Məhkəmə qərarları › İş №2(025)-1359/2020

Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №2(025)-1359/2020

09.12.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 2(025)-1359/2020 09.12.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Mən, Qəbələ Rayon Məhkəməsinin hakimi İsayev Elman Bəhruz oğlu Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Fətullayeva Könül Abdulla qızı və Ərizəçi4 “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib müəyyə n e t d i m: Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Fətullayeva Könül Abdulla qızı və Ərizəçi4 «hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə ərizəni və ona əlavə olunmuş sənədləri əlaqəli şəkildə araşdıraraq hesab edir ki, ərizə və ona əlavə olunmuş sənədlər məhkəmənin icraatına qəbul edilmədən geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 306.1.-ci maddəsinə əsasən məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, həmin Məcəllənin 30-40-1-ci fəsllərində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Həmin Məcəllənin 306.2-ci maddəsinin tələblərinə əsasən xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. Lakin təqdim olunmuş ərizənin məzmunundan müəyyən edildi ki, ərizədə maraqlı şəxs və onun hüquqi ünvanı barədə məlumat qeyd olunmamışdır. Bununla belə Azərbaycan Respublikası MPM-nin 9.1-ci maddəsinə əsasən ədalət məhkəməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. Qeyd olunan Məcəllənin 9.3-cü maddəsinin tələbinə görə hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları göstərilməlidir. Həmçinin Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Lakin ərizəçi qeyd edilən faktın təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsi barədə hər hansı bir təsdiqedici sənəd ərizəsinə əlavə etməmişdir. Göründüyü kimi ilkin olaraq müvafiq icra hakimiyyəti orqanına müraciət edilməli, JN-0320 saylı kodu 40608018 olan Torpağa mülkiyyət hüququna dair Dövlət aktının və JN-377G saylı (kodu 40608018) Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin Ərizəçi1, Ərizəçi2, Fətullayeva Könül Abdulla qızı və Ərizəçi4 məxsus olmasının müəyyən edilməsinin mümkünsüzlüyü müəyyən edildikdən sonra belə bir maneənin aradan qaldırılması tələbi ilə məhkəməyə müraciət edilməldir. Ərizəçilər göstərilən qaydaya əməl etmədiyindən hüquqi əhəmiyyəti olan faktının müəyyən edilməsi ilə bağlı mübahisənin mövcud olmasının müəyyən edilməsi istisna olunur. Bundan başqa iddianın əsası kimi istinad edilən və cavabdehə təqdim etmək üçün bir sıra sənədlərin surətləri iddia ərizəsinə əlavə olunmamış, əlavə edilmiş həmin sənədlər isə əsl olmayıb, qanunla müəyyən edilmiş qaydada təsdiq olunmamış kserosurətlərdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən yazılı sübütlar – iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işğüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 89.3-cü maddəsinə əsasən məhkəməyə lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Həmin Məcəllənin 149.2.5-ci maddəsi ərizəyə əlavə edilən sənədlərin siyahısını iddia ərizəsinin tərkib hissəsi kimi müəyyən etmişdir. Mülki Prosessual Məcəlləsinin 151.1.-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Mülki Prosessual Məcəlləsinin 152.1.1.-ci maddəsinə əsasən, iddia ərizəsinin həmin Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Mülki Prosessual Məcəlləsinin 152.2.-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra iddiaçıya ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, ərizədə iş üzrə maraqlı şəxs və onun hüquqi ünvanı barədə məlumat qeyd olunmadığından icraata qəbul edilmədən geri qaytarılmalı və ərizəçiyə Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1., 152, 263-264-cü və 267-268-ci maddələrinə əsaslanaraq, məhkəmə q ə r a r a a l d ı m: Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Fətullayeva Könül Abdulla qızı və Ərizəçi4 “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizəsini və ona əlavə edilmiş sənədlər məhkəmənin icraatına qəbul edilmədən geri qaytarılsın. Ərizəçiləryə izah olunmalıdır ki, göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra məhkəməyə müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətinə Qəbələ Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elman İsayeV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar