Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1510/2023 28.11.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Ərizəçilər Ərizəçi və X4 maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövət Xitməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “hüquq əhəmiyyətli faktının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: hüquq əhəmiyyətli faktının müəyyən edilməsi) Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi, ərizəçilər Ərizəçi və X4 iştirakları ilə, Ərizəçilər Ərizəçi və X4 “hüquq əhəmiyyətli faktının müəyyən edilməsinə” dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin halları Ərizəçilər Ərizəçi və X11 məhkəməyə ərizə ilə müraciət edərək, Qəbələ rayon A İ K - n i n xx.xx.2001-ci il tarixli 03 saylı qərarı ilə, X2, X10, X5, X3, X6 və X7 adına verilmiş JN-2193A və J N - 2 1 9 3 B saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamələrin X15 və X8 məxsus olması faktının müəyyən olunmasını barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Qəbələ rayon AİK-nin xx.xx.2001-ci il tarixli 03 saylı qərarı ilə verilmiş JN-2193 A və J N - 2 1 9 3 B saylı kodu 40601004 olan Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə göstərilmiş hüquq sahiblərinin adları siyahısında 2-ci sırada soyad və ad texniki səhv olaraq Ərizəçi əvəzinə “X25” qızı kimi, 3 - cü sırada isə soyad və ad texniki səhv olaraq X11 əvəzinə “X22” oğlu kimi qeyd edilmişdir. Birgə paylı mülkiyyətdə olan 0.08 və 0.06 ha torpaq sahəsinin özgəninkiləşdirmək məqsədilə DƏDRX-nin 9 saylı Qəbələ ərazi idarəsinə müraciət edərkən məlum olmuşdur ki, ad və soyadları JN-2193A və J N - 2 1 9 3 B saylı şəhadətnamələrdə texniki səhv olaraq “Məmmədova Fatma” və “Məmmədəliyev Mahir” kimi qeyd edilmişdir. Qeyd olunan səhvlər üzündən əməliyyat aparılması mümkün olmamışdır. Həmin səhvlər məhkəmə qaydasında düzəliş edilməlidir. AZE № ******** saylı şəxsiyyət vəsiqəsində adı və soyadı düzgün olaraq Fatima Mamedova kimi qeyd edilmişdir. 1 - Y3 № 820543 saylı doğum haqqında şəhadətnamədə ad soyadı düzgün olaraq Ərizəçi kimi qeyd edilmişdir. xx.xx.2002-ci il tarixdə verilmiş ********** saylı pasportda adı və soyadı düzgün olaraq Maxmud Mamadalıyev kimi qeyd edilmişdir. İV-ЧЖ № 336574 saylı doğum haqqında şəhadətnamədə də adı və soyadı düzgün olaraq Maxmud Mamadalıyev kimi qeyd edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəyə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən ərizəçi X12 ərizəyə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövət Xitməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına nümayəndəsini göndərməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə maraqlı şəxsin nümayəndəsinin məhkəməyə gəlməsini məcburi hesab etmir və işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmələr şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, soyadı və ya adı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nın 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Birinci instansiya baxışının hədləri Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Birinci instansiya məhkəməsinin mövqeyi Məhkəmə iş materiallarını araşdırıb, ərizəçini dinləyib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işdə olan JN-2193A (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-nın 26 fevral 2001-ci il tarixli 03 saylı qərarına əsasən X2, X10, X5, X3, X6 və X7 mülkiyyətlərinə 0.08 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan JN-2193B (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-nın 26 fevral 2001-ci il tarixli 03 saylı qərarına əsasən X2, X10, X5, X3, X6 və X7 mülkiyyətlərinə 0.06 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan Özbəkistan Respublikası, Səmərqand şəhəri, İstıxan rayonu Zaqs bürosu tərəfindən verilmiş 18 sentyabr 1967-ci il tarixli İ-УЗ 820543 №-li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxx 1960-cı ildə Səmərqənd şəhəri, İstıxan rayonunda anadan olmuşdur. Burada Ərizəçi tam adı “Ərizəçi” olaraq qeyd olunmuşdur. İşdə olan Özbəkistan Respublikası, Səmərqand şəhəri, Andreinskiy rayonu Zaqs bürosu tərəfindən verilmiş 25 yanvar 1982-ci il tarixli İV-ЧЖ 336574 №-li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, ərizəçi X12 16 yanvar 1982-ci ildə Səmərqənd şəhəri, Andarinskiy rayonunda anadan olmuşdur. Burada ərizəçi X4 tam adı “X12” olaraq qeyd olunmuşdur. İşdə olan Səmərqənd şəhəri, Akdarinskiy rayonu tərəfindən verilmiş 21 dekabr 1979-cu il tarixli İ-ЧЖ 432784 №-li nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Asim Mamadaliyev 21 dekabr 1979-cu il tarixdə Ərizəçi ilə nikah bağlanmış, nikah bağlandıqdan sonra ərə Mamadaliyev, arvada Mamedova soyadı verilmişdir. Burada Ərizəçi soyadı, adı, ata adı “Ərizəçi” olaraq qeyd olunmuşdur. İşdə olan Qəbələ şəhər İ.Ə.N-yi tərəfindən verilmiş 12 iyun 2023-cü il tarixli 1288 №-li arayışdan görünür ki, Ərizəçi ünvan 1 ünvanda yaşayır. İşdə olan Qəbələ şəhər İ.Ə.N-yi tərəfindən verilmiş 12 iyun 2023-cü il tarixli 1289 №-li arayışdan görünür ki, X1 şəhəri Elçin Kərimov küçəsi ev 3 saylı ünvanda yaşayır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, ölkədə aparılan torpaq islahatı zamanı ərizəçinin mülkiyyətinə 0.08 ha və 0.06 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahələrinin verilməsini təsdiq edənlərdə JN-2193A (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədə və JN-2193B (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadatnamədə ərizəçi “Ərizəçi” əvəzinə “X16” kimi, ərizəçi “X12” əvəzinə “X13” kimi səhv olaraq göstərilmişdir. Həmin yanlışlığın başqa qaydada aradan qaldırılması mümkün deyildir. Ona görə də məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 360 və 362ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. JN-2193A (Kod:********) və JN-2193B (Kod:********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamələrinin ərizəçilər Ərizəçi və X9 aid olan hissədə məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elman İsayev
Məhkəmə qərarları › İş №2(025)-1510/2023
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1510/2023
28.11.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver