Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1509/2021 12.10.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi ilə, iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1. 25.11.2020-ci il tarixli müqaviləsinə əsasən “HOFFMANN” markalı Kondisioner üçün 2563.2 (iki min beş yüz altmış üç manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 340.8(üç yüz qırx manat səksən qəpik) manat dəbbə. 2. 04.12.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********73095 “Samsung Galaxy A11” markalı telefon üçün 534.6 (beş yüz otuz dörd manat altmış qəpik) manat ödənilməmiş hissə, 69.4 (altmış doqquz manat qırx qəpik) manat dəbbə; 3. Ümumilikdə 3508 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, "xxxx" MMC ilə 25.11.2020-ci il və 04.12.2020-ci il tarixli müqaviləsinə əsasən, “HOFFMANN” markalı Kondisioner və “Samsung Galaxy A11” markalı telefon almış və nəticədə 3508 (üç min beş yüz səkkizi) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nşticədə 25.11.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2863.2 (iki min səkkiz yüz altmış üç manat iyirmi qəpik) manat (12 ay x 142 manat 40 qəpik + 300 manat ilkin ödəniş) olan “HOFFMANN” markalı Kondisioner üçün ümumilikdə, 2904(iki min doqquz yüz dörd) manat olmaqla ondan, 2563.2 (iki min beş yüz altmış üç manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 340.8(üç yüz qırx manat səksən qəpik) manat dəbbə; Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 04.12.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 534.6(beş yüz otuz dörd manat altmış qəpik) manat (18 ay x 29 manat 70 qəpik + 0 manat ilkin ödəniş) olan İMEİ Kodu **********73095 “Samsung Galaxy A11” markalı telefon üçün ümumilikdə, 604(altı yüz dörd) manat olmaqla ondan, 534.6 (beş yüz otuz dörd manat altmış qəpik) manat ödənilməmiş hissə, 69.4 (altmış doqquz manat qırx qəpik) manat dəbbə; Cavabdehin cəmi ödədiyi məbləğ 300 manat təşkil edir. Ödəniş cədvəlinin 2ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlambsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3cü bəndinə əsasən ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, Müştərinin ödədiyi məbləğin 50%-nə qədər hissəsi penya ödənilməsnminə yönəldilə bilər. Məhkəmə iclasında iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X2 iddia ərizəsini müdafiə edərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehlərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 25.11.2020ci il tarixli 22069808 №-li müqaviləyə əsasən Cavabdeh "xxxx" MMC-dən ümumi qiyməti 2863.26 manat dəyərində olan “HOFFMANN” markalı Kondisioner almışdır. Ödəniş cədvəlindən görünür ki, Cavabdeh 25.11.2020-ci il tarixli müqavilə üzrə borcu 18 ay müddətinə, aylıq 142.40 manat annuitetlə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 04.12.2020-ci il tarixli 22107571 №-li müqaviləyə əsasən Cavabdeh "xxxx" MMC-dən ümumi qiyməti 534.6 manat dəyərində olan İMEİ Kodu **********73095 “Samsung Galaxy A11” markalı telefon almışdır. Ödəniş cədvəlindən görünür ki, Cavabdeh 04.12.2020-ci il tarixli müqavilə üzrə borcu 18 ay müddətinə, aylıq 29.70 manat annuitetlə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan “Maliyyə və ödəniş cədvəlin”dən görünür ki, Cavabdeh ödənişləri gecikdərməklə müqavilə şərtlərini pozduğuna görə müqavilənin ödəniş cədvəli üzrə 2-ci bəndinə uyğun olaraq 25.11.2020-ci il tarixli 22069808 saylı müqavilə üzrə 2563.2 manat ödənilməmiş hissə, 340.8 manat dəbbə; 04.12.2020-ci tarixli 22107571 saylı müqavilə üzrə 534.6 manat ödənilməmiş hissə, 69.4 manat dəbbə hesablanmışdır. İş materiallarında olan "xxxx" MMC tərəfindən borclu Cavabdeh ünvanlanmış bildirişlərdən görünür ki, borcunun tam olaraq qısa bir zamanda ödəməyi təklif etmişlər, əks təqdirdə borcun və onun üçün çəkilən xərclərin tam olaraq qaytarılması ilə əlaqədar iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Beləliklə, məhkəmə iclasında sübutların tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, iddia üzrə iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun tutulması hissəsində tam əsaslıdır. Ona görə də, cavabdehdən "xxxx" MMC-nin xeyrinə 25.11.2020-ci il tarixli 22069808 №-li müqavilə üzrə 2563 manat 20 qəpik, 04.12.2020-ci il tarixli 22107571 №-li müqavilə üzrə 534 manat 60 qəpik ödənilməmiş əsas borcu tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 458.1-ci maddəsinə əsasən əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 25.11.2020-ci il tarixli 22069808 saylı müqavilə üzrə 340.8 manat cərimə borcu yaranmış borc məbləğinə mütənasib olmadığından onun məbləği azaldılmalı, 100 manata endirilməli, 04.12.2020-ci il tarixli 22107571 №-li müqavilə üzrə 69.4 manat cərimə borcu yaranmış borc məbləğinə mütənasib olmadığından onun məbləği azaldılmalı, 20 manata endirilməlidir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 25.11.2020-ci il tarixli 22069808 saylı müqavilə üzrə 2563 manat 20 qəpik əsas borc, 100 manat cərimə borcu olmaqla, cəmi 2663 manat 20 qəpik borc; 04.12.2020-ci il tarixli 22107571 saylı müqavilə üzrə 534 manat 60 qəpik əsas borc, 20 manat cərimə borcu olmaqla, cəmi 554 manat 60 qəpik borc olmaqla ümumilikdə 3217.8 (üç min iki yüz on yeddi manat səksən qəpik) manat borc və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 25.11.2020-ci il tarixli müqavilə üzrə 2563 manat 20 qəpik əsas borc, 100 manat cərimə borcu olmaqla, cəmi 2663 manat 20 qəpik borc; 04.12.2020-cu il tarixli müqavilə üzrə 534 manat 60 qəpik əsas borc, 20 manat cərimə borcu olmaqla, cəmi 554 manat 60 qəpik borc olmaqla ümumilikdə 3217.8 (üç min iki yüz on yeddi manat səksən qəpik) manat borc və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elman İsayev
Məhkəmə qərarları › İş №2(025)-1509/2021
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1509/2021
12.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver