Məhkəmə qərarları › İş №2(025)-1408/2021

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1408/2021

16.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1408/2021 16.09.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 iştirakları ilə Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə qarşı “sənədin məxsus olması faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 məhkəməyə ərizə ilə müraciət edərək, Qəbələ rayon AİK-in 26 fevral 2001-ci il tarixli 03 saylı qərarı ilə Ərizəçi1 Cərulla oğlunun, Ərizəçi2 oğlunun, X3, X4, X6 və X5 birgə mülkiyyətinə verilmiş JN-1647F saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin Ərizəçi1, Ərizəçi2, Sadıqova (Qubadova) Vüsalə Beybala qızına, Kərimova (Qubadova) İlahə Bəybala qızına aid hissədə Ərizəçi1, Ərizəçi2, Sadıqova (Qubadova) Vüsalə Beybala qızına, Kərimova (Qubadova) İlahə Bəybala qızına məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Ərizəçilər ərizəni onunla əsaslandırmışlar ki, Qəbələ rayon AİK-in 26 fevral 2001-ci il tarixli 03 saylı qərarı ilə verilmiş JN-1647F saylı, kodu 40601004 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə hüquq sahiblərinin adları siyahısında 1-ci sırada Ərizəçi1 ata adı texniki səhv olaraq Carulla əvəzinə “Cərulla” kimi, 2-ci sırada Ərizəçi2 adı Səmayə Ərziman qızı əvəzinə texniki səhv olaraq Səmayə Ərziman oğlu kimi, 3-cü sırada Sadıqova (Qubadova) Vüsalə Beybala qızının soyadı Qubadova əvəzinə texniki səhv olaraq “Qurbanova”, ata adı Beybala əvəzinə texniki səhv olaraq “Bəybala” kimi, 4-cü sırada Kərimova (Qubadova) İlahə Bəybala qızının soyadı texniki səhv olaraq “Qurbanova” kimi qeyd edilmişdir. JN-1647 saylı şəhadətnamə üzrə payların hər bir payçı üzrə bölgüsünün aparılması məqsədilə iş üzrə maraqlı şəxs DƏDRX-nin 9 saylı Qəbələ ərazi idarəsinə müraciət edərkən məlum olmuşdur ki, hüquq sahiblərinin adı, soyadı və ata adlarında texniki səhvlərə yol verilmişdir. JN-1647 saylı kodu 1647 F olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə qeyd olunan texniki səhvlərə görə əməliyyat aparılması mümkün olmamışdır. JN-1647 F saylı şəhadətnamədəki texniki səhvlərə məhkəmə qaydasında düzəlişlər edilməlidir. AZE № 0******* saylı şəxsiyyət vəsiqəsində Ərizəçi1 ata adı düzgün olaraq “Carulla” kimi qeyd edilmişdir. AZ № 090898 saylı doğum haqqında şəhadətnamədə də Ərizəçi1 ata adı düzgün olaraq “Cərulla” kimi yox Carulla kimi qeyd edilmişdir. AZE № ******** saylı şəxsiyyət vəsiqəsində Ərizəçi2 Ərziman qızının adı düzgün olaraq “Ərziman” oğlu kimi yox Ərziman qızı qeyd edilmişdir. İ-NE № 071134 saylı doğum haqqında şəhadətnamədə düzgün olaraq Səmayə Ərziman qızının ata adı “Səmayə Ərziman oğlu” kimi yox Səmayə Ərziman qızı kimi qeyd edilmişdir. İ-ЖГ № 415937 saylı nikah haqqında şəhadətnamədə də ata adı düzgün olaraq “Ərziman qızı” kimi qeyd edilmişdir. Vİ ЖГ-№ 389885 saylı doğum haqqında şəhadətnamədə Sadıqova (Qubadova) Vüsalə Beybala qızının soyadı düzgün olaraq X1 qeyd edilmişdir. AZ-İ № 164049 saylı nikah haqqında şəhadətnamədə Sadıqova (Qubadova) Vüsalə Beybala qızının soyadı nikah bağlananadək Qubadova, nikah bağlandıqdan sonra isə Sadıqova kimi qeyd edilmişdir. AZE № ******** saylı şəxsiyyət vəsiqəsində isə düzgün olaraq nikah bağlandıqdan sonrakı soyad Sadıqova soyadı qeyd edilmişdir. AZ İV № 555752 saylı doğum haqqında şəhadətnamədə İlahə Bəybala qızının soyadı düzgün olaraq X2 qeyd edilmişdir. İİ-AZ № 019285 saylı nikahın bağlanması haqqında şəhadətnamədə İlahə Bəybala qızının nikah bağlananadək soyadı Qubadova, nikah bağlandıqdan sonra isə soyadı Kərimova kimi qeyd edilmişdir. AZE № ******** saylı şəxsiyyət vəsiqəsində İlahə Bəybala qızının soyadı düzgün olaraq Kərimova kimi qeyd edilmişdir. Məhkəmə iclasında ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 ərizədə göstərilənlərə uyğun izahat verib, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş maraqlı şəxs Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ona görə də məhkəmə işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçiləri dinləyib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarında olan JN–1647F nömrəli (kod:********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-in 26 fevral 2001-ci il tarixli 03 nömrəli qərarına əsasən Ərizəçi1 Cərulla oğlunun, Ərizəçi2 oğlunun, X3, X4, X6 və X5 birgə mülkiyyətinə JN–1647F nömrəli (kod:********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamə ilə 0,06 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan «Doğum haqqında» şəhadətnamələrin təsdiq olunmuş surətlərindən görünür ki, ərizəçilərin soyad, ad və ata adları aşağıdakı kimi qeyd olunmuşdur: Ərizəçi1, Ərizəçi2, X7 və X8. İşdə olan «Nikah haqqında» şəhadətnamələrin təsdiq olunmuş surətlərindən görünür ki, ərizəçilərin soyad, ad və ata adları nikaha daxil olduqdan sonra aşağıdakı kimi qeyd olunmuşdur: Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4. Ərizəçilərin işdə olan şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, onların soyad, ad və ata adları aşağıdakı kimi qeyd olunmuşdur: Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4. İşdə olan Azərbaycan Respublikası Qəbələ rayon İcra Hakimiyyəti Başçısının Qəbələ şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 03 may 2021-ci il tarixli, 815 nömrəli arayışdan görünür ki, Ərizəçi2 ünvan 1 ünvanda yaşayır. İşdə olan Azərbaycan Respublikası Qəbələ rayon İcra Hakimiyyəti Başçısının Qəbələ şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 03 may 2021-ci il tarixli, 814 nömrəli arayışdan görünür ki, Ərizəçi3 ünvan 3 ünvanda yaşayır. İşdə olan Azərbaycan Respublikası Qəbələ rayon İcra Hakimiyyəti Başçısının Qəbələ şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 03 may 2021-ci il tarixli, 816 nömrəli arayışdan görünür ki, Ərizəçi4 ünvan 4 ünvanda yaşayır. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin 14 aprel 2021-ci il tarixli **********95 nömrəli məktubundan görünür ki, JN–1647F nömrəli (kod:********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə mülkiyyətçilərin ad və soyadında hər hansı dəyişiklik edilməsi həmin orqanın səlahiyyətinə aid deyil və həmin məsələ ilə bağlı məhkəməyə müaciət olunması tövsiyyə olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmələr şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, soyadı və ya adı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nın 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, Qəbələ rayon AİKin 26 fevral 2001-ci il tarixli 03 nömrəli qərarına əsasən Ərizəçi1 Cərulla oğlunun, Ərizəçi2 oğlunun, X3, X4, X6 və X5 birgə mülkiyyətlərinə verilmiş JN–1647F nömrəli (kod:********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə ərizəçilər Ərizəçi1 ata adı səhvən “Cərulla”, Ərizəçi2 cinsiyyəti səhvən “oğlu”, Ərizəçi3 soyadı səhvən “Qurbanova”, ata adı səhvən “Bəybala” və Ərizəçi4 soyadı səhvən “Qurbanova” kimi qeyd olunmuşdur. Lakin ərizəçilərə məxsus nikah və doğum şəhadətnamələrində, şəxsiyyət vəsiqələrində ad, soyad və ata adı “Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4” kimi göstərilmişdir. Qeyd olunan şəhadətnamədə yalnışlıqlar aradan qaldırılmadan ərizəçilər həmin şəhadətnamə üzrə mülkiyyət hüquqlarını həyata keçirə bilməzlər. Həmin yanlışlıqların başqa qaydada aradan qaldırılması isə mümkün deyildir. Ona görə də məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Həmçinin məhkəmə, Ərizəçi3 soyadının əvvəlcə Qubadova, nikaha daxil olduğdan sonra Sadıqova, Ərizəçi4 soyadının əvvəlcə Qubadova, nikaha daxil olduqdan sonra Kərimova olduğundan, bu məsələyə də məhkəmə münasibət bildirərək onların soyadlarının Sadıqova (Qubadova), Kərimova (Qubadova) kimi qeyd olunmasını məqsədəmüvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: Ərizə təmin edilsin. Qəbələ rayon AİK-in 26 fevral 2001-ci il tarixli 03 nömrəli qərarına əsasən Ərizəçi1 Cərulla oğlunun, Ərizəçi2 oğlunun, X3, X4, X6 və X5 birgə mülkiyyətlərinə verilmiş JN–1647F nömrəli (kod:********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin Ərizəçi1, Ərizəçi2, Sadıqova (Qubadova) Vüsalə Beybala qızına və Kərimova (Qubadova) İlahə Bəybala qızına aid hissədə Ərizəçi1, Ərizəçi2, Sadıqova (Qubadova) Vüsalə Beybala qızına və Kərimova (Qubadova) İlahə Bəybala qızına məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar