Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1487/2021 24.09.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Ərizəçilər Ərizəçi2, Ərizəçi1 və Ərizəçi3 iştirakları ilə Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə qarşı “sənədin məxsus olması faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 məhkəməyə ərizə ilə müraciət edərək, Qəbələ rayon Аqrar İslahat Komissiyası tərəfindən verilmiş JN-0100 (Kod ********) nömrəli «Torpağa mülkiyyət hüququna dair» Dövlət Aktının onlara, yəni Ərizəçi1, Ərizəçi2, Yusibova (Zəkəriyəyeva) Leyla Eyvaz qızına və digər ailə üzvləri – mərhum X22, mərhum X32 və mərhum X23 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 ərizəni onunla əsaslandırmışlar ki, ölkədə aparılan torpaq islahatı zamanı Qəbələ rayon AİK-in 26 aprel 2002-ci il tarixli 03 nömrəli qərarına əsasən onlar və mərhum ailə üzvləri istifadəsində olan və Qəbələ rayonu Zarağan kəndində yerləşən 0,81 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi əvəzsiz olaraq onların mülkiyyətlərinə verilib, lakin mülkiyyət hüququnu təsdiq edən JN-0100 (Kod ********) nömrəli «Torpağa mülkiyyət hüququna dair» Dövlət Aktında mərhum babası X1 soyadı “Yuisfov”, ata adı “Əlifşah” kimi, mərhum nənəsi X5 soyadı “Yusifova”, ata adı “Məmmədşah” kimi, mərhum atası X3 soyadı “Yusifov” kimi, X9 soyadı “Yusifova”, adı “Maarifə”, Ərizəçi2 səhvən soyadı “Yusifov”, Yusibova (Zəkəriyəyeva) Leyla Eyvaz qızının səhvən soyadı “Yusifova” kimi qeyd olunub. Nə onlar, nə də ailə üzvləriminin heç biri uzun illər buna əhəmiyyət verməmişlər, lakin torpağın sənədlərini hazırlayıb Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış almaq istəyərkən bu anlaşılmazlıqla rastlaşmışlar. Bununla bağlı Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə müraciət etsə də, həmin idarə tərəfindən ona ünvanlanmış 05 avqust 2021-ci il tarixli, **********80 nömrəli məktubda göstərilmişdir ki, torpaq sahəsinə dair hüquq müəyyən edici sənədlərdə ad və soyadların dəyişdirilərək qeydiyyata alınması Ərazi İdarəsinin səlahəiyyətində deyil və bununla bağlı məhkəməyə müraciət etməli olması tövsiyyə olunmuşdur. Şəxsiyyətlərini təsdiq edən şəxsiyyət vəsiqələrində, “doğum haqqında şəhadətnamə”lərdə, “Nikah haqqında şəhadətnamə”lərdə soyadları, adları və ata adları düzgün qeyd edilmişdir. Həmçinin mərhum babaları X22 18 fevral 2012-ci ildə “Spiralvari bağırsağın xərçəngi” səbəbindən, mərhum nənələri X32 isə 26 fevral 2001-ci ildə “Ağ ciyərürək çatmamazlığı” səbəbindən, mərhum ataları X34 isə 25 mart 2002-ci ildə “Ürəyin işemik xəstəliyi” səbəbindən vəfat etmişlər. Onların hər birinin nikah şəhadətnamələrində və Ölüm haqqında şəhadətnamələrdə adı düzgün olaraq X22, X32 və X12 qeyd edilmişdir. Məhkəmə iclasında ərizəçilər Ərizəçi2, Ərizəçi1 və Ərizəçi3 qeyd olulanlara uyğun izahat verib, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş maraqlı şəxs Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ona görə də məhkəmə işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçiləri dinləyib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işdə olan JN-0100 (Kod: ********) nömrəli «Torpağa mülkiyyət hüququna dair» dövlət aktından görünür ki, Qəbələ rayon AİK-in 26 aprel 2002-ci il tarixli 03 nömrəli qərarına əsasən, X14, X11, X19, X28, X31 və X35 birgə mülkiyyətinə JN-0100 (Kod: ********) nömrəli «Torpağa mülkiyyət hüququna dair» dövlət aktı ilə 0,81 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 20.08.2016-ci il tarixli, AZ-İ seriyalı, 814663 №-li «Ölüm haqqında şəhadətnamə»nin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X30 “ürəyin işemir” xəstəliyindən 25.03.2002-ci il tarixdə Qəbələ rayonu Zarağan kəndində vəfat etmiş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 28.03.2002-ci ildə 116 № ilə qeyd edilmişdir. İş materiallarında olan Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 26.08.2016-ci il tarixli, AZ-İ seriyalı, 814662 №-li «Ölüm haqqında şəhadətnamə»nin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X32 “ağ ciyər ürək çatmamazlığı” xəstəliyindən 26.02.2001-ci il tarixdə Qəbələ rayonu Zarağan kəndində vəfat etmiş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 28.02.2001-ci ildə 101 № ilə qeyd edilmişdir. İş materiallarında olan Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 26.08.2016-ci il tarixli, AZ-İ seriyalı, 814661 №-li «Ölüm haqqında şəhadətnamə»nin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X25 “spiralvari bağırsağın xərçəngi” xəstəliyindən 18.02.2012-ci il tarixdə Qəbələ rayonu Zarağan kəndində vəfat etmiş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 21.02.2012-ci ildə 06 № ilə qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin 05 avqust 2021-ci il tarixli **********80 nömrəli məktubundan görünür ki, JN-100 nömrəli «Torpağa mülkiyyət hüququna dair» dövlət aktında mülkiyyətçilərin ad və soyadında hər hansı dəyişiklik edilməsi həmin orqanın səlahiyyətinə aid deyil və həmin məsələ ilə bağlı məhkəməyə müaciət olunması tövsiyyə olunmuşdur. İş materiallarında olan Qəbələ rayon İHB-nın Zarağan kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 17 avqust 2021-ci il tarixli, 462 nömrəli arayışdan görünür ki, Ərizəçi2 mərhum nənəsi X24 ata adı və soyadı torpaq islahatı zamanı onların ailəsinə verilmiş JN-100 KOD 40608018 nömrəli torpağın mülkiyyət hüququna dair dövlət aktında səhv olaraq X7 göstərilmişdir. İş materiallarında olan Qəbələ rayon İHB-nın Zarağan kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 17 avqust 2021-ci il tarixli, 463 nömrəli arayışdan görünür ki, Ərizəçi2 mərhum atası X4 torpaq islahatı zamanı onların ailəsinə verilmiş JN-100 KOD 40608018 nömrəli torpağın mülkiyyət hüququna dair dövlət aktında səhv olaraq X46 kimi göstərilmişdir. İş materiallarında olan Qəbələ rayon İHB-nın Zarağan kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 17 avqust 2021-ci il tarixli, 464 nömrəli arayışdan görünür ki, Ərizəçi2 anası X10 və adı torpaq islahatı zamanı onların ailəsinə verilmiş JN-100 KOD 40608018 nömrəli torpağın mülkiyyət hüququna dair dövlət aktında səhv olaraq X17 göstərilmişdir. İş materiallarında olan Qəbələ rayon İHB-nın Zarağan kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 17 avqust 2021-ci il tarixli, 465 nömrəli arayışdan görünür ki, Ərizəçi2 bacısı Yusibova (Zəkəriyəyeva) Leyla Eyvaz qızının soyadı torpaq islahatı zamanı onların ailəsinə verilmiş JN-100 KOD 40608018 nömrəli torpağın mülkiyyət hüququna dair dövlət aktında səhv olaraq X21 göstərilmişdir. İş materiallarında olan Qəbələ rayon İHB-nın Zarağan kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 17 avqust 2021-ci il tarixli, 466 nömrəli arayışdan görünür ki, Ərizəçi2 soyadı torpaq islahatı zamanı onların ailəsinə verilmiş JN-100 KOD 40608018 nömrəli torpağın mülkiyyət hüququna dair dövlət aktında səhv olaraq X27 göstərilmişdir. İş materiallarında olan Qəbələ rayon İHB-nın Zarağan kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 17 avqust 2021-ci il tarixli, 461 nömrəli arayışdan görünür ki, Ərizəçi2 mərhum babası X13 ata adı torpaq islahatı zamanı onların ailəsinə verilmiş JN-100 KOD 40608018 nömrəli torpağın mülkiyyət hüququna dair dövlət aktında səhv olaraq X8 göstərilmişdir. İşdə olan «Doğum haqqında» şəhadətnamələrin təsdiq olunmuş surətindən görünür ki, ərizəçilərin soyad, ad və ata adları aşağıdakı kimi qeyd olunmuşdur: Ərizəçi2, Ərizəçi1 və X43. İşdə olan «Nikah haqqında» şəhadətnamələrin təsdiq olunmuş surətindən görünür ki, ərizəçilərin soyad, ad və ata adları nikaha daxil olduqdan sonra aşağıdakı kimi qeyd olunmuşdur: Ərizəçi2, Ərizəçi1 və Ərizəçi3. Ərizəçilərin işdə olan şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, onların soyad, ad və ata adları aşağıdakı kimi qeyd olunmuşdur: Ərizəçi2, Ərizəçi1 və Ərizəçi3. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmələr şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, soyadı və ya adı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nın 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, Qəbələ rayon AİKin 26 aprel 2002-ci il tarixli 03 nömrəli qərarına əsasən X14, X11, X19, X28, X31 və X35 birgə mülkiyyətinə 0,81 ha torpaq sahəsini verilməsini təsdiq edən JN-0100 (Kod: ********) nömrəli «Torpağa mülkiyyət hüququna dair» dövlət aktında Ərizəçi2 soyadı səhvən «Yusifov», Ərizəçi1 soyadı səhvən «Yusifova», ata adı səhvən «Maarifə», ərizəçi Zəkəriyəyeva (Yusibova) Leyla Eyvaz qızı soyadı səhvən «Yusifova», mərhum X2 səhvən «Yusifov», ata adı səhvən «Əmirşah», mərhum X6 səhvən «Yusifova», ata adı səhvən «Məmmədşah» və mərhum X4 səhvən «Yusifov» kimi qeyd olunmuşdur. Qeyd olunan dövlət aktında yalnışlıqlar aradan qaldırılmadan ərizəçilər həmin dövlət aktı üzrə mülkiyyət hüquqlarını həyata keçirə bilməz. Həmin yanlışlıqların başqa qaydada aradan qaldırılması isə mümkün deyildir. Ona görə də məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Həmçinin məhkəmə, Ərizəçi3 soyadının əvvəlcə (Yusibova), nikaha daxil olduğdan sonra Zəkəriyəyeva olduğundan, bu məsələyə də münasibət bildirərək onun soyadının Zəkəriyəyeva (Yusibova) kimi qeyd olunmasını məqsədəmüvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: Ərizə təmin edilsin. Qəbələ rayon AİK-in 26 aprel 2002-ci il tarixli 03 nömrəli qərarına əsasən X14, X11, X19, X28, X31 və X35 birgə mülkiyyətinə verilmiş JN-0100 (Kod: ********) nömrəli «Torpağa mülkiyyət hüququna dair» dövlət aktının Ərizəçi1, Ərizəçi2, Yusibova (Zəkəriyəyeva) Leyla Eyvaz qızına, mərhum X16, mərhum X29 və mərhum X23 məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev
Məhkəmə qərarları › İş №2(025)-1487/2021
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1487/2021
24.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver