Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1410/2023 31.10.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövət Xitməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “hüquq əhəmiyyətli faktının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: hüquq əhəmiyyətli faktının müəyyən edilməsi) Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquq əhəmiyyətli faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin halları Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, Qəbələ rayon AİK-nin xx.xx.1998-ci ii tarixli 11 saylı qərarı ilə X5, X3, X4, X1 və X6 adına verilmiş JN-317 saylı, kodu 40607048 olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktının Ərizəçi qızma məxsus olması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Qəbələ rayon AİK-nin xx.xx.1998 - ci İİ tarixli 11 saytı qərarı ilə verirmiş JN-317 saylı, kodu 40607048 olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktında hüquq sahiblərinin adları siyahısında 5-ci sırada soyadı və ata adı texniki səhv olaraq Ərizəçi əvəzinə X2 qeyd edilmişdir. Birgə paylı mülkiyyətdə olan 3.40 ha torpaq sahəsini payçıların hər birinin adına rəsmiləşdirmək məqsədilə maraqlı şəxs DƏDRX-nin 9 saylı Qəbələ ərazi idarəsinə müraciət edərkən məlum olmuşdur ki, soyadı və ata adı JN-317 saylı, kodu 40607048 olan Dövlət aktında soyadı Əhmədova əvəzinə “Əhmədov”, ata adı isə Həsən qızı əvəzinə “Həsən oğlu” kimi qeyd edilmişdir. J N - 3 1 7 saylı Dövlət aktında qeyd olunan texniki səhvlər üzündən, əməliyyat aparılması mümkün olmamışdır. Hesab edir ki, qeyd edilən texniki səhv məhkəmə qaydasında düzəliş edilməlidir. Seriya AZE № ******** saylı şəxsiyyət vəsiqəsində soyadı və ata adı düzgün olaraq Ərizəçi kimi qeyd edilmişdir. Adına verilmiş A3 № ******* saylı Doğum haqqında şəhadətnamədə də soyadı və ata adı düzgün olaraq Ərizəçi göstərilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəyə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövət Xitməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına nümayəndəsini göndərməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmələr şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, soyadı və ya adı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nın 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Birinci instansiya baxışının hədləri Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Birinci instansiya məhkəməsinin mövqeyi Məhkəmə iş materiallarını araşdırıb, ərizəçini dinləyib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işdə olan JN-317 (Kod: ********) nömrəli «Torpağa mülkiyyət hüququna dair» Dövlət Aktından görünür ki, Qəbələ rayon AİK-in 25 iyun 1998-ci il tarixli 11 nömrəli qərarına əsasən, X5, X3, X4, X1 və X6 mülkiyyətinə 3.40 ha kənd təsərrüfatı məhsulları istehsalı ilə bağı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan Qutqaşen rayonu, Yenikənd kənd Soveti tərəfindən verilmiş 06 aprel 1967ci il tarixli АЗ № ******* saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxxx 1967-ci ildə Qəbələ rayonu, Yenikənd kəndində anadan olmuşdur. Burada Ərizəçi tam adı “Ərizəçi” olaraq qeyd olunmuşdur. İşdə olan Qəbələ RİH-nin Yenikənd kənd İƏDN-yi tərəfindən 16 fevral 2023-cü il tarixdə verilmiş 5-59-29/2-70-2023 №-li arayışdan görünür ki, xx.xx.1967-ci il təvəllüdlü Ərizəçi hal-hazırda Qəbələ rayon Yenikənd kəndində yaşayır. İş materiallarına əlavə olunmuş AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi adı, soyadı, ata adı şəxsiyyəti təsdiq edən sənəddə “Ərizəçi” olaraq qeyd olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, ölkədə aparılan torpaq islahatı zamanı ərizəçinin və ailə üzvilərinin mülkiyyətinə 3.40 ha kənd təsərrüfat məhsulları istehsalı təyinatlı torpaq sahəsinin verilməsini təsdiq edən JN-317 (Kod:********) nömrəli «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında yalnışlığa yol verilərək “Ərizəçi” əvəzinə “X7” kimi səhv olaraq göstərilmişdir. Həmin yanlışlığın başqa qaydada aradan qaldırılması mümkün deyildir. Ona görə də məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. JN-317 (Kod: ********) nömrəli «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktının Ərizəçi aid olan hissədə məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elman İsayev
Məhkəmə qərarları › İş №2(025)-1410/2023
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1410/2023
31.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver