Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1515/2021 13.10.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi, Ərizəçi nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi hüquq əhəmiyyətli faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, Qəbələ rayon AİK-in 26 fevral 2001-ci il tarixli, 03 saylı qərarına əsasən onun adına verilmiş JN - 1473G nömrəli (kod:********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin ona, yəni Ərizəçi məxsus olması hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 13.10.2021-ci il tarixdə Ərizəçi nümayəndəsi Nümayəndə iddianın həcminin artırılması ilə bağlı məhkəmə ərizə təqdim edərək Qəbələ rayon AİK-in 26 fevral 2001-ci il tarixli, 03 saylı qərarına əsasən X1 adına verilmiş JN-1473G nömrəli (kod:********) və JN – 1473İ nömrəli (kod:********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamələrin Ərizəçi məxsus olması hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən İddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi Nümayəndə ərizəni müdafiə edib göstərdi ki, Ərizəçi xx xxxx 1974-cü ildə Qəbələ rayonu Əmirvan kəndində anadan olmuşdur. Qəbələ rayon Aqrar İslahat Komissiyasının 26 fevral 2001-ci il tarixli, 03 saylı qərarı ilə ona Qəbələ şəhəri ərazisindən 0,06 ha həyətyanı torpaq sahəsinə JN-1473G, KOD 40601004 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə verilmişdir. Şəhadətnamədə sonradan ona məlum olmuşdur ki, soyadı "Cəbrayılov" əvəzinə səhvən Fərzəliyev kimi qeyd edilmişdir. Lakin şəxsiyyət vəsiqəaində, doğum haqqında şəhadətnamədə, nikah haqqında şəhadətnamədə və digər sənədlərdə Ərizəçi kimi qeyd edilmişdir. Hazırda Ərizəçi məxsus torpaq sahəsi üzrə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən Çıxarış almaq istəyir. Şəhadətnamədə adı düzgün yazılmadığından bu mümkün deyildir. Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə verən orqan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi isə ləğv edildiyindən, şəhadətnamədəki yanlışlığı aradan qaldıra bilmirlər. Həmçinin Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin səlahiyyətləri Azərbaycan Respublikası Əmlak Məsələlərj üzrə Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə keçdiyindən mən, aidiyyatı üzrə xidmətin 9 saylı Qəbələ Ərazi İdarəsinə ərizə ilə torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə yanlışlıqların aradan qaldırılmasını xahiş etmişdi, müvafiq 18 avqust 2021-ci il tarixli, **********26 saylı məktubu ilə yanlışlıqlara düzəlişlərin həyata keçirilməsi onların səlahiyyətlərinə aid olmadığından məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına nümayəndəsini göndərməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçini dinləyib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işdə olan JN-1473G saylı, KOD 40601004 kodlu «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-in 26 fevral 2001-ci il tarixli, 03 nömrəli qərarına əsasən, X1 tam mülkiyyətinə 0.06 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan JN-1473İ saylı, KOD 40601004 kodlu «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-in 26 fevral 2001-ci il tarixli, 03 nömrəli qərarına əsasən, X1 tam mülkiyyətinə 0.02 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan Qəbələ rayon Məlikli kənd soveti tərəfindən 13 mart 1974-cü il tarixdə verilmiş İİ- JQ № 365218 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxx 1974cü il tarixdə Qəbələ rayonu, Əmirvan kəndindənda anadan olmuşdur. Doğum haqqında şəhadətnamədə ərizəçinin soyadı “Cəbrayılov” olaraq qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş Qəbələ RPŞ tərəfindən 06.08.2015-ci il tarixdə verilmiş AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi soyadı şəxsiyyəti təsdiq edən sənəddə “Cəbrayılov” olaraq qeyd edilmişdir. İşdə olan Qəbələ rayon VVADQ şöbəsi tərəfindən 23 iyul 2001-ci il tarixdə verilmiş İİ-AZ № 001979 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə X2 arasında 23 iyul 2001-ci il tarixdə nikah bağlanmış, nikah bağlandıqdan sonra ərə Cəbrayılov, arvada Cəbrayılova soyadı verilmişdir. Nikah haqqında şəhadətnamədə ərizəçinin soyadı “Cəbrayılov” olaraq qeyd edilmişdir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmələr şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, soyadı və ya adı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nın 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, ölkədə aparılan torpaq islahatı zamanı ərizəçinin mülkiyyətinə 0,06 ha həyətyanı torpaq sahəsinin verilməsini təsdiq edən JN-1473G saylı, KOD 40601004 kodlu «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnaməsində və 0,02 ha həyətyanı torpaq sahəsinin verilməsini təsdiq edən JN-1473İ saylı, KOD 40601004 kodlu «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnaməsində yalnışlığa yol verilərək, “Ərizəçi” əvəzinə “X3” kimi səhv olaraq göstərilmişdir. Həmin yanlışlığın başqa qaydada aradan qaldırılması mümkün deyildir. Ona görə də məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət e t d i: Ərizə təmin edilsin. JN-1473G (Kod:********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamənin və JN-1473İ (Kod:********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamənin Ərizəçi məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elman İsayev
Məhkəmə qərarları › İş №2(025)-1515/2021
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1515/2021
13.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver