Məhkəmə qərarları › İş №2(025)-1423/2023

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1423/2023

14.11.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1423/2023 14.11.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövət Xitməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “hüquq əhəmiyyətli faktının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: hüquq əhəmiyyətli faktının müəyyən edilməsi) Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi, ərizəçinin nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi hüquq əhəmiyyətli faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin halları Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, Qəbələ rayon Aqrar İslahat Komissiyasının 26 fevral 2001-ci il tarixli, 03 saylı qərarına əsasən, X2, X4, X5, Nümayəndə və X8 adına verilmiş JN-669F nömrəli (kod:********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin ona aid hissədə ona, Mehdiyeva (Hümbətova) Şəhla Natiq qızına məxsus olması hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, 30 avqust 1990-ci ildə Qəbələ şəhərində anadan olmuşdur. Qəbələ rayon Aqrar İslahat Komissiyasının 26 fevral 2001-ci il tarixli, 03 saylı qərarı ilə atası X3, anası X9, bacısı X10, qardaşı Nümayəndə və ona Qəbələ şəhəri ərazisindən 0,06 ha həyətyanı torpaq sahəsinə JN-669F, KOD 40601004 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə verilmişdir. Şəhadətnamələrdə sonradan ona məlum olmuşdur ki, soyadı "Hümbətova" əvəzinə səhvən "Hümbətov” adı "Şəhla" əvəzinə səhvən "Şahin", cinsiyyəti isə "qızı" əvəzinə səhvən "oğlu” qeyd edilmişdir. Lakin şəxsiyyət vəsiqəsində, doğum haqqında şəhadətnamədə, nikah haqqında şəhadətnamədə və digər sənədlərdə Mehdiyevə (Hümbətova) Şəhla Natiq qızı kimi qeyd edilmişdir. Həmçinin Qəbələ Şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışda da ad, soyadının səhv yazıldığı göstərilmişdir. Hazırda Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən Çıxarış almaq istəyirlər. Şəhadətnamədə soyadı, adı və cinsiyyəti düzgün yazılmadığından bu mümkün deyildir. Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməni verən orqan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi isə ləğv edildiyindən, şəhadətnamələrdəki yanlışlığı aradan qaldıra bilmirlər. Həmçinin Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin səlahiyyətləri Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə keçdiyindən aidiyyəti üzrə xidmətin 9 saylı Qəbələ Ərazi İdarəsinə ərizə ilə torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə yanlışlıqların aradan qaldırılmasını xahiş etmişdilər, müvafiq 30 avqust 2023-cü il tarixli məktubu ilə yanlışlıqlara düzəlişlərin həyata keçirilməsi onların səlahiyyətlərinə aid olmadığından məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi Nümayəndə ərizəyə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövət Xitməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına nümayəndəsini göndərməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmələr şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, soyadı və ya adı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nın 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Birinci instansiya baxışının hədləri Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər Birinci instansiya məhkəməsinin mövqeyi Məhkəmə iş materiallarını araşdırıb, ərizəçini dinləyib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işdə olan JN-669F (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-in 26 fevral 2001-ci il tarixli 03 saylı qərarına əsasən X2, X4, X6, Nümayəndə və X8 mülkiyyətinə 0.06 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan Qəbələ şəhər İ.Ə.N-yi tərəfindən verilmiş 25 avqust 2023-cü il tarixli 1718 №-li arayışdan görünür ki, Qəbələ şəhər sakini mərhum X2 ailə üzvləri aşağıdakılardan ibarətdir: həyat yoldaşı-X13, qızı-X14, oğlu-Nümayəndə, qızı-Hümbətova (Mehdiyeva) Şəhla Natiq qızı. İşdə olan Qəbələ şəhər İ.Ə.N-yi tərəfindən verilmiş 22 avqust 2023-cü il tarixli 1690 №-li arayışdan görünür ki, Ərizəçi ünvan 1 ünvanında qeydiyyatdadır. İşdə olan Qəbələ şəhər İ.Ə.N-yi tərəfindən verilmiş 25 avqust 2023-cü il tarixli 1714 №-li arayışdan görünür ki, Qəbələ rayonu X7 26 fevral 2001-ci il tarixli, 03 saylı qərarı ilə “Torpağın Mülkiyyətə Verilməsinə dair” JN-669F, kod 40601004 saylı şəhadatnamədə “Ərizəçi” qızı əvəzinə səhvən “X15” yazılmışdır. İşdə olan Qutqaşen rayonun VVAQ şöbəsi tərəfindən verilmiş 02 oktyabr 1990-cı il tarixli XV-ЖГ № 396137 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, ərizəçi X16 30 avqust 1990-cı ildə Qutqaşen rayonunda anadan olmuşdur. Burada ərizəçi X11 tam adı “X16” olaraq qeyd olunmuşdur. İşdə olan Qəbələ rayonu, Qeydiyyat şöbəsi tərəfindən verilmiş 11 iyul 2008-ci il tarixli AZ- İ № 403700 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X12 16 sentyabr 1984-cü il tarixdə X16 ilə nikah bağlanmış, nikah bağlandıqdan sonra ərə Mehdiyev, arvada Mehdiyeva soyadı verilmişdir. X1 tam adı “X16” olaraq qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi soyadı, adı, ata adı şəxsiyyəti təsdiq edən sənəddə “Ərizəçi” qızı olaraq qeyd olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, ölkədə aparılan torpaq islahatı zamanı ərizəçilərin və ailə üzvilərinin mülkiyyətinə 0.06 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahələrinin verilməsini təsdiq edən JN-669F (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədə “Mehdiyeva (Hümbətli) Şəhla Natiq qızı” əvəzinə “X15” kimi səhv olaraq göstərilmişdir. Həmin yanlışlığın başqa qaydada aradan qaldırılması mümkün deyildir. Ona görə də məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. JN-669F (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadatnamənin Mehdiyeva (Hümbətli) Şəhla Natiq qızına aid olan hissədə məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar