Məhkəmə qərarları › İş №2(025)-1474/2021

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1474/2021

05.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1474/2021 05.10.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi ilə, iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1 və Cavabdeh iştirakları ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 1. 14.03.2020-ci il tarixli müqaviləsinə əsasən HOFFMANN LED TV üçün 796 (yeddi yüz doxsan altı) manat ödənilməmiş hissə, 210 (iki yüz on) manat dəbbə. 2. 14.03.2020-ci il tarixli müqaviləsinə əsasən, Paltaryuyan Samsung, Mini soba HOFFMANN, Şirə çəkən Braun üçün 1606.2 (bir min altı yüz altı manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 409 (dörd yüz doqquz) manat dəbbə; 3. Ümumilikdə 3021.2 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh "xxxx" MMC ilə 14.03.2020-ci il və 14.03.2020-ci il tarixli müqaviləsinə əsasən, HOFFMANN LED TV, Paltaryuyan Samsung, Mini soba HOFFMANN, şirə çəkən Braun almış və nəticədə 3021.2 (üç min iyirmi bir manat iyirmi qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nşticədə 14.03.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 972 (doqquz yüz yetmiş iki) manat (18 ay x 54 manat + 0 manat ilkin ödəniş) olan HOFFMANN LED TV üçün ümumilikdə, 1006 (min altı) manat olmaqla ondan, 796 (yeddi yüz doxsan altı) manat ödənilməmiş hissə, 210 (iki yüz on) manat dəbbə; Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 14.03.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1906.2 (min doqquz yüz altı manat iyirmi qəpik) manat (18 ay x 105.9 manat + 0 manat ilkin ödəniş) olan Paltaryuyan Samsung, Mini soba HOFFMANN, Şirə çəkən Braun üçün ümumilikdə, 2015.2(iki min on beş manat iyirmi qəpik) manat olmaqla ondan, 1606.2 (min on altı manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 409 (dörd yüz doqquz) manat dəbbə; Cavabdehin cəmi ödədiyi məbləğ 476 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlambsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, Müştərinin ödədiyi məbləğin 50%-nə qədər hissəsi penya ödənilməsnminə yönəldilə bilər. Məhkəmə iclasında iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X2 iddia ərizəsini müdafiə edərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında bildirdi ki, "xxxx" MMC ilə bağladığı 14.03.2020-ci il tarixli müqaviləyə əsasən HOFFMANN LED TV, Paltaryuyan Samsung, Mini soba HOFFMANN, Şirə çəkən Braun markalı məişət avadanlıqları almış. Ödənişləri ilk vaxtlarda zamanında həyata keçirmişdir. Maddi imkanı olmadığı üçün ödənşləri həyata keçirə bilməmişdir. Müqavilə üzrə qalıq borcu hissə-hissə ödəyə bilər. Odur ki, iddia tələbinin qismən təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 14.03.2020ci il tarixli 20175229 №-li müqaviləy əsasən Cavabdeh "xxxx" MMC-dən ümumi qiyməti 972 manat dəyərində olan HOFFMANN LED markalı TV almışdır. Ödəniş cədvəlindən görünür ki, Cavabdeh 14.03.2020-ci l tarixli müqavilə üzrə borcu 18 ay müddətinə, aylıq 54.0 manat annuitetlə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 14.03.2020-ci il tarixli 20174889 №-li müqaviləyə əsasən Cavabdeh oğlu "xxxx" MMC-dən ümumi qiyməti 1906.2 manat dəyərində olan Samsung markalı Paltaryuyan, HOFFMANN markalı Mini soba, Braun markalı Şirə çəkən almışdır. Ödəniş cədvəlindən görünür ki, Cavabdeh 14.03.2020-ci il tarixli müqavilə üzrə borcu 18 ay müddətinə, aylıq 105.9 manat annuitetlə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan “Maliyyə və ödəniş cədvəlin”dən görünür ki, Cavabdeh ödənişləri gecikdərməklə müqavilə şərtlərini pozduğuna görə müqavilənin ödəniş cədvəli üzrə 2-ci bəndinə uyğun olaraq 14.03.2020-ci il tarixli 20175229 saylı müqavilə üzrə 796 manat ödənilməmiş hissə, 210 manat dəbbə; 14.03.2020-ci il tarixli 20174889 saylı müqavilə üzrə 1606.2 manat ödənilməmiş hissə, 409 manat dəbbə hesablanmışdır. İş materiallarında olan "xxxx" MMC tərəfindən borclu Cavabdeh oğluna ünvanlanmış bildirişlərdən görünür ki, borcunun tam olaraq qısa bir zamanda ödəməyi təklif etmişlər, əks təqdirdə borcun və onun üçün çəkilən xərclərin tam olaraq qaytarılması ilə əlaqədar iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Beləliklə, məhkəmə iclasında sübutların tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, iddia üzrə iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun tutulması hissəsində tam əsaslıdır. Ona görə də, cavabdehdən "xxxx" MMC-nin xeyrinə 14.03.2020-ci il tarixli 20175229 №-li müqavilə üzrə 796 manat, 14.03.2020-ci il tarixli 20174889 №-li müqavilə üzrə 1606 manat 20 qəpik ödənilməmiş əsas borcu tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 458.1-ci maddəsinə əsasən əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 14.03.2020-ci il tarixli 20175229 saylı müqavilə üzrə 210 manat cərimə borcu yaranmış borc məbləğinə mütənasib olmadığından onun məbləği azaldılmalı, 70 manata endirilməli, 14.03.2020-ci il tarixli 20174889 №-li müqavilə üzrə 409 manat cərimə borcu yaranmış borc məbləğinə mütənasib olmadığından onun məbləği azaldılmalı, 160 manata endirilməlidir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 14.03.2020-ci il tarixli 20175229 saylı müqavilə üzrə 796 manat əsas borc, 70 manat cərimə borcu olmaqla, cəmi 866 manat borc; 14.03.2020-ci il tarixli 20174889 saylı müqavilə üzrə 1606 manat 20 qəpik əsas borc, 160 manat cərimə borcu olmaqla, cəmi 1766 manat 20 qəpik borc olmaqla ümumilikdə 2632.2 (iki min altı yüz otuz iki manat iyirmi qəpik) manat borc və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 14.03.2020-ci il tarixli 20175229 saylı müqavilə üzrə 796 manat əsas borc, 70 manat cərimə borcu olmaqla, cəmi 866 manat borc; 14.03.2020-ci il tarixli 20174889 saylı müqavilə üzrə 1606 manat 20 qəpik əsas borc, 160 manat cərimə borcu olmaqla, cəmi 1766 manat 20 qəpik borc olmaqla ümumilikdə 2632.2 (iki min altı yüz otuz iki manat iyirmi qəpik) manat borc və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar