Məhkəmə qərarları › İş №2(025)-1472/2021

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1472/2021

05.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1472/2021 05.10.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi ilə, iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1 və Cavabdeh iştirakları ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1. 16.03.2020-ci il tarixli müqaviləsinə əsasən HOFFMANN Mikser, Mini soba HOFFMANN üçün 367(üç yüz altmış yeddi) manat ödənilməmiş hissə, 109(yüz doqquz) manat dəbbə. 2. 16.03.2020-ci il tarixli müqaviləsinə əsasən, Trimmer Panasonic üz qırxan, X6, X2qcıq üçün 149 (yüz qırx doqquz) manat ödənilməmiş hissə, 45(qırx beş) manat dəbbə; 3. 24.03.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kod **********57191 olan Xiaomi Redmi 8A markalı telefon üçün 290.4(iki yüz doxsan manat qırx qəpik) manat ödənilməmiş hissə, 86(səksən altı) manat dəbbə; 4.08.03.2020-ci il tarixli müqaviləsinə əsasən, HOFFMANN LED TV üçün 891(səkkiz yüz doxsan bir) manat ödənilməmiş hissə, 267(iki yüz altmış yeddi) manat dəbbə; 5.07.03.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kod **********90706 olan Xiaomi Redmi 7A markalı telefon üçün 205 (iki yüz beş) manat ödənilməmiş hissə, 60(altmlş) manat dəbbə; 6. Ümumilikdə 2469.4 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh "xxxx" MMC ilə 16.03.2020-ci il, 16.03.2020-ci il, 24.03.2020-ci il, 08.03.2020-ci il və 07.03.2020-ci il tarixli müqaviləsinə əsasən, HOFFMANN Mikser, Mini soba HOFFMANN, Trimmer Panasonic üz qırxan, X6, X2qcıq, İMEİ kod **********57191 olan Xiaomi Redmi 8A markalı telefon, HOFFMANN LED TV və İMEİ kod **********90706 olan Xiaomi Redmi 7A markalı telefon almış və nəticədə 2469.4 (iki min dörd yüz altmış doqquz manat iyirmi qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 16.03.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 180(yüz səksən) manat (6 ay x 30 manat + 0 manat ilkin ödəniş) olan Trimmer Panasonic üz qırxan, X6, X2qcıq üçün ümumilikdə, 194(yüz doxsan dörd) manat olmaqla ondan, 149 (yüz qırx doqquz) manat ödənilməmiş hissə, 45(qırx beş) manat dəbbə; Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 24.03.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 357.4(üç yüz əlli yeddi manat dörd qəpik) manat (12 ay x 26.7 manat + 37 manat ilkin ödəniş) olan İMEİ kod **********57191 olan Xiaomi Redmi 8A markalı telefon üçün ümumilikdə, 376.4 (üç yüz yetmiş altı manat qırx qəpik) manat olmaqla ondan, 290.4(iki yüz doxsan manat dörd qəpik) manat ödənilməmiş hissə, 86(səksən altı) manat dəbbə; Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 08.03.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 972(doqquz yüz yetmiş iki) manat (12 ay x 81 manat + 0 manat ilkin ödəniş) olan HOFFMANN LED TV üçün ümumilikdə, 1158 (min yüz səkkiz) manat olmaqla ondan, 891(səkkiz yüz doxsan bir) manat ödənilməmiş hissə, 267(iki yüz altmış yeddi) manat dəbbə; Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 07.03.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 300(üç yüz) manat (12 ay x 25 manat + 0 manat ilkin ödəniş) olan , İMEİ kod **********90706 olan Xiaomi Redmi 7A markalı telefon üçün ümumilikdə, 265(iki yüz altmış beş) manat olmaqla ondan, 205 (iki yüz beş) manat ödənilməmiş hissə, 60(altmış) manat dəbbə. Cavabdehin cəmi ödədiyi məbləğ 309 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlambsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, Müştərinin ödədiyi məbləğin 50%-nə qədər hissəsi penya ödənilməsnminə yönəldilə bilər. Məhkəmə iclasında iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X3 iddia ərizəsini müdafiə edərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında bildirdi ki, "xxxx" MMC ilə bağladığı 16.03.2020-ci il, 16.03.2020-ci il, 24.03.2020-ci il, 08.03.2020-ci il və 07.03.2020-ci il tarixli müqaviləsinə əsasən, HOFFMANN Mikser, Mini soba HOFFMANN, Trimmer Panasonic üz qırxan, X6, X2qcıq, İMEİ kod **********57191 olan Xiaomi Redmi 8A markalı telefon, HOFFMANN LED TV və İMEİ kod **********90706 olan Xiaomi Redmi 7A markalı telefon almışdır. Ödənişləri ilk vaxtlarda həyata keçirmişdir. Maddi imkanı olmadığı üçün ödənşləri həyata keçirə bilməmişdir. Müqavilə üzrə qalıq borcu hissə-hissə ödəyə bilər. Odur ki, iddia tələbinin qismən təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 16.03.2020ci il tarixli 20180440 №-li müqaviləyə əsasən Cavabdeh "xxxx" MMC-dən ümumi qiyməti 404 manat dəyərində olan HOFFMANN Mikser, Mini soba HOFFMANN almışdır. Ödəniş cədvəlindən görünür ki, Cavabdeh 16.03.2020-ci l tarixli müqavilə üzrə borcu 12 ay müddətinə, aylıq 33.5 manat annuitetlə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 16.03.2020-ci il tarixli 20180394 müqaviləyə əsasən Cavabdeh oğlu "xxxx" MMC-dən ümumi qiyməti 180 manat dəyərində olan Trimmer Panasonic üz qırxan, X6, X2qcıq almışdır. Ödəniş cədvəlindən görünür ki, Cavabdeh 16.03.2020-ci il tarixli müqavilə üzrə borcu 6 ay müddətinə, aylıq 30 manat annuitetlə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 24.03.2020-ci il tarixli 20200050 müqaviləyə əsasən Cavabdeh oğlu "xxxx" MMC-dən ümumi qiyməti 357.4 manat dəyərində olan İMEİ kod **********57191 olan Xiaomi Redmi 8A markalı telefon almışdır. Ödəniş cədvəlindən görünür ki, Cavabdeh 24.03.2020-ci il tarixli müqavilə üzrə borcu 12 ay müddətinə, aylıq 26.7 manat annuitetlə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 08.03.2020-ci il tarixli 20156881 müqaviləyə əsasən Cavabdeh oğlu "xxxx" MMC-dən ümumi qiyməti 972 manat dəyərində olan HOFFMANN LED TV almışdır. Ödəniş cədvəlindən görünür ki, Cavabdeh 08.03.2020-ci il tarixli müqavilə üzrə borcu 12 ay müddətinə, aylıq 81 manat annuitetlə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 07.03.2020-ci il tarixli 20153566 müqaviləyə əsasən Cavabdeh oğlu "xxxx" MMC-dən ümumi qiyməti 300 manat dəyərində olan İMEİ kod **********90706 olan Xiaomi Redmi 7A markalı telefon almışdır. Ödəniş cədvəlindən görünür ki, Cavabdeh 07.03.2020-ci il tarixli müqavilə üzrə borcu 12 ay müddətinə, aylıq 25 manat annuitetlə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan “Maliyyə və ödəniş cədvəlin”dən görünür ki, Cavabdeh ödənişləri gecikdərməklə müqavilə şərtlərini pozduğuna görə müqavilənin ödəniş cədvəli üzrə 2-ci bəndinə uyğun olaraq 16.03.2020-ci il tarixli 20180440 saylı müqavilə üzrə 367 manat ödənilməmiş hissə, 109 manat dəbbə; 16.03.2020-ci il tarixli 20180394 saylı müqavilə üzrə 149 manat ödənilməmiş hissə, 45 manat dəbbə; 24.03.2020-ci il tarixli 20200050 saylı müqavilə üzrə 290.4 manat ödənilməmiş hissə, 86 manat dəbbə; 08.03.2020-ci il tarixli 20156881 saylı müqavilə üzrə 891 manat ödənilməmiş hissə, 267 manat dəbbə və 07.03.2020-ci il tarixli 20153566 saylı müqavilə üzrə 205 manat ödənilməmiş hissə, 60 manat dəbbə hesablanmışdır. İş materiallarında olan "xxxx" MMC tərəfindən borclu Cavabdeh oğluna ünvanlanmış bildirişlərdən görünür ki, borcunun tam olaraq qısa bir zamanda ödəməyi təklif etmişlər, əks təqdirdə borcun və onun üçün çəkilən xərclərin tam olaraq qaytarılması ilə əlaqədar iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Beləliklə, məhkəmə iclasında sübutların tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, iddia üzrə iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun tutulması hissəsində tam əsaslıdır. Ona görə də, cavabdehdən "xxxx" MMC-nin xeyrinə 16.03.2020-ci il tarixli ********* №-li müqavilə üzrə 367 manat, 16.03.2020-ci il tarixli 20180394 №-li müqavilə üzrə 149 manat, 24.03.2020-ci il tarixli 20200050 №-li müqavilə üzrə 290 manat 40 qəpik, 08.03.2020-ci il tarixli 20156881 №-li müqavilə üzrə 891manat və 07.03.2020-ci il tarixli 20153566 №-li müqavilə üzrə 205 manat ödənilməmiş əsas borcu tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 458.1-ci maddəsinə əsasən əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 16.03.2020-ci il tarixli 20180440 saylı müqavilə üzrə 109 manat cərimə borcu yaranmış borc məbləğinə mütənasib olmadığından onun məbləği azaldılmalı, 30 manata endirilməli, 14.03.2020-ci il tarixli 20180394 №-li müqavilə üzrə 45 manat cərimə borcu yaranmış borc məbləğinə mütənasib olmadığından onun məbləği azaldılmalı, 10 manata endirilməli, 24.03.2020-ci il tarixli 20200050 saylı müqavilə üzrə 86 manat cərimə borcu yaranmış borc məbləğinə mütənasib olmadığından onun məbləği azaldılmalı, 20 manata endirilməli, 08.03.2020-ci il tarixli 20156881 saylı müqavilə üzrə 267 manat cərimə borcu yaranmış borc məbləğinə mütənasib olmadığından onun məbləği azaldılmalı, 80 manata endirilməli və 07.03.2020-ci il tarixli 20153566 saylı müqavilə üzrə 60 manat cərimə borcu yaranmış borc məbləğinə mütənasib olmadığından onun məbləği azaldılmalı, 20 manata endirilməlidir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 16.03.2020-ci il tarixli 20180440 saylı müqavilə üzrə 367 manat əsas borc, 30 manat cərimə borcu olmaqla, cəmi 397 manat borc; 16.03.2020-ci il tarixli 20180394 saylı müqavilə üzrə 149 manat əsas borc, 10 manat cərimə borcu olmaqla, cəmi 159 manat borc; 24.03.2020-ci il tarixli 20200050 saylı müqavilə üzrə 290 manat 40 qəpik əsas borc, 20 manat cərimə borcu olmaqla, cəmi 310 manat 40 qəpik borc; 08.03.2020-ci il tarixli 20156881 saylı müqavilə üzrə 891 manat əsas borc, 80 manat cərimə borcu olmaqla, cəmi 971 manat borc; 07.03.2020-ci il tarixli 20153566 saylı müqavilə üzrə 205 manat əsas borc, 20 manat cərimə borcu olmaqla, cəmi 225 manat borc olmaqla ümumilikdə 2062.4 (iki min altmış iki manat qırx qəpik) manat borc və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMCnin xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 16.03.2020-ci il tarixli 20180440 saylı müqavilə üzrə 367 manat əsas borc, 30 manat cərimə borcu olmaqla, cəmi 397 manat borc; 16.03.2020-ci il tarixli 20180394 saylı müqavilə üzrə 149 manat əsas borc, 10 manat cərimə borcu olmaqla, cəmi 159 manat borc; 24.03.2020-ci il tarixli 20200050 saylı müqavilə üzrə 290 manat 40 qəpik əsas borc, 20 manat cərimə borcu olmaqla, cəmi 310 manat 40 qəpik borc; 08.03.2020-ci il tarixli 20156881 saylı müqavilə üzrə 891 manat əsas borc, 80 manat cərimə borcu olmaqla, cəmi 971 manat borc; 07.03.2020-ci il tarixli 20153566 saylı müqavilə üzrə 205 manat əsas borc, 20 manat cərimə borcu olmaqla, cəmi 225 manat borc olmaqla ümumilikdə 2062.4 (iki min altmış iki manat qırx qəpik) manat borc və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar