Məhkəmə qərarları › İş №2(025)-150/2022

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-150/2022

16.02.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-150/2022 16.02.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə qarşı “sənədin məxsus olması faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, Qəbələ rayon AİK-in 07 dekabr 2002-ci il tarixli, 12 nömrəli qərarına əsasən X3 adına verilmiş JN-0711 nömrəli 40600038 kodlu “Torpağın mülkiyyətə verilməsinə dair” dövlət aktının X5 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, Qəbələ rayon, Bum qəsəbəsində Aqrar İslahatları aparılarkən Qəbələ rayonu Aqrar İslahat Komissiyasının 07 dekabr 2002-ci il tarixli, 12 saylı qərarı ilə mərhum ərinə, yəni X5 JN-0711 nömrəli 40600038 kodlu dövlət aktı əsasında 0.0338 ha çöl torpaq sahəsi verilmişdir. Torpağın mülkiyyətə verilməsinə dair dövlət aktında səhv olaraq 22 yanvar 2017-ci il tarixdə vəfat etmiş ərinin soyadı Əzməmmədov yazılmışdır. Mərhum ərinin soyadının Əzənmədov əvəzinə Əzməmmədov yazılmasının səbəbi ona aydın deyil, bunun sadəcə olaraq texniki səhv olduğunu düşünür. Dövlət aktında ərinin soyadının səhv yazıldığına diqqət etməmiş və bu yaxın vaxta qədər də heç maraqlanmamışdır. Lakin sənədləri hazırlayıb çıxarış almaq üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə müraciət edərkən Torpağın mülkiyyətə verilməsinə dair dövlət aktında mərhum ərinin soyadı səhv yazıldığından müvafiq sənədləşdirməni aparması mümkün olmamışdır. Həmçinin Fəxrəddinə məxsus ölüm haqqında şəhadətnamədə, nikahın bağlanması haqqında şəhadətnamədə soyadı Əzənmədov kimi yazılmışdır. Bu səhvə məhkəmə qaydasında düzəliş edilərək sənədin ərinə, yəni X5 məxsus olması müəyyən edilməlidir. Məhkəmə iclasında Ərizəçi ərizədə göstərilənlərə uyğun izahat verib, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş maraqlı şəxs Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ona görə də məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçini dinləyib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işdə olan JN-0711 nömrəli (kod:********) «Torpağa mülkiyyət hüququna dair» dövlət aktından görünür ki, Qəbələ rayon Bum bələdiyyəsinin 07 dekabr 2002-ci il tarixli, 12 saylı qərarına əsasən X3 Qəbələ rayonu Bum kəndində 0,0338 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan Qəbələ rayon Bum qəsəbə İnzibati Ərazi Nümayəndəliyi tərəfindən verilmiş 07.02.2017-ci il tarixli, AZ-İ seriyalı, 863595 №-li «Ölüm haqqında şəhadətnamə»nin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X8 22.01.2017-ci il tarixdə Qəbələ rayonu Bum qəsəbəsində vəfat etmiş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 07.02.2017-ci ildə 06 № ilə qeyd edilmişdir. İşdə olan Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 01.02.2022-ci il tarixli 05/33 nömrəli “Arayış”dan görünür ki, X8 24.10.1960-ci ildə Qəbələ rayonu Bum qəsəbəsində anadan olmuş, bu barədə 1960-ci ilin dekabr ayının 07-də Qəbələ rayon Bum qəsəbə İnzibati Ərazi Nümayəndəliyində 209 №li doğum haqqında akt qeydi tərtib olunmuşdur. X7, anası X9r. İşdə olan Qutqaşen rayon Bum kənd sovetliyi tərəfindən verilmiş 19 iyul 1984-cü il tarixli, İİİ-ЖГ seriyalı, 395177 nömrəli “Doğum haqqında şəhadətnamə”nin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ərizəçinin mərhum həyat yoldaşı X4 ad, soyad və ata adı “X8” kimi qeyd edilmişdir. İşdə olan Azərbaycan Respublikası Qəbələ rayon İcra Hakimiyyəti Başçısının Bum qəsəbə İnzibati Ərazi Nümayəndəliyi tərəfindən verilmiş 03 dekabr 2021-ci il tarixli, 704 nömrəli arayışdan göstərilmişdir ki, X5 verilmiş JN-711 nömrəli dövlət aktında X1 X2 düşmüşdür. Qəbələ rayon Bum qəsəbəsində X6 adında şəxs heç vaxt qeydiyyatda olmayıb və yaşamır. İşdə olan Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin 01 noyabr 2021-ci il tarixli **********69 nömrəli məktubundan görünür ki, JN-711 nömrəli «Torpağa mülkiyyət hüququna dair» dövlət aktında mülkiyyətçinin ad və soyadında hər hansı dəyişiklik edilməsi həmin orqanın səlahiyyətinə aid deyil və həmin məsələ ilə bağlı məhkəməyə müaciət olunması tövsiyyə olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmələr şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, soyadı və ya adı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nın 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, Qəbələ rayon Bum bələdiyyəsinin 07 dekabr 2002-ci il tarixli, 12 saylı qərarına əsasən X3 mülkiyyətinə verilmiş JN-711 nömrəli (kod:********) «Torpağa mülkiyyət hüququna dair» dövlət aktında mərhum X4 adı səhvən «Əzməmmədov» kimi qeyd olunmuşdur. Qeyd olunan dövlət aktında yalnışlıqlar aradan qaldırılmadan ərizəçi həmin dövlət aktı üzrə mülkiyyət, vərəsəlik və s. hüquqlarını həyata keçirə bilməz. Həmin yanlışlıqların başqa qaydada aradan qaldırılması isə mümkün deyildir. Ona görə də məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Eyni zamanda məhkəmə qeyd edir ki, ərizəçi tələbində Qəbələ rayon AİK-in 07 dekabr 2002-ci il tarixli, 12 nömrəli qərarına əsasən X3 adına verilmiş JN-0711 nömrəli 40600038 kodlu “Torpağın mülkiyyətə verilməsinə dair” dövlət aktının X5 məxsus olması faktının müəyyən edilməsi qeyd etsə də, məhkəmə araşdırması müəyyən olunmuşdur ki, sözügedən torpaq sahəsi X5 Qəbələ rayon Bum bələdiyyəsinin 07 dekabr 2002-ci il tarixli, 12 saylı qərarına əsasən əsasən verilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: Ərizə təmin edilsin. Qəbələ rayon Bum bələdiyyəsinin 07 dekabr 2002-ci il tarixli, 12 saylı qərarına əsasən X3 mülkiyyətinə verilmiş JN-711 nömrəli (kod:********) «Torpağa mülkiyyət hüququna dair» dövlət aktının mərhum X5 məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar