Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1476/2023 21.11.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövət Xitməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “hüquq əhəmiyyətli faktının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: hüquq əhəmiyyətli faktının müəyyən edilməsi) Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi, ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi4 və Ərizəçi3 iştirakları ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi4 və Ərizəçi3 hüquq əhəmiyyətli faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi İşin halları Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi4 və Ərizəçi3 məhkəməyə ərizə ilə müraciət edərək, Qəbələ rayon DNK-nin xx.xx.2006 - cı il tarixli Yə-/1440 №-li alqı-satqı müqaviləsi ilə X2, Ərizəçi2 Cəfər qızının, X6, Ərizəçi4 və X7 adına verilmiş J N - 4 8 5 saylı, kodu 40602018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 münasibətdə Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Ərizə onunla əsaslandırılmışdır ki, Qəbələ rayon D N K - n i n xx.xx.2006-cı il tarixli Yə-/1440 №-li alqı-satqı müqaviləsi ilə verilmiş J N - 4 8 5 saylı, kodu 40602018 olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktında hüquq sahiblərinin adları siyahısında 1-ci sırada Ərizəçi1 ata adı texniki səhv olaraq “Məhəmədiyyə” kimi, 2-ci sırada Ərizəçi2 ata adı texniki səhv olaraq “Cəfər” kimi, 3-cü sırada Ərizəçi3 soyadı və ata adı texniki səhv olaraq “X11” kimi, 4-cü sırada, Ərizəçi4 ata adı texniki səhv olaraq “Əlövst” kimi qeyd edilmişdir. Birgə paylı mülkiyyətdə olan 1.08 ha, torpaq sahəsinin bir hissəsini özgəninkiləşdirmək məqsədilə maraqlı şəxs DƏDRX-nin 9 saylı Qəbələ ərazi idarəsinə müraciət edərkən məlum olmuşdur ki, JN-485 saylı kodu 40602018 olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı tərtib edilərkən texniki səhv olaraq yuxarıda qeyd olunan səhvlərə yol verilmişdir. Həmin səhvlərə görə əməliyyat aparılması mümkün olmamışdır. Qeyd olunan texniki səhvlər məhkəmə qaydasında düzəliş edilməlidir. AA ******* saylı şəxsiyyət vəsiqəsində ata adı düzgün olaraq Məhəmmədiyyə kimi qeyd edilmişdir. A Z - İ V №791087 saylı doğum haqqında şəhadətnamədə də ata adı düzgün olaraq Məhəmmədiyə kimi qeyd edilmişdir. Seriya AZE № ******** saylı şəxsiyyət vəsiqəsində Ərizəçi2 ata adı düzgün olaraq Cəhvər kimi qeyd edilmişdir. A3 № 420297 saylı doğum haqqında şəhadətnamədə də ata adı düzgün olaraq Cəhvər kimi qeyd edilmişdir. A Z - İ İ №471961 saylı nikah haqqında şəhadətnamədə də ata adı düzgün olaraq Cəhvər kimi qeyd eilmişdir. AA ******* saylı şəxsiyyət vəsiqəsində Ərizəçi3 soyadı və ata adı düzgün olaraq Ərizəçi3 kimi qeyd edilmişdir. X - Ж Г № 327923 saylı doğum haqqında şəhadətnamədə də Ərizəçi3 soyadı və ata adı düzgün olaraq Ərizəçi3 kimi qeyd edilmişdir. AA ******* saylı şəxsiyyət vəsiqəsində Ərizəçi4 ata adı düzgün olaraq Əlövsət kimi qeyd edilmişdir. Xİ-ЖГ 337232 saylı doğum haqqında şəhadətnamədə də Ərizəçi4 ata adı düzgün olaraq Əlovsət kimi qeyd edilmişdir. AZ-1 № 510458 saylı nikah haqqında şəhadətnamədə Ərizəçi4 adı düzgün olaraq “Əlösət” kimi yox Əlovsət kimi qeyd edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən Ərizəçi1 ərizəyə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Ərizəçi2 ərizəyə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Ərizəçi3 ərizəyə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Ərizəçi4 ərizəyə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövət Xitməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına nümayəndəsini göndərməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmələr şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, soyadı və ya adı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nın 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Birinci instansiya baxışının hədləri Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Birinci instansiya məhkəməsinin mövqeyi Məhkəmə iş materiallarını araşdırıb, ərizəçiləri dinləyib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işdə olan JN-0485 (Kod: ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktından görünür ki, Qəbələ rayon DNK-nun xx.xx.2006-cı il tarixli 4ə-/1440 nömrəli alqı-satqı müqaviləsi ilə verilmiş, Ərizəçi1 Məhəmmədiyyə oğlunun, Ərizəçi2 Cəfər qızının, X6, Ərizəçi4 və X8 ümumi birgə mülkiyyətinə Qəbələ rayonu, Böyük Pirəli kəndində 1.08 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan Qəbələ rayon Böyük Pirəlli kənd İ.Ə.N-yi tərəfindən verilmiş 23 fevral 2023-cü il tarixli AZ-İV 791087 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, burada Ərizəçi1 soyadı, adı və ata adı “Ərizəçi1” olaraq qeyd olunmuşdur. İşdə olan Ağdaş rayonun Vəndam kənd soveti tərəfindən verilmiş 20 may 1963-cü il tarixli АЗ 420297 №-li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, burada X1, adı və ata adı “X10” olaraq qeyd olunmuşdur. İşdə olan Qəbələ rayon Vəndam qəsəbə İ.Ə.N-yi tərəfindən verilmiş 23 fevral 2023-cü il tarixli AZ-İİ № 471961 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi1 07 mart 1984cü il tarixdə X10 ilə nikah bağlanmış, nikah bağlandıqdan sonra ərə Mahmudov, arvada Mahmudova soyadı verilmişdir. Burada Ərizəçi1 soyadı, adı ata adı “Ərizəçi1”, X1, adı və ata adı “X10” olaraq qeyd olunmuşdur. İşdə olan Qutqaşen rayonu, Böyük Pirəlli kənd soveti tərəfindən verilmiş 24 yanvar 1985-ci il tarixli Х-ЖГ 327923 №-li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, burada Ərizəçi3 soyadı, adı və ata adı “Ərizəçi3” olaraq qeyd olunmuşdur. İşdə olan Qutqaşen rayonu, Böyük Pirəlli kənd soveti tərəfindən verilmiş 6 fevral 1986-cı il tarixli Хİ-ЖГ 337232 №-li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, burada Ərizəçi4 soyadı, adı və ata adı “Ərizəçi4” olaraq qeyd olunmuşdur. İşdə olan Qəbələ rayon Böyük Pirəli kənd İ.Ə.D-si tərəfindən verilmiş 09 oktyabr 2009-cu il tarixli AZ-İ № 510458 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi4 09 oktyabr 2009-cu il tarixdə X3 ilə nikah bağlanmış, nikah bağlandıqdan sonra ərə Mahmudov, arvada Mahmudova soyadı verilmişdir. Burada Ərizəçi4 soyadı, adı ata adı “Ərizəçi4” olaraq qeyd olunmuşdur. İşdə olan Qəbələ rayon Böyük Pirəli kənd İ.Ə.D-si üzrə Nümayəndəliyi tərəfindən 11 sentyabr 2023-cü il tarixdə verilmiş 5-59-17/2-194-2023 saylı arayışdan görünür ki, Ərizəçi1 həqiqətən Qəbələ rayonu, Böyük Pirəli kəndində yaşayır. İşdə olan Qəbələ rayon Böyük Pirəli kənd İ.Ə.D-si üzrə Nümayəndəliyi tərəfindən 11 sentyabr 2023-cü il tarixdə verilmiş 5-59-17/2-195-2023 saylı arayışdan görünür ki, Ərizəçi2 Cəfər qızı həqiqətən Qəbələ rayonu, Böyük Pirəli kəndində yaşayır. İşdə olan Qəbələ rayon Böyük Pirəli kənd İ.Ə.D-si üzrə Nümayəndəliyi tərəfindən 11 sentyabr 2023-cü il tarixdə verilmiş 5-59-17/2-196-2023 saylı arayışdan görünür ki, Ərizəçi3 həqiqətən Qəbələ rayonu, Böyük Pirəli kəndində yaşayır. İşdə olan Qəbələ rayon Böyük Pirəli kənd İ.Ə.D-si üzrə Nümayəndəliyi tərəfindən 11 sentyabr 2023-cü il tarixdə verilmiş 5-59-17/2-197-2023 saylı arayışdan görünür ki, X12 həqiqətən Qəbələ rayonu, Böyük Pirəli kəndində yaşayır. İş materiallarına əlavə olunmuş AA******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi1 soyadı, adı, ata adı şəxsiyyəti təsdiq edən sənəddə “Ərizəçi1” olaraq qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş Asan-Qəbələ tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi2 soyadı, adı, ata adı şəxsiyyəti təsdiq edən sənəddə “Ərizəçi2” olaraq qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş AA******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi3 soyadı, adı, ata adı şəxsiyyəti təsdiq edən sənəddə “Ərizəçi3” olaraq qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş AA******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi4 soyadı, adı, ata adı şəxsiyyəti təsdiq edən sənəddə “Ərizəçi4” olaraq qeyd olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, ərizəçilərin ümumi birgə mülkiyyətinə 1.08 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin verilməsini təsdiq edən JN-0485 (Kod:********) nömrəli «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında yalnışlığa yol verilərək “Ərizəçi1” əvəzinə “Ərizəçi1 Məhəmmədiyyə oğlu” kimi, “Ərizəçi2” əvəzinə “Ərizəçi2 Cəfər qızı” kimi, “Ərizəçi3” əvəzinə “X11” kimi və “Ərizəçi4” əvəzinə “Ərizəçi4 Əlövst oğlu” kimi səhv olaraq göstərilmişdir. Həmin yanlışlığın başqa qaydada aradan qaldırılması mümkün deyildir. Ona görə də məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. JN-0485 (Kod: ********) nömrəli «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktının Ərizəçi1, Ərizəçi2, Ərizəçi4 və Ərizəçi3 aid olan hissədə məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elman İsayev
Məhkəmə qərarları › İş №2(025)-1476/2023
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1476/2023
21.11.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver