Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1374/2021 21.09.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi, Ərizəçi2 və ərizəçilərin nümayəndəsi Nümayəndə iştirakları ilə, Ərizəçilər Ərizəçi2 və Ərizəçi1 hüquq əhəmiyyətli faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi Ərizəçilər Ərizəçi2 və Ərizəçi1 məhkəməyə ərizə ilə müraciət edərək, JN- 1695A, KOD 40600048 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin həmçinin Ərizəçi2 və Ərizəçi1 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında ərizəçilərin nümayəndəsi Nümayəndə ərizəni müdafiə edib göstərdi ki, Qəbələ rayonu Aqrar İslahat Komissiyasının 28 oktyabr 1998-ci il tarixli, 19 saylı qərarı ilə Nümayəndə, Ərizəçi2, Ərizəçi1, X2, X3 və X4 mülkiyyətinə Qəbələ rayonu, Vəndam qəsəbəsi ərazisində JN-1695A, KOD 40600048 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə əsasında 0,19 ha torpaq sahəsi verilmişdir. Həmin Şəhadətnamə əsasında torpaq sahəsinə dair sənədləşmə işləri aparan zaman məlum olmuşdur ki, JN-1695A, KOD 40600048 saylı Torpağa mülkiyyət hüququna dair Şəhadətnamədə Ərizəçi2, əvəzinə səhvən “X1” kimi Ərizəçi1 əvəzinə “X5” kimi yazılmışdır. Bu səhv bizə əvvəldən məlum olmadığı üçün bununla bağlı gec müraciət etmişdir. Şəhadətnaməni verən orqan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi isə ləğv edildiyindən, Şəhadətnamədəki yanlışlığı aradan qaldıra bilmirik. Həmçinin, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin səlahiyyətləri Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə keçdiyindən biz aidiyyatı üzrə xidmətin 9 saylı Qəbələ Ərazi İdarəsinə ərizə ilə Torpağa mülkiyyət hüququna dair Dövlət aktında yanlışlıqların aradan qaldırılması barədə müraciət etmiş, müvafiq 13 iyul 2021-ci il tarixli, **********80 saylı məktubu ilə yanlışlıqlara düzəlişlərin həyata keçirilməsi onların səlahiyyətlərinə aid olmadığından məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışıq. Odur ki, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Ərizəçi2 ərizəyə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına nümayəndəsini göndərməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçilərin nümayəndəsini dinləyib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işdə olan JN-1695A (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-in 28 oktyabr 1998-ci il tarixli, 19 nömrəli qərarına əsasən, Nümayəndə, X1, X5, X2, X3 və X4 ümumi birgə mülkiyyətinə 0.19 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan Qəbələ rayon Vəndam qəsəbə İ.Ə.N tərəfindən verilmiş 27.07.2021-cı il tarixli AZ-T № 156624 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, burada ərizəçi Feyzullayev (İsgəndərova) Səbilə Məzahir qızının adı “Səbilə” olaraq qeyd olunmuşdur. İşdə olan Qəbələ rayon Vəndam kənd soveti tərəfindən verilmiş 21 iyul 1984-cü il tarixli İİİ-JQ № 395161 saylı nikah haqqında Şəhadətnamənin surətindən görünür ki, X7 ilə Nümayəndə arasında 21 iyul 1984-ci il tarixdə nikah bağlanmış və nikah bağlandıqdan sonra ərə İsgəndərov, arvada İsgəndərova soyadı verilmişdir. Burada Ərizəçi2 adı “Səbilə” olaraq qeyd olunmuşdur. İşdə olan Qəbələ rayon Vəndam kənd icra nümayəndəliyi tərəfindən verilmiş 18 dekabr 1991ci il tarixli XVİ-JQ № 340722 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, burada Ərizəçi1 adı “Gülzar” olaraq qeyd olunmuşdur. İşdə olan Qubadlı rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 05 may 2015-ci il tarixli AZ-İ № 991030 saylı nikah haqqında Şəhadətnamənin surətindən görünür ki, Ərizəçi1 ilə Babayev Yusif Babaş oğlu arasında 05 may 2015-ci il tarixdə nikah bağlanmış və nikah bağlandıqdan sonra ərə Babayev, arvada İsgəndərova soyadı verilmişdir. Burada Ərizəçi1 adı “Gülzar” olaraq qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş Qubadlı RPŞ tərəfindən 21.08.2017-ci il tarixdə verilmiş AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi1 adı şəxsiyyəti təsdiq edən sənəddə “Gülzar” olaraq qeyd olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmələr şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, soyadı və ya adı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nın 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, ölkədə aparılan torpaq islahatı zamanı ərizəçilərin ümumi birgə mülkiyyətinə 0.19 ha torpaq sahəsinin verilməsini təsdiq edən JN-1695A (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnaməsində yalnışlığa yol verilərək “Ərizəçi2” əvəzinə “X1” və “Ərizəçi1” əvəzinə “X5” kimi səhv olaraq göstərilmişdir. Həmin yanlışlığın başqa qaydada aradan qaldırılması mümkün deyildir. Ona görə də məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 360 və 362ci maddələrini rəhbər tutaraq, məhkəmə qət e t d i: Ərizə təmin edilsin. JN-1695A (Kod:********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamənin ərizəçilər Ərizəçi2 və Ərizəçi1 aid olan hissədə məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elman İsayev
Məhkəmə qərarları › İş №2(025)-1374/2021
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1374/2021
21.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver