Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-150/2021 05.03.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Quliyeva Günay Ələstun qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hazırki iş üzrə Cavabdehdan xeyrinə 924 (doqquz yüz iyirmi dörd) manat əsas borc, borcun qaytarılmasından boyun qaçırılması nəticəsində əldən çıxmış fayda olaraq ona vurulmuş 180 (bir yüz səksən) manat maddi zərərin, hüquqi yardıma görə ödənilmiş 110 (bir yüz on) manat ödənişin, 200 (iki yüz) manat məbləğində mənəvi ziyanın və ödədiyi 30 manat dövlət rüsumunun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, onunla Cavabdeh arasında xx xxx 2020-ci il tarixli, 008/2020 saylı nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən faizsiz olaraq 924 manat dəyərində Orion 4375-Smart markalı televizor satılmışdır. Bunun müqabilində cavabdeh hər ay 77 manat ödəniş etməli idi ki, həmin ödənişi də etməmişdir. Cavabdehə dəfələrlə edilən xəbərdarlığa baxmayaraq heç bir ödəniş etməmişdir, Cavabdeh edilən xəbərdarlıqlara məhəl yerməmişdir. Belə olan halda əlacsız qalıb məhkəməyə müraciət etmək məcburiyyətində qaldı. Bundan başqa mağazanın adı və möhürü «QƏBƏLƏ ELECTRONİCS» olduğu üçün bütün müqavilələr «QƏBƏLƏ ELECTRONİCS» adından bağlanmışdır. Qeyd edilənləri nəzərə alaraq, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Odur ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq, məhkəmə işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, məhkəmə iclasında araşdırılmış sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İşdə olan xx xxx 2020-ci il tarixli 008/2020 saylı Nisyə alqı-satqı müqaviləsinə əsasən satıcı müqavilənin tərkib hissəsi sayılan Əlavə №1-də göstərilən malı Alıcının istifadəsinə verməyi, Alıcı isə əşyanı qəbul edib əvəzində dəyərini müqavilədə göstərilən qaydada və müddətdə ödəməyi öhdəsinə götürür. İşdə olan xx xxx 2020-ci il tarixli 008/2020 saylı Nisyə alqı-satqı müqaviləsinə 1 saylı əlavədən görünür ki, Cavabdeh oğlu müqavilə üzrə olan 924 manat borcu 12 ay ərzində hər ay 77 manat olmaqla hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. İşin materiallarında olan xx xxxxxxxx 2020-ci il tarixli, 208243 saylı mədaxil qəbzindən görünür ki, İddiaçı vəkil xidməti üçün 110 manat ödəniş etmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki iddiaçı cavabdehə 1 ədəd Orion 4375- Smart markalı televizoru 924 manat qarşılığında satmış və Cavabdeh oğlu borcu 12 ay ərzində hər ay 77 manat olmaqla hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Tərəflər arsında xx xxx 2020-ci il tarixli, 008/2020 saylı nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin məbləğ hələ də ödənilmədən qalmaqdadır. İddiaçı 924 manat əsas borc, borcun qaytarılmasından boyun qaçırılması nəticəsində əldən çıxmış fayda olaraq ona vurulmuş 180 manat maddi zərərin, hüquqi yardıma görə ödənilmiş 110 manat ödənişin, 200 manat məbləğində mənəvi ziyanın ödənilməsini cavabdehdən tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin məzmununa əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinin məzmununa əsasən alqısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 597.1-ci maddəsinin məzmununa əsasən alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. Həmin Məcəllənin 598.1-ci maddəsinin məzmununa əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, Cavabdeh iddiaçı qarşısında olan öhdəliklərini icra etmədiyinə görə cavabdehdir və 924 manat pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə həmçinin iddianın "cavabdehdən 200 manat dəymiş mənəvi zərər və borcun qaytarılmasından boyun qaçırılması nəticəsində əldən çıxmış fayda olaraq iddiaçıya vurulmuş 180 manat tələbinə dair” hissəsinə hüquqi qiymət verərək hesab edir ki, iddia həmin hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, məhkəmə baxışı zamanı iddiaçı iddianı bu hissədə əsaslandıra bilməmiş və məhkəməyə bu barədə mötəbər sübut növü təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bundan başqa məhkəmə işə baxılması ilə əlaqədar vəkil xidmətinin göstərilməsi üçün 110 manat pul vəsaitinin və 30 (otuz) manat dövlət rüsumu ödənilməsi barədə aşağıdakıları qeyd edir. İddiaçı vəkilə görə ödədiyi 110 manat pulun və ödədiyi dövlət rüsumu cavabdehdən tutulmasını tələb edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində həmçinin məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi əks olunmalıdır. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0-cı maddəsində işə baxılması ilə əlaqədar məsrəflərə nələrin daxil olduğu göstərilmişdir. Həmin Məcəllənin 119.1 -ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 121.1 -ci maddəsinə əsasən məhkəmə nümayəndərin yə ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Vəkilə çəkilmiş xərclərə görə tələb olunan 110 manat pulun cavabdehdən tutulmasını məhkəmə qismən əsaslı hesab edir. Belə ki, işin xarakteri, mürəkkəbliyi, məhkəmə iclaslarının sayı və iclasın keçirilməsi müddəti, o cümlədən iddianın qismən təmin edilməsi nəzərə alınarsa məhkəmə vəkilə görə ödənilmiş 110 manatdan 30 manatının cavabdehdən iddiaçının xeyrinə tutulmasını ağlabatan hesab edir. Həmçinin İddiaçı iddia ərizəsinin verilməsi üçün 30 manat dövlət rüsumu tutulmuş, məhkəmə hesab edir ki, həmin pul vəsaiti Cavabdeh da, tutulmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 924 manat əsas borc, 30 manat hüquqi yardıma görə və 30 manat dövlət rüsumu olmaqla, cəmi 984 (doqquz yüz səksən dörd) manat pul tutularaq İddiaçı ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216- 220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 924 manat əsas borc, 30 manat hüquqi yardıma görə və 30 manat dövlət rüsumu olmaqla, cəmi 984 (doqquz yüz səksən dörd) manat pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Elman İsayev
Məhkəmə qərarları › İş №2(025)-150/2021
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-150/2021
05.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver