Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1360/2021 21.09.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi, İddiaçı və cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X8 və Satışı İdarəsinə qarşı “borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X8 və Satışı İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-nin X8 və Satışı idarəsi vəzifəli şəxsinin 18 aprel 2018-ci il tarixli aktı əsasında barəsində hesablanmış 585,42 manat cərimənin silinməsinə dair qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, o, yuxarıda qeyd etdiyi ünvanda ailə üzviəri ilə birlikdə yaşayır. X2 11 iyun 2020-ci il tarixdə vəfat etmişdir. Atası vəfat edənədək evin bütün xərclərinə o nəzarət etmişdir. Atası vəfat etdikdən sonra evin böyük övladı olduğuna görə xərclərə o, nəzarət etməyə başladı. Buna görə də evə aid sənədləşmə işlərini öz adına keçirtmək istəyir. Atasının sağlığı dövründə də, o öldükdən sonrada işıq pulunu həmişə ödəmişlər. Lakin bu yaxın vaxtlarda İşıq İdarəsinə nə qədər borcu qaldığını öyrənmək istədi. Bunu öyrənməkdə məqsədim atasının adına olan sayğac kodundakı bütün borcu bağlayıb, sayğacı öz adına rəsmiləşdirmək istəyi idi. Lakin İşıq İdarəsindən ona bildirdilər ki, atasının adına 2018-ci ildə cərimə yazılmışdır. Lakin həmin cərimədən nə atasının xəbəri olmamışdır, nə də son bir ildə ona bu barədə heç bir məlumat verilməmişdir. O, İşıq İdarəsindən tələb edib cərimə borcu ilə bağlı arayış almışdır. Həmin arayışda 18.04.2018-ci il tarixdə 585,42 manat borc yazıldığı görsənmişdir. Həmçinin 532,04 manat ödənilməmiş cərimə borcu olduğu göstərilmişdir. O və atası həmişə işıq pulu borcunu ödəmişlər, həmin cərimədən xəbəri olmamışdır ki, ondan hansısa ödəniş də etsinlər. O, tələb edib işıq idarəsindən aktı və Protokolu aldı. Akta baxanda gördü ki, sayğacın onların həyətdə olduğu yazılıb, lakin işıq sayğacı həmişə onların həyətdən kənarda yerləşmişdir. Həmin sayğaca onun və ailə üzvlərinin nəzarət etməsi qeyri mümkündür. Həmçinin həmin Akt tərtib olunarkən onların ailə üzvlərindən heç kim həmin akta imza etməmiş, cərimə borcunun yazılması ilə bağlı onlara heç bir məlumat gəlməmişdir. Həmçinin 2017-ci ildə (dəqiq tarixi unutmuşam) onların işıq sayğacı işləmirdi. Həmin vaxt atası ərizə ilə işıq idarəsinə müraciət etmişdi ki, sayğacı yenisi ilə əvəz etsinlər. Lakin bundan təxminən bir il müddət keçdikdən sonra 2018-ci ildə sayğacı yenisi ilə əvəz etmişdlər. O, belə güman edir ki, sayğacı yenisi ilə əvəz edərkən onların abonent koduna cərimə yazmışdılar. Cavabdeh tərəfindən tərtib olunmuş akt və hesablanmış cərimə tamamilə əsassızdır və ləğv olunmalıdır. Elektrik sayğacı evdən kənarda, yolda yerləşdiyi üçün onların sayğaca nəzarət etmək imkanı yoxdur. Sayğacın evdən kənarda, yolda yerləşməsi ona nəzarəti mümkünsüz etdiyindən sayğacın mexanizminin qarışması onların günahı deyildir. Həmçinin 18 aprel 2018-ci il tarixli 099001 saylı Akt tərtib olunarkən hal şahidlərinin iştirakı təmin edilməmişdir. Buna görə də aktın əsassız hesab olunması tamamilə qanunidir. Tərtib olunmuş akt və həmin akt əsasında hesablanmış 585,42 manat məbləğində cəriməni qəbul etmirəm, həmçinin həmin cərimədən ödənilmiş 53,38 manat ödəniş bizim istifadə etdiyimiz işığa görə ödədiyimiz puldur ki, onu da onlara məlumat vermədən işıq pulu borcundan deyil, cərimə borcundan silmişdilər. Buna görə də üzləşdiyi problemin hüquq müstəvisində həllinə nail olmaq üçün iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. O, uzun illərdir elektrik enerjisinin istehlakçısıdır, heç vaxt elektrik sayğacına və ya elektrik xətlərinə müdaxilə etməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etdi, iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X9 iddianı qəbul etməyərək yazılı etiraz ərizəsi təqdim etdi və göstərdi ki, iddiaçının Qəbələ rayonu Xırxatala kəndində yaşadığı fərdi yaşayış evi "xxxx" ASC-nin enerji satış bazasında X4 adına **********00059 saylı kod altında istehlakçı kimi qeydiyyatdadır. Bu səbəbdən də iddia qaldırmaq hüququ X7 aiddir. İddiaçı iddia qaldırmaq hüququnun olmadığı nəzərə alınmalı və iddia təmin edilməməlidir. Elektrik enerjisindən istifadə ilə bağlı fiziki və hüquqi şəxslər arasında mövcud olan münasibətlər zamanı yaranan mübahisələrə məhkəmə qaydasında baxılması nəzərdə tutulmuş və bu münasibətlərin mövcud olub olmamasını yoxlamaqla, məhkəmə icraatının başlaması zamanı ilk olaraq iddia qaldırmış şəxsin bu münasibətlərdə hüquqa malik olması müəyyən edilməlidir. Məsələyə münasibətdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşdığı hüquqi mövqeyi bir neçə qərarlarında ifadə olunmuşdur. Belə ki, M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008 ci il tarixli Qərarında əsasə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. 18.04.2018- ci il tarixdə "xxxx" ASC Şimal- Qərb RETSİ-nin əməkdaşları tərəfindən Qəbələ rayonu Xırxatala kəndində yerləşən İddiaçı yaşadığı fərdi yaşayış evinə quraşdırılmış elektrik hesablaşma sayğacına “Elektrik enerjisindən istifadə Qaydaları”na uyğun baxış keçirilmişdir. Baxış zamanı elektrik sayğacının hesab mexanizminin qarışdığı və oxunmadığı aşkar edilmişdir. Aşkar edilmiş pozuntu ilə əlaqədar “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.32 bəndinin tələbinə uyğun olaraq yuxarıda adları qeyd olunan əməkdaşlar tərəfindən 18.04.2018-ci il tarixli, R099001 saylı akt tərtib olunmuşdur. Tərtib olunmuş akta əsasən 09.05.2018- ci il tarixində Şimal-Qərb RETSİ-nin əməkdaşları tərəfindən İddiaçı iştirakı ilə aşkar olunmuş qüsur aradan qaldırılaraq iddiaçının yaşadığı ünvana yeni sayğac quraşdırılmış və bununla bağlı 833225 saylı protokol tərtib olunaraq elektrik sayğacı rəy verilməsi üçün laboratoriyaya göndərilmişdir. Tərtib edilmiş protokolu İddiaçı öz imzasıyla təsdiq etmişdir. Laboratoriyanın 10.05.2018-ci il tarixli, 107640 saylı protokolu ilə elektrik sayğacının üst “A” ştamp möhürünə və kassa mexanizminə müdaxilə olunduğu, həmçinin üst vintinin yerində olmadığı və elektrik sayğacının impulsunun vurduğu lakin hesablayıcı mexanizmi sabitinin dəyişmədiyi barədə rəy verilmişdir. 18.04.2018-ci il tarixli, R099001 saylı akta əsasən "xxxx" ASC Şimal-Qərb RETSİ-nin Akt komissiyası tərəfindən 14.05.2018-ci il tarixdə itirilmiş enerjinin bərpası məqsədilə abonentə sayğacdan keçən yükə uyğun 12 ay üçün 0.11 manatla 5322 kvts, dəyəri 585,42 manat məbləğində itirilmiş enerji hesabatı aparılmışdır. Müəyyən edilmiş qüsurun xarakteri təsadüfi olmamış, iddiaçını faydalandırmaq niyyəti ilə məqsədli şəkildə edildiyi aşkardır və iddiaçıya hesablanmış məbləğ istehlak etdiyi, lakin dəyərini ödəmədiyi elektrik enerjisinin əvəzi olmuşdur. Sonda isə məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iş üzrə iddiaçının və cavabdehin izahatlarını dinləyərək, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarında olan "xxxx" ASC-nin 18 aprel 2018-ci il tarixli 099001 saylı aktından görünür ki, "xxxx" ASC-nin əməkdaşlarının iştirakları ilə Qəbələ rayonu, Xırxatala kəndində yerləşən iddiaçının mərhum X2na məxsus yaşayış evində yoxlama keçirən zamanı məlum olmuşdur ki, sayğacın hesablama mexanizmi qarışıb, oxunmur. İş materiallarında olan "xxxx" ASC-nin X8 və Satışı İdarəsi Qəbələ Elektrik Şəbəkəsi tərəfindən verilmiş 05 avqust 2021-ci il tarixli M-047/045 saylı arayışdan görünür ki, "xxxx" ASC-nin enerji satış bazasında mərhum atası X5 adına qeydiyyatda olan **********00059 saylı koda 18.04.2018-ci il tarixində Şimal-Qərb RETSİ-nin X1 və Bərpası bölməsinin əməkdaşları tərəfindən baxış keçirilərək 099001 saylı akt tərtib edilmişdir. Bundan sonra Şimal-Qərb RETSİ-nin Akt komissiyası tərəfindən sayğaca müdaxilə oiunauğuna görə itirilmiş enerjinin bərpası məqsədilə abonentə 585,42 manat dəyərində itirilmiş ‘enerji hesabatı aparılaraq 17.05.2018-ci il tarixdə abonent hesabına işlənmişdir. 05.08.2021-ci il tarixinə **********00059 saylı kod üzrə cəmi 532,04 manat ödənilməmiş borc vardır.. İş materiallarında olan Qəbələ Rayon Qeydiyyat Şöbəsi tərəfindən 12 iyun 2020-ci il tarixdə verilmiş AZ-İİ № 101000 saylı Ölüm haqqında Şəhadətnamənin surətindən görünür ki, X11 11 iyun 2020-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan Həmzəlli kənd icra nümayəndəsi tərəfindən 16 avqust 1995-ci il tarixdə verilmiş Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı 01 avqust 1995-ci ildə Qəbələ rayonu, Xırxatala kəndində anadan olmuş və bu barədə Həmzəlli kənd icra nümayəndəsi tərəfindən 50 nömrə ilə doğum qeydi aparılmışdır. X2, anası X6r. İş materiallarında olan Qəbələ rayon Xırxatala kənd İ.Ə.N tərəfindən verilmiş 04 avqust 2021ci il tarixli 228 saylı arayışdan görünür ki, İddiaçı X2 11 iyun 2020-ci il tarixdə Qəbələ rayonunun Xırxatala kəndində vəfat etmişdir. Həmin vaxtdan bu günə kimi yaşadığı evin bütün komunal xərclərini X10 özü ödəyir. Məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, istehlakçı tərəfindən sayğaca hər hansı bir müdaxilə edilməsi, özü tərəfindən hesablama mexanizminin qarışdırılması və ya hansısa qanun pozuntusunun törədilməsi öz təsdiqini tapmamışdır. Cavabdeh tərəfindən məhkəməyə hər hansı bir sübut təqdim olunmamışdır. Əksinə "xxxx" ASC-nin X8 və Satışı İdarəsinin əməkdaşları sayğaca nəzarət etmiş, istehlakçı-iddiaçının mərhum atası uzun müddət ərzində mütamadi olaraq hər ay enerji sərfiyyatının əvəzini ödəmiş və idarənin işçiləri tərəfindən ona quraşdırılmış elektrik sayğacın hesablama mexanizminin qarışması barədə xəbərdarlıq edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsi də imperativ olaraq tələb edir ki, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Belə ki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. Beləliklə də məhkəmə araşdırılması zamanı müəyyən olundu ki, iddiaçıya məxsus ünvanda cavabdehin əməkdaşları tərəfindən sayğacda pozuntu halının mövcudluğunu və bu pozuntunun məhz istehlakçının təqsiri üzündən yarandığını təsdiq edən sübut təqdim edilməmişdir. Cavabdeh tərəfin bununla bağlı təqdim etdiyi onun mənafeyinə uyğun yeganə sübut tərtib olunmuş aktdır. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 13cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Həmin Qanunun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»-nın 7.6-cı bəndinə əsasən enerji təchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri-cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Həmin Qaydaların 8.32-ci bəndinə əsasən məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 7.11-ci bəndinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanmasına görə enerji təchizatı müəssisəsi cavabdehlik daşıyır. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmaqla, cavabdeh tərəfindən 18.04.2018-ci il tarixli akt əsasında hesablanmış 585.42 (beş yüz səksən beş manat qırx iki qəpik) manat məbləğində borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət e t d i: İddia tələbi təmin edilsin. İddiaçının mərhum atası – X4 adına "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X8 və Satışı İdarəsinin vəzifəli şəxsinin 18.04.2018-ci il tarixli akt əsasında hesablanmış 585.42 (beş yüz səksən beş manat qırx iki qəpik) manat məbləğində borc silinsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Elman İsayev
Məhkəmə qərarları › İş №2(025)-1360/2021
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1360/2021
21.09.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver