Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1322/2021 30.09.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi, ərizəçilər Cəmı̇ lov Araz Callad oğlunun, Cəmı̇ lov Rəhı̇ m Cəllad oğlunun, Ərizəçi3 və Cəbrayılova Şaı̇ qə Araz qızının iştirakları ilə, Ərizəçilər Cəmı̇ lov Araz Callad oğlunun, Cəmı̇ lov Rəhı̇ m Cəllad oğlunun, Ərizəçi3 və Cəbrayılova Şaı̇ qə Araz qızının hüquq əhəmiyyətli faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçilər Cəmı̇ lov Araz Callad oğlu, Cəmı̇ lov Rəhı̇ m Cəllad oğlu, Ərizəçi3 və Cəbrayılova Şaı̇ qə Araz qızı məhkəməyə ərizə ilə müraciət edərək, Qəbələ rayon AİK-nin 26.02.2001-ci il tarixli 03 saylı qərarı ilə X4, X5, X6, X9, X2, X3 və X14 birgə mülkiyyətinə verilmiş JN -088F saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin X10, Cəmilova (Əliyeva) Subura Məsim qızına, X11, Ərizəçi1 Cəllad oğluna, Hüseynova (Cəmilova) Solmaz Cəllad qızına, Cəbrayılova (Cəlladlı) Şaiqə Araz qızına aid hissədə X10, Cəmilova (Əliyeva) Subura Məsim qızına, Ərizəçi2, Ərizəçi1 Cəllad oğluna, Ərizəçi3, Cəbrayılova (Cəlladlı) Şaiqə Araz qızına məxsuss olması hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında ərizəçi Cəmı̇ lov Araz Callad oğlu ərizəni müdafiə edib göstərdi ki, Qəbələ rayon AİK-nin 26.02.2001-ci il tarixli 03 saylı qərarı ilə verilmiş JN-088F saylı, kodu 40601004 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə hüquq sahiblərinin adları siyahısında 1-ci sırada X1 və ata adı texniki səhv olaraq Cəmilov əvəzinə “Cəlilov” adı Callad əvəzinə “Cəllad” kimi qeyd edilmişdir. 2-ci sırada isə X8 adı texniki səhv olaraq Subura əvəzinə “Südabə” kimi qeyd edilmişdir. 3-cü sırada Ərizəçi2 soyadı texniki səhv olaraq soyadı Cəmilov əvəzinə “Cəlilov” kimi qeyd edilmişdir. 4-cü sırada Ərizəçi1 Cəllad oğlunun soyadı texniki səhv olaraq Cəmilov əvəzinə Cəlilov qeyd edilmişdir. 5-cı sırada Hüseynova (Cəmilova) Solmaz Cəllad qızının soyadı texniki səhv olaraq Cəmilov əvəzinə “Cəlilov” kimi qeyd edilmişdir. 6-cı sırada Cəbrayılova (Cəlladlı) Şaiqə Araz qızının soyadı texniki səhv olaraq Calladlı əvəzinə “Cavadlı” kimi qeyd edilmişdir. JN-088F saylı şəhadətnamə üzrə 0.07 ha torpaq sahəsini özəlləşdirmək məqsədilə DƏDRX -nin 9 saylı ərazi idarəsinə müraciət edərkən məlum olmuşdur ki, qeyd olunan 088F saylı şəhadətnamədə hüquq sahibləri siyahısında 1-ci sırada texniki səhv olaraq Cəmilov əvəzinə “Cəlilov”, 2-ci sırada Subura əvəzinə “Südabə”, 3-cü sırada texniki səhv olaraq Cəmilov əvəzinə “Cəlilov”, 4-cü sırada Cəmilov əvəzinə “Cəlilov”, 5-ci sırada Cəmilova əvəzinə “Cəlilova”, 6-cı sırada isə Cəlladlı əvəzinə texniki səhv olaraq “Cavadlı” kimi qeyd edilmişdir. Mülkiyyəti sənədindəki texniki səhvlərə görə əməliyyat aparılması mümkün olmamışdır. JN -088 F saylı şəhadətnamədəki, texniki səhvlərə məhkəmə qaydasında düzəliş edilməlidir. Odur ki, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən ərizəçi Cəmı̇ lov Rəhı̇ m Cəllad oğlu ərizəyə uyğun izahat verərək ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Ərizəçi3 ərizəyə uyğun izahat verərək ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən ərizəçi Cəbrayılova Şaı̇ qə Araz qızı ərizəyə uyğun izahat verərək ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına nümayəndəsini göndərməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçiləri dinləyib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işdə olan JN-088F, kod 40601004 nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-in 26 fevral 2001-ci il tarixli 03 nömrəli qərarına əsasən X4, X5, X6, X9, X2, X3 və X14 ümumi birgə mülkiyyətinə 0.07 ha “fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı” təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan Qəbələ rayon VVAQ şöbəsi tərəfindən 15 iyul 1966-cı il tarixdə verilmiş AZ № ******* saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx xxxx 1966-ci il tarixdə Qəbələ rayonunda anadan olmuş, doğum haqqında şəhadətnamədə ərizəçinin soyadı “Cəmilova” olaraq qeyd edilmişdir. İşdə olan Bakı şəhər Nərimanov rayon Vvaq şöbəsi tərəfindən 26 yanvar 2005-ci il tarixdə verilmiş AZ-İ № 145087 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X12 26 yanvar 2005-ci il tarixdə X15 ilə nikah bağlamış, nikah bağlandıqdan sonra ərə Hüseynov, arvada Hüseynova soyadı verilmişdir. Nikah haqqında şəhadətnamədə ərizəçi Hüseynova (Cəlilova) Solmaz Cəllad qızının soyadı “Cəlilova” olaraq qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş ASAN-Qəbələ tərəfindən 15.12.2016-cı il tarixdə verilmiş AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi3 şəxsiyyəti təsdiq edən sənəddə tam adı “Ərizəçi3” olaraq qeyd edilmişdir. İşdə olan Ağdaş rayon Vvaq şöbəsi tərəfindən 29 yanvar 1962-ci il tarixdə verilmiş İ-İE № 317203 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X18 29 yanvar 1962-ci il tarixdə X19 ilə nikah bağlamış, nikah bağlandıqdan sonra ərə Cəmilov, arvada Cəmilova soyadı verilmişdir. Nikah haqqında şəhadətnamədə mərhum Cəmilova (Əliyeva) Suburə Məsim qızının adı “Subura” olaraq, mərhum X1 “Cəmilov” olaraq qeyd edilmişdir. İşdə olan Ağdaş rayon VVAQ şöbəsi tərəfindən verilmiş Cəmilova (Əliyeva) Suburə Məsim qızına məxsus AA № 344230 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, şəhadətnamədə mərhumun adı “Suburə” olaraq qeyd edilmişdir. İşdə olan Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 22 dekabr 2015-ci il tarixli AZ-İ № 778843 saylı Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X18 11 dekabr 2015-ci il tarixdə Qəbələ rayonunda vəfat etmişdir. Ölüm haqqında şəhadətnamədə mərhumun soyadı “Cəmilov” olaraq qeyd edilmişdir. İşdə olan Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 07 fevral 2015-ci il tarixli AZ-İ № 847371 saylı Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Cəmilova (Əliyeva) Suburə Məsim qızı 27 yanvar 2017-ci il tarixdə Qəbələ rayonunda vəfat etmişdir. Ölüm haqqında şəhadətnamədə mərhumun adı “Suburə” olaraq qeyd edilmişdir. İşdə olan Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən 15 yanvar 2020-ci il tarixdə verilmiş AZ-T № 123203 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cəbrayılova (Calladlı) Şaı̇ qə Araz qızı xx xxx 1995-ci il tarixdə Qəbələ rayonunda anadan olmuş, doğum haqqında şəhadətnamədə ərizəçinin soyadı “Calladlı” olaraq qeyd edilmişdir. İşdə olan Göyçay rayon Qeydiyyat şöbəsi tərəfindən 21 oktyabr 2016-cı il tarixdə verilmiş AZ-İİ № 153211 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki Calladlı Şaı̇ qə Araz qız 21 oktyabr 2016-cı il tarixdə X23 ilə nikah bağlamış, nikah bağlandıqdan sonra ərə Cəbrayılov, arvada Cəbrayılova soyadı verilmişdir. Nikah haqqında şəhadətnamədə mərhum Cəbrayılova (Calladlı) Şaı̇ qə Araz qızının soyadı “Calladlı” olaraq qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş AA № ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cəbrayılova (Calladlı) Şaı̇ qə Araz qızının tam adı şəxsiyyəti təsdiq edən sənəddə “Cəbrayılova Şaı̇ qə Araz qızı” olaraq qeyd edilmişdir. İşdə olan Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən 05 iyun 2021-ci il tarixdə verilmiş AZ-T № 156601 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cəmı̇ lov Rəhı̇ m Cəllad oğlu xx xxxxxx 1968-ci il tarixdə Qəbələ rayonunda anadan olmuş, doğum haqqında şəhadətnamədə ərizəçinin soyadı “Cəmilov” olaraq qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cəmı̇ lov Rəhı̇ m Cəllad oğlunun şəxsiyyəti təsdiq edən sənəddə soyadı ”vol̇ıməC“ olaraq qeyd edilmişdir. İşdə olan Qəbələ rayon VVAQ şöbəsi tərəfindən 19 mart 1969-cu il tarixdə verilmiş AZ № ******* saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cəmı̇ lov Araz Callad oğlu oğlu xx xxxx 1969-cu il tarixdə Qəbələ rayonunda anadan olmuş, doğum haqqında şəhadətnamədə ərizəçinin soyadı “Cəmilov” olaraq qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş AA № ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cəmı̇ lov Araz Callad oğlunun soyadı şəxsiyyəti təsdiq edən sənəddə ”vol̇ıməC“ olaraq qeyd edilmişdir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmələr şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, soyadı və ya adı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nın 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, ölkədə aparılan torpaq islahatı zamanı ərizəçilərin ümumi birgə mülkiyyətinə müvafiq olaraq 0.07 ha torpaq sahəsinin verilməsini təsdiq edən JN-088F, kod 40601004 nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədə yalnışlığa yol verilərək, “X18” əvəzinə “X20” kimi, “X16” əvəzinə “X17” kimi, vol̇ıməC“ Rəhı̇ m Cəllad oğlu” əvəzinə “X21” kimi, “X12” əvəzinə “X13” kimi, “Calladlı Şaı̇ qə Araz qızı” əvəzinə “X24” kimi və vol̇ıməC“ Araz Callad oğlu” əvəzinə “X22” kimi səhv olaraq göstərilmişdir. Həmin yanlışlığın başqa qaydada aradan qaldırılması mümkün deyildir. Ona görə də məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 360 və 362ci maddələrini rəhbər tutaraq, məhkəmə qət e t d i: Ərizə təmin edilsin. JN-088F (Kod:********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamənin ərizəçilər Cəmı̇ lov Araz Cəllad oğluna, Cəmı̇ lov Rəhı̇ m Cəllad oğluna, Hüseynova (Cəmilova) Solmaz Cəllad qızına, Cəbrayılova (Calladlı) Şaı̇ qə Araz qızına, mərhum X10 və mərhum Cəmilova (Əliyeva) Suburə Məsim qızına aid olan hissədə məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elman İsayev
Məhkəmə qərarları › İş №2(025)-1322/2021
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1322/2021
30.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver