Məhkəmə qərarları › İş №2(025)-133/2022

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-133/2022

26.01.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-133/2022 26.01.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İddiaçılarİddiaçı1, X5 və cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçılar İddiaçı1 və X5 cavabdehlər "xxxx" ASC-nə və "xxxx" ASC-nin X7 və Satış İdarəsinə qarşı “hesablanmış cərimənin silinməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçılar İddiaçı1 və X12 cavabdehlər "xxxx" ASC-nə və "xxxx" ASC-nin X7 və Satış İdarəsinə qarşı “hesablanmış cərimənin silinməsi” tələbinə dair məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, "xxxx" ASC-nin Şimal-Qərb RETSİ-nin əməkdaşları tərəfindən tərtib edilmiş 09 may 2020-ci il tarixli R№099086 saylı akt əsasında yazılmış 371,74 manat cərimənin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şimal Qərb RETS-nın əməkdaşları İsrafilov Ehtibar, Xurşudov Vəfadar, Mikayılov Rəhim qanunsuz və əsassız olaraq 09 may 2020-ci il tarixli R№099086 saylı aktı onların həyətinin qapısından içəri tullayaraq getmişlər. Oğlu və o, 2020-ci ildən sonra dəfələrlə Şimal Qərb RETS-yə işıq sayğacının həyətindən qapının önünə çıxarılmasını və 2016-cı ildə vəfat etmiş X11 adından çıxarılaraq adın dəyişdirilməsini xahi etmişlər, amma nəticəsi olmamışdır. Bu günə kimi sayğac hələdə həyətin içərisindədir və 2016-cı ildə vəfat etmiş X2 adınadır. X11 2016-cı ildə vəfat etməsinə baxmayaraq onun adına akt tərtib edilib və cərimə yazılmışdır. Buna görə oğlu və o ayrı-ayrı vaxtlarda Qəbələ rayon məhkəməsinə şikayət etmişlər, Qəbələ rayon Məhkəməsi tərəfindən hər dəfə sənədləri geri qaytarılmışdır. Buna səbəb kimi haqqında akt tərtib edilmiş adamın özünün şikayət etməli olduğu göstərilmişdir. X2 hüquqi varisləri onlardır və yaşadıqları həyətdəki elektrik sayğacından istifadə edirlər. Cərimə həmin elektirik sayğacının üzərinə yazıldığından hər dəfə Şimal Qər RETS-nin işçiləri yazılmış cərimənin ödənilməməsinə görə elektrik enerjisinin verilməsinin dayandırılacağını deyirlər. 09 may 2020-ci il tarixli R№099086 saylı qanunsuz aktın yazılan zaman Şimal Qərb RETS-nın əməkdaşları İsrafilov Ehtibar, Xurşudov Vəfadar, Mikayılov Rəhim onların həyətlərinə qanunsuz olaraq soxulmuş, onlardan kim olduğu soruşulduqda cavab verməmiş və heç bir xidməti vəsiqə göstərməmişlər. Heç kimin iştirakı olmadan 2016-cı ildə vəfat etmiş adama 2020-ci ildə akt tərtib edərək cərimə yazmışlar. 2018ci ildə dəfələrlə sayğacın həyətindən çıxarılması, adın dəyişdirilməsi haqqında Şimal Qərb RETS-yə müraciət etsələr də, nəticəsi olmamışdır. X11 2016-cı ildə vəfat etmişdir. Mərhumun hüquqi varisləri onlar, həyat yoldaşı İddiaçı1z qızı, oğlu X8r. Məhkəmə iclasında iddiaçılar İddiaçı1 və X12 qeyd olunanlara uyğun izahat verib, iddianı müdafiə edərək məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək, eyni zamanda məhkəməyə etiraz ərizəsi təqdim edərək göstərmişdir ki, iddiaçının iddia tələbi əsassızdır və buna görə də rədd olunmalıdır. Belə ki, iddiaçıların Qəbələ rayonu Zarağan kəndində yaşadıqları fərdi yaşayış evi "xxxx" ASC-nin enerji satış bazasında X6 adına olmaqla **********00291 saylı kod altında istehlakçı kimi qeydiyyatdadır. Bu səbəbdən də iddia qaldırmaq hüququ X9 aiddir. İddiaçı1 və İddiaçı2 iddia qaldırmaq hüquqlarının olmadığı nəzərə alınmalı və iddia təmin edilməməlidir. Elektrik enerjisindən istifadə ilə bağlı fiziki və hüquqi şəxslər arasında mövcud olan münasibətlər zamanı yaranan mübahisələrə məhkəmə qaydasında baxılması nəzərdə tutulmuş və bu münasibətlərin mövcud olub olmamasını yoxlamaqla, məhkəmə icraatının başlaması zamanı ilk olaraq iddia qaldırmış şəxsin bu münasibətlərdə hüquqa malik olması müəyyən edilməlidir. Məsələyə münasibətdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşdığı hüquqi mövqeyi bir neçə qərarlarında ifadə olunmuşdur. Belə ki, M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008 ci il tarixli Qərarında əsasə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Bundan əlavə 09.05.2020-ci il tarixdə "xxxx" ASC-nin Şimal-Qərb RETSİ-nin Qəbələ EŞ-nin əməkdaşları E.İsrafilov, V.Xurşudov və R.Mikayılov tərəfindən Qəbələ rayonu, Zarağan kəndində yerləşən iddiaçıların yaşadıqları X9 məxsus fərdi yaşayış evinə quraşdırılmış elektrik hesablaşma sayğacına İddiaçı1 iştirakı ilə “Elektrik enerjisindən istifadə Qaydaları”na uyğun baxış keçirilmişdir. Baxış zamanı istehlakçının elektrik sayğacının giriş xəttini zədələyərək bir başa sayğacdan kənar qoşularaq yeni tikilmiş fərdi yaşayış evində elektrik enerjisindən istifadə etdiyi aşkar edilmişdir. Aşkar edilmiş pozuntu ilə əlaqədar “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.32 bəndinin tələbinə uyğun olaraq yuxarıda adları qeyd olunan əməkdaşlar tərəfindən 09.05.2020-ci il tarixli, R099086 saylı akt tərtib olunmuşdur. Bundan sonra 09.05.2020-ci il tarixli, R099086 saylı akta əsasən "xxxx" ASC-nin Şimal-Qərb RETSİ-nin Akt komissiyası tərəfindən 20.05.2020-ci il tarixdə itirilmiş enerjinin bərpası məqsədilə abonentə sayğacdan kənar xətdən keçən yükə uyğun 365 gün üçün 0.11 manatla 3373 kvts, dəyəri 371.03 manat məbləğində itirilmiş enerji hesabatı aparılmışdır. Müəyyən edilmiş qüsurun xarakteri təsadüfi olmamış, iddiaçını faydalandırmaq niyyəti ilə məqsədli şəkildə edildiyi aşkardır və iddiaçıya hesablanmış məbləğ istehlak etdiyi, lakin dəyərini ödəmədiyi elektrik enerjisinin əvəzi olmuşdur. Sayğac uçot dəstinə baxış və nöqsanın aşkar edilməsi əməkdaşlar tərəfindən video çəkilişlə qeydə alınmış və aşkar edilmiş nöqsan video çəkilişdə açıq aşkar öz əksini tapır. İddiaçılar İddiaçı1 və İddiaçı2 yaşadığı Qəbələ rayonu, Zarağan kəndində yerləşən X9 məxsus fərdi yaşayış evinə tərtib edilmiş 09.05.2020-ci il tarixli, R099086 saylı akt “EEİQ”nın tələblərinə uyğun olaraq tərtib olunmuşdur. Buna görə də həmin akta müvafiq olaraq itirilmiş enerjinin bərpası məqsədilə hesablanmış məbləğ enerjitəchizatı müəssisəsinə ödənilməlidir. Qeyd olunanlara əsasən iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iddiaçıları və cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş 09 may 2020-ci il tarixli, R099086 nömrəli aktdan görünür ki, “EEİQ”-nın tələblərinə uyğun olaraq sayğaca baxış keçirilmiş və məlum olmuşdur ki, abonent sayğacdan giriş xəttini zədələyərək bir başa yeni tikilmiş fərdi yaşayış evinə qoşmuşdur. Amper maşa vasitəsilə ölçü aparılmış və kənar xətt ləğv olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Qəbələ Regional “ASAN xidmət” Mərkəzində Notariat Konotrunun Azərbaycan Respublikası Əmlak Məsələri Dövlət komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 9 saylı Ərazi İdarəsinə ünvanlanmış 03 aprel 2018-ci il tarixli, 357 nömrəli məktubundan görünür ki, 12 noyabr 2016-cı ildə vəfat etmiş X1 adına Qəbələ regional “Asan Xidmət” mərkəzində 03.04.2018-ci il tarixdə açılmış, vərəsəlik işi üzrə mirası qəbul etmiş vərəsələri İddiaçı1, X3 və İddiaçı2dur. İş materillarına əlavə edilmiş R099086 nömrəli akt əsasında tərtib olunmuş 20 may 2020-ci il tarixli icra vərəqindən görünür ki, sayğaca baxış zamanı abonent sayğacdan kənar xəttdən istifadə etdiyi üçün enerji sərfiyyatı göstərilən qaydada hesablanmaqla - Witr=2,5A x 0,22 kVx24s x 0,7 x 365 gün=3373 kVt.s, dəyəri 3373 kVt.s x 0.11 manat = 371,03 manat müəyyən edilmişdir. İş materillarına əlavə edilmiş Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə məhkəməyə təqdim etdiyi etirazında qeyd etmişdir ki, 09.05.2020-ci il tarixli, R099086 saylı akta əsasən "xxxx" ASC-nin Şimal-Qərb RETSİ-nin Akt komissiyası tərəfindən 20.05.2020-ci il tarixdə itirilmiş enerjinin bərpası məqsədilə abonentə sayğacdan kənar xətdən keçən yükə uyğun 365 gün üçün 0.11 manatla 3373 kvts, dəyəri 371.03 manat məbləğində itirilmiş enerji hesabatı aparılmışdır. İş materillarına əlavə edilmiş “Abunə Haqqında” məlumatdan görünür ki, **********00291 nömrəli abunəçi X13 tərəfindən 31.05.2019-cu il tarixdən 28.04.2020-ci il tarixə qədər ümumilikdə 180 manat ödənilmişdir. İş materiallarına əlavə edilmiş “CD” diskə baxış keçirilərkən müəyyən olunmuşdur ki, istehlakçının elektrik sayğacının giriş xəttini zədələyərək bir başa sayğacdan kənar qoşularaq yeni tikilmiş fərdi yaşayış evində elektrik enerjisindən istifadə etdiyi aşkar edilmişdir. İş materiallarına əlavə edilmiş Qəbələ Rayon İcra Hakimiyyəti başçısının Zarağan kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 26 noyabr 2021-ci il tarixli, 706 nömrəli arayışdan görünür ki, Qəbələ rayon Zarağan kənd sakini xx.xx.1952-ci il təvəllüdlü İddiaçı1 Qəbələ rayonu Zarağan kəndində qeydiyyatdadır və yaşayır. İş materillarına əlavə edilmiş Qəbələ rayon Zarağan kənd inzibati ərazi nümayəndəliyi tərəfindən31 mart 2018-ci il tarixdə verilmiş AZ-İ 933501 saylı “ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X10 12 noyabr 2016-ci il tarixdə “ürək çatışmamazlığından” vəfat etmişdir. Azərbaycan Respublikası MPM-nin 77.2-ci maddəsinin tələbinə görə dövlət orqanlarının, icra və s. orqanlarının aktlarının ləğv edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul edilmiş orqanın üzərinə düşür. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 18 saylı 02.02.2005-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə qaydaları”nın 8.32-ci bəndinə əsasən, məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən göstərilən pozuntulara yol verildikdə, elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aşağıdakı kimi aparılır: - Məişət abonentində şəbəkəyə bilavasitə qoşulan elektrik sayğacı quraşdırıldıqda, sayğacın nominal cərəyanı, gərginlik və sutkanın 24 saatıərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır; - Məişət abonentində ölçü transformatoru vasitəsilə elektrik sayğacı quraşdırıldıqda, cərəyan transformatorunun yüksək tərəfindəki nominal cərəyanı, gərginlik və sutkanın 24 saatıərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır. Məişət abonenti hesablaşma elektrik sayğacından kənar elektrik xətti çəkmişdirsə, yaxud elektrik sayğacının göstərişini təhrif etmək üçün qurğu quraşdırmışdırsa, həmçinin mənzildə quraşdırılmış hesablaşma elektrik sayğacını zədələyərək onu sıradan çıxarmışdırsa və ya sayğacı sxemdən çıxarmışdırsa, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfəəvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisinə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti tərəfindən göstərilən pozuntulara yol verildikdə, elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma məişət abonentini qidalandıran elektrik naqilinin cərəyan yükünü, gərginlik və sutkanın 24 saatıərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır. "Elektrik enerjisindən istifadə Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tarixli 18 saylı qərarının 1.2-ci bəndinə görə Bu Qaydalar "Enerji resurslarından istifadə haqqında", "Elektroenergetika haqqında", "Energetika haqqında" Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu Qaydaların icrası tabeliyindən, mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. Həmin Qaydaların 8.33-cü bəndinə görə məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafeylərinin müdafiəsinə təminat verir. Həmin maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Mülki Məcəllənin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir Həmin Məcəllənin 560.2-ci maddəsinə görə isə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçıların Qəbələ rayonu Zarağan kəndində yaşadıqları fərdi yaşayış evi "xxxx" ASC-nin enerji satış bazasında X6 adına olmaqla **********00291 saylı kod altında istehlakçı kimi qeydiyyatdadır. 09.05.2020-ci il tarixdə "xxxx" ASC-nin Şimal-Qərb RETSİ-nin Qəbələ EŞ-nin əməkdaşları E.İsrafilov, V.Xurşudov və R.Mikayılov tərəfindən Qəbələ rayonu, Zarağan kəndində yerləşən iddiaçıların yaşadıqları X9 məxsus fərdi yaşayış evinə quraşdırılmış elektrik hesablaşma sayğacına İddiaçı1 iştirakı ilə “Elektrik enerjisindən istifadə Qaydaları”na uyğun baxış keçirilmişdir. Baxış zamanı istehlakçının elektrik sayğacının giriş xəttini zədələyərək bir başa sayğacdan kənar qoşularaq yeni tikilmiş fərdi yaşayış evində elektrik enerjisindən istifadə etdiyi aşkar edilmişdir. Aşkar edilmiş pozuntu ilə əlaqədar “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.32 bəndinin tələbinə uyğun olaraq yuxarıda adları qeyd olunan əməkdaşlar tərəfindən 09.05.2020-ci il tarixli, R099086 saylı akt tərtib olunmuşdur. Bundan sonra 09.05.2020-ci il tarixli, R099086 saylı akta əsasən "xxxx" ASC-nin Şimal-Qərb RETSİ-nin Akt komissiyası tərəfindən 20.05.2020-ci il tarixdə itirilmiş enerjinin bərpası məqsədilə abonentə sayğacdan kənar xətdən keçən yükə uyğun 365 gün üçün 0.11 manatla 3373 kvts, dəyəri 371.03 manat məbləğində itirilmiş enerji hesabatı aparılmışdır. Məhkəmə qeyd edir ki, 09.05.2020-ci il tarixli, R099086 saylı akta əsasən "xxxx" ASCnin Şimal-Qərb RETSİ-nin Akt komissiyası tərəfindən 20.05.2020-ci il tarixdə itirilmiş enerjinin bərpası məqsədilə abonentə sayğacdan kənar xətdən keçən yükə uyğun 365 gün üçün 0.11 manatla 3373 kvts, dəyəri 371.03 manat məbləğində itirilmiş enerji hesabatı aparılmışdır. Eyni zamanda məhkəmə araşdırması zamanı “Abunə Haqqında” məlumata əsasən müəyyən olunmuşdur ki, **********00291 nömrəli abunəçi X13 tərəfindən 31.05.2019-cu il tarixdən 28.04.2020-ci il tarixə qədər ümumilikdə 180 manat ödənilmişdir. Lakin iddiaçılara dəyəri 371.03 manat məbləğində itirilmiş enerji hesabatı müəyyən edilərkən, iddiaçılar tərəfindən ödənilən 180 manat nəzərə alınmamışdır. Buna görə də məhkəmə hesab edir ki, R099086 nömrəli akt əsasında tərtib olunmuş 20 may 2020-ci il tarixli icra vərəqində göstərilən enerji sərfiyyatı üzrə iddiaçıdan tələb olunan 371,74 manatdan 191,74 manatı (371,74 manat -180 manat= 191,74 manat) ondan tutulmalı, qalan hissədə isə silinməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövbudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Məhkəmə kollegiyası qeyd edilən prosessual hüquq normalarını hazırkı münasibətlər üzrə tətbiq etməzdən öncə müqayisəli təhlil edərək müəyyən edir ki, hər bir şəxs (fiziki və ya hüquqi şəxs) qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli və məhkəmə də yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə yalnız əsaslı şübhə yaratmayan sübutları qəbul edir ki, onun əsaslılığı hər hansı bir hal ilə təkzib edilməsin. O da nəzərə alınmalıdır ki, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh itirilmiş enerjinin bərpası məqsədilə abonentə sayğacdan keçən yükə uyğun olaraq iddiaçıya 371.03 manat dəyərində itirilmiş enerji hesabatı aparmışdır. Lakin “Abunə Haqqında” məlumatdan görünür ki, **********00291 nömrəli abunəçi X13 tərəfindən 31.05.2019-cu il tarixdən 28.04.2020-ci il tarixə qədər ümumilikdə 180 manat ödənilmişdir. Lakin cavabdeh tərəfindən iddiaçılara cərimə hesablanarkən 180 manat nəzərə alınmamışdır. Buna görə də **********00291 nömrəli abunəçi X13 tərəfindən 31.05.2019-cu il tarixdən 28.04.2020-ci il tarixə qədər ümumilikdə 180 manat cərimə məbləğindən silinməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinin tələbinə görə, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, iddia qismən təmin olunduğundan məhkəmə xərcinə daxil olan dövlət rüsumu tərəflərə aid edilməli və buna görə də iddiaçılar İddiaçı1z qızı və X4 15 (on beş) manat, cavabdeh "xxxx" ASC-dən 15 (on beş) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə Qə t e t d i : İddia tələbi qismən təmin edilsin. "xxxx" ASC-nin Şimal-Qərb RETSİ-nin əməkdaşları tərəfindən tərtib edilmiş 09 may 2020-ci il tarixli R№ 099086 saylı akt əsasında yazılmış 180 (bir yüz səksən) manat məbləğində borc silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddiaçılar İddiaçı1 və X4 15 (on beş) manat, cavabdeh "xxxx" ASC-dən 15 (on beş) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar