkəmə qətnaməsi ilə tanındığından və müəyyən edildiyindən hesab edir ki, onun həmin 0.0426 hektar torpaq sahəsinin 1/3 hissəsini satın almaqda üstünlük hüququ var. Torpaq sahəsini tam hissədə və ya 1/3 hissəsini almaq istədiyinə görə torpaq sahəsinin tam və ya 1/3 hissəsinin qanunvericiliyin tələbinə uyğun olaraq ona satılmasına dair ərizə ilə cavabdeh Qəbələ bələdiyyəsinə müraciət etmişdir. Torpaq sahəsi cavabdeh Qəbələ bələdiyyəsi tərəfindən müraciətindən sonra xüsusi mülkiyyət hüququ əsasında bələdiyyənin adına qeydə alınmışdır. Torpaq sahəsinə çıxarış alındıqdan sonra cavabdeh bələdiyyəyə müraciət edərək həmin torpaq sahəsinin 1/3 hissəsinin ona satılmasını bələdiyyədən xahiş etmişdir. Lakin cavabdeh Qəbələ bələdiyyəsinin sədri buna etiraz edərək bildirmişdir ki, həmin torpaq sahəsini digər vərəsələr, ən əsası isə qardaşı Tofiq Surxayevin oğlu olan Cavabdeh2 tam hissədə almaq istəyir, yəni qeyd edilən torpaq sahəsinin satılması ilə bağlı mübahisə yarandığından qanunvericiliyin tələbinə görə torpaq sahəsi yalnız hərrac yolu ilə satıla bilər. Torpaq sahəsinin hərrac yolu ilə və ya başqa formada satılması barədə cavabdehə tərəfindən və ya nümayəndələri tərəfindən rəsmi və ya qəbulunda olmaqla müraciətlər olunmuşdur. Cavabdeh Qəbələ rayon məhkəməsi müraciətlərinin cavabında ona rəsmi qaydada bildirmişdir ki, qeyd edilən torpaq sahəsinin 1/3 hissəsinin və ya tam hissədə ona satılması üçün müəyyən tədbirlər görür, ərizəsində göstərdiyi torpağın onun adına sənədləşdirilməsinə lazımı köməklik göstəriləcəkdir. Sonrakı müraciətlərində isə cavabdeh Qəbələ bələdiyyəsinin sədri bildirmişdir ki, torpaq sahəsinin tam və ya 1/3 hissənin ona satılması mümkün olmasa, torpaq sahəsinin hərrac yolu ilə satılacaqdır. O, cavabdeh Qəbələ bələdiyyəsinin sədrinin səmimiliyinə və ona verilmiş vəzifə borcuna vicdanla riayət edəcəyinə inanaraq onun cavabını öyrənmişdir. 2023-cü ilin əvvəllərində xüsusi mülkiyyətində olan torpaq sahəsinə baxış keçirdiyi zaman məlum olmuşdur ki, qardaşı Tofiq Surxayev və ailəsi öz evlərində istifadə etdikləri tullantı sularını onun torpaq sahəsinə bitişik bələdiyyə torpağında quyu qazdıraraq həmin quyuya axıdır. Bu barədə o, aidiyyati qurumlara və cavabdeh Qəbələ Bələdiyyəsinə rəsmi xəbərdarlıq edərək xəttin və quyunun ləğv edilməsi üçün tədbir görülməsini xahiş etmişdir. Cavabdeh Qəbələ Bələdiyyəsi tərəfindən ona bildirilmişdir ki, müdaxiləsindən sonra quyu və xətt qardaşı tərəfindən ləğv edilmişdir. Lakin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti özünün xx.xx.2023-cü il tarixli məktubu ilə ona bildirmişdir ki, mübahisə predmeti olan həmin 0.0426 hektar torpaq sahəsi çıxarışa əsasən Cavabdeh2 xüsusi mülkiyyətindədir. Həmin torpaq sahəsinin qanunvericiliyin tələbinə görə ona satılmasına dair müraciətindən sonra Qəbələ Bələdiyyəsi tərəfindən həmin torpaq sahəsi satılması məqsədi ilə xüsusi mülkiyyət hüququ əsasında DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən bələdiyyənin adına qeydə alınmışdır. Bundan sonra ona məlum olmuşdur ki, Cavabdeh2 adına çıxarış cavabdeh bələdiyyənin sədri və ya nümayədəsi ilə Cavabdeh2 arasında üçüncü şəxs X20 Xidmət mərkəsində fəaliyyət göstərən notaiat ofisində bağlanaraq rəsmiləşdirilmiş "Daşınmaz əmlakın alqı-satqısı müqaviləsi"nə əsasən verilmişdir. İşin yuxarıda qeyd etdiyi faktiki hallarından göründüyü kimi cavabdeh Qəbələ bələdiyyəsinin sədri öz maraqları naminə məhz onun müraciətindən sonra digər cavbdeh Cavabdeh2 ilə əlaqəyə girərək həmin torpaq sahəsini bələdiyyənin adına qeydə aldırdıqdan sonra özünün də qeyd etdiyi kimi qanunvericiliyin tələblərini pozmaqla həmin torpaq sahəsini hərrrac yolu ilə yox, notariat ofisində rəsmiləşdirilmiş müqavilə əsasında digər cavabdehə "satmışdır". Halbuki Qanunvericiliyin tələbinə görə torpaq sahəsinin satılmasının xüsusiyyətlərindən biri də, şəxsin satışa çıxarılan torpaq sahəsinin satın almağa üstünlük hüququnun olmasının nəzərə alınması təşkil edir. Lakin göründüyü kimi cavabdeh Qəbələ bələdiyyəsi (sədri) yuxarıda geyd etdiyi kimi, mübahisə predmeti olan 0.0426 hektar torpaq sahəsinin heç olmazsa, 1/3 hissəsini buna üstünlük hüququ olduğuna görə ona satacağına tam əmin etməklə, yəni onu aldatmaqla öz maraqları naminə həmin torpaq sahəsini buna heç bir aidiyyati olmayan Cavabdeh2 satmaqla bundan faydalanmağa nail olmuş, həmin torpağı satın almaq üstünlüyüm olduğuna görə onun hüquq və maraqlarını pozmuşdur. Göründüyü kimi, üçüncü şəxs X20 Xidmət Mərkəzində Notariat Ofisində Cavabdeh3 ilə Cavabdeh2 arasında bağlanmış və reystrdə qeydə alınmış daşınmaz əmlakın alqı-satqı müqaviləsi onun cavabdeh Qəbələ Bələdiyyəsi tərəfindən aldadılaraq hüquq və mənafeyinə zidd olaraq rəsmiləşdirilərək bağlandığından həmin müqavilə əhəmiyyətsiz və etibarsız müqavilədir. Ona görə də hesab edir ki, həmin müqavilə etibarsız hesab edilməlidir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi (qızı) Nümayəndə2 iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qəbul etməyərək göstərdi ki, onlar Qəbələ rayonunda mübahisəli torpaq sahəsinin yerləşdiyi ünvanda yaşayırlar. Bundan əvvəl iddiaçı tərəfin iddiası ilə bağlı olan işdə valideyni vərəsəlik payından iddiaçının xeyrinə imtina etmişdir. 3,4 sot torpaq sahəsi atasının zəbtində olmuşdur. Həmin torpağa görə həmişə vergini o keçirmişdir. Həmin torpağın atasının zəbtində olması reyestrdə rəsmi qeydiyyatda olmuşdur. Cavabdehin Qəbələdə torpaq sahəsi olsa da o, Qəbələdə yaşamır və rəsmi qeydiyyatı da yoxdur. Göstərilənləri nəzərə alıb, iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh3 nümayəndəsi Nümayəndə1 iddia tələbini qəbul etməyərək göstərdi ki, iddiaçı tərəfin bələdiyyəyə rəsmi müraciəti haqqında məlumatı yoxdur. Cavabdeh2 rəsmi müraciət etmiş, torpaq sahəsinə baxış keçirmişlər, müəyyən etmişlər ki, həmin torpaq sahəsi iddiaçının zəbtində olmuş, həmin torpaq sahəsi üçün vergi ödəmişdir, onlar oranı ata yurdu kimi istifadə etmişlər. Belə olub alqı-satqı edilmişdir. Bələdiyyə tərəfindən heç bir qanunsuz hərəkət edilməmişdir. Cavabdeh Qəbələ regional "Asan xidmət" Mərkəzində Notariat ofisinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, bu barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlər Qəbələ regional "Asan xidmət" Mərkəzində Notariat ofisinin nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə mülki işin materiallarını tədqiq edib, tərəflərin izahatlarını və çıxışlarını dinləyib, təqdim edilmiş sübutları araşdırıb, hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Mülki işdə olan sənədlər: Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 07 avqust 2021-ci il tаrixdə verilmiş ********** qeydiyyat nömrəli, **********18 reyestr nömrəli Çıxаrışın surətinə görə Qəbələ şəhəri, X21 küçəsi, 22A ünvanında yerləşən 0,034 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh3 adına daşınmaz əmlakın dövlət reyestrində 208 nömrəli reyestr kitabının 41 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarından müəyyən olur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən həmin torpaq sahəsinə dair xx.xx.2021-ci il tarixdə, A№636201 nömrəli «Torpaq sahəsinin planı və ölçüsü» tərtib edilmişdir. İş materiallarında olan Cavabdeh2 tərəfindən Cavabdeh3 sədri Ramin Əliyevə ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Qəbələ Bələdiyyəsinin pirinpektif inkişaf fondu torpaqlarından 0,034 ha ölçüdə torpaq sahəsinin fərdi yaşayış evi tikmək məqsədi üçün müsabiqə yolu ilə ona satılması barədə tədbir görülməsini xahiş etmişdir. İş materiallarında olan Cavabdeh3 16 noyabr 2022-ci il tarixli, 25№-li protokoldan çıxarışdan görünür ki, Qəbələ bələdiyyəsinin alqı-satqı predmeti olan, Qəbələ şəhəri X21 küçəsi № 22A ünvanda yerləşən, yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid ərazidən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 07 avqust 2021-ci il tarixli, qeydiyyat nömrəsi **********, Daşınmaz əmlakın reyestr nömrəsi **********18 olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən 0,034 ha torpaq sahəsi fərdi yaşayış evinin tikintisi məqsədilə 5 ildən artıq Qəbələ şəhəri ünvanında yaşayan Cavabdeh2 satılması, torpaq sahəsinin hər 100 m2-nin qiyməti 833,34 AZN olmaqla dəyəri 2833,36 (iki min səkkiz yüz otuz üç manat 36 qəpik) AZN müəyyən edilməsi, torpaq sahəsinin müəyyən edilmiş dəyərinin bələdiyyənin büdcəsinə ödənilməsi üçün 60 gün müddət təyin edilməsi və göstərilən müddət ərzində torpağın dəyəri ödənildikdən sonra notarial alqı-satqı müqaviləsi bağlanılması, «Bələdiyyə torpaqlarının idərə edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən satılan torpaq sahəsinin 5 il müddətində özgəninkiləşdirilməsinin qadağan edilməsi və bu müddəa vətəndaşlarla bələdiyyə arasında bağlanan alqı-satqı müqaviləsində təsbit olunması, qərarın surəti 5 gün ərzində bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Qəbələ regional “ASAN xidmət” mərkəzində 4Ə-1953 reyetr nömrəsi ilə qeydə alınmış AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqısına dair 23 noyabr 2022-ci il tarixli müqaviləsinin surətindən görünür ki, satıcı Cavabdeh3 sədri X6 şəhəri, X21 küçəsi, №22A ünvanında yerləşən, ümumi sahəsi 0,034 ha olan yaşayış məntəqələrinin torpaqları kateqoriyalı torpaq sahəsinin tam mülkiyyət üzrə on(lar)a məxsus hissəsindən göstərilən hissəni (hissələri) alıcı Cavabdeh2 2833 manat 36 qəpiyə satmışdır. İş materillarında olan Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(107)-744/2022 nömrəli qətnaməsindən görünür ki, Qəbələ Rayon Məhkəməsinin 9 mart 2022-ci il tarixli 2(025)-182/2022 saylı qətnaməsinin ləğv edilməsi, iddiaçı X7 cavabdehlər İddiaçı, X8, X13 və X3 qarşı “miras şəriklərinin miras əmlakdakı payının müəyyən edilməsi və ona düşən hissənin müəyyən edilməsi” tələbinə dair iddiasının təmin edilməsi, 25 aprel 2007-ci ildə ölmüş X1 miras qalmış, Qəbələ rayon AİKnın 26 fevral 2001-ci il tarixli 03 saylı qərarına əsasən JN-501F KOD 40601004 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə ilə mülkiyyətinə verilmiş 0.07 ha torpaq sahəsinin X9 tərəfindən miras kimi qəbul edilmiş 1/3 (0.0233 ha) hissəsində 13 fevral 2021-ci ildə ölmüş X5 vərəsəsi iddiaçı X7 payının müəyyən edilməsi qət edilmişdir. İş materiallarında olan Cavabdeh3 tərəfindən verilmiş 13 noyabr 2022-ci il tarixli, 438 nömrəli arayışda göstərilmişdir ki, Qəbələ şəhər sakini X4 adına Qəbələ bələdiyyəsinin uçot kitabının 498-ci sırasında 0,07 ha həyətyanı, 0,067 ha zəbt torpaq sahəsi vardır və vətəndaş tərəfindən hal-hazırki tarixə kimi torpaq vergisi borcu ödənilmişdir. İş materiallarında olan Cavabdeh3 tərəfindən İddiaçı ünvanlanmış 25 noyabr 2021ci il tarixli, 309 nömrəli məktubda göstərilmişdir ki, ərizəsə qeyd edilən torpaq sahəsinin sənədləşdirilməsində köməklik göstəriləcəkdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən İddiaçı ünvanlanmış 27 aprel 2023-cü il tarixli, 3-21-3/2-5133/2023 nömrəli məktubda göstərilmişdir ki, Xidmətin Qəbələ ərazi şöbəsinin mütəxəssisləri tərəfindən müraciətdə qeyd edilən məsələ yerində araşdırılan zaman kanalizasiya xəttinin və quyunun yerləşdiyi həmin ərazinin bələdiyyə mülkiyyətində deyil, müvafiq çıxarışa əsasən Cavabdeh2 xüsusi mülkiyyətində olan 0,034 hektar həyətyanı torpaq sahəsi olduğu müəyyən edilmişdir. İş materiallarında olan İddiaçı tərəfindən Cavabdeh3nə ünvanlanmış ərizlərdən görünür ki, İddiaçı Qəbələ bələdiyyəsinin adına qeydiyyata alınmış 0,0426 ha torpaq sahəsinin 1/3 hissəsinin onu satılması, ya da həmin torpaq sahəsinin hərraca çıxarılmasını xahiş etmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası. Maddə 13, birinci hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarının 6.1-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, torpaq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən nəzərə alınmalıdır ki, dövlətin və bələdiyyələrin mülkiyyətində olan torpaqların fiziki və hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməsi dövlət orqanının və ya bələdiyyənin qərarı ilə həyata keçirildiyindən fiziki və hüquqi şəxslərlə hakimiyyət səlahiyyətlərinin subyektləri olan həmin orqanlar arasında onların torpaqla bağlı qərarlarından, hərəkətlərindən (hərəkətsizliklərindən) verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddə 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Maddə 149.2. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi. Maddə 8. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində: qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi; qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi səlahiyyətləri vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 76.2. Məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İşin halları ilə müəyyən olunur ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 07 avqust 2021-ci il tаrixdə verilmiş ********** qeydiyyat nömrəli, **********18 reyestr nömrəli Çıxаrışa əsasən Qəbələ şəhəri, X21 küçəsi, 22A ünvanında yerləşən 0,034 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh3 adına daşınmaz əmlakın dövlət reyestrində 208 nömrəli reyestr kitabının 41 nömrəli vərəqində qeydiyyata alınmışdır. Cavabdeh3 16 noyabr 2022-ci il tarixli, 25№-li protokoluna əsasən Qəbələ bələdiyyəsinin alqı-satqı predmeti olan, Qəbələ şəhəri X21 küçəsi № 22A ünvanda yerləşən, yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid ərazidən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 07 avqust 2021-ci il tarixli, qeydiyyat nömrəsi **********, Daşınmaz əmlakın reyestr nömrəsi **********18 olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən 0,034 ha torpaq sahəsi fərdi yaşayış evinin tikintisi məqsədilə 5 ildən artıq Qəbələ şəhəri ünvanında yaşayan Cavabdeh2 satılması, torpaq sahəsinin hər 100 m2-nin qiyməti 833,34 AZN olmaqla dəyəri 2833,36 (iki min səkkiz yüz otuz üç manat 36 qəpik) AZN müəyyən edilməsi, torpaq sahəsinin müəyyən edilmiş dəyərinin bələdiyyənin büdcəsinə ödənilməsi üçün 60 gün müddət təyin edilməsi və göstərilən müddət ərzində torpağın dəyəri ödənildikdən sonra notarial alqı-satqı müqaviləsi bağlanılması qərara alınmışdır. Qəbələ regional “ASAN xidmət” mərkəzində 4Ə-1953 reyetr nömrəsi ilə qeydə alınmış AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqısına dair 23 noyabr 2022-ci il tarixli müqaviləyə əsasən satıcı Cavabdeh3 sədri X6 şəhəri, X21 küçəsi, №22A ünvanında yerləşən, ümumi sahəsi 0,034 ha olan yaşayış məntəqələrinin torpaqları kateqoriyalı torpaq sahəsinin tam mülkiyyət üzrə on(lar)a məxsus hissəsindən göstərilən hissəni (hissələri) alıcı Cavabdeh2 2833 manat 36 qəpiyə satmışdır. İddiçı Qəbələ regional “ASAN xidmət” mərkəzindəki notariat ofisində Cavabdeh3 ilə Cavabdeh2 arasında bağlanılmış 23 noyabr 2022-ci il tarixli AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqısı müqaviləsinin etibarsız olunmasını xahiş edirlər. Cavabdehlər isə, o cümlədən Bələdiyyənin nümayəndəsi göstərilən halları qəbul etmir və iddia tələbinin təmin edilməməsini xahiş edirlər. Göründüyü kimi iddiaçı bələdiyyə və Cavabdeh2 arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsızlığını tələb etsə də, bələdiyyənin mülkiyyət hüququnu təsdiq edən qeydi və Cavabdeh3 16 noyabr 2022-ci il tarixli, 25№-li protokol qərarını qanunla müəyyən olunmuş qaydada mübahisələndirməmişdir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarının 6.1-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, torpaq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən nəzərə alınmalıdır ki, dövlətin və bələdiyyələrin mülkiyyətində olan torpaqların fiziki və hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməsi dövlət orqanının və ya bələdiyyənin qərarı ilə həyata keçirildiyindən fiziki və hüquqi şəxslərlə hakimiyyət səlahiyyətlərinin subyektləri olan həmin orqanlar arasında onların torpaqla bağlı qərarlarından, hərəkətlərindən (hərəkətsizliklərindən) verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Göründüyü kimi, iddia təmin olunaraq, torpaq sahəsinə dair bələdiyyə və Cavabdeh2 arasında bağlanmış alqı-satqı müqaviləsinın etibarsız hesab edilməsi, iddiaçının torpaq sahəsi üzərində hüquqlarının bərpası ilə nəticələnmir. Beləliklə də, hazırki iddia Mülki Prosessual Məcəlləsinin 2.1 və 4.1-ci maddələrinə uyğun olaraq iddiaçının hüquq və mənafelərinin məhkəmədə müdafiəsinə xidmət etmir. Həmçinin qeyd olunmalıdır ki, mülki qanunvericiliyin tələblərinə əsasən əqdin etibarsız hesab olunması üçün aşağıdakı ünsürlərdən heç olmasa biri qüsurlu olmalıdır: subyekt tərkibi; məzmunu; forması; iradə və iradə ifadəsi. Hazırki halda, apellyasiya instansiyası məhkəməsi iddianı təmin edərkən yuxarıda qeyd olunan maddi və prosessual əsasları nəzərə almamışdır. Məhkəmə eyni zamanda qeyd edir ki, hazırda iddianın rədd edilməsi, torpaq sahəsi üzərində daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh3 adına olan qeyd və bələdiyyənin protokol qərarı mübahisələndirildiyi və həmin iddia uğurlu olduğu halda, iddiaçının yeni əsasla alqı-satqı müqavilənin etibarsızlığına dair iddia qaldırmaq hüququnu məhdudlaşdırmır. Həmçinin göstərilən tələbin Mülki Məcəllənin 140-cı maddəsi baxımından əsaslı olub-olmaması məsələsi də, iddia veriləcəyi təqdirdə həmin işin araşdırma predmetini təşkil edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə mülki iş üzrə sübutlara məcmu halında qiymət verərək, məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3nə və Qəbələ Regional "Asan Xidmət" Mərkəzinin Notariat Ofisinə qarşı "daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab olunması” tələbinə dair iddiası təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3nə və Qəbələ Regional "Asan Xidmət" Mərkəzinin Notariat Ofisinə qarşı "daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab olunması” tələbinə dair iddiası təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev
Məhkəmə qərarları › İş №2(025)-1318/2023
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1318/2023
16.11.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver