Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1614/2021 27.10.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, İddiaçı2 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 cavabdehlər "xxxx" MMC-yə, Əmlak Məsələləri Dövlət Komitəsini Yaninda Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 Saylı Qəbələ Ərazi İdarəsinə və Cavabdeh2nə qarşı “alqı-satqı müqavilələrinin və çıxarışlarının etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 cavabdehlər "xxxx" MMC-yə, Əmlak Məsələləri Dövlət Komitəsini Yaninda Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 Saylı Qəbələ Ərazi İdarəsinə və Cavabdeh2nə qarşı “alqı-satqı müqavilələrinin və çıxarışlarının etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qəbələ rayon Dövlət Notariat Kontorunda bağlanılmış 09 noyabr 2007-ci il tarixli, 4Ə-570 nömrəli və 11 sentyabr 2008-ci il tarixli, 4Ə-402 nömrəli daşınmaz əmlakın alqı-satqısı müqavilələrinin və onların əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyajı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Cavabdeh3nin adma 05.12.2015-ci il tarixdə verilmiş reyestr nömrəsi **********66 olan(q/n-**********) çıxarış və reyestr nömrəsi **********66 olan (q/n-**********) çıxarış və 03.02.2015-ci il tarixdə verilmiş reyestr nömrəsi **********19 olan (q/n-**********) çıxarışların etibarsız hesab olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia ərizəsi onunla əsaslandırmışdır ki, Qəbələ rayonu Aqrar İslahat Komissiyasının 25 iyun 1998-ci il tarixli 11 saylı qərarları ilə onlara yəni-İddiaçı1 qızma, X19, X15, X16ma və X20 Qəbələ rayonu, Qəmərvan kənd ərazisindən 0.08 ha həyətyanı torpaq sahəsinə görə JN-171G nömrəli, kod 40600058 olan Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə və Qəbələ rayonu ərazisindən 2.06 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə görə JN-0011 nömrəli, kod 40600058 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı verilmişdir. Şəhadətnamədə sonradan məlum olmuşdur ki, onların yəni X11, X7 və X6 ata adları səhvən “Mövsüm” kimi səhvən yazılmışdır. Mövsüm isə onların babasının adı olmuşdur. Lakin şəxsiyyət vəsiqələrində, doğum və nikah şəhadətnamələrində və digər sənədlərdə Qəribova (Bədəlova) Vəfa Nurəddin qızı, Qəribova (Daşdiyeva) Aygül Nurəddin qızı və Qəribova (Abdukərimova) Şəfiqə Nurəddin qızı kimi qeyd edilmişdir. O - X19 08.08.2008-ci il tarixində X31 ilə nikaha daxil olaraq “Bədəlova” soyadını, o - X15 22.11.2011-ci il tarixində X32 ilə nikaha daxil olaraq “Daşdiyeva” soyadını, o - X13 11.09.2017ci il tarixində X8 ilə nikaha daxil olaraq “Abdukərimova” soyadını qəbul etmişlər. X25 18.06.2011-ci il tarixində kardiogen xor xəstəliyindən vəfat etmişdir. O -İddiaçı1 və digər iddiaçılar övladları İddiaçı2, X14 və İddiaçı4 torpaq islahatı zamanı Qəbələ rayonu, Qəmərvan kəndində qeydiyyatda olmağına baxmayaraq faktiki olaraq Göyçay rayonunda yaşamış və onlara məxsus torpaq sahələrinə əvvəl qaynatası, uşaqlarının babası X25 baxmış, o vəfat edəndən sonra isə qaynı baxararaq qulluq göstərmişdir və hal-hazırda da onun istifadəsindədir. Bir müddət əvvəl torpaq sahələrimizə reyestr xidmətindən çıxarış almaq istəsələr də məlum olmuşdur ki, həmin torpaq sahələri artıq onların adında mövcud deyildir. Ona görə də bu məsələni araşdırmaqdan ötrü reyestr xidmətinə və notariat ofisinə sorğu verilmiş və məlum olmuşdur ki, 09 noyabr 2007-ci il tarixində Qəbələ rayon Notariat Kontorunda (notarius Elxan Alxasov) 4Ə-570 saylı alqı-satqısı müqaviləsinə əsasən onlara yəni-İddiaçı1, X19, X15, X9 va X20 Qəbələ rayonu ərazisindən verilmiş 2.06 ha (1.625273 ha 0.438261 ha) kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 824 (səkkiz yüz iyirmi dörd) manata Cavabdeh3 MMC-nin səlahiyyətli nümayəndəsi X1. Həmçinin, 11 sentyabr 2008- ci il tarixində Qəbələ rayon Notariat Kontorunda(notarius Elxan Alxasov) 4Ə-402 saylı alqı-satqısı müqaviləsinə əsasən onlara yəni-İddiaçı1 qızma, X19, X15, X10 və X20 Qəbələ rayonu, Qəmərvan kənd ərazisindən 0.08 ha həyətyanı torpaq sahəsi 1000 (bir min) manata Cavabdeh3 MMC-nin səlahiyyətli nümayəndəsi X1. Sonradan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 09 noyabr 2007-ci il tarixli, 4Ə-570 saylı alqı-satqısı müqaviləsi əsasında Cavabdeh3-nin adma 05.12.2015-ci il tarixdə reyestr nömrəsi **********66 olan (q/n-**********) çıxarış və reyestr nömrəsi **********66 olan (q/n-**********) çıxarış və 11 sentyabr 2008-ci il tarixli, 4Ə-402 saylı alqı-satqısı müqaviləsi əsasında Cavabdeh3-nin adına 03.02.2015-ci il tarixdə, reyestr nömrəsi **********19 olan (q/n- **********) çıxarış əldə olunmuşdur. Onlara verilmiş Qəbələ rayonu, Qəmərvan kənd ərazisindən 0.08 ha həyətyanı torpaq sahəsini və Qəbələ rayonu ərazisindən 2.06 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini başqa rayonda yaşadıqlarından baxmaq, əkib-becərmək imkanı olmamışdır, lakin torpaq sahələrinə yaxın qohumları baxdığından arxayın olmuşlar və sonradan torpaq sahələrinin satılmasından xəbərləri olmamış, xəbərləri olsaydı, heç vaxt razı olmazdılar. Hətta onların alqı-satqı müqaləsi bağlayaraq torpaq sahələrini satmağı da inandırıcı deyildir, belə olmuş olsaydı torpaq sahələri onların razılığı və iştirakı ilə alqısatqı oluna bilərdi. Ona görə də pozulmuş mülkiyyət hüquqlarının bərpa olunması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasında iştirak edən İddiaçı2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələblərinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh3 MMC-nə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin, nümayəndəsi X26 məhkəməyə elektron qaydada ərizə göndərərək məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq işə Cavabdeh3 MMC-nin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Cavabdeh3 MMC-nin nümayəndəsi eyni zamanda məhkəmə elektron qaydada ərizə göndərərək göstərmişdir ki, İddiaçı alqı-satqı müqaviləsinə əsasən vətəndaş ona çatası pulu faktiki olaraq almış və torpaq sahəsini Cavabdeh3 MMC-yə təhvil vermişdir. Bu torpoq sahəsi artıq 15 ilə yaxındır ki, Cavabdeh3 MMC-nin mülkiyyətində və faktiki istifadəsindədir. Alqı-satqı müqaviləsi 09.11.2007-ci il və 11.09.2008-ci il tarixilərində bağlanmışdır. Eyni zanmanda müqavilə tərəflər tərəfindən müvafiq qaydada imzalanmışdir. Alqı-satqı müqaviləsinə əsasən vətəndaş ona çatası pulu faktiki olaraq almış və torpaq sahəsini Cavabdeh3 MMC-yə təhvil vermişdir. Bu torpaq sahəsi artıq 15 ilə yaxındır ki, Cavabdeh3 MMG-nin mülkiyyətində və faktiki istifadəsindədir. İşin hallarından da məlumdur ki, iddiaçı tərəf ümumiyyətlə, torpaq sahəsi barədə məlumatsızdır. Onu heç vaxt istifadə etməyib. Çünki söhbət hər hansı mücərrəd hüquqdan deyil, hər il əkilməli və becərilməli olan torpaq sahəsindən gedir. Demək ki, vətəndaş 2008, 2009, 2010 və sair illərdə satmadığını iddia etdiyi torpaq sahəsinə yaxınlaşmalı idi. Bu zaman hər hansı əngəllə qarşılaşdığı zaman müvafiq dövlət orqanlarına müraciət etməli idi. Belə bir hal heç vaxt baş verməyib. Vətəndaş torpaq sahəsini satdığını bilib və bu müddət ərzində müraciət etməməklə subyektiv halı qəbul edib. Eyni zamanda bu illər ərzində müqaviləni bəyəndiyi bildirib. Mülki Məcəllənin müvafiq maddəsinə uyğun olaraq iddia müddətinin tətbiq etməklə, iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışında cavabdeh Qəbələ regional "Asan xidmət" Mərkəzində Notariat ofisinin nümayəndəsi iştirak etməmiş, məhkəməyə 12.10.2021-ci il tarixli, 1878 №-li məktub ünvanlayaraq Qəbələ regional "Asan xidmət" Mərkəzində Notariat ofisinin nümayəndəsi olmadan işə baxılmasını xahiş etmişdir. Cavabdeh Əmlak Məsələləri təlvöḊ Komı̇ təsı̇ nin Yanında Daşinmaz Əmlakın Dövlət Reyestri niṅ ıtəmḋ ıẊ 9 Saylı Qəbələ Ərazı̇ İdarəsinə̇ məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, bu barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdeh Qəbələ regional "Asan xidmət" Mərkəzində Notariat ofisinin və cavabdeh Əmlak Məsələləri təlvöḊ Komı̇ təsı̇ nin Yanında Daşinmaz Əmlakın Dövlət Reyestri niṅ ıtəmḋ ıẊ 9 Saylı Qəbələ Ərazı̇ İdarəsinin nümayəndələrinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə işdə iştirak edən iddiaçının izahatını dinləyərək, onun izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, iş materiallarında olan JN-171G, kod 40600058 saylı «Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə»nın təsdiq olunmuş surətindən görünür ki, Qəbələ rayonu Aqrar İslahat Komissiyasının 25 iyun 1998-ci il tarixli, 11 saylı qərarı ilə Qəbələ rayonu Qəmərvan kəndində X17, İddiaçı1, X11, X7, X6 paylı mülkiyyətinə 0.08 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan JN-0011, kod 40600058 saylı «Torpağa mülkiyyət hüququna dair dövlət aktı»nın təsdiq olunmuş surətindən görünür ki, Qəbələ rayonu Aqrar İslahat Komissiyasının 25 iyun 1998-ci il tarixli, 11 saylı qərarı ilə Qəbələ rayonu Qəmərvan kəndində X17, İddiaçı1, X11, X7, X6 paylı mülkiyyətinə 2.06 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan 11 sentyabr 2008-ci il tarixdə 4Ə-402 reystr nömrəsi ilə qeydə alınmış və Qəbələ rayon dövlət notariat kontorunun dövlət notariusu E.S.Alxasov tərəfindən təsdiq edilmiş «Daşınmaz əmlakın alqı-satqı müqaviləsi»nin surətindən görünür ki, X5 rayonu Qəmərvan kəndində yerləşən JN-171G, kod 40600058 saylı «Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında verilmiş Qanıx-Türyançay zonasına aid 0.07991 hektar torpaq sahəsini Cavabdeh3 MMC-yə 1000 (bir min) manata satmışdır. İş materiallarında olan 09 noyabr 2007-ci il tarixdə 4Ə-570 reystr nömrəsi ilə qeydə alınmış və Qəbələ rayon dövlət notariat kontorunun dövlət notariusu E.S.Alxasov tərəfindən təsdiq edilmiş «Daşınmaz əmlakın alqı-satqı müqaviləsi»nin surətindən görünür ki, X25, İddiaçı1, X19 və X2 rayonu Qəmərvan kəndində yerləşən JN-0011, kod 40600058 saylı «Torpağa mülkiyyət hüququna dair dövlət aktı əsasında verilmiş Qanıx-Türyançay zonasına aid 1.625273 ha 0.438261 ha torpaq sahəsini Cavabdeh3 MMC-yə 824 (səkkiz yüz iyirmi dörd) manata satmışdır. İş materiallarında olan Qəbələ Rayon Dövlət Notariat Kontoruna Qəbələ rayon Qəmərvan kəndində yaşayan İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 tərəfindən yazılmış və Qəbələ rayon İcra Hakimiyyəti Qəmərvan kənd İnzibati Ərazi Vahidi üzrə nümayəndəliyinin möhürü ilə təsdiq edilmiş ərizələrin surətindən görünür ki, sonuncular ailələrinə məxsus olan 2.06 hektar torpaq sahəsinin satılmasına etiraz etməmişlər. İş materiallarında olan Qəbələ rayon Qəmərvan kənd İ.Ə.N tərəfindən 20 iyun 2011-ci il tarixdə verilmiş AZ-İ 465122 nömrəli “Ölüm haqqında” şəhadətnamənin surətindən görünür ki, X25 08 iyun 2011-ci il tarixdə Göyçay şəhərində vəfat etmişdir. İş materiallarında olan Qəbələ rayon Qəmərvan kənd soveti tərəfindən 05 oktyabr 1987-ci il tarixdə verilmiş Xİİ-JQ 48026 nömrəli “Doğum haqqında” Şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X19 29 avqust 1987-ci il tarixdə Qəbələ rayonu Qəmərvan kəndində anadan olmuşdur. X4, anası İddiaçı1dır. İş materiallarında olan Göyçay rayon Qeydiyyat şöbəsi tərəfindən 08 avqust 2008-ci il tarixdə verilmiş AZ-İ 389194 nömrəli “Nikah haqqında” Şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X19 ilə X21 08 avqust 2008-ci ildə nikahları bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 234 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Bədəlov, arvada Bədəlova soyadı verilmişdir. İş materiallarında olan Qəbələ rayon Qəmərvan kənd soveti tərəfindən 25 iyun 1989-cu il tarixdə verilmiş XİV-JQ 420910 nömrəli “Doğum haqqında” Şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X15 xx xxxx 1989-cu il tarixdə Qəbələ rayonu Qəmərvan kəndində anadan olmuşdur. X4, anası İddiaçı1dır. İş materiallarında olan olan Göyçay rayon Qeydiyyat şöbəsi tərəfindən 11 sentyabr 2020-ci il tarixdə verilmiş AZ-İ 730261 nömrəli “Nikah haqqında” Şəhadətnamədən görünür ki, X15 ilə X22 11 sentyabr 2020-ci ildə nikahları bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 447 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Daşdıyev, arvada Daşdıyeva soyadı verilmişdir. İş materiallarında olan Qəbələ rayon Qəmərvan kənd İ.Ə.N tərəfindən 08 fevral 1993-cü il tarixdə verilmiş XVİİ-JQ 322520 nömrəli “Doğum haqqında” Şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X13 xx xxxxxx 1993-cü il tarixdə Qəbələ rayonu Qəmərvan kəndində anadan olmuşdur. X4, anası İddiaçı1dır. İş materiallarında olan Qəbələ regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 11 sentyabr 2017-ci il tarixdə verilmiş AZ-İİ nömrəli “Nikah haqqında” Şəhadətnamədən görünür ki, X13 ilə X3 11 sentyabr 2017-ci ildə nikahları bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 358 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Abdukərimov, arvada Abdukərimova soyadı verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı həkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2-ci maddəsinə görə, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 375.1-ci maddəsinə əsasən, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Avropa İnsan Hüquqları Məhkəməsi «Miragall Eskolano və digərləri İspaniyaya qarşı» iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Stanyo Belçikaya qarşı» iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. «Mülki Məcəllənin 373-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, «Qanunverici başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edir. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını nizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı.». Konstitusiya Məhkəməsinin Plenumu «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 08 may 2008-ci il tarixli Qərarında da iddia müddətlərinə əməl olunmasına xüsusi önəm verərək aşağıdakıları qeyd etmişdir: «Xüsusi qeyd olunmalıdır ki, MM-in 375-ci maddəsinin tələblərinə riayət edilməsi məhkəmələrin mülki işlərin baxılmasında və həll edilməsində müasir məhkəmə icraatının mahiyyətini cəmləşdirən qanunvericiliyin qanunçuluq və dispozitivlik prinsiplərinə əməl etməsini əks etdirir. Məhkəmə fəaliyyətində qanunçuluq prinsipi bütün məhkəmə aktlarının və aparılmış prosessual hərəkətlərin qanunun tələblərinə tamamilə uyğun həyata keçirilməsini nəzərdə tutur. Məhkəmələr maddi hüquq normalarını düzgün tətbiq etməyə və prosessual hərəkətləri qanunun qaydalarına uyğun həyata keçirməyə borcludurlar.». Hazırkı iş üzrə isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İşin halları ilə müəyyən olunur ki, Qəbələ rayonu Aqrar İslahat Komissiyasının 25 iyun 1998-ci il tarixli, 11 saylı qərarı ilə Qəbələ rayonu Qəmərvan kəndində X17, İddiaçı1, X11, X7, X6 paylı mülkiyyətinə 0.08 ha və 2.06 ha torpaq sahələri verilmişdir. Torpaq sahəsi müvafiq olaraq JN- 171G, kod 40600058 saylı «Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə və JN-0011, kod 40600058 saylı «Torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə adlarına rəsmiləşdirilmişdir. Qəbələ Rayon Dövlət Notariat Kontoruna paylı mülkiyyətçilərdən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 ərizələr yazaraq ailələrinə məxsus olan hektar torpaq sahəsinin satılmasına etiraz etməmişlər. Paylı mülkiyyətçilərdən X25 11 sentyabr 2008-ci il tarixdə Qəbələ rayon Notariat Kontorunda rəsmiləşdririlmiş alqı-satqı müqaviləsi ilə Qəbələ rayonu Qəmərvan kəndində yerləşən Qanıx-Türyançay zonasına aid 0.07991 hektar torpaq sahəsini Cavabdeh3 MMC-yə 1000 (bir min) manata satmışdır. Paylı mülkiyyətçilərdən X25, İddiaçı1, X19 və X15 09 noyabr 2007-ci il tarixdə Qəbələ rayon Notariat Kontorunda rəsmiləşdririlmiş alqı-satqı müqaviləsi ilə Qəbələ rayonu Qəmərvan kəndində yerləşən Qanıx-Türyançay zonasına aid 1.625273 ha 0.438261 ha torpaq sahəsini Cavabdeh3 MMC-yə 824 (səkkiz yüz iyirmi dörd) manata satmışdır. Məhkəmə qeyd edir ki, iddiaçılar mübahisə predmeti olan torpaq sahəsinin alqı-satqısına dair Qəbələ rayon Notarait Kontorunun 11 sentyabr 2008-ci il tarixli və 09 noyabr 2007-ci il tarixli müqavilələrini qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini ötürməklə mübahisələndlirmişlər. Belə ki, yuxarıda qeyd olunduğu kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Digər tərəfdən, Cavabdeh3 MMC-nin nümayəndəsi X26 məhkəməyə ərizə göndərərək iddia tələbi üzrə iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. Qeyd olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi üzrə iddia müddəti keçmişdir. Buna görə də iddianın təmin edilməsi üçün əsaslar müəyyən edilmiş olduğu halda belə, iddia müddəti keçdiyindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən, mülki mübahisə üzrə iddia müddəti tətbiq edilməklə iddia rədd edilməlidir. Qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədinin hüquqi müəyyənlik olduğunu, tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyrimümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaratdığını, məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad etdiyini, mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyub, eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur etdiyini nəzərə alan məhkəmə hesab edir ki, iddiaçılar qanunla müəyyən olunmuş iddia müddətini buraxmaqla (ötürməklə) məhkəmədə iddia qaldırdıqları üçün həmin əsasla da iddia təmin edilməməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 cavabdehlər "xxxx" MMC-yə, Əmlak Məsələləri Dövlət Komitəsini Yaninda Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 Saylı Qəbələ Ərazi İdarəsinə və Cavabdeh2nə qarşı “alqı-satqı müqavilələrinin və çıxarışlarının etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi iddia müddəti tətbiq edilməklə rədd edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 cavabdehlər "xxxx" MMC-yə, Əmlak Məsələləri Dövlət Komitəsini Yaninda Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 Saylı Qəbələ Ərazi İdarəsinə və Cavabdeh2nə qarşı “alqı-satqı müqavilələrinin və çıxarışlarının etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Elman İsayev
Məhkəmə qərarları › İş №2(025)-1614/2021
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1614/2021
27.10.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver