Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1362/2021 03.09.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4 və Ərizəçi5 iştirakları ilə Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4 və Ərizəçi5 maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə qarşı “sənədin məxsus olması faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4 və Ərizəçi5 məhkəməyə ərizə ilə müraciət edərək, Qəbələ rayon AİK-in 26 fevral 2001-ci il tarixli 03 nömrəli qərarına əsasən, Ərizəçi1 Saleh oğlu, X8, X5, X6 və X1 adına verilmiş JN–2533F nömrəli (kod:********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin onlara, yəni Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Rəhimova (Əzməmmədova) Qumru Vəlixan qızı və Əliyeva (Əzəmmədova) Natəvan Vəlixan qızına məxsus olması hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçilər ərizəni onunla əsaslandırmışlar ki, Qəbələ rayon AİK-in 26 fevral 2001-ci il tarixli 03 nömrəli qərarına əsasən onlara, yəni Ərizəçi1 Saleh oğlu, X8, X5, X6 və X2 Qəbələ şəhərində JN – 2533F nömrəli (kod:********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamə ilə 0,11 ha həyətyanı torpaq sahəsi verilmişdir. Lakin şəhadətnamədə Ərizəçi1 ata adı səhvən “Saleh”, Ərizəçi2 soyadı səhvən “Şirinova”, Ərizəçi3 soyadı səhvən “Əzəmmədov”, adı səhvən “Nurlan”, Rəhimova (Əzməmmədova) Qumru Vəlixan qızının soyadı səhvən “Əzəmmədova” və Əliyeva (Əzəmmədova) Natəvan Vəlixan qızının soyadı səhvən “Əzəmmədov” kimi göstərilmişdir. Ərizəçi2 isə torpaq isalahatından əvvəl, yəni 1987-ci ildə Ərizəçi1 ilə nikaha daxil olsalar da, torpaq şəhadətnaməsində soyadı səhvən nikahdan əvvəlki soyadı olan İsayeva soyadı ilə qeyd edilmişdir. Həmçinin Ərizəçi4 soyadı nikaha daxil olmamışdan əvvəl “Əzməmmədova”, Ərizəçi5 soyadı isə nikaha daxil olmamışdan əvvəl “Əzəmmədova” kimi olmuşdur. Hazırda torpaq sahəsini daşınmaz əmlakın dövlət reyestrində adlarına qeydə aldırmaq istəyirlər, ancaq dövlət şəhadətnaməsində soyadları, adları və ata adları səhv qeyd olunduğundan bu mümkün deyildir. Onlar uzun illər buna əhəmiyyət verməmişlər, lakin torpağın sənədlərini hazırlayıb daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almaq istəyərkən bu anlaşılmazlıqla rastlaşmışlar. Yol verilmiş yalnışlığı onlar başqa çür aradan qaldırmaq iqtidarında deyillər, ona görə də məhkəməyə müraciət etmək məcburiyyətindədirlər. İşdə olan onlara məxsus şəxsiyyət vəsiqələrinin surətində, doğum haqqında şəhadətnamələrdə və nikah şəhadətnamələrində adları, soyadları və ata adları düzgün göstərilmişdir. Onlar bununla bağlı ilk növbədə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə müraciət etmişlər, lakin ordan onlara verilən cavab məktubunda məhkəməyə müraciət etmək hüquqları izah edilmişdir. Məhkəmə iclasında ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4 və Ərizəçi5 ərizədə göstərilənlərə uyğun izahat verib, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş maraqlı şəxs Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ona görə də məhkəmə işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçiləri dinləyib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarında olan JN–2533F nömrəli (kod:********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-in 26 fevral 2001-ci il tarixli 03 nömrəli qərarına əsasən Ərizəçi1 Saleh oğlu, X8, X5, X6 və X1 birgə mülkiyyətinə JN– 2533F nömrəli (kod:********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamə ilə 0,11 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan Qəbələ rayon İHB-nın Böyük Pirəlli kənd İnzibati Ərazi nümayəndəliyi tərəfindən verilmiş 14.07.2021-ci il tarixli, AZ-İİ seriyalı, 157300 №-li «Ölüm haqqında şəhadətnamə»nin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X7 24.08.1989-cu il tarixdə Qəbələ rayonu Böyük Pirəlli kəndində vəfat etmiş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 15.09.1989-cu ildə 52 № ilə qeyd edilmişdir. Ərizəçilərin işdə olan şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, onların soyad, ad və ata adları aşağıdakı kimi qeyd olunmuşdur: Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4 və Ərizəçi5. İşdə olan «Nikah haqqında» şəhadətnamələrin təsdiq olunmuş surətindən görünür ki, ərizəçilərin soyad, ad və ata adları aşağıdakı kimi qeyd olunmuşdur: Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, X4 və X3. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin 29 iyul 2021-ci il tarixli **********26 nömrəli məktubundan görünür ki, JN–2533F nömrəli (kod:********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə mülkiyyətçilərin ad və soyadında hər hansı dəyişiklik edilməsi həmin orqanın səlahiyyətinə aid deyil və həmin məsələ ilə bağlı məhkəməyə müaciət olunması tövsiyyə olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmələr şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, soyadı və ya adı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nın 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, Qəbələ rayon AİKin 26 fevral 2001-ci il tarixli 03 nömrəli qərarına əsasən Ərizəçi1 Saleh oğlu, X8, X5, X6 və X1 birgə mülkiyyətlərinə verilmiş JN–2533F nömrəli (kod:********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə ərizəçilər Ərizəçi1 ata adı səhvən “Saleh”, Ərizəçi2 soyadı səhvən “Şirinova”, Ərizəçi3 soyadı səhvən “Əzəmmədov”, adı səhvən “Nurlan”, Rəhimova (Əzməmmədova) Qumru Vəlixan qızının soyadı səhvən “Əzəmmədova” və Əliyeva (Əzəmmədova) Natəvan Vəlixan qızının soyadı səhvən “Əzəmmədov” kimi qeyd olunmuşdur. Qeyd olunan şəhadətnamədə yalnışlıqlar aradan qaldırılmadan ərizəçilər həmin şəhadətnamə üzrə mülkiyyət hüquqlarını həyata keçirə bilməzlər. Həmin yanlışlıqların başqa qaydada aradan qaldırılması isə mümkün deyildir. Ona görə də məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Həmçinin məhkəmə, Ərizəçi4 soyadının əvvəlcə (Əzməmmədova), nikaha daxil olduğdan sonra Rəhimova olduğundan, eyni zamanda Ərizəçi5 soyadının əvvəlcə (Əzməmmədova), nikaha daxil olduğdan sonra Əliyeva olduğundan bu məsələyə də münasibət bildirərək onların soyadının Rəhimova, Əliyeva (Əzməmmədova) kimi qeyd olunmasını məqsədəmüvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: Ərizə təmin edilsin. Qəbələ rayon AİK-in 26 fevral 2001-ci il tarixli 03 nömrəli qərarına əsasən Ərizəçi1 Saleh oğlu, X8, X5, X6 və X1 birgə mülkiyyətlərinə verilmiş JN–2533F nömrəli (kod:********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Rəhimova (Əzməmmədova) Qumru Vəlixan qızı və Əliyeva (Əzəmmədova) Natəvan Vəlixan qızına məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev
Məhkəmə qərarları › İş №2(025)-1362/2021
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1362/2021
03.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver