Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1399/2021 27.09.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi, ərizəçilər Ərizəçi1 və Ərizəçi2 iştirakları ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 hüquq əhəmiyyətli faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 məhkəməyə ərizə ilə müraciət edərək, Qəbələ rayon AİK-nin 09.09.1997-ci il tarixli 19 saylı qərarı ilə X8, X1, X4, X2, X3 və X5 adına verilmiş JN-1836 saylı kodu 40600048 olan Torpağa mülkiyyət hüququna dair” dövlət aktının Ərizəçi1 və Ərizəçi2 aid hissədə Ərizəçi1 və X6 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında Ərizəçi1 ərizəni müdafiə edib göstərdi ki, Qəbələ rayon AlK-nin 28.10.1998-ci il tarixli 19 saylı qərarı ilə verilmiş, JN-1836 saylı kodu 40600048 olan Dövlət aktında hüquq sahiblərinin adları siyahısında 1-ci və 2-ci sırada texniki səhv olaraq soyadların qeydiyyatı səhv aparılmışdır. Belə ki, JN-1836 saylı Dövlət aktında 1 -ci sırada Ərizəçi1 soyadı texniki səhv olaraq Həlimov əvəzinə “Həmidov” kimi qeyd edilmişdir. Bundan əlavə 2-ci sırada isə Ərizəçi2 soyadı Həlimova əvəzinə “Həmidova”, ata adı isə Marif əvəzinə “Maarif” kimi qeyd edilmişdir. JN- 1836 saylı kodu 40600048 olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktında qeyd olunan texniki səhvlər DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə Tiyların müəyyən edilməsi məqsədilə müraciət edərkən müəyyən edilmişdir. Həmin səhvlərin düzəldilməsi məqsədilə məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Odur ki, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Ərizəçi2 ərizəyə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına nümayəndəsini göndərməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçiləri dinləyib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işdə olan JN-1836 (Kod: ********) nömrəli «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktından görünür ki, Qəbələ rayon AİK-in 28 oktyabr 1998-ci il tarixli 19 nömrəli qərarına əsasən X8, X1, X4, X2, X3 və X5 ümumi birgə mülkiyyətinə 1.89 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan Qəbələ rayon, Vəndam kənd soveti tərəfindən verilmiş 06 noyabr 1968-ci il tarixli AZ № ******* saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, burada ərizəçi Həlimova (Şirinova) Nəzakət Marif qızının ata adı “Marif” olaraq qeyd olunmuşdur. İşdə olan Qəbələ rayon, Vəndam kənd soveti tərəfindən verilmiş 26 fevral 1988-ci il tarixli İV- JQ № 423106 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X9 ilə Ərizəçi1 arasında 26 fevral 1988-ci il tarixdə nikah bağlanmış və nikah bağlandıqdan sonra ərə Həlimov, arvada Həlimova soyadı verilmişdir. Həmçinin burada Ərizəçi2 ata adı “Marif” olaraq qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş AA № ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi2 tam adı şəxsiyyəti təsdiq edən sənəddə “Ərizəçi2” olaraq qeyd edilmişdir. İşdə olan Qəbələ rayon, Vəndam kənd soveti tərəfindən verilmiş 29 sentyabr 1964-cü il tarixli AZ № 733475 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, burada Ərizəçi1 soy adı “Həlimov” olaraq qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş AA № ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi1 soyadı adı şəxsiyyəti təsdiq edən sənəddə “Həlimov” olaraq qeyd edilmişdir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmələr şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, soyadı və ya adı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nın 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, ölkədə aparılan torpaq islahatı zamanı ərizəçilərin və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə 1.83 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin verilməsini təsdiq edən JN-1836 (Kod: ********) nömrəli «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında yalnışlığa yol verilərək, “Ərizəçi2” əvəzinə “X7” və “X10” əvəzinə “X11” kimi səhv olaraq göstərilmişdir. Həmin yanlışlığın başqa qaydada aradan qaldırılması mümkün deyildir. Ona görə də məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 360 və 362ci maddələrini rəhbər tutaraq, məhkəmə qət e t d i: Ərizə təmin edilsin. JN-1836 (Kod: ********) nömrəli «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktının ərizəçilər Ərizəçi1 və Ərizəçi2 aid olan hissədə məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elman İsayev
Məhkəmə qərarları › İş №2(025)-1399/2021
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1399/2021
27.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver