Məhkəmə qərarları › İş №2(025)-1584/2021

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1584/2021

14.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1584/2021 14.10.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Ərizəçi1 (eyni zamanda ərizəçilər Ərizəçi2, Ərizəçi3, Ərizəçi4 və Ərizəçi5 etibarnamə üzrə nümayəndəsi) iştirakı ilə Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4 və Ərizəçi5 maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə qarşı “sənədin məxsus olması faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4 və Ərizəçi5 məhkəməyə ərizə ilə müraciət edərək, Qəbələ rayon Aqrar İslahat Komissiyasının 05 fevral 1999-cu il tarixli, 03 nömrəli qərarına əsasən X15, X3, X11, X8 və X16 adına verilmiş JN-0075 (Kod ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının, JN-075F (Kod ********) nömrəli, JN- 075G (Kod ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamələrin onlara, yəni Ərizəçi1, Ərizəçi2, X6, X5 və X12 məxsus olması hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Ərizəçilər ərizəni onunla əsaslandırmışlar ki, ölkədə aparılan torpaq islahatı zamanı Qəbələ rayon AİK-in 05 fevral 1999-cu il tarixli 03 nömrəli qərarına əsasən onların istifadələrində olan və Qəbələ rayonu Nic qəsəbəsində yerləşən 2,09 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi əvəzsiz olaraq onların mülkiyyətlərinə verilib, lakin mülkiyyət hüququnu təsdiq edən JN-0075 (kod:********) nömrəli «Torpağa mülkiyyət hüququna dair» X25 Yusif Fərzalı oğlunun səhvən soyadı “Mirzəfərov”, ata adı “Fərzəli”, Ərizəçi2 səhvən soyadı “Mirzəfərova”, ata adı “Əhmədiyyə”, Əliyeva (Müzəffərova) İntizar Yusif qızının səhvən soyadı “Mirzəfərova”, Çələbiyeva (Müzəffərova) Fəxriyyə Yusif qızının səhvən soyadı “Mirzəfərova”, X1 soyadı “Mirzəfərova”, adı “Aygün” kimi qeyd olunub. Həmçinin, Qəbələ rayon AİK-in 05 fevral 1999-cu il tarixli 03 nömrəli qərarına əsasən onların istifadələrində olan və Qəbələ rayonu Nic qəsəbəsində yerləşən 0,66 ha həyətyanı torpaq sahəsi əvəzsiz olaraq onların mülkiyyətlərinə verilib, lakin mülkiyyət hüququnu təsdiq edən JN-075F (kod:********) nömrəli «Torpağa mülkiyyət hüququna dair» X25 Yusif Fərzalı oğlunun səhvən soyadı “Mirzəfərov”, ata adı “Fərzəli”, Ərizəçi2 səhvən soyadı “Mirzəfərova”, ata adı “Əhmədiyyə”, Əliyeva (Müzəffərova) İntizar Yusif qızının səhvən soyadı “Mirzəfərova”, Çələbiyeva (Müzəffərova) Fəxriyyə Yusif qızının səhvən soyadı “Mirzəfərova”, X1 soyadı “Mirzəfərova”, adı “Aygün” kimi qeyd olunub. Həmçinin, Qəbələ rayon AİK-in 05 fevral 1999-cu il tarixli 03 nömrəli qərarına əsasən onların istifadələrində olan və Qəbələ rayonu Nic qəsəbəsində yerləşən 0,66 ha həyətyanı torpaq sahəsi əvəzsiz olaraq onların mülkiyyətlərinə verilib, lakin mülkiyyət hüququnu təsdiq edən JN-075G (kod:********) nömrəli «Torpağa mülkiyyət hüququna dair» X25 Yusif Fərzalı oğlunun səhvən soyadı “Mirzəfərov”, ata adı “Fərzəli”, Ərizəçi2 səhvən soyadı “Mirzəfərova”, ata adı “Əhmədiyyə”, Əliyeva (Müzəffərova) İntizar Yusif qızının səhvən soyadı “Mirzəfərova”, Çələbiyeva (Müzəffərova) Fəxriyyə Yusif qızının səhvən soyadı “Mirzəfərova”, X1 soyadı “Mirzəfərova”, adı “Aygün” kimi qeyd olunub. Nə onlar, nə də ailə üzvlərinin heç biri uzun illər buna əhəmiyyət verməmişlər, lakin torpağın sənədlərini hazırlayıb Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış almaq istəyərkən bu anlaşılmazlıqla rastlaşmışlar. Bununla bağlı Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə müraciət edilsə də, həmin idarə tərəfindən ünvanlanmış 12 avqust 2021-ci il tarixli, **********51 nömrəli məktubda göstərilmişdir ki, torpaq sahəsinə dair hüquq müəyyən edici sənədlərdə ad və soyadların dəyişdirilərək qeydiyyata alınması Ərazi İdarəsinin səlahəiyyətində deyil və bununla bağlı məhkəməyə müraciət etməli olunması tövsiyyə olunmuşdur. Şəxsiyyətlərini təsdiq edən şəxsiyyət vəsiqələrində, “doğum haqqında şəhadətnamə”lərdə, “Nikah haqqında şəhadətnamə”də soyadları, adları və ata adları düzgün qeyd edilmişdir. Məhkəmə iclasında Ərizəçi1 (eyni zamanda ərizəçilər Ərizəçi2, Ərizəçi3, Ərizəçi4 və Ərizəçi5 etibarnamə üzrə nümayəndəsi) ərizədə göstərilənlərə uyğun izahat verib, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş maraqlı şəxs Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ona görə də məhkəmə işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, Ərizəçi1 (eyni zamanda ərizəçilər Ərizəçi2, Ərizəçi3, Ərizəçi4 və Ərizəçi5 etibarnamə üzrə nümayəndəsi) dinləyib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarında olan JN-075F (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-in 05 fevral 1999-cu il tarixli, 03 saylı qərarına əsasən X15, X3, X11, X8 və X16 birgə mülkiyyətinə JN-075F (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamə ilə 0,66 ha həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarında olan JN-075G (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-in 05 fevral 1999-cu il tarixli, 03 saylı qərarına əsasən X15, X3, X11, X8 və X16 birgə mülkiyyətinə JN-075G (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamə ilə 0,09 ha həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarında olan JN-0075 (Kod: ********) nömrəli «Torpağa mülkiyyətə hüququna dair» dövlət aktından görünür ki, Qəbələ rayon AİK-in 05 fevral 1999-cu il tarixli, 03 saylı qərarına əsasən X15, X3, X11, X8 və X16 birgə mülkiyyətinə JN-0075 (Kod: ********) nömrəli «Torpağa mülkiyyət hüququna dair» dövlət aktı ilə 2,09 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan «Doğum haqqında» şəhadətnamələrin təsdiq olunmuş surətlərindən görünür ki, ərizəçilərin soyad, ad və ata adları aşağıdakı kimi qeyd olunmuşdur: Ərizəçi1, Ərizəçi2, X13, X10 və X17. Ərizəçilərin işdə olan şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, onların soyad, ad və ata adları aşağıdakı kimi qeyd olunmuşdur: Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4 və Ərizəçi5. İşdə olan «Nikah haqqında» şəhadətnamələrin təsdiq olunmuş surətindən görünür ki, ərizəçilərin soyad, ad və ata adları nikahda daxil olmamışdan əvvəl aşağıdakı kimi qeyd olunmuşdur: Ərizəçi1, X13, X10 və Müzəffərova a Aygül Yusif qızı. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin 12 avqust 2021-ci il tarixli **********51 nömrəli məktubundan görünür ki, JN-075G, JN-075F nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamələrdə, JN-0075 nömrəli «Torpağa mülkiyyət hüququna dair» dövlət aktında mülkiyyətçilərin ad və soyadında hər hansı dəyişiklik edilməsi həmin orqanın səlahiyyətinə aid deyil və həmin məsələ ilə bağlı məhkəməyə müaciət olunması tövsiyyə olunmuşdur. İş materiallarında olan Qəbələ rayon İHB-nın Nic qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 13 sentyabr 2021-ci il tarixli, 789 nömrəli arayışda göstərilmişdir ki, xx.xx.1958-ci il təvəllüdlü Ərizəçi1 Qəbələ rayonu Nic qəsəbəsində qeydiyyatdadır və 1996-cı illərdə “Torpaq islahatı” vaxtı ailə tərkibi arvadı Ərizəçi2, qızları Əliyeva (Müzəffərova) İntizar Yusif qızı, Məcidova (Müzəffərova) Aygül Yusif qızı və Çələbiyeva (Müzəffərova) Fəxriyyə Yusif qızından ibarətdir. JN-075F KOD 40600068, JN-075G KOD 40600068 şəhadətnamələrdə və JN-0075 KOD 40600068 torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə ad, soyad və ata adları texniki səhv olaraq MirzəfərovYusif Fərzalı oğlu, X3, X11, X7 və X4 yazılmışdır. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmələr şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, soyadı və ya adı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nın 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, Qəbələ rayon AİKnın 05 fevral 1999-cu il tarixli, 03 saylı qərarlarına əsasən X15, X3, X11, X8 və X16 birgə mülkiyyətlərinə verilmiş JN-075F və JN-075G nömrəli (kod:********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamələrdə və JN-0075 nömrəli (kod: ********) «Torpağa mülkiyyət hüququna dair» dövlət aktında ərizəçilər Ərizəçi1 Fərzalı oğlunun soyadı səhvən “Mirzəfərov”, ata adı səhvən “Fərzəli”, Ərizəçi2 soyadı səhvən “Mirzəfərova”, ata adı səhvən “Əhmədiyyə”, Əliyeva (Müzəffərova) İntizar Yusif qızının soyadı səhvən “Mirzəfərova”, Çələbiyeva (Müzəffərova) Fəxriyyə Yusif qızının soyadı səhvən “Mirzəfərova”, X2 səhvən “Mirzəfərova”, adı səhvən “Aygün” kimi qeyd olunmuşdur. Qeyd olunan şəhadətnamələrdə və dövlət aktında yalnışlıqlar aradan qaldırılmadan ərizəçilər həmin şəhadətnamələr və dövlət aktı üzrə mülkiyyət hüquqlarını həyata keçirə bilməzlər. Həmin yanlışlıqların başqa qaydada aradan qaldırılması isə mümkün deyildir. Ona görə də məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Həmçinin məhkəmə, Ərizəçi3 soyadının əvvəlcə Müzəffərova, nikaha daxil olduğdan sonra Əliyeva, Ərizəçi4 soyadının əvvəlcə Müzəffərova, nikaha daxil olduqdan sonra Çələbiyeva, Ərizəçi5 soyadının əvvəlcə Müzəffərova, nikaha daxil olduqdan sonra Məcidova olduğundan, bu məsələyə də məhkəmə münasibət bildirərək onların soyadlarının Əliyeva (Müzəffərova), Çələbiyeva (Müzəffərova) və Məcidova (Müzəffərova) kimi qeyd olunmasını məqsədəmüvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: Ərizə təmin edilsin. Qəbələ rayon AİK-nın 05 fevral 1999-cu il tarixli, 03 saylı qərarlarına əsasən X15, X3, X11, X8 və X16 birgə mülkiyyətlərinə verilmiş JN-075F və JN-075G nömrəli (kod:********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamələrin və JN-0075 nömrəli (kod: ********) «Torpağa mülkiyyət hüququna dair» dövlət aktının Ərizəçi1, Ərizəçi2, Əliyeva (Müzəffərova) İntizar Yusif qızı, Çələbiyeva (Müzəffərova) Fəxriyyə Yusif qızı və Məcidova (Müzəffərova) Aygül Yusif qızına aid hissədə Ərizəçi1, Ərizəçi2, Əliyeva (Müzəffərova) İntizar Yusif qızı, Çələbiyeva (Müzəffərova) Fəxriyyə Yusif qızı və Məcidova (Müzəffərova) Aygül Yusif qızına məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar