Məhkəmə qərarları › İş №2(025)-1583/2021

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1583/2021

24.11.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1583/2021 24.11.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi, ərizəçinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi hüquq əhəmiyyətli faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, 20 may 2006-cı il tarixli JN-57A KOD 40503018 saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamənin həmin Şəhadətnamədə qeyd edilən X10 münasibətdə ona aid olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi və vəkili Vəkil ərizəni müdafiə edib göstərdi ki, 5 (beş) nəfərdən ibarət ailəyə 20 may 2006-cı il tarixli JN-57A KOD 40503018 saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamə əsasında 0.18 hektar torpaq sahəsi verilmişdir. Həmin Şəhadətnamədə texniki səhv olaraq onun və ailə üzvlərindən bir neçəsinin adlan səhv yazılmışdır. Belə ki, JN-57A saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamədə Ərizəçi adı X5, anası X3 adı X2, bacısı X8 adı X4 yazılmışdır. Bundan başqa bacıları X14, X16 və X1 JN-57A saylı Şəhadətnamədə əvvəlki soyadları olan Alxasova kimi yazılmış, 20 may 2006-cı il tarixli JN-57A KOD 40503018 saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamə tərtib olunduqdan sonra isə onların nikahları bağlanmış və ərlərinin soyadını götürmüşlər. Eyni zamanda Ərizəçi soyadı da əvvəlki sovadı olan Alxasova kimi yazılmış, 20 may 2006-cı il tarixli JN-57A KOD 40503018 saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamə tərtib olunduqdan sonra isə ailə quraraq Qəbələ rayonuna köçmüşdür. Nikah bağlandıqdan sonra ərinin soyadı olan Nəbiyeva soyadını götürmüş və Qəbələ rayon Kötüklü kəndində qeydiyyata düşmüşdür. Onların JN-57A saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamədə adları olan ailə üzvlərindən dörd nəfəri anası X19 qızı və bacıları X14, X16 və X6 rayonununda qeydiyyatda olduqları üçün eyni ərizə ilə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinin tələbinə görə Oğuz Rayon Məhkəməsinə müraciət etmişlər. Bu yaxınlarda onlar həmin 0.18 ha torpaq sahəsinin Daşınmaz əmlakın. Dövlət reyestrində qeydiyyata alınaraq adına çıxarış verilməsini Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət :eyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsindən xahiş etmişlər. İdarədən onlara verilmiş 20.08.2021-ci il tarixli **********61 nömrəli məktubda 2.18 ha həyətyanı torpaq sahəsinə hazırlanmış Şəhadətnamədə ad və soyadların dəyişdirilərək qeydiyyata alınmasının onların səlahiyyətində olmadığı bildirilmiş və məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Qeyd edilənlərə əsasən aidiyyəti üzrə Qəbələ Rayon Məhkəməsinə müraciət etmək qərarına gəlmişlər. Odur ki, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına nümayəndəsini göndərməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçini dinləyib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işdə olan JN-057A saylı, KOD 40503018 kodlu «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-in 11 may 2000-ci il tarixli, 96 nömrəli qərarına əsasən, X7, X13, X17, X22 və X9 ümumi birgə mülkiyyətinə 0.18 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan Oğuz rayonu Bucaq kənd sovet tərəfindən 02 aprel 1977-ci il tarixdə verilmiş V- JQ № 282906 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X18 xx xxxxxxxx 1977-ci il tarixdə Oğuz rayonu Bucaq kəndində anadan olmuşdur. Doğum haqqında şəhadətnamədə ərizəçinin adı “Elnurə” olaraq qeyd edilmişdir. İşdə olan Qəbələ rayon Mıxlıqovaq kənd Ərazi Nümayəndəliyi tərəfindən 25 dekabr 2003cü il tarixdə verilmiş AZ-İ № 091301 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Nəbiyeva (Alxasova) Elnurə Eldar qızı 25 dekabr 2003-cü il tarixdə X23 ilə nikah bağlamış, nikah bağlandıqdan sonra ərə Nəbiyev, arvada Nəbiyeva soyadı verilmişdir. Nikah haqqında şəhadətnamədə ərizəçinin adı “Elnurə” olaraq qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş Qəbələ RPŞ tərəfindən 22.08.2013-cü il tarixdə verilmiş AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi adı şəxsiyyəti təsdiq edən sənəddə “Elnurə” olaraq qeyd edilmişdir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmələr şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, soyadı və ya adı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nın 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, ölkədə aparılan torpaq islahatı zamanı ərizəçi və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətinə 0,18 ha həyətyanı torpaq sahəsinin verilməsini təsdiq edən JN-057A saylı, KOD 40503018 kodlu «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnaməsində yalnışlığa yol verilərək, “X18” əvəzinə “X15” kimi səhv olaraq göstərilmişdir. Həmin yanlışlığın başqa qaydada aradan qaldırılması mümkün deyildir. Ona görə də məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət e t d i: Ərizə təmin edilsin. JN-057A (Kod:********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamənin Ərizəçi aid olan hissədə məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar