Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1463/2022 23.11.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi “sənədin məxsus olması faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, Qəbələ rayon AİK-in 07 noyabr 1997-ci il tarixli 19 nömrəli qərarına əsasən X2, Ağayeva qızılgül Abbas qızının, X7, X5, X3 və X6 adına verilmiş JN – 130 nömrəli (kod: ********) «Torpağa mülkiyyət hüququna dair» Dövlət Aktının ona aid hissədə ona, yəni Hacıyeva (Ağayeva) İlahiyə Lütvəli qızına məxsus olması hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, Qəbələ rayon AİK-in 07 noyabr 1997-ci il tarixli 19 nömrəli qərarına əsasən X9, Ağayeva qızılgül Abbas qızı, X15, X12, X10, X8 Qəbələ rayonu, Böyük Əmili kəndində JN – 130 nömrəli (kod: ********) «Torpağa mülkiyyət hüququna dair» Dövlət Aktı ilə 3,68 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. X16 adı səhvən “Ülviyə” kimi göstərilmişdir. Hazırda torpaq sahəsini daşınmaz əmlakın dövlət reyestrində adlarınaa qeydə aldırmaq istəyirlər, ancaq dövlət aktında adı səhv qeyd olunduğundan bu mümkün deyildir. O, uzun illər buna əhəmiyyət verməmiş, lakin torpağın sənədlərini hazırlayıb daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almaq istəyərkən bu anlaşılmazlıqla rastlaşmışdır. Bununla bağlı Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə müraciət etsə də, həmin idarə tərəfindən ona ünvanlanmış 22 sentyabr 2022-ci il tarixli, **********15 nömrəli məktubda göstərilmişdir ki, torpaq sahəsinə dair hüquq müəyyən edici sənədlərdə ad və soyadların dəyişdirilərək qeydiyyata alınması Ərazi İdarəsinin səlahiyyətində deyil və bununla bağlı məhkəməyə müraciət etməli olması tövsiyyə olunmuşdur. O, 29 may 2012-ci il tarixdə X13 ilə ailə qurmuşdur. Ailə qurduqdan sonra Hacıyeva soyadını qəbul etmişdir. Şəxsiyyətini təsdiq edən şəxsiyyət vəsiqəsində, “doğum haqqında şəhadətnamə”də və “Nikah haqqında” Şəhadətnamədə adı düzgün olaraq Hacıyeva (Ağayeva) İlahiyə Lütvəli qızı kimi qeyd edilmişdir. Yol verilmiş yalnışlığı o, başqa cür aradan qaldırmaq iqtidarında deyil, ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında Ərizəçi ərizədə göstərilənlərə uyğun izahat verib, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ona görə də məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçini dinləyib hesab edir ki, ərizə təmin olunmalıdır. Mülki işdə olan sənədlər: İşdə olan JN – 130 nömrəli (kod: ********) «Torpağa mülkiyyət hüququna dair» dövlət aktından görünür ki, Qəbələ rayon AİK-in 07 noyabr 1997-ci il tarixli 19 nömrəli qərarına əsasən X2, Ağayeva qızılgül Abbas qızının, X7, X5, X3 və X6 birgə mülkiyyətinə Qəbələ rayonu Böyük Əmilli kəndində 3,68 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan 23 sentyabr 2022-ci il tarixli, 05/272 nömrəli “Doğum haqqında” arayışdan görünür ki, Ərizəçi ad, soyad və ata adı “X11” kimi qeyd edilmişdir. İşdə olan 30 sentyabr 2022-ci il tarixli, 05/277 №-li «Nikah haqqında» arayışdan görünür ki, X13 ilə X4 29 may 2012-ci ildə nikahları bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 400 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Hacıyev, arvada Hacıyev soyadı verilmişdir. İşdə olan Qəbələ Rayon İcra Hakimiyyəti Başçısının Böyük Əmilli kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 26 sentyabr 2022-ci il tarixli, 173 nömrəli arayışda göstərilmişdir ki, Qəbələ rayon Böyük Əmilli kənd ərazisində yerləşən JN 130 kod 40604028 saylı torpağın mülkiyyət hüququna dair dövlət aktında Ərizəçi adı texniki səhv olaraq X1 qeyd edilmişdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin 22 sentyabr 2022-ci il tarixli **********15 nömrəli məktubundan görünür ki, JN – 130 nömrəli (kod: ********) «Torpağa mülkiyyət hüququna dair» dövlət aktında mülkiyyətçinin ad və soyadında hər hansı dəyişiklik edilməsi həmin orqanın səlahiyyətinə aid deyil və həmin məsələ ilə bağlı məhkəməyə müaciət olunması tövsiyyə olunmuşdur. İşdə olan ərizəçiyə aid AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, ərizəçinin ad, soyad və ata adı “Ərizəçi” kimi qeyd edilmişdir. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li arayışda göstərilmişdir ki, Ərizəçi 27 dekabr 2005-ci il tarixdən Qəbələ rayonu Böyük Əmilli kəndində qeydiyyatdadır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmələr şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, soyadı və ya adı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nın 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, Qəbələ rayon AİKin 07 noyabr 1997-ci il tarixli 19 nömrəli qərarına əsasən X2, Ağayeva qızılgül Abbas qızının, X7, X5, X3 və X6 birgə mülkiyyətinə verilmiş JN – 130 nömrəli (kod: ********) «Torpağa mülkiyyət hüququna dair» dövlət aktında Ərizəçi adı səhvən «Ülviyə» kimi qeyd olunmuşdur. Qeyd olunan dövlət aktında yalnışlıq aradan qaldırılmadan ərizəçi həmin dövlət aktı üzrə mülkiyyət hüquqlarını həyata keçirə bilməz. Göstərilən səhvlərin düzəldilməsi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə müraciət edilmiş, hüquqmüəyyənedici sənədlərdə ad və soyadların dəyişdirilərək qeydiyyata alınmasının Ərazi İdarəsinin səlahiyyətlərinə aid olmadığı bildirilmiş və məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Həmin yanlışlıqların başqa qaydada aradan qaldırılması isə mümkün deyildir. Ona görə də məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Həmçinin məhkəmə, Ərizəçi soyadının əvvəlcə Ağayeva, nikaha daxil olduğdan sonra Hacıyeva olduğundan, bu məsələyə də məhkəmə münasibət bildirərək onun soyadının Hacıyeva (Ağayeva) kimi qeyd olunmasını məqsədəmüvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: Ərizə təmin edilsin. Qəbələ rayon AİK-in 07 noyabr 1997-ci il tarixli 19 nömrəli qərarına əsasən X2, Ağayeva qızılgül Abbas qızının, X7, X5, X3 və X6 adına verilmiş JN – 130 nömrəli (kod: ********) «Torpağa mülkiyyət hüququna dair» dövlət aktının Hacıyeva (Ağayeva) İlahiyə Lütvəli qızına aid hissədə Hacıyeva (Ağayeva) İlahiyə Lütvəli qızına məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev
Məhkəmə qərarları › İş №2(025)-1463/2022
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1463/2022
23.11.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver