Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1407/2021 28.09.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi, ərizəçi və digər ərizəçi Məmmədova (Yusifli) Nuranə Sahil qızının nümayəndəsi Ərizəçi1 və ərizəçi Cəlilova (Lətifova) Səbinə Sahil qızının iştirakları ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və X1 hüquq əhəmiyyətli faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və X7 məhkəməyə ərizə ilə müraciət edərək, JN-1608, KOD 40600048 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının onlara dair hissəsində yəni- Ərizəçi1, X11 və Ərizəçi3 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında ərizəçi və digər ərizəçi Məmmədova (Yusifli) Nuranə Sahil qızının nümayəndəsi Ərizəçi1 ərizəni müdafiə edib göstərdi ki, o, Hacıyeva (Lətifova) Adilə Baxtı qızı xx.xx.1958-ei ildə Qutqaşen (indiki Qəbələ) rayonu, Nohurqışlaq kəndində anadan olmuşdur. 22.04.1987-ci ildə X16 ilə nikaha daxil olaraq soyadını ’’Lətifova” kimi qeyd etdirmişdi. Həyat yoldaşım X16 31.07.2002-ci il tarixində döş qəfəsi orqanlarının odlu silahla yaralanması nəticəsində vəfat etmişdir. O, Lətifova (Cəlilova) Şəbinə Sahil qızı xx.xx.1988-ci ildə Qutqaşen (indiki Qəbələ) rayonu, Vəndam kəndində anadan olmuşdur. 27.06.2008-ci il tarixdə X4 ilə nikaha daxil olaraq soyadını “Cəlilova” kimi qeyd etdirmişdir. O, Yusifli (Məmmədova) Nuranə Sahil qızı xx.xx.1993-cü ildə Qəbələ rayonu, Vəndam kəndində anadan olmuşdur. 27.06.2008-ci il tarixdə X8 ilə nikaha daxil olaraq soyadını “Məmmədova” kimi qeyd etdirmişdir. Qəbələ rayon Aqrar İslahat Komissiyasının 28 oktyabr 1998-ci il tarixli 19 nömrəli qərarı ilə X12, X9 və bizə yəni-Ərizəçi1 Baxti qızına, X5, Ərizəçi3 kənd təsərrüfatı məhsulları istehsalı üçün 1.11 ha torpaq sahəsi verilmiş və bu barədə JN-1608, KOD 40600048 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı verilmişdir. Dövlət Aktında sonradan onlara məlum olmuşdur ki, onun atasının adı səhvən “Baxdi” kimi, ad səhvən “Şəbilə”, ata adı “Baxdı” kimi, soyad səhvən “Lətifova” kimi yazılmışdır. Lakin doğum və nikah haqqında şəhadətnamələrdə, şəxsiyyət vəsiqələrində və digər sənədlərdə Ərizəçi1, X11 və Ərizəçi3 kimi yazılır. Hazırda valideynlərinin vərəsəsi kimi ona məxsus torpaq sahəsinə notariat ofisində vərəsəlik işi açaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarış almaq istəyirik. X25 ata adı, ad və ata adı və soyad düzgün yazılmadığından bu mümkün deyildir. Dövlət Aktını verən orqan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi isə ləğv edildiyindən, aktdakı yanlışlıqları aradan qaldıra bilmirik. Həmçinin, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin səlahiyyətləri Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə keçdiyindən aidiyyatı üzrə Xidmətin 9 saylı Qəbələ Ərazi İdarəsinə ərizə ilə Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında yanlışlıqların aradan qaldırılması barədə müraciət olunmuş, müvafiq 29 aprel 2021ci il tarixli **********70 saylı məktubu ilə yanlışlıqlara düzəlişlərin həyata keçirilməsi onların səlahiyyətlərinə aid olmadığından məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Odur ki, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən ərizəçi Cəlilova (Lətifova) Səbinə Sahil qızı ərizəyə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına nümayəndəsini göndərməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçiləri dinləyib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işdə olan JN-1608 (Kod: ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktından görünür ki, Qəbələ rayon AİK-in 28 oktyabr 1998-ci il tarixli 19 nömrəli qərarına əsasən, X10, X6, Ərizəçi1 Baxdi qızının, X2, X3 ümumi birgə mülkiyyətinə 1.11 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə olunmuş Qəbələ RPŞ tərəfindən verilmiş 28.05.2012-ci il tarixdə verilmiş AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi1 tam adı şəxsiyyəti təsdiq edən sənəddə “Ərizəçi1” olaraq qeyd olunmuşdur. İşdə olan 25 dekabr 1958-ci il tarixli İ-İE № 684506 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, burada ərizəçi Hacıyeva (Lətifova) Adilə Baxtı qızının ata adı “Baxtı” olaraq qeyd olunmuşdur. İşdə olan Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 10 iyul 2019-cu il tarixli 635 saylı nikah haqqında arayışdan görünür ki, X15 ilə X16 arasında 22 aprel 1987-ci il tarixdə nikah bağlanmış və nikah bağlandıqdan sonra ərə Lətifov, arvada Lətifova soyadı verilmişdir. Həmçinin burada Ərizəçi1 ata adı “Baxtı” olaraq qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş Qəbələ RPŞ tərəfindən verilmiş 14.02.2013-cü il tarixdə verilmiş AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cəlilova (Lətifova) Səbinə Sahil qızının tam adı şəxsiyyəti təsdiq edən sənəddə “Ərizəçi2” olaraq qeyd olunmuşdur. İşdə olan Qəbələ rayon Vəndam qəsəbə İ.Ə.N tərəfindən verilmiş 02 mart 1988-ci il tarixli Xİİİ-JQ № 269648 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, burada ərizəçi Cəlilova (Lətifova) Səbinə Sahil qızının soyadı “Lətifova” olaraq, ata adı “Sahil” olaraq qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş Qəbələ RPŞ tərəfindən verilmiş 28.05.2012-ci il tarixdə verilmiş AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Məmmədova (Yusifli) Nuranə Sahil qızının tam adı şəxsiyyəti təsdiq edən sənəddə “Ərizəçi3” olaraq qeyd olunmuşdur. İşdə olan Qəbələ rayon Vəndam qəsəbə İ.Ə.N tərəfindən verilmiş 09 avqust 1993-cü il tarixli XVİİİ-JQ № 360192 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, burada ərizəçi Məmmədova (Yusifli) Nuranə Sahil qızı soyadı “Yusifli” olaraq qeyd olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmələr şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, soyadı və ya adı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nın 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, ölkədə aparılan torpaq islahatı zamanı ərizəçilərin ümumi birgə mülkiyyətinə 1.11 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin verilməsini təsdiq edən JN- 1608 (Kod: ********) nömrəli « “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktında yalnışlığa yol verilərək “Ərizəçi1” əvəzinə “Ərizəçi1 Baxdi qızı” və “X11” əvəzinə “X13” kimi, “Ərizəçi3” əvəzinə “X14” kimi səhv olaraq göstərilmişdir. Həmin yanlışlığın başqa qaydada aradan qaldırılması mümkün deyildir. Ona görə də məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 360 və 362ci maddələrini rəhbər tutaraq, məhkəmə qət e t d i: Ərizə təmin edilsin. JN-1608 (Kod: ********) nömrəli «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktının ərizəçilər Ərizəçi1, Cəlilova (Lətifova) Səbinə Sahil qızına və Məmmədova (Yusifli) Nuranə Sahil qızına aid olan hissədə məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elman İsayev
Məhkəmə qərarları › İş №2(025)-1407/2021
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1407/2021
28.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver