Məhkəmə qərarları › İş №2(025)-1554/2022

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1554/2022

15.12.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1554/2022 15.12.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Ərizəçilər Ərizəçi1 (eyni zamanda X12 qəyyumu), Ərizəçi2 və Ərizəçi3 iştirakları ilə Ərizəçilər Ərizəçi1 (eyni zamanda X12 qəyyumu), Ərizəçi2 və Ərizəçi3 “sənədin məxsus olması faktının müəyyən edilməsi” barədə ərizələri üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçilər Ərizəçi1 (eyni zamanda X12 qəyyumu), Ərizəçi2 və Ərizəçi3 məhkəməyə ərizə ilə müraciət edərək, Qəbələ rayon AİK-in 20 dekabr 1999-cu il tarixli 20 nömrəli qərarına əsasən X3, X4, Ərizəçi3 və X13 adına verilmiş JN – 037F nömrəli (kod: ********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin onlara aid hissədə onlara, yəni Ərizəçi1, Ərizəçi2 və X15 aid hissədə Ərizəçi1, Ərizəçi2 və X15, Qəbələ rayon AİK-in 25 iyun 1998-ci il tarixli 11 nömrəli qərarına əsasən X5, X7, X6 və X8 adına verilmiş JN – 223 nömrəli (kod: ********) «Torpağa mülkiyyət hüququna dair» dövlət aktının Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və X15 məxsus olması hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İşin faktiki halları: Ərizəçilər ərizəni onunla əsaslandırmışlar ki, Qəbələ rayon AİK-in 20 dekabr 1999-cu il tarixli 20 nömrəli qərarına əsasən, onlara – Ərizəçi1, Ərizəçi2, X15 və Ərizəçi3 JN – 037F nömrəli (kod:********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamə ilə 0,54 ha həyətyanı torpaq sahəsi verilmişdir. Lakin şəhadətnamədə Ərizəçi1 soyadı səhvən “Zəkəriyyəyev”, ata adı səhvən “Muxtar” kimi, Ərizəçi2 soyadı səhvən “Zəkəriyyəyeva” kimi, ərizəçi X1 səhvən “Muxtarov” kimi göstərilmişdir. Eyni zamanda Qəbələ rayon AİK-in 25 iyun 1998-ci il tarixli 11 nömrəli qərarına əsasən, onlara – Ərizəçi1, Ərizəçi2, X16 və Ərizəçi3 JN – 223 nömrəli (kod:********) «Torpağa mülkiyyət hüququna dair» dövlət aktı ilə 0,40 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Lakin dövlət aktında Ərizəçi1 soyadı səhvən “Zəkəriyəyev”, ata adı səhvən “Muxtar” kimi, ərizəçi X1 səhvən “Zəkəriyəyev” kimi və Ərizəçi3 soyadı səhvən “Zəkəriyəyev” kimi göstərilmişdir. Beləliklə, şəxsiyyət vəsiqələrində, doğum və nikah haqqında (nikaha daxil olandan sonra) şəhadətnamələrdə və digər sənədlərdə ad, soyad və ata adları Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və X9 qeyd edilmişdir. Hazırda ailə üzvlərinin mülkiyyətinə verilmiş torpaq sahələrinə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən Çıxarış almaq istəyirlər. Şəhadətnamədə və dövlət aktında səhvlər olduğundan bu mümkün deyildir. Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməni və torpağa mülkiyyət hüququna dair dövlət aktını verən orqan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi isə ləğv edildiyindən, şəhadətnamədəki və dövlət aktında yanlışlığı aradan qaldıra bilmirlər. Həmçinin Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin səlahiyyətləri Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə keçdiyindən Ərizəçi3 aidiyyatı üzrə xidmətin 9 saylı Qəbələ Ərazi İdarəsinə ərizə ilə torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə və torpağa mülkiyyət hüququna dair dövlət aktında yanlışlıqların aradan qaldırılmasını xahiş etmiş, müvafiq 13 aprel 2022-ci il tarixli, **********03 saylı məktubu ilə yanlışlıqlara düzəlişlərin həyata keçirilməsi onların səlahiyyətlərinə aid olmadığından məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Onlar uzun illər buna əhəmiyyət verməmişlər, lakin torpağın sənədlərini hazırlayıb daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almaq istəyərkən bu anlaşılmazlıqla rastlaşmışlar. Yol verilmiş yalnışlığı onlar başqa cür aradan qaldırmaq iqtidarında deyillər, ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bundan əlavə Qəbələ rayonu İcra Hakimiyyəti başçısının 23 sentyabr 2022-ci il tarixli, 161 nömrəli Sərəncamı ilə X19 üzərində atası Ərizəçi1 qəyyum təyin edilmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında ərizəçilər Ərizəçi1 (eyni zamanda X12 qəyyumu), Ərizəçi2 və Ərizəçi3 ərizədə göstərilənlərə uyğun izahat verib, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ona görə də məhkəmə işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçilər Ərizəçi1 (eyni zamanda X12 qəyyumu), Ərizəçi2 və Ərizəçi3 dinləyib hesab edir ki, ərizə təmin olunmalıdır. Mülki işdə olan sənədlər: İşdə olan JN – 037F nömrəli (kod: ********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-in 20 dekabr 1999-cu il tarixli 20 nömrəli qərarına əsasən X3, X4, Ərizəçi3 və X13 birgə mülkiyyətinə JN – 037F nömrəli (kod: ********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamə ilə 0,54 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan JN – 223 nömrəli (kod: ********) «Torpağa mülkiyyət hüququna dair» dövlət aktından görünür ki, Qəbələ rayon AİK-in 25 iyun 1998-ci il tarixli 11 nömrəli qərarına əsasən X5, X7, X6 və X8 birgə mülkiyyətinə JN – 223 nömrəli (kod: ********) «Torpağa mülkiyyət hüququna dair» dövlət aktı ilə 0,40 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan 03 sentyabr 1957-ci il tarixli, İ-ИЕ seriyalı, 469770 nömrəli “Doğum haqqında şəhadətnamə”nin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi2 ad, soyad və ata adı “X17” kimi qeyd edilmişdir. İşdə olan 08 noyabr 1990-ci il tarixli, XV-ЖГ seriyalı, 396354 nömrəli “Doğum haqqında şəhadətnamə”nin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi3 ad, soyad və ata adı “Ərizəçi3” kimi qeyd edilmişdir. İşdə olan 19 may 1993-cü il tarixli, İİİ-ЖГ seriyalı, 305994 nömrəli “Doğum haqqında şəhadətnamə”nin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ərizəçi X12 ad, soyad və ata adı “X19” kimi qeyd edilmişdir. İşdə olan 27 may 2015-ci il tarixli, AZ-İ seriyalı, 998195 nömrəli “Nikah haqqında şəhadətnamə”nin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi3 ad, soyad və ata adı “Ərizəçi3” kimi qeyd edilmişdir. İşdə olan 29 yanvar 1987-ci il tarixli, İV-ЖГ seriyalı, 351010 nömrəli “Nikah haqqında şəhadətnamə”nin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi1 ad, soyad və ata adı “Ərizəçi1” kimi, Ərizəçi2 nikaha daxil olduqdan sonra ad, soyad və ata adı “Ərizəçi2” kimi qeyd edilmişdir. Ərizəçilərin işdə olan şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, onların soyad, ad və ata adları aşağıdakı kimi qeyd olunmuşdur: Ərizəçi1, X19, Ərizəçi2 və Ərizəçi3. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin 13 aprel 2022-ci il tarixli **********03 nömrəli məktubundan görünür ki, JN – 223 nömrəli (kod: ********) «Torpağa mülkiyyət hüququna dair» dövlət aktında mülkiyyətçilərin ad və soyadında hər hansı dəyişiklik edilməsi həmin orqanın səlahiyyətinə aid deyil və həmin məsələ ilə bağlı məhkəməyə müaciət olunması tövsiyyə olunmuşdur. İşdə olan Qəbələ rayon İHB-nın Yemişanlı kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 12 aprel 2022-ci il tarixli, 112 nömrəli arayışda göstərilmişdir ki, Qəbələ rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 25 iyun 11 nömrəli qərarı ilə verilmiş JN-223 KOD 40615048 Torpağa mülkiyyət hüququna dair dövlət aktında texniki səhv olaraq Ərizəçi1 Muxtar oğlu əvəzinə X10, Ərizəçi3 əvəzinə X11, X19 əvəzinə X2 düşmüşdür. İşdə olan Qəbələ rayon İHB-nın Yemişanlı kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 12 aprel 2022-ci il tarixli, 113 nömrəli arayışda görünür ki, Ərizəçi1 Qəbələ rayonu Yemişanlı kənd sakinidir və hal-hazırda həmin kənddə yaşayır. İşdə olan Qəbələ Rayonu İcra Hakimiyyəti başçısının 23 sentyabr 2022-ci il tarixli, 161 nömrəli Sərəncamından görünür ki, Qəbələ rayonu Yemişanlı kənd sakini 26 aprel 1993-cü il təvəllüdlü X19 atası Qəbələ rayonu Yemişanlı kənd sakini xx xxxxxx 1962-ci il təvəllüdlü Ərizəçi1 qəyyumluğuna verilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmələr şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, soyadı və ya adı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nın 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, Qəbələ rayon AİKin 20 dekabr 1999-cu il tarixli 20 nömrəli qərarına əsasən X3, X4, Ərizəçi3 və X13 adına verilmiş JN – 037F nömrəli (kod: ********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə Ərizəçi1 soyadı səhvən “Zəkəriyyəyev”, ata adı səhvən “Muxtar” kimi, Ərizəçi2 soyadı səhvən “Zəkəriyyəyeva” kimi, ərizəçi X1 səhvən “Muxtarov” kimi qeyd olunmuşdur. Həmçinin Qəbələ rayon AİK-in 25 iyun 1998-ci il tarixli 11 nömrəli qərarına əsasən X5, X7, X6 və X8 adına verilmiş JN – 223 nömrəli (kod: ********) «Torpağa mülkiyyət hüququna dair» dövlət aktında Ərizəçi1 soyadı səhvən “Zəkəriyəyev”, ata adı səhvən “Muxtar” kimi, ərizəçi X1 səhvən “Zəkəriyəyev” kimi və Ərizəçi3 soyadı səhvən “Zəkəriyəyev” kimi qeyd olunmuşdur. Qeyd olunan şəhadətnamədə və dövlət aktında yalnışlıq aradan qaldırılmadan ərizəçilər həmin şəhadətnamə və dövlət aktı üzrə mülkiyyət hüquqlarını həyata keçirə bilməzlər. Göstərilən səhvlərin düzəldilməsi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə müraciət edilmiş, hüquqmüəyyənedici sənədlərdə ad və soyadların dəyişdirilərək qeydiyyata alınmasının Ərazi İdarəsinin səlahiyyətlərinə aid olmadığı bildirilmiş və məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Həmin yanlışlıqların başqa qaydada aradan qaldırılması isə mümkün deyildir. Ona görə də məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: Ərizə təmin edilsin. Qəbələ rayon AİK-in 20 dekabr 1999-cu il tarixli 20 nömrəli qərarına əsasən X3, X4, Ərizəçi3 və X13 adına verilmiş JN – 037F nömrəli (kod: ********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin Ərizəçi1, Ərizəçi2 və X15 aid hissədə Ərizəçi1, Ərizəçi2 və X15, Qəbələ rayon AİK-in 25 iyun 1998-ci il tarixli 11 nömrəli qərarına əsasən X5, X7, X6 və X8 adına verilmiş JN – 223 nömrəli (kod: ********) «Torpağa mülkiyyət hüququna dair» dövlət aktının Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və X15 məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar