Məhkəmə qərarları › İş №2(025)-1402/2021

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1402/2021

16.11.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1402/2021 16.11.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, iddiaçıların nümayəndəsi Nümayəndə, İddiaçı1 vəkili X11, Cavabdeh1 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X27 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X23, maraqlı şəxslər Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə və Qəbələ Regional "ASAN Xidmət" mərkəzinin Notariat kontoruna qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi" tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X23, maraqlı şəxslər Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə və Qəbələ Regional "ASAN Xidmət" mərkəzinin Notariat kontoruna qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X5nın adına DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən 17.06.2021-ci il tarixdə verilmiş, reyestr nömrəsi **********65, qeydiyyat nömrəsi ********** çıxarışa əsasən Qəbələ şəhəri, Musabəyov küçəsindəki 0.07 ha torpaq sahəsinə-miras əmlakı ilə əlaqədar Cavabdeh1, Cavabdeh2 və X9 13.07.2021-ci il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və miras qalmış əmlakdan vərəsə kimi vəfat etmiş ataya düşəcək pay üzrə vərəsəlik payının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 16.11.2021-ci il tarixdə iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələbinin artırılması ilə bağlı ərizə təqdim edərək, X5nın adına DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən 17.06.2021-ci il tarixdə verilmiş, reyestr nömrəsi **********65, qeydiyyat nömrəsi ********** çıxarışa əsasən Qəbələ şəhəri, Musabəyov küçəsindəki 0.07 ha toıpaq sahəsinə-miras əmlakı ilə əlaqədar Cavabdeh1, Cavabdeh2 və X9 13.07.2021-ci il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, 13.07.2021-ci il tarixli Cavabdeh2 və X7 Cavabdeh1 miras payının bağışlanması müqaviləsinin və Cavabdeh1 öz adına DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 23.09.2021-ci il tarixində verilmiş, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********92 olan Çıxarışın etibarsız hesab edilməsi və miras qalmış əmlakdan vərəsə kimi vəfat etmiş ataya düşəcək pay üzrə vərəsəlik payının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsində göstərilmişdir ki, iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı2 və İddiaçı1 xx.xx.1991-ci və xx.xx.1993cü ildə Qəbələ şəhərində anadan olmuşlar. X2 və Nümayəndə olmuş ki, atası X28 16.11.2011-ci il tarixində beyinə qansızmadan vəfat etmişdir. Uşaqlıqdan onlar nənələrini (atanın anası) ilə birlikdə bir evdə yaşamış və sonradan yanaşı torpaq sahəsində atası ev tikdikdən sonra ora köçmüşlər və daim nənənin yaşadığı evə gediş-gəlişi olmuşdur. X5 babaları X33 ilə ailə qurduqdan sonra 5 övladları olmuşdur ki, onlar da aşağıdakılardır: 1. oğlu-1955-ci il təvəllüdlü X28, 2. qızı-1957-ci il təvəllüdlü X20 3. oğlu-1959-cu il təvəllüdlü Cavabdeh2, 4. qızı-1961-ci il təvəllüdlü Cavabdeh1, 5. oğlu-1964-cü il təvəllüdlü X30, X10 11.03.2000-ci il tarixində vəfat etdikdən sonra babasından miras qalan Qəbələ şəhəri, Musabəyov küçəsi, ev 15-də olan 0.07 ha torpaq ahəsində olan fərdi yaşayış evində yaşayaraq sahiblik edərək idarə etmişdir. Vəfat etdiyi günə kimi yəni-01.01.2012-ci il tarixinə kimi sağ olan övladlarından heç biri onun yanında yaşamamışdır. Nənəsi vəfat etdikdən soma isə vərəsələri ola biləcək övladları 5 övladından 3 sağ qalmış hal-hazırki cavabdehlər və digər 2 vərəsəsinin 17.02.1997-ci ildə vəfat etmiş X16 3 övladı və nənəsinin ölümündən 1 ay əvvəl vəfat etmiş atası X17 2 övladı hal-hazırkı iddiaçı olan biz qalmışlar. Qeyd edək ki, nənəsi vəfat etdikdən sonra onun dəfn mərasimində nası ilə birlikdə iştirak etmişlər. Nənəsi vəfat etdikdən sonra ondan qalmış miras əmlakın rəsmiləşdirilməsinə görə bir neçə dəfə notariat ofisinə müraciət etmək üçün vərəsələr arasında danışıqlar aparılmış, əsasən də bəzi məsələlərdə onlar razı olmadığına görə razılaşma baş tutmadığından notariat kontoruna müracət olunmamışdır. Bu faktı digər vərəsələr kimi cavabdehlər də təsdiq edə bilərlər. Lakin onların xəbəri olmadan 12.07.2021-ci il tarixində Cavabdeh1 təşkilatçılığı ilə digər cavabdehlər Cavabdeh2 və X3 regional Maraqlı şəxsndə notariat ofisinə müraciət etmişlər və nəticədə 13.07.2012-ci il tarixində mərhum nənəsi X15 adına olan mirası qəbul etmiş vərəsə kimi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışlar. Cavabdehlər notariat ofisinə müraciət etdikləri zaman notarius tərəfindən X15 vərəsələrinin dairəsi tam araşdırılmamış və onlara atalarının vərəsəsi kimi nənədən qalan miras əmlakın digər vərəsələr kimi qəbul edilməsi zamanı xəbərdarlıq olunaraq məlumat verilməmişdir. Hal- hazırda da şəhadətnamə əsasında reyestr xidmətindən mülkiyyət sənədi əldə olunmasından məlumatsızıq. Ona görə də, mərhum atasının anasından (nənədən) miras qalmış əmlakın atasının vərəsəsi kimi onlardan xəbərsiz olaraq qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əldə etmişlər. Ona görə də qeyd olunan mübahisənin həll edilməsi üçün məhkəməyə müraciət etməli olmuşlar. 19 oktyabr 2021-ci il tarixdə keçirilən məhkəmə baxış iclasında X42, X43 və X45 cavabdeh tərəfindən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində mülki iş üzrə cəlb olunmuşdurlar. Məhkəmə iclasında İddiaçı2 nümayəndəsi Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək, iddia ərizəsini müdafiə edərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı1 vəkili X18 iddia ərizəsini müdafiə edərək, iddianın həcminin artırılmasına dair ərizənin də nəzərə alınaraq iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı1 iddia ərizəsinə uyğun izahat verərək, iddia ərizəsini müdafiə edərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, Azərbaycan Respublikası ƏMDK-nın yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş çıxarış əsasında Qəbələ şəhərində yerləşən 0.07 ha torpaq sahəsi üzərində anası X15 mülkiyyət hüquq təsdiq edilmişdir. Anası 01 yanvar 2012-ci il tarixdə vəfat etmişdir. X29 vəfat etdikdən sonra bu günə kimi həmin həyətə, evə, o, özü baxıb, iddiaçılar həmin əmlakla maraqlanmamış, kommunal xərclər və verginin ödənməsində iştirak etməmişlər. 12 iyul 2021-ci il tarixdə o, qardaşı Cavabdeh2 və bacısı Cavabdeh3 ilə birlikdə Qəbələ Regional Maraqlı şəxsndəki notariat kontoruna müraciət etmiş və vərəsəlik işi açılmışdır. İddiaçı1 Aydn oğlu və İddiaçı2 bu zaman da miras əmlakla maraqlanmamışdır. Müraciət əsasında X14 miras qalmış 0,07 ha yaşayış məntəqələrinin torpaq sahəsinə dair vərəsəlik hüququ haqqında şəhadətnamə Qəbələ regional Maraqlı şəxsndə notariat ofisində 13.07.2021-ci il tarixdə, 2V-459 reyestr nömrə ilə rəsmiləşdirilmişdir. Daha sonra, 13 iyul 2021-ci il tarixdə Cavabdeh2 və Cavabdeh3 qanun üzrə vərəsəlik haqqında şəhadətnaməyə əsasən mərhum X14 miras qalmış torpaq sahəsindən ibarət miras əmlaklardakı paylarını ona bağışlamışlar. Həmin bağışlama müqaviləsi əsasında o, 23.09.2021-ci il tarixldə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış əldə etmişdir. Bundan başqa, onu qeyd etmək istəyir ki, hələ anası X13 olarkən mübahisəli əmlakı ona vəsiyyət etmiş, həmin vəsiyyətnamə 06 dekabr 2010-cu il tarixdə notariusda təsdiq edilmişdir. Qeyd olunanlar əsasında iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs X42 izahatında bildirdi ki, X24 onun nənəsi olmuş, Cavabdeh1 isə onun bibisi və analığıdır. Qəbələ şəhərində yerləşən 0,07 ha torpaq sahəsi və fərdi yaşayış evində nənəsi X24 və bibisi Cavabdeh1 yaşayıblar. Həmin evdə başqa kiminsə yaşamasını görməmişdir. Nənəsinə həmişə bibisi Cavabdeh1 baxmışdır. Nənəsi rəhmətə gedəndən sonra evə və torpaq sahəsinə bibisi baxmış, nəzarət etmiş, bütün kommunal xərclərini ödəmişdir. Nənəsindən qalmış miras əmlakla bağlı onun, eyni zamanda onun qardaşlarının və digər bibisi və əmisinin heç vaxt mübahisələri düşməmişdir. Belə ki, bu günə qədər hamı razı idi ki, nənəsinin əmlakı bibisi Solmaza qalsın. Miras əmlakdan hər hansı pay tələbi yoxdur. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X45 cavabdeh (bibisi) Cavabdeh1 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs (qardaşı) X27 izahatlarına uyğun eyni məzmunlu izahat vermiş və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə maraqlı şəxs Qəbələ Regional "ASAN Xidmət" mərkəzinin Notariat kontoru məhkəməyə yazılı mülahizə ünvanlayaraq, iddianın təmin edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. İş üzrə cavabdehlər Cavabdeh2, Cavabdeh3, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X34, X38, maraqlı şəxslər Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə və Qəbələ Regional "ASAN Xidmət" mərkəzinin Notariat kontorunun nümayəndələrinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdirlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət vermək hüququ verilir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə tərəflərin izahatlarını və işdə olan hüquqi sübutları tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia ərizəsi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası ƏMDK-nın yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 17.06.2021-ci il tarixli (reyestr nömrəsi – **********65; qeydiyyat nömrəsi – **********) hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, X15 Qəbələ şəhərində yerləşən 0.07 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 205 nömrəli kitabın 87 nömrəli vərəqindı qeydiyyatdan keçirilmişdir. İş materiallarında olan “V-150 reyestr nömrəli 06 dekabr 2010-cu il tarixdə Qəbələ rayon Dövlət Notariat Ofisində təsdiq edilmiş vəsiyyətnamənin surətindən görünür ki, X8 şəhərində yerləşən fərdi yaşayış evini və həyətyanı torpaq sahəsini qızı Cavabdeh1 vəsiyyət etmişdir. İş materiallarında olan 13.07.2021-ci il tarixli 2V-459 reyestr nömrəli qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin surətindən görünür ki, 01.01.201/2-ci il tarixdə vəfat etmiş, X15 vərəsələri: Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 və onların hər biri, miras əmlakdan .1/3 irs almalıdır. Şəhadətnamə verilən miras əmlak: - Azərbaycan Respublikası ƏMDK-nın yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən 17.06.2021-ci il tarixdə X21 tam mülkiyyət hüququ üzrə -verilmiş **********65 reyestr. nömrəli, ********** qeydiyyat nömrəli dövlət' reyestrindən çıxarışa əsasən Qəbələ şəhəri ünvanında-yerləşən ümumi sahəsi 0.07 :ha olan yaşayiş məntəqələrinin torpaq sahəsindən ibarətdir; - Real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş. 13.07.2021-ci il tarixli, qeydiyyat-nömrəsi **********HM33410 olan arayışa əsasən vərəsəlik hüquqa haqqında şəhadətnamə verilənədək Qəbələ şəhəri ünvanında yerləşən yaşayış məntəqələrinin torpaq sahəsi ipoteka ilə yuklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdırılməsınə qadağan qoyulmamışdır. İş materiallarında olan 13 iyul 2021-ci il tarixli 3M-92 saylı “Miras payın bağışlanması” müqaviləsinin surətindən görünür ki, Cavabdeh2 və Cavabdeh3 13.07.2021-ci il tarixli 2V-459 reyestr nömrəli qanun üzrə vərəsəlik haqqında şəhadətnaməyə əsasən mərhum X14 miras qalmış, Azərbaycan Respublikası ƏMDK-nın yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 17.06.2021-ci il tarixli (reyestr nömrəsi – **********65; qeydiyyat nömrəsi – **********) hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən verilmiş Qəbələ şəhərində yerləşən 0.07 ha torpaq sahəsindən ibarət miras əmlaklardakı hər birinə məxsus 1/3 hissə paylarını Cavabdeh1 bağışlamışlar. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK-nın yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 23.09.2021-ci il tarixli (reyestr nömrəsi – **********92; qeydiyyat nömrəsi – **********) hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Cavabdeh1 Qəbələ şəhəri, X56 küçəsi 10 ünvanında yerləşən 0.0458 ha torpaq sahəsi üzərində tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 211 nömrəli kitabın 86 nömrəli vərəqindı qeydiyyatdan keçirilmişdir. İşdə olan Qəbələ rayon Bələdiyyəsi tərəfindən 29 oktyabr 2021-ci il tarixdə verilmiş 217 saylı arayışdan görünür ki, Cavabdeh1 adına Qəbələ bələdiyyəsinin uçot kitabının 562-ci sırasında 0,0458 ha həyətyanı torpaq sahəsi vardır və vətəndaş hal-hazırki tarixə kimi torpaq vergisini ödəmişdir. İşdə olan Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 14 sentyabr 2017-ci il tarixdə verilmiş 482 saylı Nikah haqqında arayışdan görünür ki, X33 ilə X24 arasında 26 fevral 1953-cü il tarixdə bağlanmış nikah, nikahın bağlanması haqqında akt qeydləri kitabında 06 nömrə ilə qeydə alınmışdır. Nikah bağlanandan sonra ərə Babayev, arvada Babayeva soyadları verilmişdir. İşdə olan Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən 16.11.2021-ci il tarixdə verilmiş doğum haqqında arayaışdan görünür ki, X28 15 may 1955-ci il tarixdə Qəbələ rayonunda anadan olmuş, atası X33, anası X19r. İş materiallarında olan, Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən 11 yanvar 2012-ci il tarixdə verilmiş AZ-İ 506731 saylı «ölüm haqqında şəhadətnamə»dən müəyyən olunur ki, X29 01 yanvar 2012-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan, “Vətəndaşlıq vəziyyəti aktları” AQİS-dən Çıxarışdan müəyyən olunur ki, X33 11.03.2000-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan, “Vətəndaşlıq vəziyyəti aktları” AQİS-dən Çıxarışdan müəyyən olunur ki, X31 17.02.1997-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan, Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən 17 noyabr 2011-ci il tarixdə verilmiş AZ-İ 506656 saylı «ölüm haqqında şəhadətnamə»dən müəyyən olunur ki, X28 16.11.2011-ci il tarixdə vəfat etmişdir. İşdə olan Qəbələ rayon Vəndam VVAQ şöbəsi tərəfindən 23.09.1993-cü il tarixdə verilmiş XVİİ-ЖГ № 410534 seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı1 xx xxxxxxxx 1993-cü il tarixdə Qəbələ rayonunda anadan olmuş, atası X28, anası Nümayəndədır. İşdə olan Qəbələ rayon Vəndam VVAQ şöbəsi tərəfindən 25.06.1991-ci il tarixdə verilmiş XİV-ЖГ № 471710 seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı2 xx xxxx 1991-ci il tarixdə Qəbələ rayonunda anadan olmuş, atası X28, anası Nümayəndədır. İşdə olan Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən 06 fevral 2019-cu il tarixdə verilmiş 156 saylı arayışdan görünür ki, Vətəndaşlıq vəziyyəti akları üzrə yoxlama aparılarkən Nümayəndə nikahı haqqında akt qeydi aşkar edilməmişdir. İşdə olan Qəbələ şəhər İ.Ə.D üzrə Nümayəndəliyi tərəfindən 18 iyun 2021-ci il tarixdə verilmiş 1046 saylı arayışdan görünür ki, Cavabdeh1 anası X29 01.01.2012-ci ildə vəfat edənə kimi ünvan 3 ünvanda yaşamışdır. İşdə olan Qəbələ şəhər İ.Ə.D üzrə Nümayəndəliyi tərəfindən 09 iyul 2021-ci il tarixdə verilmiş 1156 saylı arayışdan görünür ki, Cavabdeh1 anası X29 01.01.2012-ci ildə vəfat edənə kimi Qəbələ şəhərində yaşamışdır. X21 məxsus Qəbələ şəhərində yerləşən DƏDRX-nın Qəbələ rayon şöbəsi tərəfindən verilmiş 17.06.2021-ci il tarixli, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********65 olan çıxarışa əsasən 0.07 ha həyətyanı torpaq sahəsini onun ölümündən sonra idarə etmiş, sahiblik etmiş, miras əmlakını qəbul etmiş aşağıdakı vərəsələri vardır. 1.Oğlu: X28-1955 (16.11.2011 vəfat edib) 2.Qızı: X20-1957 3.0ğlu: Cavabdeh2-1959 4.Qızı: Cavabdeh1-1961 5.Oğlu: X31-1964 (17.02.1997 vəfat edib) İşdə olan Qəbələ rayon Bələdiyyəsi tərəfindən 18 iyun 2021-ci il tarixdə verilmiş 116 saylı arayışdan görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən X15 adına 17 iyun 2021-ci il tarixli, reyestr nömrəsi **********65 olan, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən verilmiş, Qəbələ şəhəri ünvanda yerləşən, fərdi yaşayış evi tikmək məqsədi üçün 0,07 ha torpaq sahəsini X15 vəfat etdiyi 01 yanvar 2012-ci il tarixdən hal hazırki tarixə kimi Cavabdeh1 idarə etmiş, sahiblik etmiş, istifadə etmiş və torpaq vergisini vaxtında ödəmişdir.. Məhkəmə iddianın “vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi" tələbini aşağıda qeyd olunanlar nəzərə alınmaqla əsassız hesab edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1145-ci maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1159.1.1-ci maddəsinə əsasən, ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbədə vərəsə sayılırlar. 1159.2-ci maddəsinə əsasən ikinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1261-ci maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər. Ləyaqətsiz vərəsə sayılmış və ya vəsiyyətnamənin birbaşa göstərişi ilə vərəsəlik hüququndan məhrum edilmiş şəxsin xeyrinə mirasdan imtina yolverilməzdir. Bu cür imtina barəsində digər vərəsələr məhkəməyə şikayət verə bilərlər. 1273-1-ci maddəsinə əsasən vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir. 1262-ci maddəsinə əsasən əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın. 1274-cü maddəsinə əsasən miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. İşin halları ilə müəyyən olunur ki, mərhum X29 ilə X33 arasında 26 fevral 1953-cü il tarixdə nikah bağlanmış, tərəflərin birgə nikahlarından - X28, X20, Cavabdeh2, Cavabdeh1, X31 adlı övladları anadan olmuşdur. Onlardan X4 Humay Qurban qızı ilə qeyri rəsmi ailə qurmuş, tərəflərin birgə qeyri rəsmi nikah münasibətlərindən xx xxxx 1991-ci il təvəllüdlü İddiaçı2 və xx xxxxxxxx 1993-cü il təvəllüdlü İddiaçı1 anadan olmuşdur. X33 11 mart 2000-ci il tarixdə, X29 01 yanvar 2012-ci il tarixdə vəfat etmişdir. Həmçinin vərəsələrdən X31 17 fevral 1997-ci ildə, X28 isə 16 noyabr 2011-ci ildə vəfat etmişdir. Azərbaycan Respublikası ƏMDK-nın yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 17.06.2021-ci il tarixli (reyestr nömrəsi – **********65; qeydiyyat nömrəsi – **********) hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında Qəbələ şəhərində yerləşən 0.07 ha torpaq sahəsi üzərində X15 mülkiyyət hüquq təsdiq edilmişdir. X29 01 yanvar 2012-ci il tarixdə vəfat etmişdir. Səkinə Babayeva (miras qoyan) Qəbələ şəhərində yerləşən fərdi yaşayış evini və həyətyanı torpaq sahəsini 06 dekabr 2010-cu il tarixdə qızı Cavabdeh1 vəsiyyət etmişdir. 12 iyul 2021-ci il tarixdə vərəsələr - Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müraciətləri və mirasın faktiki idarəçiliyinə, mülkiyyət hüququna və qohumluq münasibətlərinə dair təqdim edilmiş sənədlər əsasında Qəbələ Regional Maraqlı şəxsndəki notariat kontorunda vərəsəlik işi açılmışdır. İddiaçı1 Aydm oğlu və İddiaçı2 miras qoyanla qohumluq münasibətini, miras əmlakın faktiki idarəçiliyini təsdiq edən sənədləri notariat ofisinə təqdim etməmiş, o cümlədən mirasın qəbulu üçün nəzərdə tutulan müddəti itirməsi səbəbindən Mülki Məcəllənin 1273-1 maddəsi tətbiq edilmiş və iddiaçlılar vərəsəlik hüququ haqqında şəhadətnamədən kənarda qalmışlar. X1 miras qalmış Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********65 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, 17.06.2021 -ci il tarixli Çıxarışa əsasən Qəbələ şəhərində yerləşən 0,07 ha yaşayış məntəqələrinin torpaq sahəsinə dair vərəsəlik hüququ haqqında şəhadətnamə Qəbələ regional Maraqlı şəxsndə notariat ofisində 13.07.2021-ci il tarixdə, 2V-459 reyestr nömrə ilə rəsmiləşdirilmişdir. Daha sonra isə 13 iyul 2021-ci il tarixdə Cavabdeh2 və Cavabdeh3 qanun üzrə vərəsəlik haqqında şəhadətnaməyə əsasən mərhum X14 miras qalmış torpaq sahəsindən ibarət miras əmlaklardakı hər birinə məxsus 1/3 hissə paylarını Cavabdeh1 bağışlamışlar. Həmin bağışlama müqaviləsi əsasında Cavabdeh1 23.09.2021-ci il tarixldə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış əldə etmişdir. Hazırda iddiaçılar X5nın adına DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən 17.06.2021-ci il tarixdə verilmiş, reyestr nömrəsi **********65, qeydiyyat nömrəsi ********** çıxarışa əsasən Qəbələ şəhəri, Musabəyov küçəsindəki 0.07 ha toıpaq sahəsinə-miras əmlakı ilə əlaqədar Cavabdeh1, Cavabdeh2 və X9 13.07.2021-ci il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, 13.07.2021-ci il tarixli Cavabdeh2 və X7 Cavabdeh1 miras payının bağışlanması müqaviləsinin və Cavabdeh1 öz adına DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 23.09.2021-ci il tarixində verilmiş, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********92 olan Çıxarışın etibarsız hesab edilməsi və miras qalmış əmlakdan vərəsə kimi vəfat etmiş ataya düşəcək pay üzrə vərəsəlik payının müəyyən olunmasını xahiş edirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1273-1-ci maddəsinə əsasən vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir. Həmin Məcəllənin 1262-ci maddəsinə əsasən əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin 30.07.2008-ci il tarixli Qərarında iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırılması zərurəti və subyektiv hüququn anlayışı, xarakterik cəhətlərinin mahiyyəti izah olunmuşdur. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın İctimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Vərəsəlik hüququ da belə hüquqlardan biridir. G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin 18 iyul 2014-cü il tarixli Qərarında Mülki Məcəllənin maddələrinin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Beləliklə məhkəmə iddia ərizəsinin “Cavabdeh1, Cavabdeh2 və X9 13.07.2021-ci il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi” tələbinə dair hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, Mülki Məcəllədə göstərilən müddət ərzində iddiaçılar mirası notariusa müraciət edərək və ya faktiki olaraq mirası qəbul etdiyini təsdiq edən sübutları təqdim etmədikləri üçün həmin miras əmlakla bağlı mübahisə açmaq və vərəsəlik şəhadətnaməsini mübahisələndirmək hüququna malik deyillər və həmin hissədə iddia tələbləri subyektiv hüququ olmayan şəxslər tərəfindən qaldırılmış hesab olunaraq təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələblərinə görə qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia rədd edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 10 (on) manat dövlət rüsumu iddiaçılara aid edilməlidir. Beləliklə, məhkəmə iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək, hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X23, maraqlı şəxslər Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə və Qəbələ Regional "ASAN Xidmət" mərkəzinin Notariat kontoruna qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi" tələbinə dair iddiası təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X23, maraqlı şəxslər Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə və Qəbələ Regional "ASAN Xidmət" mərkəzinin Notariat kontoruna qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi" tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar