Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1344/2023 24.10.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər "xxxx" ASC-nə və "xxxx" ASC-nin X2 və Satış İdarəsinə qarşı “elektrik enerjisindən istifadəyə görə qanunsuz yazılmış aktın etibarsız hesab edilməsi və hesablanmış cərimənin silinməsi” tələbinə dairmülki iş üzrə (Açar sözlər: cərimənin silinməsi) Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İddiaçı və cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdehlər "xxxx" ASC-nə və "xxxx" ASC-nin X2 və Satış İdarəsinə qarşı “hesablanmış cərimənin silinməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər "xxxx" ASC-nə və "xxxx" ASC-nin X2 və Satış İdarəsinə qarşı “hesablanmış cərimənin silinməsi” tələbinə dair məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, "xxxx" ASC-nin X3 və Satışı İdarəsi vəzifəli şəxsinin 20 iyul 2023-cü il tarixli aktı əsasında barəsində hesablanmış 556,30 manat cərimənin silinməsibarədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Qəbələ rayonu Vəndam qəsəbəsində ailə üzvləri ilə birlikdə yaşayır. 20 iyul 2023-cü il tarixdə "xxxx" ASC-nin əməkdaşları yaşadığı ünvana gələrək sayğaca baxış keçirmiş və bu zaman guya “müəyyən etmişlər ki”, həyətindən keçən üstü izolyasiyalı naqili zədələnmiş və naqilin üzərində sayğacdan kənar qoşulmuş, kəsilmiş formada və kəsiyi 2,5 mm2 olan naqilin bir hissəsi açıq vəziyyətdə qalmışdır. Buna uyğun olaraq 033459 saylı qüsur aktı tərtib edilmiş, nəticədə əlavə sərfiyyat hesablanaraq onun hesabına işlənmişdir. Əlavə sərfiyyatın dəyəri olaraq 638,54 manat məbləğində cərimə olunmuşdur. Onun və ailə üzvləri tərəfindən sayğaca hər hansı müdaxilə olmamışdır. Belə ki, sayğacı dövriyyədən kənarlaşdırmamışdır. Sayğacın yerləşdiyi fərdi yaşayış evində daimi yaşayış yoxdur. Həmin evi kirayə məqsədilə istifadə edir. İddia ərizəsinə əlavə etdiyi “Abunə haqqında” çıxarışdan da görünür ki, demək olar ki, hər ay eyni qaydada işıq enerjisindən istifadəyə görə pulunu ödəmişdir. Evdə isə hamının istifadə etdiyi məişət avadanlıqlardan istifadə etməkdədir. Belə olan halda ayda 15-25 manatlıq elektrik sərfiyyatına görə sayğacı dövriyyədən kənarlaşdırmqları ağlabatan deyildir. Aktda sayğacı dövriyyədən kənarlaşdırmağı qeyd edilsə də, bu, sübuta yetirilməmişdir. Cavabdeh tərəfindən tərtib olunmuş akt və hesablanmış cərimə tamamilə əsassızdır və ləğv olunmalıdır. Onun aylıq ödənişlərinə məhkəmə tərəfindən nəzərə salınarsa, barəsində akt tərtib edilən dövr, ondan əvvəl və ondan sonra təxmini eyni vaxtlarda "xxxx" ASC-yə ödənişlər edilməsi görünər. Bu da onun tərəfindən işıq xəttinə müdaxilə edilməməsinin göstəricisidir. O, yalnız son ayda evinə kondisoner quraşdırmışdır, həmçinin evdə hovuz (baseyni) inşa etdirdiyindən bu ay aylıq qaz sərfiyyatı çox gəlmişdir. Evinə kondisonerin, basenninin (hovuzun) quraşdırılması "xxxx" ASCnin əməkdaşları tərəfindən həyata keçirilmişdir. Onlarda məhkəmə zamanı qeyd etdiyi avadanlıqların son anda quraşdırıldığını, bu səbəbdən son ayda işıq sərfiyyatının çox olduğunu qeyd edə bilərlər. Həmçinin "xxxx" ASC-nin əməkdaşları evinə kondinsoneri quraşdıran zaman hər hansı qüsur aşkar etsəydilər, bu barədə ona bildirər və yaxud tədbir görərdilər.Evinə gələn işıq xəttinin üzərində hər hansı qüsurların olması məhz onun təqsirindən, onun iradəsindən asılı olan bir şey deyildir. O, işıq xəttinin üzərinin qüsurlu olması barədə həm qonşusuna, həm də "xxxx" ASC-nin əməkdaşlarına bildirsə də, sözügedən qüsurlar aradan qalxmamışdır. Qonşunun işıq xətti xeyli məsafəni üstü açıq keçməkdədir. Lakin həmin qüsur "xxxx" ASC-nin əməkdaşları tərəfindən aradan qaldırılmır, əksinə onun barəsində əsassız cərimə yazılır. Yəni aktda göstərilən halların heç biri onun təqsiri üzündən baş verməmişdir. İddiaya Etiraz: Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 09 oktyabr 2023-cü il tarixdə məhkəməyə elektron qaydada etiraz ərizəsi təqdim edərək göstərmişdir ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə və "xxxx" ASC-nin Simal-Qərb RETSİ-yə qarşı "akt əsasında əsassız hesablanmış 556.30 manat borcun hesabından silinməsi"nə dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının iddia tələbi əsassızdır və buna görə də rədd olunmalıdır. Belə ki, iddiaçının Qəbələ rayonu Vəndam qəsəbəsində yaşadığı fərdi yaşayış evi "xxxx" ASC-nin enerji satış bazasında İddiaçı adına olmaqla **********00770 saylı kod altında istehlakçı kimi qeydiyyatdadır. xx.xx.2023-cü il tarixində "xxxx" ASC-nin əməkdaşları F.Cavadov və R.Musayev tərəfindən Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən İddiaçı məxsus fərdi yaşayış evinə quraşdırılmış elektrik hesablaşma sayğacına "Elektrik enerjisindən istifadə Qaydaları"na uyğun baxış keçirilmişdir. Baxış zamanı abonentin həyətindən keçən üstü izolyasiyalı naqilin zədələnmiş və naqilin üzərində sayğacdan kənar qoşulmuş kəsilmiş formada en kəsiyi 2.5 mm2 olan naqilin bir hissəsi açıq vəziyyətdə qalması aşkar edilmişdir. Aşkar edilmiş pozuntu ilə əlaqədar "Elektrik enerjisindən istifadə Qaydaları"nın 8.17.1 bəndinin tələbinə uyğun olaraq yuxarıda adları qeyd olunan əməkdaşlar tərəfindən xx.xx.2023-cü il tarixli, NDM033459 saylı akt tərtib olunmuşdur. xx.xx.2023-cü il tarixli, NDM033459 saylı akta əsasən "xxxx" ASC-nin Akt komissiyası tərəfindən itirilmiş enerjinin bərpası məqsədilə abonentə sayğacdan keçən yükə uyğun 60 gün üçün 0.08 manatla 400 kvt.s (dəyəri 32.00 manat), 0.09 manatla 200 kvt.s (dəyəri 18.00 manat) və 0.13 manatla 3835 kvt.s (dəyəri 498.55 manat) toplamda 548.55 manat dəyərində itirilmiş enerji hesabatı aparılmışdır. Müəyyən edilmiş qüsurun xarakteri təsadüfi olmamış, iddiaçını faydalandırmaq niyyəti ilə məqsədli şəkildə edildiyi aşkardır və iddiaçıya hesablanmış məbləğ istehlak etdiyi, lakin dəyərini ödəmədiyi elektrik enerjisinin əvəzi olmuşdur. Nəzərinizə çatdırmaq istəyirlər ki, İddiaçı xx.xx.2023-cü il tarixinə elektrik enerjisindən istifadəyə görə 548.55 manat borcu vardır. İddiaçı iddia tələbində silinəcək məbləği 556.30 manat göstərmişdir. İddiaçıya qeyd olunan akt əsasında 548.55 manat hesabat aparılmış, yerdə qalan 7.75 manat borc aylıq sərfiyyat əsasında yaranmış və tərtib olunmuş aktla heç bir əlaqəsi yoxdur. Abonentin "abunə haqqında" məlumatına nəzər saldıqda xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə qədər 93 gün üçün sərfiyyatın toplamda 136 kvts olduğu, lakin xx.xx.2023-cü il tarixindən xx.xx.2023cü il tarixinə qədər 90 gün üçün 1637 kvts olduğu açıq aydın görünür. Abonentin "abunə haqqında" məlumatından açıq aşkar görünür ki, qeyd edilən dövrlər üzrə sərfiyyatı arasında fərq (1501 kvt.s) olduqca böyükdür. Bu da onu göstərir ki, iddiaçı sayğacdan kənar xəttdən bir başa qoşularaq elektrik enerjisindən istifadə etmişdir. Yuxarıda qeyd olunanlara əsasən belə bir nəticəyə gəlmək olar ki, İddiaçı məxsus Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən fərdi yaşayış evinə tərtib edilmiş xx.xx.2023-cü il tarixli NDM033459 saylı akt "EEİQ"-nın tələblərinə uyğun olaraq tərtib olunmuşdur. Buna görə də həmin akta müvafiq olaraq itirilmiş enerjinin bərpası məqsədilə hesablanmış məbləğ enerjitəchizatı müəssisəsinə ödənilməlidir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçıqeyd olunanlara uyğun izahat verib, iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.Eyni zamanda göstərdi ki, cərimə yazılan sayğacla elektrik enerjisi təmin edilən ev onun tərəfindən kirayə verilməkdədir. İyun, iyul və avqust aylarında həmin evdə daima kirayəşinlər olmuşdur. Lakin həmin evə hovuzu və kondisoneri iyul ayında qoşmuşdur. Bu səbəbdən həmin aylarda işıq enerjisindən çox istifadə etmişdir. Göstərilən halların nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X4 iddia tələbini qəbul etməyərək, eyni zamanda məhkəməyə təqdim etdiyi etiraz ərizəsində və videogörüntülərdə göstərilənləri nəzərə alaraq, iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Mülki işdə olan sənədlər: İş materiallarında olan “Enerjitəchizatı müəssisəsi ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin alqı-satqısının birtipli” 729525 №-li müqavilədən görünür ki, enerjitəchizatı müəssisəsi adından "xxxx" ASC-nin Qəbələ EŞ rəisi E.Bayramzadə ilə məişət abonenti İddiaçı arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlamışlar. Tərəflər elektrik enerjisinin alqısatqısı və istehlak ilə əlaqədar qarşılıqlı münasibətlərdə “Elektrik enerjisindən istifadə qaydaları”nı rəhbər tuturlar. Həmin müqavilənin Elektrik enerjisinə görə hesablaşma dövrü 1 ay qəbul olunur. İş materiallarına əlavə edilmiş 20 iyul 2023-cü il tarixli, NDM033459 nömrəli aktdan görünür ki, “EEİQ”-nın tələblərinə uyğun olaraq sayğaca baxış keçirilmiş və məlum olmuşdur ki, həyətindən keçən üstü izolyasiyalı naqili zədələnmiş və naqilin üzərində sayğacdan kənar qoşulmuş, kəsilmiş formada və kəsiyi 2,5 mm2 olan naqilin bir hissəsi açıq vəziyyətdə qalmışdır. İş materialları ilə müəyyən edilir ki, xx.xx.2023-cü il tarixli, NDM033459 saylı akta əsasən "xxxx" ASC-nin Akt komissiyası tərəfindən itirilmiş enerjinin bərpası məqsədilə abonentə sayğacdan keçən yükə uyğun 60 gün üçün 0.08 manatla 400 kvt.s (dəyəri 32.00 manat), 0.09 manatla 200 kvt.s (dəyəri 18.00 manat) və 0.13 manatla 3835 kvt.s (dəyəri 498.55 manat) toplamda 548.55 manat dəyərində itirilmiş enerji hesabatı aparılmışdır. İş materiallarına əlavə edilmiş Qəbələ Rayon İcra Hakimiyyəti başçısının Vəndam qəsəbə İnzibati Ərazi Dairəsi tərəfindən verilmiş 03 avqust 2023-cü il tarixli, 694 nömrəli arayışdan göstərilmişdir ki, İddiaçı Qəbələ rayonu Vəndam qəsəbə sakinidir və hal-hazırda Vəndam qəsəbəsində yaşayır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir 560.2-ci maddəsinə görə isə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun: 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafeylərinin müdafiəsinə təminat verir. Həmin maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 18 saylı xx.xx.2005-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə qaydaları”nın 8.32-ci bəndinə əsasən, məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən göstərilən pozuntulara yol verildikdə, elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aşağıdakı kimi aparılır: - Məişət abonentində şəbəkəyə bilavasitə qoşulan elektrik sayğacı quraşdırıldıqda, sayğacın nominal cərəyanı, gərginlik və sutkanın 24 saatıərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır; - Məişət abonentində ölçü transformatoru vasitəsilə elektrik sayğacı quraşdırıldıqda, cərəyan transformatorunun yüksək tərəfindəki nominal cərəyanı, gərginlik və sutkanın 24 saatıərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır. Məişət abonenti hesablaşma elektrik sayğacından kənar elektrik xətti çəkmişdirsə, yaxud elektrik sayğacının göstərişini təhrif etmək üçün qurğu quraşdırmışdırsa, həmçinin mənzildə quraşdırılmış hesablaşma elektrik sayğacını zədələyərək onu sıradan çıxarmışdırsa və ya sayğacı sxemdən çıxarmışdırsa, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfəəvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisinə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti tərəfindən göstərilən pozuntulara yol verildikdə, elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma məişət abonentini qidalandıran elektrik naqilinin cərəyan yükünü, gərginlik və sutkanın 24 saatıərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır. "Elektrik enerjisindən istifadə Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tarixli 18 saylı qərarının 1.2-ci bəndinə görə Bu Qaydalar "Enerji resurslarından istifadə haqqında", "Elektroenergetika haqqında", "Energetika haqqında" Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu Qaydaların icrası tabeliyindən, mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. Həmin Qaydaların 8.33-cü bəndinə görə məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 8.14-cü bəndinə əsasən, istehlakçı hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. Həmin Qərarın 4.1-ci bəndinə əsasən, enerji təchizatı müəssisəsi tərəfindən bütün istehlakçılara, o cümlədən məişət abonentlərinə elektrik enerjisinin verilməsi bu Qaydalara uyğun tərtib edilmiş elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Azərbaycan Respublikası Mülki-prosessual Məcəlləsinin: 77.2-ci maddəsinin tələbinə görə dövlət orqanlarının, icra və s. orqanlarının aktlarının ləğv edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul edilmiş orqanın üzərinə düşür. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 77.2-ci maddəsinin tələbinə görə dövlət orqanlarının, icra və s. orqanlarının aktlarının ləğv edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul edilmiş orqanın üzərinə düşür. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının Qəbələ rayonu Vəndam qəsəbəsində yaşadığı fərdi yaşayış evi "xxxx" ASC-nin enerji satış bazasında İddiaçı adına olmaqla **********00770 saylı kod altında istehlakçı kimi qeydiyyatdadır. xx.xx.2023-cü il tarixində "xxxx" ASC-nin əməkdaşları F.Cavadov və R.Musayev tərəfindən Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən İddiaçı məxsus fərdi yaşayış evinə quraşdırılmış elektrik hesablaşma sayğacına "Elektrik enerjisindən istifadə Qaydaları"na uyğun baxış keçirilmişdir. Baxış zamanı abonentin həyətindən keçən üstü izolyasiyalı naqilin zədələnmiş və naqilin üzərində sayğacdan kənar qoşulmuş kəsilmiş formada en kəsiyi 2.5 mm2 olan naqilin bir hissəsi açıq vəziyyətdə qalması aşkar edilmişdir. Aşkar edilmiş pozuntu ilə əlaqədar "Elektrik enerjisindən istifadə Qaydaları"nın 8.17.1 bəndinin tələbinə uyğun olaraq yuxarıda adları qeyd olunan əməkdaşlar tərəfindən xx.xx.2023-cü il tarixli, NDM033459 saylı akt tərtib olunmuşdur. xx.xx.2023-cü il tarixli, NDM033459 saylı akta əsasən "xxxx" ASC-nin Akt komissiyası tərəfindən itirilmiş enerjinin bərpası məqsədilə abonentə sayğacdan keçən yükə uyğun 60 gün üçün 0.08 manatla 400 kvt.s (dəyəri 32.00 manat), 0.09 manatla 200 kvt.s (dəyəri 18.00 manat) və 0.13 manatla 3835 kvt.s (dəyəri 498.55 manat) toplamda 548.55 manat dəyərində itirilmiş enerji hesabatı aparılmışdır. Məhkəmə qeyd edir ki, 20 iyul 2023-cü il tarixli, NDM033459 nömrəli akta əsasən iddiaçının həyətindən keçən üstü izolyasiyalı naqilin zədələnmiş və naqilin üzərində sayğacdan kənar qoşulmuş kəsilmiş formada en kəsiyi 2.5 mm2 olan naqilin bir hissəsi açıq vəziyyətdə qalması müəyyən olunmuşdur. Bu hal işin mübahisəsiz halıdır. Belə ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş CD disklə bu hal sübuta yetirilməkdədir. Lakin iş materiallarında olan 20 iyul 2023-cü il tarixli, NDM033459 nömrəli akta əsasən verilmiş icra vərəqəsindən görünür ki, itirilmiş elektrik enerjisinin bərpası üçün dəymiş ziyanın hesablanması 60 gün (2 ay) üçün hesablanmışdır. Lakin məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən İddiaçı həyətindən keçən üstü izolyasiyalı naqilin zədələnməsi və naqilin üzərində sayğacdan kənar qoşulmuş kəsilmiş formada en kəsiyi 2.5 mm2 olan naqilin bir hissəsinin açıq vəziyyətdə qalmasının 2 ay ərzində olması barədə hər-hansı sübut təqdim edilməmişdir. Lakin “Enerjitəchizatı müəssisəsi ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin alqı-satqısının birtipli” 729525 №-li müqavilənin 5-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşma dövrü 1 ay qəbul olunur. Bu səbəbdən məhkəmə hesab edir ki, ayda bir dəfə sayğaca baxış keçirilməsi enerjitəchizatı müəssisəsinin səlahiyyətini nümayəndəsinin vəzifəsi olduğundan, iddiaçının cavabdehin qeyri-qanuni olaraq sayğacdan kənar qoşulma vasitəsilə elektrik enerjisindən istifadə müddətinin 2 ay hesablaması məntiqi və ağlabatan deyildir. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehə məxsus elektrik sayğacına hər ay bir dəfə baxış keçirilməsi nəzərə alınmalı, nəticə olaraq itirilmiş elektrik enerjisinin bərpası üçün dəymiş ziyanın hesablanması 30 gün, yəni 1 ay üçün hesablanmalıdır. Beləliklə, 60 gün üçün itirilmiş elektrik enerjisi üçün 548,55 manat hesablanma nəzərə alınmaqla, 30 gün üçün itirilmiş elektrik enerjisinə görə ziyan 274,27 ((548,55 : 2) manat hesablanmalıdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Buna görə də, məhkəmə hesab edir ki, 20 iyul 2023-cü il tarixli, NDM033459 nömrəli akt əsasında tərtib olunmuş enerji sərfiyyatı üzrə iddiaçıdan tələb olunan 548,55 manatdan 274,75 manatı ondan tutulmalı, qalan hissədə isə silinməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövbudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Məhkəmə kollegiyası qeyd edilən prosessual hüquq normalarını hazırkı münasibətlər üzrə tətbiq etməzdən öncə müqayisəli təhlil edərək müəyyən edir ki, hər bir şəxs (fiziki və ya hüquqi şəxs) qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli və məhkəmə də yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə yalnız əsaslı şübhə yaratmayan sübutları qəbul edir ki, onun əsaslılığı hər hansı bir hal ilə təkzib edilməsin. O da nəzərə alınmalıdır ki, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinin tələbinə görə, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqarı üçün, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də cavabdehdən 30 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə Qə t e t d i: İddia tələbi qismən təmin edilsin. "xxxx" ASC-nin X3 və Satışı İdarəsi vəzifəli şəxsinin 20 iyul 2023-cü il tarixli aktı əsasında İddiaçı abonent koduna vurulmuş 274,75 (iki yüz yetmiş dörd manat yetmiş beş qəpik) manat məbləğində borc silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh "xxxx" ASC-dən 30 (otuz) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №2(025)-1344/2023
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1344/2023
24.10.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver