Məhkəmə qərarları › İş №2(025)-1532/2022

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1532/2022

06.12.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1532/2022 06.12.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi “sənədin məxsus olması faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, JN-1052, kod 40600038 saylı Torpağa mülkiyyət hüququna dair dövlət aktının ona aid hissədə ona, yəni Ərizəçi və mərhum X2na məxsus olması hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, o, yəni Ərizəçi xx.xx.1970-ci ildə Qutqaşen (indiki Qəbələ) rayonu, Bum kəndində anadan olmuşdur. Qəbələ rayonu Aqrar İslahat Komissiyasının 25 iyun 1998-ci il tarixli 11 saylı qərarı ilə mərhum X2na, bacısı X6 və ona Qəbələ rayonu ərazisində kənd təsərrüfatı məhsulları istehsalı üçün 1,13 ha torpaq sahəsinə görə JN-1052, kod 40600038 saylı Torpağa Mülkiyyət hüququna dair dövlət aktı verilmişdir. Dövlət aktında sonradan ona məlum olmuşdur ki, soyadı “Əliyev”, adı “Rahim” qeyd olunsa da, ata adı “Dadaş” və “oğlu” sonluğu isə boş saxlanılmış, mərhum anasının isə ata adı “Məcid” əvəzinə “Mehdi” kimi yazılmışdır. Lakin doğum, nikah və ölüm haqqında şəhadətnamələrdə, şəxsiyyət vəsiqəsində və digər sənədlərdə Ərizəçi və X3 qeyd edilmişdir. X2 xx.xx.2005-ci il tarixində mədə xərçəngindən vəfat etmişdir. Hazırda vərəsəlik işinin açılması üçün onlara məxsus torpaq sahəsinə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsindən Çıxarış almaq istəyir. Lakin dövlət aktında ata adı qeyd olunmadığından və anasının ata adı düzgün yazılmadığından bu mümkün deyildir. Torpağa mülkiyyət hüququna dair dövlət aktını verən orqan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi isə ləğv edildiyindən, dövlət aktındakı yanlışlığı aradan qaldıra bilmirlər. Həmçinin, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin bəzi səlahiyyətləri Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə keçdiyindən onlar aidiyyatı üzrə Xidmətin 9 saylı Qəbələ Ərazi İdarəsinə ərizə ilə müraciət edərək Torpağa mülkiyyət hüququna dair dövlət aktındakı yanlışlıqların aradan qaldırılmasını xahiş etmiş, müvafiq olaraq 23 sentyabr 2022-ci il tarixli **********36 saylı məktubu ilə yanlışlıqlara düzəlişlərin həyata keçirilməsi onların səlahiyyətlərinə aid olmadığından məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında Ərizəçi ərizədə göstərilənlərə uyğun izahat verib, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ona görə də məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçini dinləyib hesab edir ki, ərizə təmin olunmalıdır. Mülki işdə olan sənədlər: İşdə olan JN – 1052 nömrəli (kod:********) «Torpağa mülkiyyət hüququna dair» dövlət aktının təsdiqlənmiş surətindən görünür ki, Qəbələ rayon AİK-in 25 iyun 1998-ci il tarixli 11 nömrəli qərarına əsasən, X7, X5 və Ərizəçi birgə mülkiyyətinə Qəbələ rayonu Bum kəndində 1,13 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan Qutqaşen rayon Bum kənd sovetliyi tərəfindən verilmiş 18 noyabr 1970-ci il tarixli, AЭ seriyalı, ******* nömrəli “Doğum haqqında şəhadətnamə”nin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ərizəçinin ad, soyad və ata adı “Ərizəçi” kimi qeyd edilmişdir. İşdə olan Qəbələ rayon VVAQ şöbəsi tərəfindən verilmiş 29 may 2001-ci il tarixli, AZ-İİ seriyalı, 002093 nömrəli “Nikahın bağlanması haqqında şəhadətnamə”nin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ərizəçinin ad, soyad və ata adı “Ərizəçi” kimi qeyd edilmişdir. İş materiallarında olan Qəbələ rayon Bum qəsəbə İnzibati Ərazi Vahidliyi tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli, AZ-İ seriyalı, 148240 №-li «Ölüm haqqında şəhadətnamə»nin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi “mədə xərçəngi” xəstəliyindən xx.xx.2005-ci il tarixdə Qəbələ rayonu Bum qəsəbəsində vəfat etmiş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2005-ci ildə 20 № ilə qeyd edilmişdir. İşdə olan Qəbələ Rayon İcra Hakimiyyəti Bum qəsəbə İnzibati Ərazi nümayəndəliyi tərəfindən verilmiş 06 sentyabr 2022-ci il tarixli, 359 nömrəli arayışda göstərilmişdir ki, 1996- 1998-ci illərdə Aqrar İslahat Komissiyasının apardığı torpaq islahatı zamanı vətəndaşa verilmiş JN-1052 nömrəli kod 40600038 olan dövlət aktında texniki səhv olaraq vətəndaşın adlı Ərizəçi kimi yazılmışdır. Vətəndaşın düzgün adı Ərizəçidur. Ərizəçi adında şəxslər heç vaxt Bum qəsəbəsində qeydiyyatda olmamış və hal-hazırda yaşamır. İşdə olan Qəbələ Rayon İcra Hakimiyyəti Bum qəsəbə İnzibati Ərazi nümayəndəliyi tərəfindən verilmiş 06 sentyabr 2022-ci il tarixli, 358 nömrəli arayışda göstərilmişdir ki, 1996- 1998-ci illərdə Aqrar İslahat Komissiyasının apardığı torpaq islahatı zamanı vətəndaşa verilmiş JN-1052 nömrəli kod 40600038 olan dövlət aktında texniki səhv olaraq vətəndaşın adlı X4 yazılmışdır. Vətəndaşın düzgün adı X10r. X12 adında şəxslər heç vaxt Bum qəsəbəsində qeydiyyatda olmamış və hal-hazırda yaşamır. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin 23 sentyabr 2022-ci il tarixli **********35 nömrəli məktubundan görünür ki, J JN – 1052 nömrəli (kod:********) «Torpağa mülkiyyət hüququna dair» dövlət aktında mülkiyyətçinin ad və soyadında hər hansı dəyişiklik edilməsi həmin orqanın səlahiyyətinə aid deyil və həmin məsələ ilə bağlı məhkəməyə müaciət olunması tövsiyyə olunmuşdur. İşdə olan ərizəçiyə aid HB ******* nömrəli “Hərbi Bilet”in notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ərizəçinin ad, soyad və ata adı “Ərizəçi” kimi qeyd edilmişdir. İşdə olan ərizəçiyə aid AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, ərizəçinin ad, soyad və ata adı “Ərizəçi” kimi qeyd edilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmələr şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, soyadı və ya adı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nın 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, Qəbələ rayon AİKin 25 iyun 1998-ci il tarixli 11 nömrəli qərarına əsasən X7, X5 və Ərizəçi birgə mülkiyyətinə verilmiş JN – 1052 nömrəli (kod:********) «Torpağa mülkiyyət hüququna dair» dövlət aktında Ərizəçi səhvən ata adı və cinsiyyəti göstərilməmişdir. Ərizəçiyə aid sənədlərdə isə ata adı “Rahim”, cinsiyyəti isə “oğlu” kimi qeyd olunmuşdur. Eyni zamanda ərizəçinin mərhum anası X1 dövlət aktında ata adı səhvən “Mehdi” kimi göstərilmişdir. Lakin doğum, nikah və ölüm haqqında şəhadətnamələrdə, şəxsiyyət vəsiqəsində və digər sənədlərdə Ərizəçi və X3 qeyd edilmişdir. Qeyd olunan dövlət aktında yalnışlıq aradan qaldırılmadan ərizəçi həmin dövlət aktı üzrə mülkiyyət hüquqlarını həyata keçirə bilməz. Göstərilən səhvlərin düzəldilməsi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə müraciət edilmiş, hüquqmüəyyənedici sənədlərdə ad və soyadların dəyişdirilərək qeydiyyata alınmasının Ərazi İdarəsinin səlahiyyətlərinə aid olmadığı bildirilmiş və məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Həmin yanlışlıqların başqa qaydada aradan qaldırılması isə mümkün deyildir. Ona görə də məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: Ərizə təmin edilsin. Qəbələ rayon AİK-in 25 iyun 1998-ci il tarixli 11 nömrəli qərarına əsasən X7, X5 və Ərizəçi birgə mülkiyyətinə 1,13 ha kənd təsərrüfatlı torpaq sahəsinin verilməsini təsdiq edən JN – 1052 nömrəli (kod:********) «Torpağa mülkiyyət hüququna dair» dövlət aktının Ərizəçi aid hissədə Ərizəçi və mərhum X9 məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar