Məhkəmə qərarları › İş №2(025)-138/2022

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-138/2022

31.01.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-138/2022 31.01.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə qarşı “sənədin məxsus olması faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, Qəbələ rayon Aqrar İslahat Komissiyasının 25 iyun 1998-ci il tarixli, 11 saylı qərarına əsasən, Ərizəçi, X12, X13, X8 və X6 adına verilmiş JN-142F saylı (KOD:********) “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin digər mülkiyyətçilərlə birlikdə X1na məxsus olması hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, Qəbələ rayon Aqrar İslahat Komissiyasının 25 iyun 1998-ci il tarixli, 11 saylı qərarına əsasən Ərizəçi, X12, X13, X8 və X10 paylı mülkiyyət hüququ əsasında mülkiyyətinə JN-142F saylı (KOD: ********) “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə üzrə 0,86 ha həyətyanı torpaq sahəsi verilmişdir. X1 onun oğlumdur. Paylı mülkiyyətçilərdən biri - X14, 26 noyabr 2012-ci ildə baş beyinin əzilməsi səbəbindən vəfat etmişdir. JN-142F saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə adı göstərilən X7 adında göstərilən “X13” adı ölüm haqqında şəhadətnamədə qeyd edilən adı ilə düz gəlmir. Belə ki, yuxarıda qeyd edilən torpaq sənədlərində adı “X13” kimi qeyd edilmişdir. Həmin sənəddə verilən torpaq sahəsi paylı mülkiyyətdədir və payçıların hər birinin mülkiyyətlərinin ayrılıb onların özünə verilməsi və vərəsəlik hüququnun həyata keçirdikdən sonra adlarına “Çıxarış” alınmasında müəyyən problemlər yaranacaqdır. Çünki X1nun adı torpaq sənədində göstərilən adı ilə düz gəlmir və sənədlərdə müxtəliflik vardır. Lakin torpaq sənədlərində göstərilən ad X1na məxsusdur. Adı göstərilən sənəd hüququmüəyyənedici sənədlərdir və bu baxımdan həmin sənədlər mühüm əhəmiyyətə malikdir. Bu səbəbdən həmin sənədlərə aydınlıq gətirilməsi zəruridir. O, torpaq sənədinə dair “Çıxarış” almaq üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə rəsmi müraciət etmişdir. Oradan ona rədd cavabı verilmiş və bildirilmiş ki, məhkəməyə müraciət etməlidir. Ona görə də məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizədə göstərilənlərə uyğun izahat verib, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş maraqlı şəxs Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ona görə də məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçini dinləyib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işdə olan JN-142F nömrəli (kod:********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-nın 25 iyun 1998-ci il tarixli, 11 saylı qərarına əsasən Ərizəçi, X3, X4, X5m və X6 ümumi birgə mülkiyyətinə Qəbələ rayonu Uludaş kəndində 0,86 ha həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarında olan Qəbələ rayon Uludaş kənd İnzibati Ərazi Dairəsi tərəfindən verilmiş 07.01.2013-cü il tarixli, AZ-İ seriyalı, 573044 №-li «Ölüm haqqında şəhadətnamə»nin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X14 “baş beyin əzilməsi” xəstəliyindən 26.11.2012-ci il tarixdə Qəbələ rayonunda vəfat etmiş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 07.01.2013-cü ildə 01 № ilə qeyd edilmişdir. İşdə olan Qutqaşen rayon Tikanlı kənd sovetliyi tərəfindən verilmiş 13 oktyabr 1984-cü il tarixli, X-ЖГ seriyalı, 32774 nömrəli “Doğum haqqında şəhadətnamə”nin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ərizəçinin mərhum oğlu Ərizəçi ad, soyad və ata adı “X14” kimi qeyd edilmişdir. İşdə olan Qəbələ rayon Tikanlı kənd İnzibati Ərazi üzrə nümayəndəliyi tərəfindən verilmiş 04 noyabr 2004-cü il tarixli, AZ-İ seriyalı, 135491 nömrəli “Nikah haqqında şəhadətnamə”nin surətindən görünür ki, ərizəçinin mərhum oğlu Ərizəçi ad, soyad və ata adı “X14” kimi qeyd edilmişdir. İşdə olan Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin 23 noyabr 2021-ci il tarixli **********60 nömrəli məktubundan görünür ki, JN-142F nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə mülkiyyətçilərin ad və soyadında hər hansı dəyişiklik edilməsi həmin orqanın səlahiyyətinə aid deyil və həmin məsələ ilə bağlı məhkəməyə müaciət olunması tövsiyyə olunmuşdur. İş materiallarında olan Qəbələ rayon İHB-nın Uludaş kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 26 noyabr 2021-ci il tarixli, 153 nömrəli arayışda göstərilmişdir ki, JN-142F KOD 40615038 nömrəli dövlət aktında göstərilən X13 adlı vətəndaş X11r. (X14 26.11.2012-ci il tarixdə vəfat etmişdir.) Qəbələ rayonu Uludaş kəndində X13 adlı vətəndaş yaşamır. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmələr şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, soyadı və ya adı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nın 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, Qəbələ rayon Aqrar İslahat Komissiyasının 25 iyun 1998-ci il tarixli, 11 saylı qərarına əsasən Ərizəçi, X3, X4, X2 və X6 birgə mülkiyyətlərinə verilmiş JN-142F saylı (KOD: ********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə ərizəçinin mərhum oğlu X7 adı səhvən “Elnaz”, cinsiyyəti isə səhvən “qızı” kimi qeyd olunmuşdur. Qeyd olunan şəhadətnamədə yalnışlıqlar aradan qaldırılmadan ərizəçi həmin şəhadətnamə vərəsəlik, mülkiyyət və s. hüquqlarını həyata keçirə bilməz. Həmin yanlışlıqların başqa qaydada aradan qaldırılması isə mümkün deyildir. Ona görə də məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. Qəbələ rayon Aqrar İslahat Komissiyasının 25 iyun 1998-ci il tarixli, 11 saylı qərarına əsasən, Ərizəçi, X12, X13, X8 və X6 adına verilmiş JN-142F saylı (KOD: ********) “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin digər mülkiyyətçilərlə birlikdə X1na məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar