Məhkəmə qərarları › İş №2(025)-1373/2021

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1373/2021

21.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1373/2021 21.09.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi, ərizəçinin nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi hüquq əhəmiyyətli faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, Qəbələ rayon AİK-nin 09.09.1997-ci il tarixli 18 saylı qərarı ilə X3, Nümayəndə, X1 və X4 adına verilmiş JN-112F saylı kodu ******* olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin X6 və İsayeva (Səddinova) Məhbubə Feyruz qızına aid isədə X6 və İsayeva (Səddinova) Məhbubə Feyruz qızına məxsus olması faktının müəyyən edilməsi dair qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi Nümayəndə ərizəni müdafiə edib göstərdi ki, Qəbələ rayon AİK-nin 09.09.1997-ci il tarixli 18 saylı qərarı ilə verilmiş JN-112F saylı, kodu 40604038 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə hüquq sahiblərinin adları siyahısında 1-ci sırada və 3-cü sırada ad və ata adlarında sxniki səhv olaraq səhv qeydiyyat aparılmışdır. Belə ki, hüquq sahiblərinin adları siyahısında 1-ci sırada X5 adı texniki səhv olaraq Laləbəyim əvəzinə “Balabəyim” adı qeyd edilmişdir. Bundan əlavə hüquq sahiblərinin adları siyahısında 3-cü sırada İsayeva (Səddinova) Məhbubə Feyruz qızının ata adı texniki səhv olaraq “Firuzə” qızı kimi qeyd edilmişdir. JN-112 F saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə qeyd olunan texniki səhvlər DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə payların müəyyən edilməsi məqsədilə müraciət edərkən müəyyən edilmişdir. Həmin səhvlərin düzəldilməsi məqsədilə məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. JN-112F saylı şəhadətnamədə göstərilən texniki səhvlərə görə əməliyyat aparılması mümkün olmamışdır. AZ-İİ № 138054 saylı ölüm haqqında şəhadətnamədə X5 adı düzgün olaraq “Balabəyim” kimi yox Laləyim kimi qeyd edilmişdir. Mamylı kənd İƏN -nin 13.04.2021-ci il tarixli 66 saylı Qəbələ rayon məhkəməsinə təqdim etmək üçün verilmiş arayışında da göstərilmişdir ki, JN -112 F saylı şəhadətnamədə mərhum X5 adı səhvən “Balabəyim” kimi Ərizəçi Feruz qızının ata adı isə səhvən “Firuzə” qızı kimi qeyd edilmişdir. AZE № 0******* saylı şəxsiyyət vəsiqəsində Ərizəçi tam adı düzgün olaraq “Firuzə” kimi yox Feruz kimi qeyd edilmişdir. L-JQ № 493059 saylı doğum haqqında şəhadətnamədə də İsayeva (Səddinova) Məhbubə Feruz qızının ata adı düzgün olaraq “Firuzə” kimi yox Feyruz kimi qeyd dilmişdir. Odur ki, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına nümayəndəsini göndərməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçiləri dinləyib hesab edir ki, ərizə təmin olunmalıdır. İşdə olan JN-112F (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-in 09 sentyabr 1997-ci il tarixli 18 nömrəli qərarına əsasən X3, Nümayəndə, X1 və X4 ümumi birgə mülkiyyətinə 1.75 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan Qutqaşen rayon Zarağan kənd soveti tərəfindən verilmiş 04 may 1973-cü il tarixli İ- JQ 493059 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, burada ərizəçi X2 ata adı “Feyruz” olaraq qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş Qəbələ RPŞ tərəfindən 06.04.2009-cu il tarixdə verilmiş AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi ata adı şəxsiyyəti təsdiq edən sənəddə “Feyruz” olaraq qeyd olunmuşdur. İşdə olan Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 09 fevral 2021-ci il tarixli AZ-İİ № ******* saylı Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 22 yanvar 2021-ci il tarixdə Qəbələ rayonu, Mamaylı kəndində vəfat etmişdir. Ölüm haqqında şəhadətnamədə mərhumun adı “Laləbəyim” olaraq qeyd edilmişdir. İşdə olan Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 24 avqust 2021-ci il tarixli Nikah haqqında arayışdan görünür ki, X7 və X9 arasında 10 oktyabr 1957-ci il tarixdə nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra ərə İslamov, arvada İslamova soyadı verilmişdir. Həmçinin qeyd olunur ki, 04.08.1970-ci il tarixdə nikahın pozulması ilə bağlı akt qeydi aparılmışdır. Arayışda mərhumun adı “Laləbəyim” olaraq qeyd edilmişdir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmələr şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, soyadı və ya adı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nın 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, ölkədə aparılan torpaq islahatı zamanı ərizəçilərin ümumi birgə mülkiyyətinə 1.75 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsinin verilməsini təsdiq edən JN-112F (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədə yalnışlığa yol verilərək “Ərizəçi” əvəzinə “Ərizəçi Firuzə qızı” və “X7” əvəzinə “X8” kimi səhv olaraq göstərilmişdir. Həmin yanlışlığın başqa qaydada aradan qaldırılması mümkün deyildir. Ona görə də məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 360 və 362ci maddələrini rəhbər tutaraq, məhkəmə qət e t d i: Ərizə təmin edilsin. JN-112F (Kod:********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamənin ərizəçi İsayeva (Səddinova) Məhbubə Feyruz qızına və mərhum X6 aid olan hissədə məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar