Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1549/2021 16.11.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi, ərizəçinin nümayəndəsi X3 iştirakı ilə, Ərizəçi hüquq əhəmiyyətli faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, Qəbələ rayon AİK-nin 22.11.1997-ci il tarixli 25 saylı qərarı ilə X3, Ərizəçi Məhəmməd qızının, X1 ,X2 və X4 birgə mülkiyyətinə verilmiş JN-0035 saylı kodu 40614028 olan Torpağa mülkiyyət hüququna dair” Dövlət aktının Daşdəmirova (İsayeva) Seyran Məhyəddin qızına aid hissədə Daşdəmirova (İsayeva) Seyran Məhyəddin qızına məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi X5 ərizəni müdafiə edib göstərdi ki, Qəbələ rayon AİK-nin 22.11.1997-ci il tarixli 25 saylı qərarı ilə verilmiş JN - 0035 saylı kodu 40614028 olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktında hüquq sahiblərinin adları siyahısında 2-ci sırada Daşdəmirova (İsayeva) Seyran Məhyəddin qızının ata adında texniki səhv olaraq Məhyəddin qızı əvəzinə Məhəmməd qızı qeyd aparılmışdır. JN-0035 saylı kodu 40614028 olan Dövlət aktı üzrə payların hər bir payçı üzrə bölgüsünün aparılması məqsədilə iş üzrə maraqlı şəxs DƏDRX -nin 9 saylı Qəbələ Ərazi idarəsinə müraciət edərkən məlum olmuşdur ki, hüquq sahibi Daşdəmirova (İsayeva) Seyran Məhyəddin qızının ata adında texniki səhvə yol verilmişdir. JN -0035 saylı kodu 40614028 olan Dövlət aktında qeyd olunan texniki səhvə görə əməliyyat aparılması mümkün olmamışdır. JN -0035 saylı kodu 40614028 olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktındakı texniki səhvə məhkəmə qaydasında düzəliş edilməlidir. AA ******* saylı şəxsiyyət vəsiqəsində Ərizəçi ata adı düzgün olaraq Məhyəddin kimi qeyd edilmişdir. AZ № 630277 saylı doğum haqqında şəhadətnamədə Daşdəmirova (İsaveva) Seyran Məhyəddin qızının ata adı düzgün olaraq Məhyəddin kimi qeyd edilmişdir. Odur ki, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçini dinləyib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işdə olan JN-0035 (Kod: ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktından görünür ki, Qəbələ rayon AİK-in 22 noyabr 1997-ci il tarixli 25 nömrəli qərarına əsasən, X3, Ərizəçi Məhəmməd qızının, X1, X2 və X4 ümumi birgə mülkiyyətinə 1.05 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan Qutqaşen rayonu Mıxlıqovaq kənd soveti tərəfindən verilmiş 18 aprel 1964-cü il tarixli AZ № 630277 saylı Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx xxxxxx 1964-cü ildə Ağdaş rayonu Mıxlıqovaq kəndində doğulmuşdur, bu sənəddə ərizəçinin ata adı “Məhyəddin” kimi qeyd olunmuşdur. İşdə olan Qutqaşen rayonu Mıxlıqovaq kənd soveti tərəfindən verilmiş 27 aprel 1989-cu il tarixli V-JQ № 255200 saylı Nikah haqqında Şəhadətnamənin surətindən görünür ki, X6 27 aprel 1989-cu ildə X5 ilə nikah bağlamışdır, nikah bağlandıqdan sonra ərə Daşdəmirov, arvada Daşdəmirova soyadı verilmişdir. Bu sənəddə ərizəçinin ata adı “Məhyəddin” kimi qeyd olunmuşdur. İşdə olan AA № ******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, bu sənəddə ərizəçinin ata adı “Məhyəddin” kimi qeyd olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmələr şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, soyadı və ya adı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nın 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, ölkədə aparılan torpaq islahatı zamanı ərizəçinin və digər şəxslərin birgə mülkiyyətinə 1.05 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin verilməsini təsdiq edən JN-0035 (Kod: ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktında yalnışlığa yol verilərək, “Ərizəçi” əvəzinə “Ərizəçi Məhəmməd qızı” kimi səhv olaraq göstərilmişdir. Həmin yanlışlığın başqa qaydada aradan qaldırılması mümkün deyildir. Ona görə də məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 360 və 362ci maddələrini rəhbər tutaraq, məhkəmə qət e t d i: Ərizə təmin edilsin. JN-0035 (Kod: ********) nömrəli «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktının Ərizəçi aid olan hissədə məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elman İsayev
Məhkəmə qərarları › İş №2(025)-1549/2021
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1549/2021
16.11.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver