Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1528/2023 29.11.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “hüquq əhəmiyyətli faktının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: hüquq əhəmiyyətli faktının müəyyən edilməsi) Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi, ərizəçi və digər ərizəçinin nümayəndəsi Ərizəçi1 iştirakı ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 hüquq əhəmiyyətli faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin halları Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 məhkəməyə ərizə ilə müraciət edərək, Qəbələ rayon AİK-in 26 fevral 2001-ci il tarixli 03 nömrəli qərarına əsasən X5, Əfəndiyev Səbuhi Hicran oğlu və Əfəndiyeva Şəbinə Hicran qızının adına verilmiş JN-1920F nömrəli (kod:********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin onlara aid hissəsədə onlara- Həcəmmədova (Əfəndiyeva) Yeganə İrzət qızına və Kazımova (Əfəndiyeva) Səbunə Hicran qızına məxsus olması hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Qəbələ rayon AİK-in 26 fevral 2001-ci il tarixli 03 nömrəli qərarına əsasən, onlara, yəni X5, Əfəndiyev Səbuhi Hicran oğlu və Əfəndiyeva Şəbinə Hicran qızına Qəbələ şəhərində JN - 1920F nömrəli (kod: ********) «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamə ilə 0,06 ha həyətyanı torpaq sahəsi verilmişdir. Lakin şəhadətnamədə o-Ərizəçi1 soyadı adı səhvən “Əfəndiyeva”, ata adı səhvən “İrza” kimi, o-Ərizəçi2 adı səhvən “Şəbinə” kimi göstərilmişdir. Lakin onlara məxsus digər sənədlərdə, yəni şəxsiyyət vəsiqələrində, doğum və nikah haqqında şəhadətnamələrdə və digər sənədlərdə ad, soyad və ata adları Ərizəçi1 və Kazımova (Əfəndiyeva) Səbunə Hicran qızı kimi qeyd edilmişdir. Ərizəçilərdən o Ərizəçi1 xx.xx.1986-cı ildə Əfəndiyev Hicran Yaqub oğlu ilə nikaha daxil olub, Əfəndiyeva soyadı götürmüşdür. Nikahları 1995-ci ildə pozulmuş, bundan sonra Həcəmmədova soyadını almışdır. Ərizəçilərdən o Əfəndiyeva Səbunə Hicran qızı xx.xx.2018-ci il tarixdə X3 ilə ailə həyatı quraraq, Kazımova soyadını qəbul etmişdir. Hazırda ailə üzvlərinin mülkiyyətinə verilmiş torpaq sahəsinə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən Çıxarış almaq istəyirlər. Şəhadətnamədə səhvlər olduğundan bu mümkün deyildir. Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməni verən orqan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi isə ləğv edildiyindən, şəhadətnamədəki yanlışlığı aradan qaldıra bilmirlər. Həmçinin Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin səlahiyyətləri Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə keçdiyindən mən, Ərizəçi1 aidiyyəti üzrə xidmətin 9 saylı Qəbələ Ərazi İdarəsinə ərizə ilə torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrdə yanlışlıqların aradan qaldırılmasını xahiş etmişdir, müvafiq 22 sentyabr 2023-cü il tarixli, 3-21-3-42/2-H-00xx-xx/2023 saylı məktubu ilə yanlışlıqlara düzəlişlərin həyata keçirilməsi onların səlahiyyətlərinə aid olmadığından məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Onlar uzun illər buna əhəmiyyət verməmişlər, lakin torpağın sənədlərini hazırlayıb daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almaq istəyərkən bu anlaşılmazlıqla rastlaşmışdılar. Yol verilmiş yalnışlığı onlar başqa cür aradan qaldırmaq iqtidarında deyillər, ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdılar. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən ərizəçi və digər ərizəçinin nümayəndəsi Ərizəçi1 ərizəyə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövət Xitməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına nümayəndəsini göndərməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmələr şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, soyadı və ya adı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nın 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Birinci instansiya baxışının hədləri Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər Birinci instansiya məhkəməsinin mövqeyi Məhkəmə iş materiallarını araşdırıb, ərizəçini dinləyib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işdə olan JN-1920F (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-in 26 fevral 2001-ci il tarixli 03 saylı qərarına əsasən X2, Əfəndiyev Səbuhi Hicran oğlunun və Əfəndiyeva Səbinə Hicran qızının mülkiyyətinə 0.06 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan Qəbələ regional “Asan xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş 12 oktyabr 2022-cı il tarixli arayışın surətindən görünür ki, Əfəndiyev Hicran Yaqub oğlu və Ərizəçi1 nikahı haqqında 16 dekabr 1986-cı il tarixdə 44 №-li akt qeydi tərtib olunmuşdur. Nikah Qəbələ rayon Bum qəsəbə İ.Ə.N tərəfindən qeydə alınmışdır. Nikah bağlandıqdan sonra ərə Əfəndiyev, arvada Əfəndiyeva soyadı verilmişdir. Nikah Qəbələ rayon məhkəməsinin xx.xx.1995-ci il tarixli qətnaməsi ilə pozulmuş və xx.xx.1996cı ildə 04 №-li akt qeydi ilə Qəbələ rayon qeydiyyat şöbəsində dövlət qeydiyyatına alınmışdır. Burada Ərizəçi1 tam adı “Ərizəçi1” olaraq qeyd olunmuşdur. İşdə olan Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 12 oktyabr 2022-ci il tarixli AZ-İ 423728 №-li nikahın pozulması haqqında şəhadatnamənin surətindən görünür ki, Əfəndiyev Hicran Yaqub oğlu və X1 nikahı Qəbələ Rayon Məhkəməsinin xx.xx.1995-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Nikaha 06 fevral 1996-cı ildə xitam verilmişdir. Bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 1996-cı il fevral ayının 6-da 04 № ilə qeyd edilmişdir.Nikah pozulduqdan sonra kişiyə Əfəndiyev, qadına Həcəmmədova soyadı verilmişdir. Burada Ərizəçi1 tam adı “X4” olaraq qeyd olunmuşdur. İşdə olan Qəbələ rayon Bum qəsəbə İ.Ə.N-yi tərəfindən verilmiş 12 oktyabr 2022-ci il tarixli AZ-İV № 759062 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi1 xx.xx.1966-cı ildə Qəbələ rayonu, Bum qəsəbəsində anadan olmuşdur. Burada Ərizəçi1 tam adı “Ərizəçi1” olaraq qeyd olunmuşdur. İşdə olan Qəbələ regional “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş 28 oktyabr 2018-ci il tarixli AZ-İİ № 298507 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2018-ci il tarixdə Əfəndizadə Səbunə Hicran qızı ilə nikah bağlanmış, nikah bağlandıqdan sonra ərə Kazımov, arvada Kazımova soyadı verilmişdir. Burada Ərizəçi2 tam adı “Əfəndizadə (Kazımova) Səbunə Hicran qızı” olaraq qeyd olunmuşdur. İşdə olan Qutqaşen rayonu, VVAQ şöbəsi tərəfindən verilmiş 22 fevral 1991-ci il tarixli XİV-ЖГ № 471252 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, ərizəçi Əfəndizadə Səbunə Hicran qızı xx.xx.1991-ci ildə Qutqaşen rayonunda anadan olmuşdur. Burada ərizəçi “Ərizəçi2 tam adı “Əfəndizadə Səbunə Hicran qızı” olaraq qeyd olunmuşdur. İşdə olan Qəbələ şəhər İ.Ə.N-yi tərəfindən verilmiş 11 sentyabr 2023-cü il tarixli 1889 №-li arayışdan görünür ki, Həcəmmədova (Əfəndiyeva) X7 Rayon Aqrar İslahatı Komissiyasının 26 fevral 2001-ci il tarixli 03 saylı qərarı ilə Torpağın Mülkiyyətə Verilməsinə dair JN-1920F KOD-40601004 saylı şəhadətnamədə adı “Həcəmmədova (Əfəndiyeva) Yeganə İrzət qızı” əvəzinə səhvən “Həcəmmədova (Əfəndiyeva) Yeganə İrza qızı” yazılmışdır. İşdə olan Qəbələ şəhər İ.Ə.N-yi tərəfindən verilmiş 11 sentyabr 1891 №-li arayışdan görünür ki, Ərizəçi2 Qəbələ şəhəri Nəsimi küçəsi ev 12 saylı ünvanda qeydiyyatda olmaqla hal-hazırda Bakı şəhərində yaşayır. İşdə olan Qəbələ şəhər İ.Ə.N-yi tərəfindən verilmiş 11 sentyabr 1890 №-li arayışdan görünür ki, Ərizəçi1 ünvan 2 ünvanda yaşayır. İş materiallarına əlavə olunmuş AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi2 soyadı, adı, ata adı şəxsiyyəti təsdiq edən sənəddə “Ərizəçi2” olaraq qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi1 soyadı, adı, ata adı şəxsiyyəti təsdiq edən sənəddə “Ərizəçi1” olaraq qeyd olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, ölkədə aparılan torpaq islahatı zamanı ərizəçilərin və ailə üzvilərinin mülkiyyətinə 0.06 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahələrinin verilməsini təsdiq edən JN-1920F (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədə “Həcəmmədova (Əfəndiyeva) Yeganə İrzət qızı” əvəzinə “X6” kimi, “Kazımova (Əfəndiyeva) Səbunə Hicran qızı” əvəzinə “Əfəndiyeva Səbinə Hicran qızı” kimi səhv olaraq göstərilmişdir. Həmin yanlışlığın başqa qaydada aradan qaldırılması mümkün deyildir. Ona görə də məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. JN-1920F (Kod:********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamənin ərizəçilər Həcəmmədova (Əfəndiyeva) Yeganə İrzət qızına və Kazımova (Əfəndiyeva) Səbunə Hicran qızına aid olan hissədə məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Elman İsayev
Məhkəmə qərarları › İş №2(025)-1528/2023
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1528/2023
29.11.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver